• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Üç qurum birləşdirildi: Su problemi həll ediləcək? - FOTO

Gündəm / Sosial

1-04-2023, 18:44

Üç qurum birləşdirildi: Su problemi həll ediləcək? - FOTO


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib.

Xatırladaq ki, Prezident İlham Əliyev su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında fərman imzalayıb. Fərmanla Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb.

Bəs görəsən, üç qurumun birləşdirilməsi bizə nə qazandıracaq? Son vaxtlar hiss olunacaq dərəcədə qabaran su qıtlığı problemi necə həll ediləcək?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri, professor Rza Mahmudovun sözlərinə görə, su problemi və iqlim dəyişmələri ən aktual təbii problemlər sırasındadır:
Üç qurum birləşdirildi: Su problemi həll ediləcək? - FOTO

“Su qıtlığı bütün dünyada mövcuddur. Bizim ölkədə daha artıq özünü büruzə verir. Azərbaycan Cənubi Qafqazda qonşularla müqayisədə bu baxımdan aztəminatlı ölkələr sırasına daxildir. Su qıtlığı dünyada iqlim dəyişkənliyinin təsirindən baş verir. Bizim istər səth, istərsə də yeraltı sularımız, çaylarımızın illik axım həcmi azalır. Rejim dəyişkənliyi baş verir. Başqa ölkələrdən fərqli olaraq, bizim ölkəmizdə bu problemə həssas yanaşma tələb olunur. Bu, müvafiq qurumların da diqqət mərkəzindədir.

Su həyat mənbəyidir. Sudan istifadə məsələsi onun idarəolunmasından tutmuş, öyrənilməsinə qədər, hətta gələcək dəyişmə proqnozu da həmişə diqqət mərkəzində olmalıdır”.

Professor qeyd edib ki, üç qurumun bir agentlik halında birləşdirilməsi məqsədyönlüdür:

“Düşünürəm ki, oxşar sahələr koordinasiya olunmalıdır. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti əhalinin içməli su təminatı ilə məşğul olur. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ölkəmizin sudan istifadəsi məsələsinə baxır. FHN tərkibində olan Su Ehtiyatları Agentliyi ölkəmizdə su ehtiyatlarının qiymətləndirilməsi ilə məşğul olur. Hamısında bir məqsəd var.

Mən hesab edirəm ki, üç qurumun bir agentlik halında birləşdirilməsi prosesə müsbət təsir edəcək. Həm təkmilləşdirmə, həm idarəolunma, həm operativlik, həm də elmi əsaslara uyğundur. Agentlik operativ koordinasiya olunan dövlət qurumudur. Birbaşa hamısı bir agentlikdə cəmlənir. Ayrı-ayrı funksiyaları bir dövlət qurumunda birləşəcək. Bu, optimaldır. Səmərəli dövlət qurumu olacağına inanıram”.

R.Mahmudov əlavə edib ki, maliyyə ilə bağlı əsasnamə işlənilməlidir:

“Əsas məqam sudan daha səmərəli istifadədir. Maliyyə sahəsində müəyyən ortaq məxrəcə gəlmək olar. Yeni qurum cərimələrin həddini yenidən müəyyənləşdirə bilər. Birləşdirməklə problemləri azaltmaq nəzərdə tutulub. İndi, yəqin ki, vahid agentlik altında bunların daha optimal fəaliyyət göstərməsi əhalinin su ilə təminatında, su probleminin həllində müsbət təsirini göstərəcək.

Ölkəmiz üçün su siyasətinin həyata keçirilməsində ayrı-ayrılıqda fəaliyyət göstərən qurumların bir agentlik hallında birləşməsi məsələnin həllində müsbət rolunu mütləq verəcək”.

İqtisadçı Emin Qəribli qeyd edib ki, su problemlərinin həlli üçün külli miqdarda investisiya tələb olunur:
Üç qurum birləşdirildi: Su problemi həll ediləcək? - FOTO

“10 ildən artıqdır ki, BMT-nin müvafiq proqnozlarında verilir ki, 2030-cu ildən 2050-ci ilə qədər dünyada su qıtlığı, su çatışmazlığı problem olacaq. Əfsuslar olsun ki, Avrasiyada ən problemli bölgələrdən biri də Azərbaycandır. Bu səbəbdən də tədbirlər görülür. Agentliyin də bu səbəbdən yaradıldığını güman edirəm. Problemlərin yoluna qoyulması üçün külli miqdarda investisiya tələb olunur”.

E.Qəriblinin fikrincə, bu sahədə yeni texnologiyalar tətbiq etməklə irəliləyişə nail ola bilərik:

“Su ilə təminat baxımından bizdən qat-qat məhdud ölkələrdə yaşayanlar var. Amma bizdən çox kənd təsərrüfatı məhsulu ixrac edirlər. Yeni texnologiyaları tətbiq etməklə biz irəliləyişə nail ola bilərik”.

İqtisadçı-ekspert Eyyub Kərimli qurumların birləşdirilməsinin idarəetməni optimallaşdıracağını söyləyib:
Üç qurum birləşdirildi: Su problemi həll ediləcək? - FOTO

“Sərəncam günün aktual tələbləri ilə uzlaşmaqdadır. Belə ki, uzun müddətdir artıq həm dünya, həm də bizim ölkəmizdə su ehtiyatları ilə bağlı həyəcan təbili çalınır. İçməli suyun azalması gündəmə gəlib. Bu, zamanın tələbidir. Düşünürəm ki, bu baxımdan üç qurumun bir agentlik arasında birləşdirilməsi müsbət addımdır. Bu, idarəetməni optimallaşdıracaq. Mərkəzdən daha yaxşı və şəffaf idarəetmə imkanları yaradacaq”.

E.Kərimli gələcəkdə həm əhali, həm də kənd təsərrüfatının daha geniş, böyük və keyfiyyətli xidmət alacağını bildirib:

“Su problemi daha çox təsərrüfatların fəaliyyətinə mənfi təsir göstərirdi. Neqativ vəziyyət hökm sürürdü. Bu baxımdan mərkəzləşdirilmiş idarəetmə ümumilikdə bu müəssisələrin daha optimal və yaxşı idarəetməsinə öz mühüm töhfəsini verəcək. Həm ölkə əhalisinə, həm də kənd təsərrüfatına öz müsbət təsirlərini göstərəcək”.

Qeyd edək ki, Agentlik Azərbaycan Respublikasında suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyətin təşkilini təmin edən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarını, eləcə də bu sahədə xidmətlər göstərilməsini təşkil edən, balansında olan su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə müntəzəm nəzarəti həyata keçirən, Azərbaycan Respublikasında yerüstü, yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqini aparan, bu sahələrdə vahid dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

17-11-2023, 15:31

Yeni Dövlət Xidməti yaradıldı - Fərman

Gündəm / Siyasət

30-03-2023, 16:04

İlham Əliyev Şuşa ilə bağlı 7 fərman imzaladı

Gündəm / Siyasət

24-12-2022, 18:29

İlham Əliyev Qərbi Azərbaycan İcmasının binasında - FOTOLAR (YENİLƏNİB)

Gündəm / Siyasət

1-09-2025, 17:39

Mehriban Əliyeva “ŞƏT plyus” formatında görüşə qatılan dövlət və hökumət başçılarının xanımları ilə birlikdə gəmi gəzintisində iştirak edib - FOTO

Gündəm / Siyasət

30-03-2023, 15:53

“Azərsu” ilə Meliorasiya və Su Təsərrüfatı ASC birləşdirildi

Şou Biznes
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti
"Oskar" mükafatının qaliblərinin adları açıqlanıb
Ötən il 900 əsər və ifa qeydiyyatdan keçirilib
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
Dün, 09:28
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
4-09-2026, 14:45
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
4-09-2026, 12:28
Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək
Son xəbərlər
  • Bugün, 12:58
    Gənclər təşkilatları üçün 100 min manatadək qrant müsabiqəsi elan edilib
  • Bugün, 12:19
    İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
  • Bugün, 11:52
    AIDA və TİKA Anlaşma Memorandumu imzalayıb
  • Bugün, 11:19
    Prezident büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı fərman imzalayıb
  • Bugün, 09:42
    "Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək
  • Bugün, 09:14
    Tramp nüvə obyektindəki fəallığa görə İranı zərbə endirməklə hədələyib
  • Bugün, 08:49
    Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
  • Dün, 18:17
    Daha bir tibb müəssisəsi kök hüceyrələrinin transplantasiyasını həyata keçirəcək
  • Dün, 17:54
    Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
  • Dün, 17:27
    Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
  • Dün, 17:00
    FHN Şəkidə ölümə səbəb olan qurğuya nəzarətin onların səlahiyyətinə aid olmadığını bildirib
  • Dün, 16:20
    İran parlamentinin sədr müavini: Oman Sultanı Hörmüz boğazı üzrə razılaşmanı qəbul edib
  • Dün, 15:44
    İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb
  • Dün, 15:07
    Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə arpa və buğda göndəriləcək
  • Dün, 12:02
    Bakı Limanı: İlin sonunadək Xəzərdə dəniz dibinin dərinləşdirilməsi istiqamətində işlərə başlanılacaq
  • Dün, 11:26
    Bağçaya növbəyə yazılma prosesinə başlanılır
  • Dün, 11:01
    Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlarda tələfat barədə məlumat açıqlanıb
  • Dün, 10:32
    Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib
  • Dün, 10:07
    UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Sportinq"lə qarşılaşacaq
  • Dün, 09:28
    Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
  • 7-09-2026, 17:40
    Qobustanda daha bir körpü cəmi 38 günə inşa edilib
  • 7-09-2026, 16:51
    Kanaldan meyit tapıldı
  • 7-09-2026, 16:15
    “44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub
  • 7-09-2026, 15:37
    Bolqarıstan MN-in nümayəndə heyəti Azərbaycanda səfərdə olub
  • 7-09-2026, 15:09
    Qiymətləndiricilər Palatasında məhkəmə ekspertizası üzrə təlim keçirilib
  • 7-09-2026, 14:48
    Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib
  • 7-09-2026, 14:23
    İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
  • 7-09-2026, 13:56
    Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
  • 7-09-2026, 13:30
    Sabah Bakıda və rayonlarda yağış yağacaq - PROQNOZ
  • 7-09-2026, 12:55
    Bakıda kamandan oxatma üzrə şəhər çempionatı keçiriləcək
  • 7-09-2026, 11:57
    Saymon Stil: İqlim maliyyələşdirməsi planları konkret layihələrə çevirir
  • 7-09-2026, 11:53
    Tarixi uğurdan gələcəyə - "Sabah"ın 10 milyon manatlıq inkişaf proqramı - ŞƏRH
  • 7-09-2026, 10:30
    Mürsəl İbrahimov Naxçıvanda vətəndaşları qəbul edəcək
  • 7-09-2026, 09:54
    Nizami rayonunun bəzi ərazillərinin qaz təchizatında fasilə yaranacaq
  • 7-09-2026, 09:30
    Tayvan silah istehsalını artırmaq üçün 450 milyon dollar ayıracaq
Daha çox
4-09-2026, 14:45
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
4-09-2026, 12:28
Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək
4-09-2026, 16:05
Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
4-09-2026, 10:04
İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib
4-09-2026, 09:30
BİZİM TƏQVİM:4 sentyabrda baş vermiş tarixi hadisələr
4-09-2026, 11:43
WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə