• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Mən rəqs edəcəyəm

Gündəm / Sosial

5-05-2023, 19:30

Mən rəqs edəcəyəm


Bakı Xoreoqrafiya Akademiyasının məzunları Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində tozu dumana qatdılar

Dünyanın rəqs gününü qeyd etdiyi o gün Bakıda da səhnə rəqqasələrə verildi. Həmin gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsinin pərdələri onlar üçün açıldı. Bakı Xoreoqrafiya Akademiyasının (BXA) orta ixtisas təhsili pilləsi məzunları səhnənin parlaq işıqları altında öz məharətlərini göstərmək üçün buraxılış-hesabat konserti verdilər. Ənənəvi olan bu konsertlərini də rəqs gününə həsr etdilər.

Gecəyə damğa vuran rəqslər

Buraxılış-hesabat konsertində müxtəlif rəqs kompozisiyaları nümayiş olundu. Məsələn, BXA-nın tam orta təhsil pilləsinin şagirdlərinin ifasında P. Çaykovskinin “Yevgeniy Onegin” operasından Polonez əsəri maraqla qarşılandı. Quruluşunu BXA-nın Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmməd-Zadənin verdiyi rəqsi Akademiyanın məzunları Miraydın Abdullayev, Ağamir Mirzəyev, Rəşad Rəhimov, Səməd Eyvazlı, Çiçək Abbaszadə, Elvina Yusupova ifa etdilər.

Bu adlar gecə boyu dəfələrlə səslənənlərdən, sahibləri səhnədə boy - məharət göstərənlərdən oldu. Amma səhnədə, sadəcə məzunlar deyildi. I kurs tələbələri Aysun Əliyeva və İlahə Əlizadənin ifası da heç onlardan geri qalmadı. A. Qlazunovun “Raymonda” baletindən Divertisment parçasını təqdim edən qızlar səhnədə indiyə qədərki ən yaxşı işlərini sərgiləməyə çalışdılar.

“Bu həyəcan hiss etdirdi ki, artıq məzunam”

Məzun tələbələrin, eləcə də solist Zərifə İbrahimlinin C. Cahangirovun “Lirik rəqs” əsəri Əməkdar artist Səbinə Qasımovanın quruluşunda maraqla qarşılandı.

Solist Zərifə İbrahimli, sadəcə bugünkü ifasından yox, ümumiyyətlə, səhnədə olmağından çox məmnundur. Bu il məzun olan Zərifə “Azərbaycan müəllimi”nə müsahibəsində deyib ki, özünü ən yaxşı ifadə etdiyi yer səhnə, vasitə isə rəqsdir: “VIII sinifdən BXA-da təhsil alıram. 3 ildir Akademiyanın kollecində təhsilimi davam etdirirəm. Artıq məzunam. Rəqsə iş, qazanc mənbəyi kimi baxmıram. Rəqsi sevdiyim üçün burdayam və bundan sonra böyük səhnələrdə rəqs etməyi düşünürəm. Arzum, ümidim budur”.

İndiyədək çox konsertlərə qatılıb, amma məzun kimi səhnə almağın həyəcanı bir başqa olurmuş: “Hətta ötənilki buraxılış-hesabat konsertinə də qatıldım. Heç həyəcan hiss etmirdim. Amma bu gün yuxudan durandan həyəcanlıyam. Bu həyəcan hiss etdirdi ki, mən artıq məzunam”.

Bu gecənin solisti təkcə Zərifə deyil. Zeynəb Hüseynzadənin P.Çaykovskinin “Qu gölü” baletindən Pa de trua BXA tələbələri və solist məzunlar-Darya Maslakova, Daniyə Nəsirova, İbrahim Cabarov, Şaiq Kərimov, Rəhman Sadıxov, Cavid Cavadzadənin ifalarında təqdim olundu.

Tələbələrimiz üçün ən önəmli konsert

Ərkan Hüseynlinin “Acar rəqsi Qandaqan” BXA-nın məzunu Səməd Eyvazlı ilə I kurs tələbəsi Liyana Bernandinanı birləşdirdi. Onların xoreoqraf R.Çoxonelidze, müəllim, Əməkdar artist Viktoriya Şahmuradova ilə birlikdə hazırlaşdıqları bu rəqs nömrəsi maraqla qarşılandı.

O gecə Əməkdar artist, BXA-nın müəllimi Viktoriya Şahmuradovanın tələbələri həvəslə çıxış etdilər, maraqla qarşılandılar. Cəmi 3 ildir Akademiyada müəllimliyə başlasa da, o, tələbələrinin sevimlisidir. Hər dəfə adı səsləndikcə zaldan gələn səs və alqışlardan bunu anlamaq çətin deyil. O da “Azərbaycan müəllimi”nə onu sevdirən müəllimliyindən danışdı: “Bu gecə rəqslərimdə 40-a yaxın tələbəm iştirak etdi. Sadəcə bir rəqsimdə 16 qız vardı. Hər rəqsə hazırlaşmaq böyük əmək, zəhmət tələb edir. Uşaqları toplamaq, onlarla işləmək, hər birini başa salmaq asan deyil. Amma biz - həm mən, həm də tələbələrim məşqlərimizdən zövq alırıq. Çətinliyi, yorğunluğu hiss etmədən bu yolu bərabər gedirik. Özünüz də gördüyünüz kimi, əziyyətimizin sonunda tələbələrimiz layiq olduqları qiyməti alırlar”.

Müəllim tələbələri üçün bu konsertin əhəmiyyətini də qeyd edib: “Bu, tələbələrimiz üçün ən önəmli konsertdir. Akademiyanı bitirib uzun bir yola çıxırlar. Bəziləri dövlət ansambllarında işləyəcək”.

Ona görə də konsertə hazırlıq bir neçə ay çəkir: “Biz bu konsertə tədris ilinin əvvəllərindən hazırlaşmağa başlayırıq. Sentyabrda artıq nə quracağımızı planlaşdırır, yanvardan məşqlərimizə başlayırıq. Amma məşqlərimiz dərslərlə paralel gedir. Dərs saatları bitəndən sonra məşqlərə başlayırıq”.

Bu konsert məzunlar üçün bir imtahandırsa, aşağı kurs tələbələri üçün praktikadır: “Çalışırıq ki, bu konsertdə bütün tələbələrimiz iştirak etsinlər. 2 il, 1 il sonra məzun olacaq tələbələrimiz də səhnə görməli, təcrübə toplamalıdırlar”.

Rəşad Rəhimovun Ə.Bədəlbəylinin “Qız qalası” baletindən A dajio, məzun Miraydın Abdullayevin V. Solovyov-Sedoyyn “Taras Bulba” baletindən Ostapın variasiyası, məzun Tahirə Əliyevanın S.Qalperinin “Bessarab qaraçıları” da maraqlı idi. Ancaq tələbələrlə solist Zəhra Vəliyevanın ifasında “Karvan”, sadəcə maraqlı deyil, əyləncəli və düşündürücü idi.

Məzunlardan başqa bir nömrə Çiçək Abbaszadə ilə Ağamir Mirzəyevin D. Şostakoviçin “Xanım və xuliqan” baletində Xuliqanın variasiyası, məzun Səməd Eyvazlının Bize J. “Karmen” operasından Don Xosenin variasiyası klassik bölmənin, Miraydın Abdullayev və solist məzun Darya Maslakovanın “Qaval ilə rəqs”i, tələbələr və solist məzunlar - Rəhman Sadıxov, Rüfət Nağıyev, Kamal Qasımov, İbrahim Cabarovun “Qafqaz rəqsi”,Nemət Hüseynovun “Bayram süitası”, Miraydın Abdullayev və solist məzun Darya Maslakovanın “Qaval ilə rəqs”i xalq bölməsinin təqdim etdiyi ən yaxşı rəqslərdən oldu.

Gecə uğurla davam edirdi. Bu il 30-cu buraxılış ilini qeyd edən xalq artisti Yusif Qasımovun da sevinci gözlərindən oxunur, yerə-göyə sığmadığı açıq hiss olunurdu: “1991-ci ildən, Akademiya hələ Bakı Xoreoqrafiya məktəbi olan dövrdən işləyirəm. Məni Leyla Vəkilova dəvət eləyib xalq bölməsini mənə həvalə edib. O vaxtdan burada yetişdirdiyim tələbələrin 95 faizi dövlət ansambllarının qabaqcıl rəqqaslarıdır. Yetirmələrimin arasında 16 nəfər respublikanın fəxri adlarına, 4 nəfər Prezident mükafatına layiq görülüblər”.

Azərbaycan rəqslərinə sevgisindən danışan Yusif müəllim rəqslərimizin insanı coşduran xüsusiyyətlərini qeyd edib: “Ən qədim rəqslərimiz var. Məsələn, “Yallı”nın çoxlu sayda növü var. Ən qədimlərdən olan “Köçəri yallısı” çox sevdiklərimdəndir və dəfələrlə bu rəqsə quruluş vermişəm”.

Yusif Qasımovun yetirməsi Kamal Qasımov da məzun olur. 14 ildir taleyini rəqslə bağlayan Kamal deyir ki, VIII sinifdən bəri 5 ildir ki, “əziyyətini Yusif müəllim çəkir”. Kamal “Qaytaği” üstündə rəqs etməyi çox sevir. Xarici ölkələrin səhnələrində tozu dumana qatdığı çox olsa da, bu gün həyəcanlıdır: “Həyəcan vardı, təbii ki. Səhnədə ilk çıxışım olmasa da, bu, özümü göstərmək, bacarıqlarımı nümayiş etdirmək üçün bir şansdır. Bu şansımdan istifadə edə bilməyin həyəcanını da səhnə həyəcanına qatsaq, yəqin miqyasını müəyyənləşdirmək çətin olmaz”.

Dövlət rəqs ansamblında işləmək istəyən gənc rəqqas ömrünü rəqslə bağlayacaq.

Onlar o gecə səhnədə və həyatda uğura qapı açdılar

Gün rəqsin, meydan məzunların olsa da, səhnədə yalnız deyildilər. Özlərindən aşağı kursların tələbələri ilə rolları paylaşaraq onlardan, zalda isə Mədəniyyət və Elm və Təhsil nazirliklərinin əməkdaşlarından, ali təhsil müəssisələrinin nümayəndələrindən, mədəniyyət xadimləri və başqa qonaqlardan alqışlarla dəstək, güc alaraq qarşılarında açılacaq yeni yola yönləndilər.

Səsiniz səhnələrdən gəlsin, gənc rəqqas və rəqqasələr! Siz səhnəyə çıxanda “Lirik rəqs” də səslənə bilər, “Cəngi” də, hətta “Bessarab qaraçıları” da, lap “Raymonda” baleti, Xuliqanın variasiyası da. Orda nə ifa etməyinizdən asılı olmayaraq, əsas odur, həyatın ömrünüzə çaldığı hava ürəyinizcə olsun!

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Şou-biznes

30-11-2022, 10:46

Nəsrinin bu fotoları maraqla qarşılandı

Gündəm / Dünya

10-12-2022, 08:11

Ukraynanın xarabazara çevrilmiş şəhərində sənət əsəri yaradan anonim rəssamın əl işləri - FOTO

Gündəm / Sosial

14-12-2022, 11:03

Gələn ilin buraxılış və qəbul imtahanlarının tarixi AÇIQLANDI - QRAFİK

Gündəm / Sosial

24-04-2024, 16:13

Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?

Gündəm / Siyasət

26-07-2022, 20:38

“Deyəsən, Akademiyanın fəaliyyətini yaxşı izləməmişik, alimlərimiz işləyirlər”

Şou Biznes
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
Bugün, 09:00
Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb
18-09-2026, 16:05
Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb
12-09-2026, 09:35
Bakıda avtomobil qadını vuraraq öldürüb
Son xəbərlər
  • Bugün, 13:45
    İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək
  • Bugün, 12:35
    Zakir Həsənov Pakistana başsağlığı verib
  • Bugün, 12:16
    Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək
  • Bugün, 11:29
    Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb
  • Bugün, 10:42
    Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq
  • Bugün, 10:14
    Türkiyədə 5 maqnitudalı zəlzələ olub
  • Bugün, 09:00
    Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb
  • 18-09-2026, 17:38
    Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH
  • 18-09-2026, 16:42
    Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto
  • 18-09-2026, 16:05
    Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb
  • 18-09-2026, 14:41
    Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb
  • 18-09-2026, 13:27
    Sabah rayonlarda arabir yağış yağacaq
  • 18-09-2026, 12:54
    Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib
  • 18-09-2026, 11:59
    Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək
  • 18-09-2026, 11:20
    "Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb
  • 18-09-2026, 10:09
    Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib
  • 18-09-2026, 09:36
    Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər
  • 18-09-2026, 09:30
    Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
  • 17-09-2026, 18:26
    Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir
  • 17-09-2026, 13:52
    İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
  • 17-09-2026, 13:10
    İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər
  • 17-09-2026, 12:55
    Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub
  • 17-09-2026, 12:26
    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
  • 17-09-2026, 12:09
    Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
  • 17-09-2026, 11:25
    İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
  • 17-09-2026, 10:05
    Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub
  • 17-09-2026, 09:31
    Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar
  • 16-09-2026, 16:45
    Gürcüstan Prezidenti Azərbaycana yeni təyin olunmuş səfirlə görüşüb
  • 16-09-2026, 16:13
    Təhsil dövrü 5 il olan hərbçilər üçün "leytenant" rütbəsinin müddəti azaldılır
  • 16-09-2026, 15:33
    Bakıda keçirilən beynəlxalq audit konfransının iştirakçıları Prezidentə müraciət ediblər
  • 16-09-2026, 14:37
    Haaqa məhkəməsində Kosovo Azadlıq Ordusunun rəhbərlərinə hökm oxunub
  • 16-09-2026, 14:04
    Ermənistan Konstitusiya Məhkəməsi TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
  • 16-09-2026, 12:59
    Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq
  • 16-09-2026, 12:42
    Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
  • 16-09-2026, 12:22
    İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib
Daha çox
15-09-2026, 08:51
Azərbaycanda Bilik Günüdür
15-09-2026, 11:57
İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
15-09-2026, 10:15
XİN Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
16-09-2026, 11:44
İlham Əliyev Auditin inkişaf mərhələlərinə həsr edilən beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib
15-09-2026, 10:52
Birol Akgün Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib
15-09-2026, 12:19
TBMM sədri Bakının işğaldan qurtuluşunun 108-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə