• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Günün qoroskopu: Narazılıq artır, dərhal nəyisə dəyişmək istəyi yaranır

Gündəm / Sosial

27-04-2023, 09:00

Günün qoroskopu: Narazılıq artır, dərhal nəyisə dəyişmək istəyi yaranır

Qoç - təlaş, narahatlıq, əməl və fəaliyyətdə bədgümanlıq hissləri yarana bilər. Yaxın ətrafınızdakı insanlardan birinin əməlləri sizi narazı salacaq.

Kənar şərtlər və yaşananların zahiri görüntüləri olayların mənzərəsini dəyişərək stress yarada bilər.
Hadisələrin ritmi, kənar təsirlərin intensivliyi dəyişəcək.

Çoxdan bəri tanıdığınız insanlara yenilən bələd olacaqsınız.
Alınan xəbərlər və yaranan problemləri ciddi təhlil edin.
Hər şey göründüyü qədər pis deyil.

Bundan sonrakı fəaliyyət planı cari yeniliklər və dəyişiklikləri nəzərə alaraq yeniləyin, düşünün. Fəaliyyətdən imtina etməyin, münasibətlərdə sərinlik yaratmayın.

Buğa - günün fon gərginliyi spontan addımlar, gözlənilməz reaksiya və düşünülməmiş etiraflar yarada bilər. Mühüm iş, önəmli layihəni planlaşdırmayın.

Situasiyalar gözlənilməyən məcrada inkişaf edərək əvvəlcədən hazırlanmış planları alt-üst edə bilər.
Təmkinli, soyuqqanlı olun, hövsələsizlik etməyin.

Maraqlandığınız iş, proses və ya insan barədə mümkün qədər çox məlumat toplayın.
Yolda, elektron avadanlıq, kompüter texnikası ilə çalışarkən ehtiyatlı olun.
Yeni mövzu və ya insan diqqət mərkəzində ola bilər.

İntuisiyanıza qulaq verin. O, sizə necə hərəkət etmək gərəkdiyini bildirəcək.

Əkizlər - planlaşdırılmamış görüş, nəzərdə tutulmamış danışıqlar, mühüm məsələnin spontan müzakirəsi günüdür. Yaşananlar şok effekti yarada bilər, amma istənilən halda sizi narahat edən suallara səmimi, emosional cavab alacaqsınız.

Yaxşı tanıdığınızı düşündüyünüz insana yenidən bələd olacaq, bildiyiniz hadisələrin məzmununa yenidən agah olacaqsınız. Dostların adi şəraitdə izhar olmayan xüsusiyyət və məcazları stress vəziyyətdə tam aşkarlanacaq.

Ehtiyatlı, sayıq olun.
Riskli planlar, tədbirlərdən, səfərdən, təmirdən, məişət texnikası almaqdan imtina edin.
Nəzərdə tutulmamış xərclər və ideyalar, maliyyə məsələləri ilə bağlı istəklər ola bilər.

Həmin ideyalarla istəkləri reallaşdırmağa tələsməyin.

Xərçəng - gözlənilməz hadisə, qəfil açıqlama, paradoks günüdür. Heç bir mühüm plan qurmayın, çünki belə plan mütləq şəkildə pozulacaq. Sükan arxasında, nəqliyyatda, yolda ehtiyatlı olun.

Təmir işləri aparmayın, ailədə münasibətləri aydınlaşdırmağa çalışmayın, kollektivdə mübahisə etməyin.
Ən mühüm situsiyanın məzmunu ilə yanaşı, yaşama münasibət belə, dəyişə bilər.
Hər şey plan üzrə, ənənəvi axarı üzrə getməyəcək. Şəraiti istədiyiniz məcrada çözmək üçün qətiyyətli davranmalısınız.

Hisslər və münasibətlər üçün mürəkkəb gündür.
Münaqişə, mübahisə, süjetin arzuolunmaz inkişafı mümkündür. Sirr saxlamaq istədiyiniz məqam faş olur.
Cari məqsədə doğru gözlənilməz sayıla biləcək şərtlər vasitəsilə hərəkət edin.
Heç nəyi mürəkkəbləşdirməyin, axınla hərəkət edin.

Şir - ünsiyyət, informasiya axtarışı, dəvət alınan tədbirlərə qatılmaq zamanıdır. Yeni hisslər emosiyalar baqajını zənginləşdirə bilər.

Bu gün hansısa mühüm və ya çox önəmli hadisənin baş verməsi şansı azdır. Müəyyən məsələ istədiyiniz kimi olmayacaq, məcrasından çıxacaq. İnformasiya alınması və xəbərlərin əldə edilməsi kanallarını genişləndirin.

Təklif və dəvətlərdən imtina etməyin. Yeni problemlər yaratmamaq üçün ehtiyatlı, sayıq olun.
Qarşılıqlı səmimiyyət üçün səbəb yaranarsa, sevdiyiniz insan və onun niyyətləri barədə əlavə bilgilər əldə edə bilərsiniz.

Effekt şok hissi yarada bilər, amma onun xeyri var. Hissləriniz rövnəqlənəcək, təmizlənəcək.
Münasibətlər müstəvisində qayda yaradın, yeni təcrübəni qəbul etməyə hazırlaşın.

Qız - mühüm olayların yaşana biləcəyi gündür. Enerji qıtlığı, qəflətən yorulma, daxili durumda geriləmə, işə və ya insana münasibətin dəyişməsi istisna deyil.

Situasiya və xəbərləri izləyin, hisslərinizi nəzarətdə saxlayın.
Hisslər, ailə münasibətləri, sevdiyiniz insanla təmaslarda həssas, səmimi, mehriban olun.

Başqalarının əməllərinə görə hirsinizi sevdiyiniz insanlardan çıxmayın.
Şəxsi münasibətlər müstəvisində hisslərin etibarlılığı və sevdiyiniz insana etimad sınağa çəkilə bilər.

Sərt davranmayın, əks təqdirdə sevdiyiniz insanın qəlbinə dəyə bilərsiniz.
İndiyədək cavab aradığınız suallar aydınlaşır, yaradıcı potensial yüksəlir.

Evdə qaydaya riayətə diqqət edin. Axşam saatlarında istirahət edin.

Tərəzi - ruh yüksəkliyi günüdür. Lakin intellektual və emosional enerjini bədxərcliklə sərf etməyin. Əlçatmaz məqsədlərə çatmağa can atmayın.

Mövqelərin itirilməsi, hesabda yanlışlıq, məğlubiyyət istisna deyil. Yaxın perspektivə və qısa müddətə hesablanmış işlərdə uğur əldə etmək şansları çoxdur.

Qətiyyətli, cəsur olun. Hansısa məsələ sizi qayğılandırırsa, amma həmin mövzunu inkişaf etdirmək üçün özünüzdə yetərincə qətiyyət hiss etmirsinizsə, ambisiyalardan əl çəkin.
Belə olarsa, fərqli istiqamətdə irəliləyiş başlayacaq.

Ən müxtəlif hadisələr baş verə bilər. Olayların sürəti çoxdur.
Şəxsi münasibətlər müstəvisində hisslər və emosiyalara inanın.

Əqrəb - hadisələrin məcrası dağınıqdır. Hiss olunacaq dərəcədə xaos var. Qarışıq situasiyada istiqaməti mümkün qədər sürətlə müəyyələşdirərək konkret və effektiv addımlar atmağa çalışın.

Yaşananları diqqətlə müşahidə edin, ətrafdakı insanların reaksiyalarına diqqət verin.
Həmişəki durumlardan fərqli olaraq, mövqeləriniz indi səbatlı və güclü deyil.

Sınaqlar və imtinalar mərhələsindən keçirsiniz. Baş tutmayacaq planlar, puç xülyalardan qurtulun və rasionalist olun.

Yeni orientirləri hissiyatınıza inanaraq seçin.
İndi əsas məsələ tərəfdaşlıqda nizam yaratmaq, köhnə münasibətlərdəki mikroiqlimi bərpa etməkdir.

Axşam saatlarında yaxşıca dincəlin ki, sabah yeni, ambisioz planı gerçəkləşdirə biləsiniz.

Oxatan - rasionalizm və stabilliyi qorumaq istəyi ilə atılan addımlar bu gün daha effektiv olmalıdır. Məntiqli davranın, emosiyalara uymayın.

Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə kobud və hiyləgər olmayın. Qəfil xəbərlər və dəyişikliklərin sürəti böyükdür. Praqmat olun, hisslərə qapılmayın.

Ardıcıllığı pozmayın, çünki hadisələr axarının süni şəkildə dəyişməsi işlərinizin xeyrinə deyil.
Yaşamı tədqiq edin, məhz sizə gərəkli nəsnələrə çatmağa, onları əldə etməyə çalışın.

Oğlaq - gərginlik hiss olunan bütün sahələrin qaydaya salınması, nizamlanması vaxtıdır. Hadisələr sizi ətalətdən çıxaracaq, bəlli məqamlar aydınlaşacaq.

Şəxsi münasibətlərdə problemlər ola bilər. Səmimi olun, qarşılıqlı anlaşmanın yeni səviyyəsinə yüksəlin. Hadisələrin axarına qatılmayın, müdaxilədən çəkinin.

Qarşılıqlı etibarı bir qədər sonra bərpa etmək olar. Dəyərləndirin, təhlil edin: bütün bunlar xeyrinizə olan məqamlardır. Sizi maraqlandıran xəbərin axtarışına çıxın. Perspektivdə gərəkli olan faydalı və ya gərəkli ünsürün tapılması istisna deyil.

Hətta ən qısa məsafəyə səyahəti təxirə salın.

Dolça - emosional durumunuz və davranışınız yaxın ətrafınızdakı insanlara da təsir edir. Hansısa yeni mövzu həyatınıza qəflətən müdaxilə edəcək.

Yeni maraq, istək yaranacaq. Narahatlıq varsa, onun səbəblərini anlamağa çalışın. Günün energetikası yeni əlaqələr və təmaslar üçün əlverişlidir. Həmin təmaslar sizə çoxdan cavab aradığınız sualları aydınlaşdıracaq, perspektivlərin ilkin konturlarını göstərəcək.

Sürətli və çevik davranın, amma emosiyalara qapılmayın, məntiqlə hərəkət edin. Mühüm məsələlərdən birində mövqeyinizin dəyişikliklərə uğaraması qaçılmazdır.

Önəmli qərar qəbul etməyin, vəd verməyin.
İmpulsiv davranaraq ağır, geniş miqyaslı işə başlamayın. Əziyyət çəkə bilərsiniz.

Balıqlar - xırdalıqlar ciddi çətinliklər yarada bilər. İşlərin rəvan gedişatını qəfil xəbərlər və gərginlik, həyəcan və hisslər, yaxın ətrafınızdakı insanların emosiyaları narahatlıqlar yaradaraq poza bilər.

Narazılıq artır, dərhal nəyisə dəyişmək istəyi yaranır.
Düşünülməmiş addımlar atmayın, emosional davranmayın, riskli qərarlar qəbul etməyin.

İlk baxışdan parlaq və cazibədar təsir bağışlayan məsələlər sonradan əsl mahiyyətini aşkarlaya bilər. Çoxdankı təlaşın sonucu stress ola bilər.

Sürətlə irəliləmək istəyi yaranır. Lakin ideya və təkliflərin dəyərləndirilməsini təxirə salın. Baş verənlərin ciddi təhlil və araşdırılmağa ehtiyacı var.

Günün ikinci yarısında bir sıra məsələlərə aydıqlıq gələcək. Proses intellektual baxımdan sürətli olacaq. Şərtlər əlverişli, şərait yaxşıdır.

Milli.Az

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial

13-09-2023, 09:00

Günün qoroskopu: Yanınızda təcrübəli və təmkinli insan olarsa, pis deyil

Hadisə

16-02-2023, 08:24

Günün qoroskopu: Ünsiyyət üçün əlverişli gündür

Gündəm / Sosial

19-06-2023, 07:58

Günün qoroskopu: Gəlirlər, dəyərli hədiyyələr istisna deyil

Sosial

7-08-2023, 10:00

Günün qoroskopu: . İşlərin sərfəli məcrada olduğunu düşünərək süst davranmayın

Sosial

31-08-2023, 09:30

Günün qoroskopu: Səbrli, təmkinli olun

Şou Biznes
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
Araşdırma
20-10-2026, 15:16
Azərbaycanda nəqliyyat sahəsinə aid yeni dövlət standartları qəbul edilib
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
Hadisə
Bugün, 14:47
Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB
Dün, 16:14
Salyanda avtoqəza olub, ölən və yaralananlar var
22-10-2026, 16:41
Abşeronda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Son xəbərlər
  • Bugün, 16:06
    Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə
  • Bugün, 15:11
    Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
  • Bugün, 14:47
    Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB
  • Bugün, 14:03
    Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib
  • Bugün, 13:11
    Sabah Bakıda yağış yağacaq
  • Bugün, 12:35
    Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib
  • Bugün, 10:13
    Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb
  • Bugün, 09:15
    Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir
  • Dün, 18:22
    Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
  • Dün, 17:36
    Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir
  • Dün, 16:50
    Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq
  • Dün, 16:14
    Salyanda avtoqəza olub, ölən və yaralananlar var
  • Dün, 15:29
    MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək
  • Dün, 14:23
    Sabah bəzi yerlərdə yağış yağacaq
  • Dün, 13:25
    Milli Məclisdə "Hərbi xidmət haqqında" yeni qanun layihəsinin hazırlanması təklif olunub
  • Dün, 12:54
    Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib
  • Dün, 11:55
    Milli Məclisin plenar iclası başlayıb, iki yeni qanun layihəsi müzakirə ediləcək
  • Dün, 11:24
    Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir
  • Dün, 09:42
    Azərbaycan Premyer Liqasında IX tura bu gün iki oyunla start veriləcək
  • Dün, 09:13
    "Brent" markalı neftin qiyməti may ayından bəri ilk dəfə 114 dolları ötüb
  • 22-10-2026, 17:57
    Etiraz aksiyalarını qadağan edəcəklər
  • 22-10-2026, 17:13
    Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub
  • 22-10-2026, 16:41
    Abşeronda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
  • 22-10-2026, 15:41
    Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib
  • 22-10-2026, 15:09
    Hindistanın xarici işlər naziri sabah Azərbaycana səfər edəcək
  • 22-10-2026, 12:55
    Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib
  • 22-10-2026, 12:29
    Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib
  • 22-10-2026, 11:12
    "The New York Times": ABŞ və İsrail İrana yeni zərbələr endirməyi planlaşdırır
  • 22-10-2026, 10:13
    Azərbaycan nefti cüzi bahalaşıb
  • 22-10-2026, 09:25
    Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
  • 21-10-2026, 18:25
    Kreml Ukrayna üzrə üçtərəfli danışıqları bərpa etməyə hazırdır - YENİLƏNİB
  • 21-10-2026, 17:57
    Türkiyə Pakistan və daha iki ölkə ilə müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb
  • 21-10-2026, 17:34
    Azıx-Tağlar Arxeoloji Parkı dövlət qoruğu olub - Sərəncam
  • 21-10-2026, 17:02
    Dövlət Statistika Komitəsinin strukturu dəyişib
  • 21-10-2026, 16:07
    Mirzoyan: Rusiya dəmir yollarının konsessiyası qərb tərəfdaşlarımızda suallar doğurur
Daha çox
19-10-2026, 11:42
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, baş nazirin müavini təyin olunub
19-10-2026, 17:36
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb
19-10-2026, 12:35
Bakının bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq
19-10-2026, 13:15
Sabah rayonlara yağış yağacaq
19-10-2026, 14:38
Bir qrup energetik təltif edilib - Sərəncam
19-10-2026, 15:45
Fransada iğtişaşlar fonunda bəzi şəhərlərdə komendant saatı tətbiq ediləcək
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə