• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

2021 parlament jurnalistlərinin DƏYƏRLƏNDİRMƏSİNDƏ: Aktiv spikerin fonunda “tarixə düşən”, “pul istəyən” deputatlar

Gündəm / Sosial

10-12-2021, 09:56

2021 parlament jurnalistlərinin DƏYƏRLƏNDİRMƏSİNDƏ: Aktiv spikerin fonunda “tarixə düşən”, “pul istəyən” deputatlar

Azərbaycan üçün bir çox önəmli hadisələrlə yadda qalan 2021-ci ilin yekunlaşmasına sayılı günlər var. 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində qazandığımız zəfərdən sonra 2021-ci il bu qələbənin möhkəmlənməsi ilə xarakterizə olundu. Xüsusilə, işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən quruculuq, bərpa işləri, qalib dövlət olaraq Azərbaycanın atdığı addımlar, önəmli siyasi qərarları regionda dövlətimizin mövqeyinin daha da güclənməsinə səbəb oldu. Düşmən tapdağından azad edilmiş Qarabağımızla bağlı qanunların müzakirəsi və qəbulu baxımından bu ili parlament üçün də əlamətdar hesab etmək olar.

2021-ci ildə Milli Məclisin fəaliyyəti haqqında Modern.az-a danışan parlament jurnalistləri də bu cür düşünürlər.

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoyun fikrincə, 2021-ci ildə Milli Məclisin fəaliyyətini qənaətbəxş saymaq olar:
2021 parlament jurnalistlərinin DƏYƏRLƏNDİRMƏSİNDƏ: Aktiv spikerin fonunda “tarixə düşən”, “pul istəyən” deputatlar

“Pandemiyanın yaratdığı çətinliklərə rəğmən, parlamentin komitə və plenar iclasları keçirildi, işlər planına daxil edilmiş qanun layihələri müzakirələrdən keçdi, əksəriyyəti qəbul olundu, yaxud qəbul mərhələsindədir. Bir sıra deputatlar yenə də aktiv, qanunvericilik orqanının məramına uyğun fəaliyyəti ilə yadda qaldı. Ancaq passivliyi ilə “tarixə düşənlər” də ənənələrinə sadiqlik nümayiş etdirdilər. Amma büdcə müzakirələri və digər bir sıra mühüm qanun layihələrinin müzakirələrində seçicilərin mövqeyinin ifadəsi, hökumətə açıq mətnlə müraciətlərin edilməsi parlamentin imicinə müsbət xallar əlavə edilməsi baxımından faydalı oldu”.

Müzakirəsi gözlənilən qanun layihələrinə də toxunan E. Paşasoy, buna misal olaraq, Rəqabət Məcəlləsini qeyd edib:

“Ümid edirik, ölkəmizdə inkişafa, rəqabətə stimul verəcək bu layihənin “bəxti” növbəti sessiyada açılacaq. Parlament rəhbərliyinin məhsuldar fəaliyyətini, paralel olaraq uğurlu beynəlxalq fəaliyyətini, Azərbaycan həqiqətlərinin ifadəsi üçün mümkün tribunalardan istifadə edərək çox faydalı səfərlər reallaşdırmasını da qeyd etmək yerinə düşər. Görünən budur ki, mandat sahibi olan hər kəs üçün geniş imkanlar var. Yetər ki, fürsətlər və imkanlar dəyərləndirilsin, eyni zamanda hansı sözü nə zaman demək olar, yanaşması diqqətdən kənar saxlanılmasın. Deputatların bir çoxunun media ilə əlaqələri haqda da xoş söz söyləmək olar. Hətta parlament rəhbərliyinə daxil olan millət vəkillərinin belə, mediaya açıq olması, internet televiziyalarındakı debatlara belə, tərəddüdsüz qatılmaları parlament-media əlaqələrinin yeni mərhələyə daxil olduğu haqda nikbin təsəvvürləri formalaşdırır. Heç şübhəsiz, burada ölkə başçısının mətbuata önəm verərək, jurnalistləri özünün köməkçiləri adlandırması, həmçinin parlament rəhbərliyinin mətbuat nümayəndələrinə sayğılı münasibəti əsas faktorlardandır. Bəlkə daha yaxşı ola bilər, yetər ki, sui-istifadə olmasın, peşəkar yanaşma amili əməkdaşlıqda əsas rol oynasın”.

Oxu.az saytının parlament müxbiri Aqşin Kərimovun 2021-ci ildə parlamentin fəaliyyəti haqqında fikirlərini təqdim edirik:
2021 parlament jurnalistlərinin DƏYƏRLƏNDİRMƏSİNDƏ: Aktiv spikerin fonunda “tarixə düşən”, “pul istəyən” deputatlar

“Altıncı çağırış Milli Məclis fəaliyyətinin diplomatiya fazasında diqqətimi daha çox cəlb edir. Parlament sədri Sahibə Qafarova ölkələrə səfərlər edir, parlament diplomatiyasını ölkənin ümumi dövlət diplomatiyasının tərkibi halına gətirir, bu forma və ölçü baxımından əvvəlki illərdəkindən fərqlidir. Sanki dövlət müəyyən qaydaları nəzərə alaraq açıq şəkildə deyə bilmədiyi tezisləri Sahibə Qafarovanın dili ilə çatdırır, biz bunu xanım spikerin İran səfərində də görmüşdük. Nəzərimcə, Milli Məclisin parlament diplomatiyası fazasındakı fəaliyyətinə yüksək qiymət vermək olar.

Gələk parlamentin ölkədaxili məsələlərlə bağlı fəaliyyətinə. Milli Məclis Konstitusiyanın, qanunların ona verdiyi səlahiyyətlərdən və hüquqlardan istifadə edərək yola çıxır, amma zənnimcə, nəticə elə də effektiv deyil. Parlament lazımi səviyyədə, ona verilən hüquqlar çərçivəsində mühakimə edə bilmir, həmişə üzdə olan bir neçə deputat istər parlament iclaslarında, istərsə də, mətbuatda hökumətin fəaliyyətini təftiş edən açıqlamalar səsləndirirlər. Büdcə müzakirələrində bir məsələnin da şahidi oldum. Profil sahə üzrə deputatlardan biri də demədi ki, bu sahəyə pul azalsın. Maliyyə təminatının əsası olmalıdır. Ayrılan vəsait azdırsa, çoxalsın, amma onun az olmasını da əsaslandırmaq lazımdır. Bir sahəyə pul ayırılıbsa, həmin vəsait təyinatı üzrə xərcənməyibsə, digər problemlərin həllinə vəsait çatmayıbsa, bu o demək deyil ki, ayrılan vəsait az olub. Yəni büdcə müzakirələrində “pul istəməkdən” çox, şəffaflıq və hesabatlılıq tələb edən fikirlər səsləndirmək lazımdır. Parlament bu il də bir sıra “gözləri yol çəkən” sənədləri müzakirəyə çıxarmadı, əsasən də vurğunu Rəqabət Məcəlləsinə edirəm”.

Qafqazinfo.az saytının əməkdaşı Günel Türksoy parlamentlə bağlı bəzi məqamları dilə gətirib:
2021 parlament jurnalistlərinin DƏYƏRLƏNDİRMƏSİNDƏ: Aktiv spikerin fonunda “tarixə düşən”, “pul istəyən” deputatlar

“Milli Məclisin daha bir sessiyası başa çatmaq üzrədir. Budəfəki sessiyanın da ötəndəfəkilərdən çox da fərqləndiyini deyə bilmərəm. Elə əvvəlki dönəmlərdə olduğu kimi yenə də iclaslarda eyni adamların çıxış etdiyini, müzakirələr apardığını demək olar. Budəfəki sessiya isə fikrimcə spiker Sahibə Qafarovanın deputatların fikirlərinə verdiyi bir neçə cavablarla yadda qalıb. Media ilə əlaqələrə gəlincə, əlçatan deputatların siyahısı hər kəsə məlumdur. Onlar həmişə danışırlar. Bəziləri isə "cavab verirəm, amma yazmaq üçün yox" ifadəsinə hələ də sadiqdirlər, bəzi mövzulara ümumiyyətlə reaksiya vermirlər”.

Telegraf.com saytının əməkdaşı Nemət Orucov qeyd edib ki, Milli Məclis 2021-ci ildə aktiv fəaliyyət göstərib, onlarla qanun layihəsini qəbul edib:
2021 parlament jurnalistlərinin DƏYƏRLƏNDİRMƏSİNDƏ: Aktiv spikerin fonunda “tarixə düşən”, “pul istəyən” deputatlar

“Beynəlxalq əlaqələr baxımından müəyyən inkişaf müşahidə edilib. Spiker Sahibə Qafarova fəal parlament diplomatiya həyata keçirib. Bunu onun çoxsaylı xarici səfərlərdə olması və oradakı çıxışları da göstərir. Tahir Kərimli, Zahid Oruc, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Asim Mollazadə xüsusi fəallığı ilə seçilib. Eyni zamanda mediaya tam açıq olublar”.

Modern.az-ın parlament müxbiri Namidə Bingölün fikrincə, 2021-ci il parlament üçün həm zəngin, həm də gərgin il kimi yadda qaldı:
2021 parlament jurnalistlərinin DƏYƏRLƏNDİRMƏSİNDƏ: Aktiv spikerin fonunda “tarixə düşən”, “pul istəyən” deputatlar

“Nəzərə alsaq ki, dünyada COVID-19 bəlası davam edir, buna baxmayaraq, belə bir şəraitdə işləmək o qədər də asan deyil. Sıx iş qrafikində işləyən parlamentarilər beynəlxalq məsələlərdə də aktivlik nümayiş etdirdilər. Həmçinin xalq və dövlət olaraq 44 günlük Vətən müharibəsinin bir ilini qeyd etdik. Milli Məclis bu məsələdə daha aktiv fəaliyyəti ilə diqqət çəkdi. Demək olar ki, beynəlxalq təşkilatlarda, parlamentlərarası işçi qrupları səviyyəsində Azərbaycanın qələbəsinə həsr olunmuş tədbirlər, görüşlər keçirildi. Ötən bir il ərzində mina xəritələrinin verilməsi ilə bağlı da məsələlər xarici nümayəndələrlə görüşlərdə müzakirə olundu. Nəhayət ilin sonunda 2022-ci ilin büdcəsi hökumət üzvlərinin iştirakı ilə geniş formada müzakirə olunaraq qəbul edildi. Hesab edirəm ki, hələ qarşıda görüləcək işlər çoxdur”.

1news.az İnformasiya Agentliyinin əməkdaşı Qafar Ağayev parlamentdə aktiv olmayan deputatlara diqqət çəkib:
2021 parlament jurnalistlərinin DƏYƏRLƏNDİRMƏSİNDƏ: Aktiv spikerin fonunda “tarixə düşən”, “pul istəyən” deputatlar

“Ümumilikdə 2021-ci ildə Milli Məclisin fəaliyyətini qənaətbəxş hesab etmək olar. Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisdə dinamiklik müşahidə olunur. Ancaq yenə də Milli Məclisdə bəzi deputatların heç danışmadığının şahidi olduq. Bəzi deputatların qalmaqallı və ya dəqiqləşdirilməmiş çıxışları sosial şəbəkələrdə günlərlə müzakirə mövzusuna çevirildi. Bu il mənə görə Milli Məclisdə bir çox hadisə ilə yadda qaldı. Onların ən önəmlisi Milli Məclisinin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi və həbs olunması oldu”.

Milli Məclisin mətbuatla əlaqəsinə gəldikdə isə, həmkarımızın zənnincə, burada da inkişaf gözə çarpır:

“Parlamentin mətbuat xidməti xüsusilə operativ fəaliyyət göstərir, görüşlər barədə, beynəlxalq fəaliyyətlə bağlı ətraflı məlumat verilir. Sualımız olanda da operativ cavab ala bilirik. Bəzilərini çıxmaqla, deputatlar da mətbuatın suallarını cavablamaqdan qaçmırlar. Müxtəlif mövzularla bağlı müraciət etdiyim deputatların əksəriyyəti suallarımı operativ şəkildə cavablayır. Bundan başqa, deputatların bəziləri sosial şəbəkədə də aktivlik nümayiş etdirirlər, bu da çox müsbət addımdır”.

“Ədalət” qəzetinin əməkdaşı Nicat Novruzoğlu isə 2021-ci ildə parlamentin fəaliyyətində spiker Sahibə Qafarovanın xarici səfərlərini xüsusi qeyd edib:
2021 parlament jurnalistlərinin DƏYƏRLƏNDİRMƏSİNDƏ: Aktiv spikerin fonunda “tarixə düşən”, “pul istəyən” deputatlar

“Bu səfərlər olduqca əhəmiyyətli səfərlər idi. Deputatlarımızın da fəaliyyətini müsbət qiymətləndirirəm. Ötən illərə baxanda 2021-ci ildə deputatların aktivliyi daha çox gözə çarpır. Onların seçiciləri ilə mütəmadi görüşlərini izləyirik. Sözsüz ki, iş varsa, problem də var. Bəzən bəzi deputatların öz seçiciləri ilə ünsiyyətdən qaçdığının da şahidi oluruq. Deputatın hətta qanunu pozduğunu da görmüşük. Və yaxud hislərə qapılıb, populist çıxışlar edən də olur. Amma ümumilikdə götürdükdə nəticə etibarı ilə fəaliyyətlərini müsbət qiymətləndirirəm.

Media ilə münasibətlərə gəlincə isə deyə bilərəm ki, hər zaman mətbuatla işləyən deputatlar indi də bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər. Onlar yenə də mətbuata açıqdırlar. Lakin ili analiz etdikdə mən deyərdim ki, 2021-ci ilin əvvəllərində deputatlar mətbuatda daha aktiv idilər, nəinki indi”.

Ölkə.az saytının parlament müxbiri Mürtəza Bünyadlı də parlamentarilərlə bağlı fikirlərini bölüşüb:
2021 parlament jurnalistlərinin DƏYƏRLƏNDİRMƏSİNDƏ: Aktiv spikerin fonunda “tarixə düşən”, “pul istəyən” deputatlar

“2021-ci ildə Milli Məclis üzvlərinin fəaliyyətini qənaətbəxş hesab edirəm. Amma bütöv bir ildə parlamentin fəaliyyətinə nəzər salanda çox önəmli hesab etdiyimiz, yadda qalan əlamətdar hadisə yaşanmadığını düşünürəm. Deputatların fəaliyyəti, xüsusilə media ilə əlaqələri demək olar əvvəlki illərdəki səviyyətində qaldı. Parlamentarilərin media ilə münasibətləri qaneedici səviyyədə deyil. Önümüzdəki illərdə də bu sahədə ciddi dəyişiklik olacağını düşünmürəm”.

Oxunub: 282
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

7-12-2021, 15:02

Sahibə Qafarova Türkiyəyə gedir

Gündəm / Siyasət

23-11-2021, 10:40

Sahibə Qafarovanın səfər proqramı AÇIQLANDI

Gündəm / Siyasət

4-11-2021, 20:40

"Azərbaycan regionda yeni reallıqlar yaradıb"- Bozkır

Gündəm / Siyasət

4-11-2021, 20:04

"İƏT PA Azərbaycanın atdığı addımları alqışlayır" - Baş katib

Gündəm / Siyasət

25-10-2021, 17:40

Sahibə Qafarova: "Ermənistan bu gün də təxribatçı əməllərindən əl çəkmir"

Şou Biznes
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti
"Oskar" mükafatının qaliblərinin adları açıqlanıb
Ötən il 900 əsər və ifa qeydiyyatdan keçirilib
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
25-07-2026, 11:38
Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb
16-07-2026, 15:16
Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb
16-07-2026, 10:09
Şəmkirdə 11 nəfər salatdan zəhərləndi
Son xəbərlər
  • 25-07-2026, 16:26
    Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq
  • 25-07-2026, 15:35
    Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib
  • 25-07-2026, 15:07
    Prezident Milix Yevdayevi təltif etdi
  • 25-07-2026, 11:38
    Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb
  • 25-07-2026, 11:14
    Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq
  • 25-07-2026, 10:20
    Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb
  • 25-07-2026, 09:45
    Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq
  • 25-07-2026, 09:21
    Qədim şəhərlər niyə yerin altında tikilib - Maraqlı SƏBƏB
  • 25-07-2026, 09:05
    FHN həftəsonu su hövzələrinə üz tutacaq vətəndaşlara müraciət edib
  • 24-07-2026, 18:04
    "Dawn": Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub
  • 24-07-2026, 17:40
    MM: ABŞ Konqresi komitəsinin qanun layihəsi erməni lobbisinin maraqlarına xidmət edir
  • 24-07-2026, 17:06
    Milli Məclisin deputatı İranda səfərdədir
  • 24-07-2026, 16:48
    Fransada miqrantlara qarşı ayrı-seçkilik – Yeliseyin davam edən irqçiliyi - ŞƏRH
  • 24-07-2026, 15:47
    İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
  • 24-07-2026, 15:17
    Rusiya Ukraynada silah sərgisinin keçirildiyi poliqona zərbə endirib, ölənlər var
  • 24-07-2026, 14:57
    Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
  • 24-07-2026, 14:34
    Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu - FOTO
  • 24-07-2026, 13:11
    Ukrayna ordusu Rusiyanın hərbi zavodunu və neft obyektini vurub
  • 24-07-2026, 12:43
    Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq
  • 24-07-2026, 12:20
    Azərbaycanda "Enerji menecment sisteminə dair Tələblər" dəyişib
  • 24-07-2026, 11:58
    İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib
  • 24-07-2026, 11:09
    FHN həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
  • 24-07-2026, 10:31
    Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb
  • 24-07-2026, 10:00
    SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
  • 24-07-2026, 09:40
    Azərbaycan neftinin qiyməti 109 dolları keçib
  • 24-07-2026, 09:21
    Şamaxı rayonunda zəlzələ olub
  • 23-07-2026, 16:23
    ANCA, lobbi və "dostları" Ermənistana qarşı - sülhsevər olmayan konqresmenlər - ŞƏRH
  • 23-07-2026, 16:00
    Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir
  • 23-07-2026, 15:18
    AQP: Tikinti bazarı "mülayim artım və sabitlik" mərhələsindədir
  • 23-07-2026, 14:59
    Sabah Biləsuvarın 7 kəndində qaz olmayacaq
  • 23-07-2026, 13:05
    Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq
  • 23-07-2026, 11:57
    Azərbaycanda iyulun pensiya ödənişi yekunlaşıb
  • 23-07-2026, 11:05
    Tailandda silahlı hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı həlak olub
  • 23-07-2026, 10:20
    UEFA Konfrans Liqası: "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək
  • 23-07-2026, 09:54
    Azərbaycan neftinin qiyməti 100 dolları keçib
Daha çox
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə