• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

İsrail-İran ritorikası müharibə həddində: Tehran Azərbaycana qarşı tonunu yüksəldir - TƏHLİL

Gündəm / Sosial

15-03-2023, 19:41

İsrail-İran ritorikası müharibə həddində: Tehran Azərbaycana qarşı tonunu yüksəldir - TƏHLİL


İranla İsrail arasındakı ritorikanın real müharibə həddinə qədər sərtləşməsi qlobal risklər üçün əlavə dəyər yaradır.

İranın uranı 84 faizə qədər zənginləşdirməsi onun nüvə dövlətləri ailəsinin üzvü olması yolunda ambisiyalarını göstərir.

Beynəlxalq ictimaiyyət Rusiya-Ukrayna müharibəsinin bir illik nəticələrini təhlil edərkən ortaya çıxan yeni dərdlər münaqişənin miqyasının genişlənməsinə gen-bol fürsət verir.

İran uranı nüvə silahı səviyyəsində zənginləşdirməyə yaxınlaşdıqca İsrail bunu ekzistensial təhlükə kimi görərək hərəkət edir.

İranla İsrailin davakar ritorikası iki ölkə arasında müharibə və ya ona bərabər tutulacaq hadisələrin olacağının anonsu kimi başa düşülə bilər.

İran məqsədinə çatana qədər nüvə proqramı ilə bağlı təhrifedici rəy yaratmaq istəyir, guya bu, elmi və dinc məqsədlərə xidmət edir. İkinci bir tərəfdən, İran uranın 84 faiz həcmində saflaşdırılmasını təkzib edir, ancaq əldə etdiyi və açıqlamadığı nəticələrin arxasına sığınaraq təhdid etmək şakərini yuxarı mərtəbələrə qaldırır.

ABŞ ilə İsrail müttəfiqliyi İranın girdiyi yolun təhlükəli sonluqlara doğru getdiyini dünyaya dərk etdirmək istəyir.

Paralel şəkildə İrana qarşı birgə tədbirlər proqramını icra etməkdə israrlı olduğunu göstərmək üçün hərbi əməliyyatlara başlamaq səlahiyyətlərinə və imkanlarına işarə edir.

İranı cəzalandırmaq aktının ssenarilərini effektiv yazmaq üçün ABŞ ilə İsrail İranın qonşuluğundakı ölkələrin də rəyini öyrənmək məcburiyyətindədirlər.

Azərbaycan həmin ölkələr içərisində eksklüziv strateji qiymətə malikdir. Çünki İran nüvə silahı vitrininə əlini uzatdıqca, Azərbaycana qarşı hədə səsini yüksəldir və Azərbaycanın İsraillə dərinləşən əlaqələrini həzmə verməyəcəyini deyir.

İran dəfələrlə elə Azərbaycanın prinsipiallığı və qurduğu mexanizmlər sayəsində geri oturdulub, lakin məsələ bu dəfə daha təhlükəli şəkil almaqdadır.

Çünki hadisələr və proseslər daha sərt qərarların fonunda növbəti mərhələlərə adlayır, xüsusilə İsrail İranın müdafiə sənayesi obyektlərini zərbə altına qoyduqdan sonra bu gərginlik bir neçə dəfə artıb.

Azərbaycan İsrail üçün İrana qarşı taktiki üstünlüklər vəd edən coğrafiyadır, lakin Bakı bir qərarında qətiyyət göstərir: Azərbaycan üçüncü ölkəyə müdaxiləyə imkan verməyəcək.

Hərçənd ki, İran Cənubi Qafqazda Azərbaycanın əleyhinə çevrilə biləcək cəbhə formatını təsis etməklə nüvə ambisiyalarının davamını gətirmək istəyir.

İran beynəlxalq təcridə məruz qalması, daxildəki problemlərin qalaq-qalaq yığılması, Azərbaycanın öz tərəfdaşları ilə düzgün iş apara bilməsi səbəbindən istədiyi xətti yaratmaqda xeyli çətinlik çəkir.

Hissləri və nifrəti qırılıb içərisinə tökülən İran alternativ olaraq elə hərbi hədə ritorikasından yapışmağı çarə kimi görür.

Bu mənada İran qoşunlarının bir nömrəli döyüş hazırlığı vəziyyətinə gətirilməsi və uzaqmənzilli raketlərin ölkənin bütün ərazisi boyunca məxfi ərazilərdə yerləşdirilməsi barədə məlumatlar həqiqət kimi görünür.

İranın əsas məqsədi İsrailə və ABŞ-nin Yaxın Şərq üzrə bazalarına zərbələr endirmək görüntüsü yaratmaqdır.

Ola bilsin ki, İran raketlərinin yerləşdirilməsi İsrailin zərbəsinin şərti vaxtı ilə bağlı daxil olan məlumatlara cavabdır.

Ancaq İran illüziyaların və reallıqların arxasından Azərbaycana qarşı barmaq silkələmək cəhdlərini nümayiş etdirir.

Bu cəhdlər, əvvəlki illərdəki kimi, İran üçün zərərli olacaq cəbhələri aktivləşdirmək zərurətlərini aktuallaşdırır.

İran başa düşür ki, Azərbaycana qarşı hər hansı hərbi təhdid Türkiyənin prosesə cəlb edilməsi deməkdir, belə bir vəziyyətdə İran Türkiyə ilə baş-başa gəlməkdən çəkinər.

İkincisi, Azərbaycan əleyhinə bəhanələrin bəhanələrə calanması İranı cəzalandırmaq istəyən ABŞ-İsrail tandeminin, Britaniyanın maraqlarına zidd addımlardır.

Bu baxımdan ABŞ, İsrail və Böyük Britaniya Azərbaycanı dəstəkləyən mexanizmləri gücləndirməkdə qətiyyətlidirlər.

ABŞ-nin Avropa Komandanlığının tərəfdaşlıq, təhlükəsizlik və siyasət imkanları üzrə direktor müavini briqada generalı Edvard Voqanın Azərbaycana səfəri və Müdafiə Nazirliyində müzakirələr keçirməsi İran gündəliyi fonunda maraq doğurur.

Yəni nəticə olaraq deyə bilərik ki, Azərbaycan İrandan gələn təhdidlərə qarşı təhlükəsizlik arxitekturasını Türkiyə ilə yanaşı, ABŞ-İsrail müttəfiqliyi və Britaniya ilə təmas şəklində qurur.

Bu tərz İrandakı türk kimliyinə vurğular kontekstini böyüdəcək. Bu prosesə İsrail mediası da qoşulub və görünür ki, məna yükü daha çox İsrailin dərin strategiyası tərəfindən ötürülən tezislər üzərindədir...

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Dünya

8-08-2024, 18:33

Pezeşkianın iddia olunan təklifi - Qərblə danışıqların genişlənməsi üçün fürsət - TƏHLİL

Gündəm / Siyasət

3-07-2025, 16:24

Şəhərlərin gələcəyi Bakıda qurulur: Azərbaycan şəhərsalma sahəsində qlobal səviyyədə növbəti imzasını atır - TƏHLİL

Gündəm / Siyasət

13-03-2025, 18:26

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib - YENİLƏNİB

Gündəm / Siyasət

24-12-2022, 18:29

İlham Əliyev Qərbi Azərbaycan İcmasının binasında - FOTOLAR (YENİLƏNİB)

Gündəm / Siyasət

17-06-2025, 15:20

İsrail-İran qarşıdurması – yeni dialoq üçün savaş - ŞƏRH

Şou Biznes
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti
"Oskar" mükafatının qaliblərinin adları açıqlanıb
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
12-09-2026, 09:35
Bakıda avtomobil qadını vuraraq öldürüb
10-09-2026, 16:35
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
9-09-2026, 09:28
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
Son xəbərlər
  • Dün, 16:45
    Gürcüstan Prezidenti Azərbaycana yeni təyin olunmuş səfirlə görüşüb
  • Dün, 16:13
    Təhsil dövrü 5 il olan hərbçilər üçün "leytenant" rütbəsinin müddəti azaldılır
  • Dün, 15:33
    Bakıda keçirilən beynəlxalq audit konfransının iştirakçıları Prezidentə müraciət ediblər
  • Dün, 14:37
    Haaqa məhkəməsində Kosovo Azadlıq Ordusunun rəhbərlərinə hökm oxunub
  • Dün, 14:04
    Ermənistan Konstitusiya Məhkəməsi TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
  • Dün, 12:59
    Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq
  • Dün, 12:42
    Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
  • Dün, 12:22
    İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib
  • Dün, 11:44
    İlham Əliyev Auditin inkişaf mərhələlərinə həsr edilən beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib
  • Dün, 10:57
    Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib
  • Dün, 10:21
    Abbas Əraqçi və Van İ Pekində danışıqlar aparıblar
  • Dün, 09:25
    Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib
  • Dün, 08:58
    Nümayəndələr Palatası Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edib
  • 15-09-2026, 12:19
    TBMM sədri Bakının işğaldan qurtuluşunun 108-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib
  • 15-09-2026, 11:57
    İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
  • 15-09-2026, 10:52
    Birol Akgün Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib
  • 15-09-2026, 10:15
    XİN Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
  • 15-09-2026, 09:52
    Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
  • 15-09-2026, 09:09
    Bakının erməni-bolşevik işğalından azad olunmasından 108 il ötür
  • 15-09-2026, 08:51
    Azərbaycanda Bilik Günüdür
  • 14-09-2026, 14:50
    KİV: Rusiyanın 51-ci ordusunun komandanı Sergey Milçakov öldürülüb
  • 14-09-2026, 13:46
    Azərbaycanın AİB ilə əməkdaşlığı üzrə 5,6 mlrd. dollarlıq maliyyələşmə həyata keçirilib
  • 14-09-2026, 12:58
    İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub
  • 14-09-2026, 12:33
    "Bilik günü" Azərbaycanda 34 dərəcə isti olacaq
  • 14-09-2026, 11:48
    MM cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokolu təsdiqləyəcək
  • 14-09-2026, 11:19
    İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
  • 14-09-2026, 10:40
    Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
  • 14-09-2026, 09:51
    Allahşükür Paşazadə: Qarabağda bərpa-quruculuq işlərində TDT-yə üzv dövlətlər dəstəklərini əsirgəməyiblər
  • 14-09-2026, 09:22
    Premyer Liqa: V tura "Şəfa" - "Sabah" oyunu ilə yekun vurulur
  • 12-09-2026, 15:44
    İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb
  • 12-09-2026, 15:10
    Birinci sinfə elektron qəbul yenidən aktivləşir
  • 12-09-2026, 12:21
    Kim qızıl alır, kim satır? - SİYAHI
  • 12-09-2026, 11:38
    Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
  • 12-09-2026, 11:01
    Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal
  • 12-09-2026, 09:35
    Bakıda avtomobil qadını vuraraq öldürüb
Daha çox
12-09-2026, 11:01
Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal
10-09-2026, 09:14
Tramp nüvə obyektindəki fəallığa görə İranı zərbə endirməklə hədələyib
12-09-2026, 15:44
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb
10-09-2026, 12:19
İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
11-09-2026, 14:57
Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib
11-09-2026, 18:07
Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə