Qatlanmaz türkün dizi,
Hər yanda mərdlik izi.
Dünya tanıyır bizi,
Türkiyə - Azərbaycan,
Sizə qurban olsun can !
XXX
Bir millət, iki dövlət,
Sizdədir qürur, qüdrət.
Birlikdədir güc - qüvvət,
Türkiyə - Azərbaycan,
Sizə qurban olsun can !
XXX
Bayrağımız yan - yana,
Can yapışıbdır cana.
Sizi doğub bir ana,
Türkiyə - Azərbaycan,
Sizə qurban olsun can !
XXX
İslamımız Qurandı,
Türkün yolu Turandı.
Haqqa körpü qurandı,
Türkiyə - Azərbaycan,
Sizə qurban olsun can !
XXX
" Bayraqdar "ım keşikdə,
Türk böyüyür beşikdə.
Şəhidlərim behiştdə,
Türkiyə - Azərbaycan,
Sizə qurban olsun can !
XXX
Abil İslam, üzün ağ,
Söykənibdir dağa - dağ.
Bu da bir məqam, bir çağ,
Türkiyə - Azərbaycan,
Sizə qurban olsun can !
Abil İslam
BAKI - 04.12.2021