• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Azərbaycanın böyük lideri-Heydər Əliyevin şərəfli ömür və fəaliyyət yolu.

Gündəm / Sosial

12-12-2021, 17:30

Azərbaycanın böyük lideri-Heydər Əliyevin  şərəfli ömür və fəaliyyət yolu.

Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu inkişaf ilk növbədə xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir. Heydər Əliyev bütün həyatı boyu Vətəninin, xalqının gələcəyini düşünmüş, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığı ilə inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini konkret olaraq müəyyənləşdirmişdir.

Bu gün keçmişə nəzər salarkən və Heydər Əliyevin hələ respublikamız keçmiş Sovet İttifaqının tərkibində olduğu zaman Azərbaycan üçün gördüyü işləri qiymətləndirərkən bu böyük insanın ruhu qarşısında baş əyməyə bilmirsən. Ulu öndər Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə rəhbərlik etdiyi 15 ilə yaxın dövr ərzində respublikanı geridə qalmış və yalnız xammal mənbəyi sayılan aqrar respublikadan inkişaf etmiş sənaye respublikasına çevirməyə müvəffəq olmuş, adı heç yerdə çəkilməyən Azərbaycanı qısa müddətdə sovet respublikaları arasında ön sıralara çıxarmağa, ən sürətlə inkişaf edən bir respublikaya çevirməyə nail olmuşdu.

Heydər Əliyev çox gözəl bilirdi ki, respublikanın inkişafı ilk növbədə onun iqtisadi qüdrətini artıran enerji təminatının yaxşılaşdırılmasından, sənaye potensialının yaradılmasından, elm və mədəniyyətinin, ən başlıcası, insan potensialının inkişaf etdirilməsindən asılıdır. İttifaq rəhbərliyinin göstərdiyi maneələrə baxmayaraq o, iradəsindən dönmür, bütün vasitələrlə bu maneələri aradan qaldırmağa çalışır və bunu bacarırdı. Hazırda Azərbaycanın 2020-ci ilədək inkişaf konsepsiyası ətrafında gedən müzakirələr, bu konsepsiyada müəyyən olunacaq əsas hədəflər də Heydər Əliyev ideyalarından güc alır. Ulu öndərin dövlət başçısı İlham Əliyev tərəfindən müasir reallıqlara söykənməklə daha da zənginləşdirilən ideyaları, onun strategiyası, onun arzuları artıq həqiqətə çevrilmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkənin enerji siyasəti Heydər Əliyevin neft strategiyası əsasında qurulmuşdur və bu strategiya dünyanın müasir tələblərinə uyğunlaşdırılmış, zənginləşdirilmişdir.

Ümummilli liderimizin ölməz ideyaları təkcə enerji siyasətimizi deyil, bütövlükdə Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirmişdir və həmin strategiyanın ardıcıl həyata keçirilməsi bu gün də ölkəmizi sürətlə irəli aparır. Vaxtilə onun cəsarət və uzaqgörənliklə həyata keçirdiyi islahatlar olmasaydı, Azərbaycanın indiki inkişaf səviyyəsi ancaq xəyal olaraq qala bilərdi. Heydər Əliyev Azərbaycanın 1993-cü ildən sonra əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək, bu dövrdə cəmiyyətdə aparılmış islahatların məqsədini və mahiyyətini belə izah edirdi: “Bizim əsas məqsədimiz ondan ibarət olubdur ki, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirək və inkişaf etdirək. Biz bunu etmişik və artıq Azərbaycanda dövlət müstəqilliyi sarsılmazdır, dönməzdir və əbədidir”. Heydər Əliyev çox gözəl bilirdi ki, yeni Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi, keçmiş sosializm sistemi münasibətlərinin yeni münasibətlərlə əvəz edilməsi, müasir dünyanın tələbləri ilə ayaqlaşa bilən bir dövlətin qurulması bütün sahələrdə dərin islahatların aparılmasından, insanların şüurunu tədricən dəyişməkdən asılıdır. Odur ki, ölkənin müharibə şəraitində olmasına baxmayaraq böyük risk və qətiyyətlə həmin islahatların konsepsiyasını hazırlayıb ardıcıl həyata keçirirdi. Onların müsbət nəticələri barədə isə xalq qarşısında belə hesabat verirdi: “Bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycanda yeni bir sistem yaranıbdır. Dünya standartlarına yaxınlaşan, dünya standartlarına çatmağa çalışan hüquqi, demokratik, dünyəvi dövlət yaranıbdır. Budur bizim nailiyyətimiz... Bu, bütün sahələrdə özünü göstərir. Bizim Konstitusiyamız, qəbul etdiyimiz qanunlar, onların icrası, cəmiyyətə bütün sahələrdə verilən azadlıq, sərbəstlik - bunlar hamısı bizim dövlətçilik anlayışımızın tərkib hissələridir”.

Heydər Əliyev fenomeninin əsas xüsusiyyətlərindən biri də ondan ibarət idi ki, o, başladığı işlərin nəticəsini əvvəlcədən görür və hesablaya bilirdi. Buna görə də cəsarətlə elan edirdi ki, Azərbaycan müstəqilliyini elan edəndən sonra bəyan etdiyi demokratiya, bazar iqtisadiyyatı, sərbəst iqtisadiyyat, dünya birliyinə, dünya iqtisadiyyatına inteqrasiya prinsiplərini həyata keçirməyə başlamış, həm də böyük nailiyyətlər əldə etmişdir və elə yola çıxmışdır ki, artıq bundan sonra daha da sürətlə irəliləyəcəkdir.

Ulu öndər iqtisadi məsələlərin mahiyyətini çox gözəl bilir, bu sahədə dünya təcrübəsinin Azərbaycanda tətbiqinə böyük əhəmiyyət verirdi. Məhz onun səyləri və rəhbərliyi altında hazırlanmış dövlət əmlakının birinci və ikinci özəlləşdirmə proqramları əsasında respublikada yeni iqtisadi münasibətlərin əsası qoyulmuş, özəl sektor yaradılmış, respublikaya böyük xarici sərmayələr cəlb edilmiş, sahibkarlıq üçün geniş imkanlar açılmış, sovet dövründən qalma fabrik və zavodlar dünya bazarına çıxarıla biləcək məhsullaristehsalına yönəldilmək üçün yerli və xarici sahibkarlara verilmişdir. Bununla yeni sənaye sahələri yaradılmaqla bərabər, yeni iş yerlərinin açılmasına da başlanmışdır. Heydər Əliyev inanır və bəyan edirdi ki, Azərbaycan bu sahədə düzgün yoldadır: “Azərbaycan iqtisadi islahatların keçirilməsi sahəsində doğru yoldadır. Çox böyük nailiyyətlər əldə edibdir. Biz bu yolu bəyənmişik, bu yolla gedirik və gedəcəyik”.

Uzaqgörən siyasətçi kimi özünü hələ sovet dövründə təsdiq etmiş Heydər Əliyev yeni dövrün, yeni tarixi şəraitin xüsusiyyətlərini nəzərə alaraq Azərbaycanın inkişaf yolundan danışarkən deyirdi: “Biz çalışırıq və bundan sonra da çalışacağıq ki, inkişaf etmiş ölkələrin səviyyəsinə çatmaq üçün Azərbaycanda tərəqqi daha da sürətləndirilsin. Ancaq bilmək lazımdır: bunların hamısını bir gündə, bir ayda, bir ildə əldə etmək mümkün deyildir. Buna həm zaman lazımdır, həm də iradə, inam lazımdır. Zaman bizdən asılı deyildir. Ancaq iradə, inam özümüzdən asılıdır. Hamı bilməlidir ki, Azərbaycan dövlətində, Azərbaycan hakimiyyətində bu iradə, bu inam var”.

Heydər Əliyev Azərbaycan cəmiyyətini saflaşdırmış, gələcək nəsillər üçün sivil dəyərlərə əsaslanan, milli-mənəvi dəyərləri yaşatmağa qadir olan bir ölkə miras qoymuşdur. Vaxtilə gənclərlə keçirdiyi görüşlərdə dəfələrlə qeyd etmişdir ki: “Bizim gələcəyimiz gənclərdir... Biz bugünkü gənclərə çox yüksək amallara, mənəvi keyfiyyətlərə, yüksək iqtisadi potensiala malik olan dövlət, ölkə əmanət edəcəyik”.

Doğrudan da, 1993-cü ildən sonra keçirilən islahatların miqyası və sürəti heyrətamizdir. Bunlardan təkcə kənd təsərrüfatı və torpaq islahatlarını göstərmək kifayətdir. Ulu öndər artıq 2001-ci ildə deyirdi: “Biz konkret olaraq hansı sahədə nələr əldə etmişik? Məsələn, kənd təsərrüfatında biz 1995-1996-cı illərdə torpaq islahatı keçirdik. O vaxt bu bizim üçün cəsarətli addım idi. Çünki MDB ölkələrinin heç birində torpaq islahatı keçirilməmişdir və çoxunda bu günə qədər də aparılmamışdır”. Məhz Heydər Əliyevin bu cəsarətli addımları sayəsində Azərbaycan kəndlisi öz torpağının əsl sahibinə çevrilmiş və bunun böyük bəhrəsini bu gün də görməkdədir. Respublikanın kənd təsərrüfatında son illərdə qazanılmış qələbələr isə göz qabağındadır. Ulu öndərin bu sahədə başladığı işlər müstəqilliyimizin sonrakı illərində də uğurla davam etdirilmiş, Prezident İlham Əliyevin kənd təsərrüfatına göstərdiyi böyük kömək sayəsində artıq Azərbaycan öz ərzaq təhlükəsizliyini təmin edən bir dövlətə çevrilmişdir.

Heydər Əliyev çox gözəl bilirdi ki, Azərbaycanın bir dövlət kimi daim yaşaması, müstəqilliyini qoruyub saxlaması, regionda mövcud olan gərgin siyasi şəraitdə ona dünyanın böyük gücləri tərəfindən göstərilən təzyiqlərə davam gətirməsi, ölkənin zəngin təbii sərvətlərinin qorunması və bu sərvətlərdən Azərbaycan xalqının rifahı naminə istifadə edilməsi üçün güclü və demokratik dövlət, bu dövlətin möhkəm hüquqi bazası, dinamik inkişafına təkan verən iqtisadi sistemi və tarazlı beynəlxalq siyasəti olmalıdır. Buna görə də öz çıxışlarında dönə-dönə qeyd edirdi: “...bu gün Azərbaycana güclü dövlətçilik lazımdır. Əgər Azərbaycanda güclü dövlətçilik olmasa, ölkəmizin həm içindən, həm də kənarından Azərbaycanı dağıdacaqlar. Bunu bilməlisiniz”.

Dünyada və regionda mövcud olan geosiyasi vəziyyəti dərindən təhlil edən Heydər Əliyev Azərbaycanın bütün dövlətlərlə, o cümlədən yaxın qonşuları ilə sıx əlaqələrini yarada bilmiş, Azərbaycanın iqtisadi və siyasi maraqlarını qoruyaraq Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsinə nail olmuş, Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına, enerji daşıyıcılarının alternativ ixrac istiqamətlərinin əldə olunmasına yol açmışdır. Hələ 2000-ci ildə bu kəmərin tikintisinə şübhə ilə yanaşanlar olsa da Azərbaycanın iqtisadi inkişafında yeni bir mərhələnin başlanğıcına təkan vermiş və çox böyük siyasi maneələr dəf edilməklə, eyni zamanda böyük zəhmətlə başa gəlmiş bu kəmər haqqında fəxrlə deyirdi: “Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri var, olacaq və yaşayacaqdır. Bu, elə bir neft kəməridir ki, yüz il, bəlkə də ondan da çox yaşayacaqdır”. Doğrudan da, 2006-cı ildə bu kəmər işə başladı və Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Azərbaycanın iqtisadi müstəqilliyinin gücləndirilməsində müstəsna rol oynayır. Bunlar hamısı son nəticədə ölkənin iqtisadi müstəqilliyini gücləndirməklə yanaşı, onun tərəqqisinə, inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsinə şərait yaratmışdır. Heydər Əliyev bu layihələrin həyata keçirilməsində böyük səbir və təmkinlə, eyni zamanda heyrətamiz iradə və qətiyyətlə hərəkət edirdi.

Ulu öndər Azərbaycanda sahibkarlığı, bir sözlə, özəl sektoru inkişaf etdirmək üçün ona hər vasitə ilə dəstək verir, bu prosesi sürətləndirmək, bu sahədə yaranan maneələri aradan qaldırmaq üçün bilavasitə yerli və xarici sahibkarların özü ilə vaxtaşırı görüşlər keçirir, hətta elə həmin görüşlər zamanı anket sorğusu vasitəsilə onların rəylərini öyrənirdi. Həmin sorğuların nəticələrini ciddi surətdə araşdıraraq problemlərin aradan qaldırılması üçün qəti tədbirlər görürdü. istehsalına yönəldilmək üçün yerli və xarici sahibkarlara verilmişdir. Bununla yeni sənaye sahələri yaradılmaqla bərabər, yeni iş yerlərinin açılmasına da başlanmışdır. Heydər Əliyev inanır və bəyan edirdi ki, Azərbaycan bu sahədə düzgün yoldadır: “Azərbaycan iqtisadi islahatların keçirilməsi sahəsində doğru yoldadır. Çox böyük nailiyyətlər əldə edibdir. Biz bu yolu bəyənmişik, bu yolla gedirik və gedəcəyik”.

Uzaqgörən siyasətçi kimi özünü hələ sovet dövründə təsdiq etmiş Heydər Əliyev yeni dövrün, yeni tarixi şəraitin xüsusiyyətlərini nəzərə alaraq Azərbaycanın inkişaf yolundan danışarkən deyirdi: “Biz çalışırıq və bundan sonra da çalışacağıq ki, inkişaf etmiş ölkələrin səviyyəsinə çatmaq üçün Azərbaycanda tərəqqi daha da sürətləndirilsin. Ancaq bilmək lazımdır: bunların hamısını bir gündə, bir ayda, bir ildə əldə etmək mümkün deyildir. Buna həm zaman lazımdır, həm də iradə, inam lazımdır. Zaman bizdən asılı deyildir. Ancaq iradə, inam özümüzdən asılıdır. Hamı bilməlidir ki, Azərbaycan dövlətində, Azərbaycan hakimiyyətində bu iradə, bu inam var”.

Heydər Əliyev Azərbaycan cəmiyyətini saflaşdırmış, gələcək nəsillər üçün sivil dəyərlərə əsaslanan, milli-mənəvi dəyərləri yaşatmağa qadir olan bir ölkə miras qoymuşdur. Vaxtilə gənclərlə keçirdiyi görüşlərdə dəfələrlə qeyd etmişdir ki: “Bizim gələcəyimiz gənclərdir... Biz bugünkü gənclərə çox yüksək amallara, mənəvi keyfiyyətlərə, yüksək iqtisadi potensiala malik olan dövlət, ölkə əmanət edəcəyik”.

Doğrudan da, 1993-cü ildən sonra keçirilən islahatların miqyası və sürəti heyrətamizdir. Bunlardan təkcə kənd təsərrüfatı və torpaq islahatlarını göstərmək kifayətdir. Ulu öndər artıq 2001-ci ildə deyirdi: “Biz konkret olaraq hansı sahədə nələr əldə etmişik? Məsələn, kənd təsərrüfatında biz 1995-1996-cı illərdə torpaq islahatı keçirdik. O vaxt bu bizim üçün cəsarətli addım idi. Çünki MDB ölkələrinin heç birində torpaq islahatı keçirilməmişdir və çoxunda bu günə qədər də aparılmamışdır”. Məhz Heydər Əliyevin bu cəsarətli addımları sayəsində Azərbaycan kəndlisi öz torpağının əsl sahibinə çevrilmiş və bunun böyük bəhrəsini bu gün də görməkdədir. Respublikanın kənd təsərrüfatında son illərdə qazanılmış qələbələr isə göz qabağındadır. Ulu öndərin bu sahədə başladığı işlər müstəqilliyimizin sonrakı illərində də uğurla davam etdirilmiş, Prezident İlham Əliyevin kənd təsərrüfatına göstərdiyi böyük kömək sayəsində artıq Azərbaycan öz ərzaq təhlükəsizliyini təmin edən bir dövlətə çevrilmişdir.

Heydər Əliyev çox gözəl bilirdi ki, Azərbaycanın bir dövlət kimi daim yaşaması, müstəqilliyini qoruyub saxlaması, regionda mövcud olan gərgin siyasi şəraitdə ona dünyanın böyük gücləri tərəfindən göstərilən təzyiqlərə davam gətirməsi, ölkənin zəngin təbii sərvətlərinin qorunması və bu sərvətlərdən Azərbaycan xalqının rifahı naminə istifadə edilməsi üçün güclü və demokratik dövlət, bu dövlətin möhkəm hüquqi bazası, dinamik inkişafına təkan verən iqtisadi sistemi və tarazlı beynəlxalq siyasəti olmalıdır. Buna görə də öz çıxışlarında dönə-dönə qeyd edirdi: “...bu gün Azərbaycana güclü dövlətçilik lazımdır. Əgər Azərbaycanda güclü dövlətçilik olmasa, ölkəmizin həm içindən, həm də kənarından Azərbaycanı dağıdacaqlar. Bunu bilməlisiniz”.

Dünyada və regionda mövcud olan geosiyasi vəziyyəti dərindən təhlil edən Heydər Əliyev Azərbaycanın bütün dövlətlərlə, o cümlədən yaxın qonşuları ilə sıx əlaqələrini yarada bilmiş, Azərbaycanın iqtisadi və siyasi maraqlarını qoruyaraq Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsinə nail olmuş, Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına, enerji daşıyıcılarının alternativ ixrac istiqamətlərinin əldə olunmasına yol açmışdır. Hələ 2000-ci ildə bu kəmərin tikintisinə şübhə ilə yanaşanlar olsa da Azərbaycanın iqtisadi inkişafında yeni bir mərhələnin başlanğıcına təkan vermiş və çox böyük siyasi maneələr dəf edilməklə, eyni zamanda böyük zəhmətlə başa gəlmiş bu kəmər haqqında fəxrlə deyirdi: “Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri var, olacaq və yaşayacaqdır. Bu, elə bir neft kəməridir ki, yüz il, bəlkə də ondan da çox yaşayacaqdır”. Doğrudan da, 2006-cı ildə bu kəmər işə başladı və Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Azərbaycanın iqtisadi müstəqilliyinin gücləndirilməsində müstəsna rol oynayır. Bunlar hamısı son nəticədə ölkənin iqtisadi müstəqilliyini gücləndirməklə yanaşı, onun tərəqqisinə, inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsinə şərait yaratmışdır. Heydər Əliyev bu layihələrin həyata keçirilməsində böyük səbir və təmkinlə, eyni zamanda heyrətamiz iradə və qətiyyətlə hərəkət edirdi.

Ulu öndər Azərbaycanda sahibkarlığı, bir sözlə, özəl sektoru inkişaf etdirmək üçün ona hər vasitə ilə dəstək verir, bu prosesi sürətləndirmək, bu sahədə yaranan maneələri aradan qaldırmaq üçün bilavasitə yerli və xarici sahibkarların özü ilə vaxtaşırı görüşlər keçirir, hətta elə həmin görüşlər zamanı anket sorğusu vasitəsilə onların rəylərini öyrənirdi. Həmin sorğuların nəticələrini ciddi surətdə araşdıraraq problemlərin aradan qaldırılması üçün qəti tədbirlər görürdü. Hələ sovet dövründə öz prinsipiallığı və neqativ hallarla barışmazlığı ilə tanınmış Heydər Əliyev yaxşı bilirdi ki, sahibkarlığın genişlənməsində, ümumiyyətlə, cəmiyyətin inkişafında ən böyük bəlalardan biri korrupsiya hallarıdır. Buna görə də korrupsiyanın kökünün kəsilməsini, buna imkan yaradan səbəblərin aradan qaldırılmasını, ən başlıcası, bütün sahələrdə şəffaflığın təmin edilməsini ön plana çəkirdi. Heydər Əliyev bunu real surətdə həyata keçirmək üçün ilk növbədə hüquqi bazanın və işlək mexanizmlərin yaradılmasını təmin etmişdi, bu mexanizm və strukturların səmərəli fəaliyyət göstərməsinə ciddi nəzarət edirdi. Məhz onun təşəbbüsü ilə yaradılmış Dövlət Neft Fondunun şəffaf fəaliyyəti buna əyani misaldır. Həmin prinsiplərin və ənənələrin bu gün dövlət başçısı İlham Əliyev tərəfindən daha qətiyyətlə davam etdirildiyini heç kəs inkar edə bilməz. Azərbaycan Prezidenti bu məsələləri daim nəzarətdə saxlamaqla yanaşı, korrupsiyanın və bürokratiyanın aradan qaldırılmasının daha müasir vasitələrindən istifadə edir. Bu vasitələr ilk növbədə elektron hökumətin yaradılmasına yönəldilmiş tədbirlərdir. Azərbaycan Prezidenti İlham Əliyev vaxtilə Heydər Əliyevin informasiya və kommunikasiya texnologiyalarının inkişafı sahəsində müəyyən etdiyi strategiyaya uyğun olaraq bu sahəni ən müasir səviyyəyə qaldırmaqla məmur-vətəndaş təmaslarının get-gedə azaldılmasını, bilavasitə əhalini narahat edən belə təmasların elektron formada həyata keçirilməsini təmin edir.

Azərbaycanın Heydər Əliyev tərəfindən təməli qoyulan dövlət müstəqilliyinin möhkəmlənməsinə xidmət edən siyasi və iqtisadi inkişaf konsepsiyası ondan sonrakı illərdə ulu öndərin ən sadiq davamçısı İlham Əliyev tərəfindən yeni geosiyasi şəraitdə, dünya iqtisadiyyatında baş verən kataklizmlər nəzərə alınmaqla yeni ideyalarla zənginləşdirilmiş və böyük bacarıqla tətbiq edilmişdir. Prezident İlham Əliyev bu müdrik insanın ideyalarını rəhbər tutaraq ölkəyə rəhbərlik etdiyi dövr ərzində Azərbaycan iqtisadiyyatını üç dəfə artıra bilmiş, Azərbaycanı dayanıqlı və sabit inkişaf edən, öz çoxşaxəli iqtisadiyyatını yaratmış, vaxtilə xarici investisiyalardan asılı olduğu halda, indi xaricdə investisiya qoymaq imkanı olan bir ölkəyə çevirmiş, Azərbaycanda ən müasir texnologiyaları tətbiq etməklə ölkənin gələcək inkişafını sürətləndirən çox böyük potensial yaratmışdır.

Bir sözlə, keçdiyimiz qısa tarixi dövr sübut edir ki, Heydər Əliyev ideyalarının reallaşdırılması üçün göstərilən səylər öz bəhrəsini verir və vaxtilə Heydər Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü tədbirlər Azərbaycanın bugünkü və gələcək problemlərinin həllinə, müstəqilliyimizin möhkəmləndirilməsinə, dövlətimizin və xalqımızın tərəqqisinə yönəlmişdir.

Qeyd: Yazını bəzi mənbələrdən istifadə etməklə hazırlanıb.
Türkiyə Azərbaycan Birliyi və Taq.az saytı adından biz də ümumilli lider Heydər Əliyevə rəhmət diləyir, ruhu şad olsun deyirik. İctimai Birlik olaraq mərhum prezidentin uğurlu siyasətinin layiqli davamçılarından olub, iki türk dövlətinin daha sıx amallar və əməllər əzmində töhfə olsun deyə çalışacağımıza söz veririk!

Türkiyə Azərbaycan Qardaşlığı İctimai Birliyi

Oxunub: 198
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

12-12-2021, 11:02

İlham Əliyev ailəsi ilə Heydər Əliyevin məzarını ziyarət etdi

Gündəm / Siyasət

12-12-2021, 00:30

Ümummilli Lider Heydər Əliyevin vəfatından 18 il ötür

Gündəm / Sosial

11-12-2021, 13:46

DTX əməkdaşları ulu öndər Heydər Əliyevin xatirəsini andılar - FOTOLAR

Gündəm / Sosial

10-12-2021, 20:10

Türk Ağsaqqalları Birliyi Türkiyədə Heydər Əliyevə həsr olunmuş konfranslar keçirir

Gündəm / Siyasət

23-11-2021, 18:25

İstanbul Baş Prokuroru Bakıda

Şou Biznes
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti
"Oskar" mükafatının qaliblərinin adları açıqlanıb
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
12-09-2026, 09:35
Bakıda avtomobil qadını vuraraq öldürüb
10-09-2026, 16:35
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
9-09-2026, 09:28
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
Son xəbərlər
  • Bugün, 12:19
    TBMM sədri Bakının işğaldan qurtuluşunun 108-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib
  • Bugün, 11:57
    İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
  • Bugün, 10:52
    Birol Akgün Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib
  • Bugün, 10:15
    XİN Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
  • Bugün, 09:52
    Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
  • Bugün, 09:09
    Bakının erməni-bolşevik işğalından azad olunmasından 108 il ötür
  • Bugün, 08:51
    Azərbaycanda Bilik Günüdür
  • Dün, 14:50
    KİV: Rusiyanın 51-ci ordusunun komandanı Sergey Milçakov öldürülüb
  • Dün, 13:46
    Azərbaycanın AİB ilə əməkdaşlığı üzrə 5,6 mlrd. dollarlıq maliyyələşmə həyata keçirilib
  • Dün, 12:58
    İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub
  • Dün, 12:33
    "Bilik günü" Azərbaycanda 34 dərəcə isti olacaq
  • Dün, 11:48
    MM cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokolu təsdiqləyəcək
  • Dün, 11:19
    İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
  • Dün, 10:40
    Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
  • Dün, 09:51
    Allahşükür Paşazadə: Qarabağda bərpa-quruculuq işlərində TDT-yə üzv dövlətlər dəstəklərini əsirgəməyiblər
  • Dün, 09:22
    Premyer Liqa: V tura "Şəfa" - "Sabah" oyunu ilə yekun vurulur
  • 12-09-2026, 15:44
    İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb
  • 12-09-2026, 15:10
    Birinci sinfə elektron qəbul yenidən aktivləşir
  • 12-09-2026, 12:21
    Kim qızıl alır, kim satır? - SİYAHI
  • 12-09-2026, 11:38
    Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
  • 12-09-2026, 11:01
    Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal
  • 12-09-2026, 09:35
    Bakıda avtomobil qadını vuraraq öldürüb
  • 12-09-2026, 09:14
    Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq
  • 11-09-2026, 18:07
    Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək
  • 11-09-2026, 17:56
    Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
  • 11-09-2026, 17:37
    Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
  • 11-09-2026, 17:04
    Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
  • 11-09-2026, 16:21
    Dördüncü İqlim Həftəsi başa çatıb
  • 11-09-2026, 15:36
    Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar
  • 11-09-2026, 14:57
    Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib
  • 11-09-2026, 13:19
    Sabah 31 dərəcə isti olacaq - PROQNOZ
  • 11-09-2026, 12:51
    Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik
  • 11-09-2026, 12:01
    FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq
  • 11-09-2026, 11:12
    Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
  • 11-09-2026, 10:28
    Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək
Daha çox
10-09-2026, 09:14
Tramp nüvə obyektindəki fəallığa görə İranı zərbə endirməklə hədələyib
12-09-2026, 11:01
Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal
9-09-2026, 12:02
Bakı Limanı: İlin sonunadək Xəzərdə dəniz dibinin dərinləşdirilməsi istiqamətində işlərə başlanılacaq
9-09-2026, 17:54
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
9-09-2026, 18:17
Daha bir tibb müəssisəsi kök hüceyrələrinin transplantasiyasını həyata keçirəcək
9-09-2026, 10:32
Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə