• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

“Öz istəyi ilə hərbini seçən, iki döyüşdə ön sırada vuruşan və yaralı vəziyyətdə komandirini xilas edərkən şəhid olan qəhrəman Vətən oğlu”

Gündəm / Sosial

9-12-2021, 16:30

“Öz istəyi ilə hərbini seçən, iki döyüşdə ön sırada vuruşan və yaralı vəziyyətdə komandirini xilas edərkən şəhid olan qəhrəman Vətən oğlu”

“Vətənimi anam qədər, bəlkə də anamdan çox sevirəm, onu qorumaq şərəf işidir, kişi işidir. Biz belə oturub gözləsək ermənilər hələ çox illər bizim əzəli-əbədi torpaqlarda at oynadacaq, meydan sulayacaq. Onu qorumalı və işğal altında olan torpaqları geri almalıyıq. Yoxsa bizim 90-cu illərin əvvəllərində yaşadığımız acılı, ağrılı, kasıb və elindən ayrı düşmüş miskin halımızı övladlarımız, nəvələrimiz yaşaya bilər. Bunu nə gələcək nəsil, nə də Vətən bizə bağışlamaz”

Bəli, bu fikirləri indi onun öz dilindən eşitməsək də, vaxtilə həyat yoldaşına söyləyib, özü də tez-tez. Onunla bu fikirləri o qədər paylaşıb ki, Nailə xanım da bizə təkrar söyləyərək kövrəlir..

“Həqiqətən Azər vətənpərvər, mehriban və cəsur şəxsiyyət idi. Böyüklə böyük, kiçiklə, kiçik kimi rəftarına söz ola bilməzdi. Hər kəsə imkanı daxilində əlindən gələn yardımı edirdi ki, kimsə əliboş qayıtmasın, kimi isə naümid buraxmasın. Anaya, qardaşa və həyat yoldaşına münasibəti çox gözəl idi. Heç kəslə də küsülü, incik deyildi. Elə münasibət qururdu ki, deyirdin görəsən Azərdən kimsə inciyə bilər?. Yaxşı həyat yoldaşı, qayğıkeş ata, diqqətcil oğul, məsuliyyətli qardaş və ən əsas vətənpərvər şəxsiyyət idi”

Azər Qasımov ailənin üç övladından ilki idi. İki oğul, bir qız idilər Qasımovlar. Böyük kimi həm qardaş, həm sirdaş olub onlarla, valideynləri ilə. Bacısı Şahnaza, qardaşı Fuada həmişə dayaq olub, yardımını əsirgəməyib. Anası Esmira xanım, atası Yaqub bəy daim oğulları ilə qürur duyublar və indi də yoxluğu nə qədər kədər doğursa, şəhidlik zirvəsinə ucalmağının verdiyi qürur daha şərəflidir doğmaları üçün.
6 dekabr 1979-cu ildə qəhrəman Tərtər rayonun Yenikənd kəndində dünyaya göz açıb şəhidimiz. Orta təhsilini həmin kənd tam orta məktəbində başa vurduqdan sonra sənədlərini öz istəyi ilə təhsilini davam etdirmək üçün Hərbi Akademiyaya verir və qəbul da olur. Həyatını, ömrünü hərbiyə bağlamaq, bu sahədə ixtissaslı mütəxəssis olmaq istəyir. Ancaq o dövrün kasıblıq şərtləri və maddi durumun yaxşı olmaması bir kənd yetirməsinin Bakıya gələrək burda təhsilini davam etdirməsinə ciddi əngəl olur. Beləcə, gənc Azər təhsilini yarımçıq qoyub hərbi xidmətə yollanır. Tam iki il Gədəbəydə N saylı hərbi hissədə xidmət keçdikdən sonra fərqlənmə ilə geri qayıdır Tərtərə. Bir müddət özəl sahələrdə çalışır və sonra bir qıza vurularaq öz istəyi ilə ailə həyatı qurur. 2011-ci ildə ailə həyatı qurduqdan sonra dolanışıq imkanlarına görə Rusiyaya köç edir. Orda da bacarığı və qabiliyyəti ilə ailəsini dolandırır, özünə çoxlu dostlar qazanır. Ancaq Vətənə olan sevgisi, hərbiyə olan marağı bir gün olsun belə onu tərk etmir. Buna görə Qasımov ailəsini də, yaxşı dolanışığını da yarımçıq qoyub geri dönür, doğma Vətənə-əziz Tərtərə. Geri dönən kimi də ilk işi hərbiyə könüllü yazılmaq olur. Sanki ən böyük arzusu bu imiş kimi, sevincək hərbçi kimi xidmətindən fəxr hissi duyur, qürurlanır. Ailədən heç kim bu istəyinə qarşı gələ bilməyib, hər dəfə “öz arzumdur, öz istəyimdir”, - deyib sinəsini qabağa verib Azər.
Ancaq heç özü də bilmirdi ki, qarşıda onu iki gərgin, alovlu müharibə gözləyir. Qısa müddətli, ancaq gərgin, odlu-alovlu və itkiləri çox olan müharibə.
2014-cü ildən Müddətdən Artıq Hərbi Xidmətə (MAXE) başlayan andan ön xətlərdə, ön cəbhədə olub şəhidimiz. Hərbçi yoldaşların sağ əli, əsgərlərin böyük qardaşı və komandirlərin dayağı olub.
Bu gün də döyüş yoldaşları ondan razıdır, onun haqqında əsl hərbçiyə layiq sözlər danışılır, qəhrəmanlığı digərlərinə nümunə olaraq çəkilir.
Azər aktiv döyüşlərə 2016-cı ildə atılır. Qısamüddətli Aprel döyüşlərinə. İlk andan döyüşün qaynar nöqtələrində olub, hərbçi yoldaşları ilə çiyin-çiyinə əsl qəhrəmanlıq nümunəsi göstərib. Hətta bu şücaətinə dair medalla da mükafatlandırılır qəhrəman döyüşçü.
Döyüşlər bitir, Azər bu döyüşdən sağ çıxsa da şəhid olan hərbçi yoldaşlarına görə uzun müddət pis olur və döyüşün qisasını daim ürəyində daşıyır. Onun yaradandan bir istəyi olur, geniş miqyaslı döyüşlər başlasın və o da döyüşə atılaraq ermənidən öz layiqli qisasını alsın. Bir dəyişməz fikri var idi. Ermənilər bizim torpaqlardan çıxmalı.
2020-ci ilin sentyabrın 27-i günü, onun arzusu çin olur. O şərəfli başlanğıc Azərin ürəyincə olur. Çoxu qorxu, təlaş içində qaldığı halda, sanki Azər qələbəni duyur və o şərəfli tarixin gəlib çatdığını hiss edir. Döyüşlərə ürəklə atılır, kimsə qarşısını ala bilməz, kimsə Azərə mane ola bilməz dərəcədə. Candan şirin nə ola bilər? Heç nə. Azər şirin canını Vətənə qurban verdi. Bax, o dərəcədə amalına, arzusuna bağlı idi.

Deyin, həyatda candan şirin nə var?
Şirin candan keçdi, vətənçün onlar.
Əlbət yaşayacaq belə oğullar,
Adını tarixlərə yazdı şəhidlər,
Haqqın dərgəhına qalxdı şəhidlər!


Həddən artıq gərgin keçdi Vətən Savaşı, 30 illik erməni mənfurluğunun əl işi olan istehkamlarla, ağır silahlarla üz-üzə qalan Azərbaycan ordusu, şanlı əsgəri nə qəhrəmanlıqlar, nə igidliklər göstərmədi, nə mübarizə sərgiləmədi. Dünya tarixi belə bu savaşı “21-ci Əsrin Savaşı” adlandırdı. Azər bu savaşın bir parçası, bir hissəsi idi. Əzəldən, əvvəldən həmin zonaya bələd idi, o torpaqdan yoğrulmuşdu, o torpaqdan doğulmuşdu deyə savaş onu qorxutmur, yad gəlmirdi. O, doğma Qarabağı üçün savaşırdı ürəkdən, özü də var gücü ilə. …
Onun üçün gərgin döyüş oktyabrın 16-a qədər davam etdi. O vaxta qədər gərgin keçən döyüşlərdə ön xətdə olduğu üçün üç dəfə ağır yaralanır. Hospitala yerləşdirilsə də həkimlərin rəyini deyil, Vətənin harayına səs verir, yaralı durumu ilə geri dönür döyüşlərə. Komandiri hətta ona hirslənir, tələb edir, qolundakı ağır qəlpə yarasına görə ki, geri dönsün. Amma bilmir ki, məhz yaralı durumu ilə komandirini ölüm anından xilas edən də Azər Qasımov olacaq. 2020-ci ilin oktyabrın 16- qədər həm döyüşür, həm neytral zonalardan şəhid olan, yaralı olan hərbçiləri daşıyır. Qarşıda onu nə gözləyir, yəqin ki, bilmir.
Ən son döyüş nöqtəsi Suqovuşan istiqamətində olur ki, gecəyə qədər aktiv döyüşdə olur və komandirini xilas etmək istəyən də mənfurların gülləsinə hədəf olur. Komandirini xilas etsə də özünü xilas edə bilmir. Ağır yaralanan Azər o an anasını yada salır və ona zəng edir… O kədərli anı həyat yoldaşı Nailə xanım belə xatırlayır.

“ Azərlə mənim ən son danışığım oktyabrın 15-də olub. Hal -əhval tutdum. Soruşdum ki, orda vəziyyət necədir?- dedi : “heç nə, döyüş gedir, yaxşı olacaq, həyatdır, özünüzə yaxşı baxın, çalışın bir-birinizə əmanət olun. Uşaqlar sənə, sən də uşaqlara.. Çox qorxsam da anladım ki, döyüşlərdə hər şey baş verə bilər. Ancaq güclü və möhkəm olmalıyıq. Ən son zəng yaralandığı günün gecəsi edib anasına. Anası yuxuda olduğundan zəngin son səsinə oyanıb. Görüb ki, Azərdir. Tez qayıdıb ona yığıb..(kövrəlir) ancaq zəng çatmayıb”

Bəli, bu Azərin doğmalarına son zəngi olub, bəlkə də anası ilə danışsaydı son danışığı olardı, son vəsiyyəti olardı. Ana sonuncu dəfə oğlunun səsini eşidib, son anında onu tərk etməzdi. Qismət, deyək....
Polad Həşimov onun həmişə idealı olub general kimi. Elə özü də onun kimi qəhrəmanlıq göstərib Vətən savaşında canını canından şirin saydığı Vətən üçün qurban etdi, əbədi bağışladı.
On dörd gün Azərin nəşi neytral zonada qalır və bu müddətdən sonra onun nəşi dəfn üçün qardaşı Fuada təhvil verilir. Həmin gün Fuad üçün çox ağır gün idi, günlərin ən ağırı, ən çəkilməzi. 29 oktyabr günündən gedir söhbət. Doğum günündə qardaşının nəşini almaq, təsəvvür edin. Vətən uğrunda şərəfli ölümü qürurlu olsa da ,ancaq qardaş yoxluğu, doğum günündə onun nəşini almaq acısı çox ağır idi. Çəkilməz dərddir, çəkilməz.
Azər Qasımov elə kəndlərinin qəbrstanlığında dəfn olunur, adına ailəsi tərəfindən bulaq kompleksi inşa edilir.
Azərdən Vətənə dörd əmanət qalır. İki oğul, iki qız. Yaqub ən böyük oğludur, 9 yaşı var, Ayan isə ən böyük qızıdır, 8 yaşında. 6 yaşlı Yusif üçüncü övlad və yaş yarımlıq Gülay isə sonbeşikdir. Uşaqları da ataları ilə qürur duyur. Atalarının qəhrəmanlığından, şücaətindən tez-tez danışır, məzarını yad edirlər. Atalarının yoxluğu kədərlidir, amma adının qüruru balacalara da güc verir, inam verir. Onun ruhunu daima hiss edirlər. Çalışırlar ki, atalarını xoş xatirələrlə yad edib ruhunu şad etsinlər.

Azər ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalı ilə təltif edilib, hətta “Suqovuşan” uğrundakı döyüşünə görə də medalla da mükafatlandırılıb, ancaq sonuncu medal ailəyə hələ təhvil verilməyib.

Bütün bunlar Azərin 40 illik ömrünün nəticəsi idi. Hər bir kədərini, sevincini, uğurunu, qəhrəmanlığını və fədakarlığını bu qısa ömrə sıxışdırdı. Adam var, 80-90 il ömür sürür, heç nəyə nail olmur, amma adam da qısa ömrə bir tarix yazır. Eynən Azər Qasımov kimi…
Azər Qasımov Tərtərin Yenikənd kəndindən yeganə şəhiddir.
Ruhun şad, yerin cənnətlik olsun əziz şəhidimiz!

Vətənin köməyə ehtiyacında,
Yetdilər imdada dar ayağında.
Qanların tökdülər torpağ uğrunda,
Adın tarixlərə yazdı şəhidlər,
Haqqın dərgahına qalxdı şəhidlər!


Şəhidlər qədər xidmətimiz olmasa da onları yad etmək, haqqında saytımızda yazı yazmaq, anmaq, yaxınlarından müsahibə almaq bizə də çox qürurdur. Taq.az saytının təsisçisi, TAQ İctimai Birliyinin rəhbəri Kənan Adıgözəlov və işçi kollektivi bu yazını şəhidimizə həsr edir, onunla bir şəhid, qəhrəman Vətən oğlu kimi qürur duyur.
Vətən sizlərlə var olur, əziz şəhidlər! Ruhunuz şad olsun!

Günel İsayeva
Taq.az

“Öz istəyi ilə hərbini seçən, iki döyüşdə ön sırada vuruşan və yaralı vəziyyətdə komandirini xilas edərkən şəhid olan qəhrəman Vətən oğlu”
“Öz istəyi ilə hərbini seçən, iki döyüşdə ön sırada vuruşan və yaralı vəziyyətdə komandirini xilas edərkən şəhid olan qəhrəman Vətən oğlu”
“Öz istəyi ilə hərbini seçən, iki döyüşdə ön sırada vuruşan və yaralı vəziyyətdə komandirini xilas edərkən şəhid olan qəhrəman Vətən oğlu”
“Öz istəyi ilə hərbini seçən, iki döyüşdə ön sırada vuruşan və yaralı vəziyyətdə komandirini xilas edərkən şəhid olan qəhrəman Vətən oğlu”
“Öz istəyi ilə hərbini seçən, iki döyüşdə ön sırada vuruşan və yaralı vəziyyətdə komandirini xilas edərkən şəhid olan qəhrəman Vətən oğlu”
“Öz istəyi ilə hərbini seçən, iki döyüşdə ön sırada vuruşan və yaralı vəziyyətdə komandirini xilas edərkən şəhid olan qəhrəman Vətən oğlu”
“Öz istəyi ilə hərbini seçən, iki döyüşdə ön sırada vuruşan və yaralı vəziyyətdə komandirini xilas edərkən şəhid olan qəhrəman Vətən oğlu”

Oxunub: 252
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

6-12-2021, 22:36

"Bizə tarix versinlər" - İlham Əliyev Zəngəzur dəhlizindən danışdı

Gündəm / Siyasət

6-12-2021, 22:18

"Bizim şərtlərimizi qəbul etməlidirlər" - Prezidentdən Ermənistana ÇAĞIRIŞ

Gündəm / Sosial

3-12-2021, 09:00

Şəhid polkovnik təyyarəni düşmən mövqeyinə çırpıbmış

Gündəm / Siyasət

6-11-2021, 10:29

"Qarabağ Azərbaycanın daxili işidir" - Hikmət Hacıyev

Gündəm / Siyasət

20-10-2021, 21:05

Xalqımız bu müqəddəs Zəfər Gününü gözləyirdi - Prezident

Şou Biznes
Rəqsanə Səidə Bəkirqızından üzr istədi
Türkiyədə keçirilən əməliyyatlarda xeyli məşhur saxlanılıb
Tamaşaçıların istəyi ilə "Sən-Kralsan!" müziklı yenidən nümayiş olunacaq
Los-Ancelesdə uşaqlara Azərbaycanın milli rəqsləri öyrədiləcək
Əməkdar artist yeni vəzifəyə təyin olundu
Vyanada "Arşın mal alan" operettasının yeni quruluşda premyerası keçirilib
Araşdırma
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
5-06-2023, 11:29
"Nərmin işi"ndə təqsirləndirilən İlkin Süleymanova HÖKM OXUNDU
3-06-2023, 11:06
Təhsil idarəsinin rəisinə cinayət işi AÇILDI
Hadisə
Bugün, 10:45
Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
Dün, 14:15
Azərbaycanda 7 yaşlı uşaq bıçaqlandı - DƏHŞƏT
4-02-2026, 14:42
10-cu sinif şagirdi məktəbin pəncərəsindən yıxıldı
Son xəbərlər
  • Bugün, 11:45
    XXV Qış Olimpiya Oyunlarında bu gün bir neçə növ üzrə yarışlar keçiriləcək
  • Bugün, 11:29
    Ərdoğan: Zəlzələdən qısa müddət sonra sözümüzü tutduq
  • Bugün, 11:04
    "Qarabağ" UEFA Çempionlar Liqasındakı növbəti oyunlar üçün iştirak ərizəsində dəyişiklik edib
  • Bugün, 10:45
    Bakıda ŞOK: İdrak Liseyində şagird müəllimi GÜLLƏLƏDİ
  • Bugün, 10:13
    Rusiyada saxlanılan şəxsə işgəncə verilməsi ilə bağlı beş polis əməkdaşı həbs edilib
  • Bugün, 09:50
    Bu ərazilərdə 6 saat işıq olmayacaq
  • Bugün, 09:13
    BİZİM TƏQVİM: Fevralın 6-da baş vermiş tarixi hadisələr
  • Dün, 18:17
    Aİ ilə Türkiyə arasında regional gündəlik və Gömrük İttifaqı sazişinin yenilənməsi müzakirə ediləcək
  • Dün, 17:55
    Prezident İlham Əliyevin BƏƏ səfəri başa çatıb
  • Dün, 17:10
    Qurban Qurbanov “Neftçi”nin “yox” deməsindən danışdı - “Onlardan küsmürük”
  • Dün, 16:55
    Prezident İlham Əliyev Ərdoğana məktub ünvanlayıb
  • Dün, 16:40
    “Yeni bir müharibəyə şahid olmaq istəmirik”
  • Dün, 16:16
    Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi olub, 314 hərbçi təhvil verilib
  • Dün, 15:51
    Lavrov Simonyanı danladı: Qəribə açıqlamalar eşidirik
  • Dün, 14:55
    Bakıda yeni dayanacaqlar quraşdırılacaq
  • Dün, 14:32
    Ömürlük məhkum olunan erməni canilər harada saxlanılacaq?
  • Dün, 14:15
    Azərbaycanda 7 yaşlı uşaq bıçaqlandı - DƏHŞƏT
  • Dün, 13:13
    Bakıda erməni generalına ağır cəza verildi
  • Dün, 12:42
    Daha bir soydaşımız müharibədə öldürüldü - FOTO
  • Dün, 12:08
    Bu il 8 min müəllim attestasiyaya cəlb olunacaq
  • Dün, 11:43
    Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında danışıqlar davam edir
  • Dün, 10:58
    ABŞ-ın vitse-prezidenti Azərbaycana Qış Olimpiya Oyunlarının açılışından sonra səfər edəcək
  • Dün, 10:31
    Emin Əmrullayev Gürcüstan, Serbiya və BƏƏ-dən olan həmkarları ilə əməkdaşlığı müzakirə edib
  • Dün, 10:04
    Səyyar ASAN xidmət Ağdaşda fəaliyyətə başlayıb
  • Dün, 09:45
    BİZİM TƏQVİM: 5 fevralda baş vermiş tarixi hadisələr
  • 4-02-2026, 18:30
    Paşinyan: “Zayed İnsan Qardaşlığı Mükafatı” hər bir erməni və azərbaycanlı üçün eyni dərəcədə vacibdir
  • 4-02-2026, 17:54
    Hikmət Hacıyev "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimindən paylaşım edib
  • 4-02-2026, 17:11
    Qazaxıstanla Pakistan strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıb
  • 4-02-2026, 16:28
    Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana göndəriləcək taxılın həcmi açıqlanıb
  • 4-02-2026, 16:03
    Ərinin videosuna görə ərizə yazmışdı - İşdən çıxarıldı
  • 4-02-2026, 14:42
    10-cu sinif şagirdi məktəbin pəncərəsindən yıxıldı
  • 4-02-2026, 14:20
    Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxs ölüb
  • 4-02-2026, 13:09
    Bu gecə Bakıya qar yağacaq, yollar buz bağlayacaq
  • 4-02-2026, 12:14
    Azərbaycanla Ermənistan iqtisadi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib
  • 4-02-2026, 11:48
    Filippində qəza nəticəsində ölənlərin sayı 45-ə çatıb
Daha çox
3-02-2026, 11:22
İşçilərin sosial sığorta nömrəsi ləğv olunur
3-02-2026, 12:23
Bakıya qar yağacaq - XƏBƏRDARLIQ
3-02-2026, 12:02
Yol polisi hava ilə bağlı sürücülərə müraciət etdi
3-02-2026, 12:46
Mətbuat Şurası sosial media istifadəçilərinə çağırış edib
2-02-2026, 11:46
Azərbaycanda MTK-ların “qara siyahı”sı yaradıla bilər
2-02-2026, 17:37
Gəncədə fəhlələr qaynaq işi görərkən partlayış olub, xəsarət alanlar var
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə