• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Ombudsman Ermənistanın törətdiyi beynəlxalq ekoloji cinayətlərlə bağlı müraciət ünvanlayıb

Gündəm / Sosial

17-07-2023, 13:28

Ombudsman Ermənistanın törətdiyi beynəlxalq ekoloji cinayətlərlə bağlı müraciət ünvanlayıb


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən törədilən beynəlxalq ekoloji cinayətlərlə bağlı müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

“Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərini 30 il müddətində işğal altında saxlayan Ermənistan sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri törətməklə yanaşı, regionun ekoloji təhlükəsizliyinə də ciddi zərər vurub və vurmaqda davam edir. Ermənistanın münbit torpaqlara, su hövzələrinə, atmosferə, meşə fonduna, flora və faunaya, mineral sərvətlərə və enerji mənbələrinə vurmuş olduğu zərər təkcə ölkəmizdə deyil, bütövlükdə regionda ekoloji tarazlığın pozulması ilə nəticələnib. Bütün bunlar Ermənistanın ekoloji cinayətlər törətməsini, ekologiya və ətraf mühitlə bağlı qoşulduğu beynəlxalq konvensiyalarla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsini bir daha sübut edir. Lakin ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların və beynəlxalq qeyri-hökumət təşkilatlarının Ermənistanın yaratmış olduğu qlobal təhlükə mənbəyi olan problemə susqunluq nümayiş etdirməsi bizdə dərin təəssüf hissi doğurur.

Ekoloji tarazlığın pozulması ilə nəticələnən cinayətlərin qarşısının alınması, cinayətkarların cəzalandırılması, bu sahədə mövcud beynəlxalq və milli qanunvericilik aktlarının tələblərinin hər bir dövlət tərəfindən icrasının təmin edilməsi qarşıda duran vacib problemlərdən biridir.

Lakin mövcud ikili standartlar, beynəlxalq təşkilatların susqunluğu və cəzasızlıq mühitinin hökm sürməsi Ermənistanın qlobal və regional ekoloji problemlərə səbəb olan cinayətlərini davam etdirməsinə rəvac verir. Ermənistanın regional ekoloji problem yarada biləcək yeni təşəbbüslərindən biri də Azərbaycanla həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə - Arazdəyən kəndində 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan 70 milyon dollarlıq iri metallurgiya zavodunu inşa etmək istəyidir. Həmin ərazidə belə bir yeni zavodun tikilməsi və tullantıların Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına axıdılması nəinki bu çayın, eyni zamanda, Arpaçayın çirklənməsinə gətirib çıxara bilər. Tikiləcək zavodun fəaliyyəti nəticəsində havaya buraxılan zəhərli qaz fauna və floraya ciddi təsir göstərəcək. Həmçinin metallurgiya zavodu fəaliyyətə başlayarsa, geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə səbəb olacaq.

Bununla Ermənistan yenə beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəalarını da kobud surətdə pozur. Ermənistanın da iştirakçısı olduğu bu konvensiyanın müddəalarına görə, iştirakçı dövlətlər öz ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri olduğu halda bu fəaliyyəti həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalı, ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlanmalıdır.

Bundan əlavə, istismar müddətinin bitməsinə baxmayaraq, hələ də Ermənistanda fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyasının (AES) yalnız Azərbaycan və Ermənistanın özü üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün real təhlükə mənbəyi olduğunu xüsusilə qeyd etmək lazımdır.

Azərbaycan Ombudsmanı olaraq tərəfimdən hələ 2021-ci il 27 yanvar tarixində “Metsamor AES-in bütün bölgə üçün potensial təhlükəsi barədə” Bəyanat qəbul edilmiş, beynəlxalq təşkilatlar Çernobıl və Fukusimaya bənzər növbəti fəlakətin qarşısını almaq üçün stansiyanın təcili olaraq bağlanması, işinin təhlükəsiz şəkildə dayandırılması və radioaktiv tullantıların Beynəlxalq Atom Enerjisi Agentliyinin “İstifadə olunan Yanacaq İdarəetməsinin Təhlükəsizliyi və Radioaktiv Tullantıların İdarə Edilməsi Təhlükəsizliyi” haqqında Birgə Konvensiyasının, habelə AŞPA-nın 2007-ci il tarixli, 1588 saylı qətnaməsinin müəyyən etdiyi tələblərə uyğun şəkildə ciddi beynəlxalq nəzarət altına alınması üçün təcili tədbirlər görməyə çağırılıb.

Lakin Ermənistan beynəlxalq təşkilatların Metsamor AES-in fəaliyyəti ilə bağlı narahatlıqlarına əhəmiyyət verməyib, bu stansiyanın fəaliyyətini 2026-cı ilə və ondan sonrakı müddətə qədər uzadıb.
Onu da qeyd edək ki, Ermənistanın iri mədən müəssisələri – Qacaran mis-molibden zavodunun və Qafan filiz emalı kombinatının, o cümlədən Ley-Liçkivaz qızıl yataqlarının kimyəvi tərkibə malik sularının uzun illər ərzində transsərhəd çay olan Oxçuçaya axıdılması bölgədəki bütün su ehtiyatlarının keyfiyyətinə mənfi təsir göstərir ki, bu da insanların yaşamaq və sağlam ətraf mühitdə yaşamaq hüquqlarını birbaşa təhlükə qarşısında qoyur.

Ermənistanın su mənbələrini qərəzli şəkildə çirkləndirməsi faktlarından biri də əkinçilik üçün yararlı torpaqların suvarılmasını təmin edən Sərsəng su anbarıdır. Yeri gəlmişkən, Avropa Şurasının Parlament Assambleyasının 2016-cı il 26 yanvar tarixli, 2085 saylı qətnaməsində Sərsəng su anbarının texniki parametrlər baxımından uyğunsuzluğunun insanların həyat və sağlamlığı üçün potensial təhlükə yaratdığı, eyni zamanda, ciddi fəlakətlərə yol açacağı vurğulanıb, Ermənistanın hərəkətləri qlobal ekoloji problemlərə gətirib çıxaran təcavüz aktı kimi qiymətləndirilib.

Aparılmış araşdırmalar onu göstərir ki, işğaldan azad olunmuş torpaqlarda məhv edilmiş ekosistemin bərpası üçün uzun illər və külli miqdarda vəsait tələb olunur. Ölkəmiz üçün aktual məsələyə çevrilən, çoxsaylı insan itkilərinə və xəsarətlərə səbəb olan mövcud mina problemi yüzminlərlə keçmiş məcburi köçkünün doğma yurdlarına təhlükəsiz qayıdışını ləngitməklə yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı tikinti-quruculuq və bərpa işlərinə, eləcə də sülhə maneə yaradır.

Minalanmış ərazilərin, o cümlədən kütləvi məzarlıqların dəqiq xəritələrinin ölkəmizə təhvil verilməsi ilə bağlı mütəmadi şəkildə beynəlxalq təşkilatlara və aidiyyəti qurumlara müraciətlər etsək də, əfsus ki, Ermənistan hökuməti hələ də dəqiq mina xəritələrinin təhvil verilməsi istiqamətində hər hansı bir real addım atmır, müxtəlif bəhanələrlə bu işdən boyun qaçırır. Əksinə, beynəlxalq səviyyədə heç bir təzyiqə məruz qalmadığından daha da ruhlanaraq Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən tanınmış və hazırda işğaldan azad olunmuş ərazilərində təxribat-diversiya qrupları vasitəsilə minalama prosesini davam etdirir, öz əməlləri ilə insanların həyat və sağlamlığına, o cümlədən ətraf mühitə ciddi təhlükə yaradır.

Bütün bunlar isə ilk növbədə Ermənistan Respublikasının tərəfdar çıxdığı “Ətraf mühitə istənilən hərbi və ya düşməncəsinə təsir vasitələrindən istifadənin qadağan edilməsi haqqında” 1976-cı il tarixli Konvensiya, “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” 1989-cu il tarixli Bazel Konvensiyası, “Sənaye qəzalarının transsərhəd təsiri haqqında” 1992-ci il tarixli Konvensiya və digər beynəlxalq müqavilələr üzrə öhdəliklərinə də məqsədli şəkildə əməl etmədiyini bir daha sübut edir.

Azərbaycan Ombudsmanı olaraq, ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatları, beynəlxalq qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını Ermənistanın törətmiş olduğu ekoloji cinayətlər nəticəsində yaranmış qlobal və regional ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi sahəsində mövcud beynəlxalq sənədlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi və gələcəkdə bu kimi əməllərin təkrarlanmaması məqsədilə birgə qətiyyətli addımlar atmağa dəvət edirik”.

Müraciət BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Türk Dövlətləri Ombudsman və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, “Human Rights Watch” və “Amnesty International” təşkilatlarına, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına, xüsusilə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən BMT-nin Ətraf Mühit Proqramına, Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyə, Ətraf Mühitin Mühafizəsi Təşkilatına, Dünya Ətraf Mühit Mərkəzinə və BMT-nin Ətraf Mühit üzrə Xüsusi Məruzəçisinə göndərilib.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

26-05-2025, 10:34

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Siyasət

25-05-2024, 19:07

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Gündəm / Siyasət

27-05-2022, 20:35

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI

Gündəm / Siyasət

28-04-2026, 15:42

"Yaşıl enerji"nin Azərbaycan modeli: istehsal və idarəetmədə liderlik – TƏHLİL

Gündəm / Sosial

8-11-2025, 13:13

Prezident və Mehriban Əliyeva Zəfər muzeyinin açılışında - FOTOLAR

Şou Biznes
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti
"Oskar" mükafatının qaliblərinin adları açıqlanıb
Ötən il 900 əsər və ifa qeydiyyatdan keçirilib
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
25-07-2026, 11:38
Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb
16-07-2026, 15:16
Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb
16-07-2026, 10:09
Şəmkirdə 11 nəfər salatdan zəhərləndi
Son xəbərlər
  • 25-07-2026, 16:26
    Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq
  • 25-07-2026, 15:35
    Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib
  • 25-07-2026, 15:07
    Prezident Milix Yevdayevi təltif etdi
  • 25-07-2026, 11:38
    Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb
  • 25-07-2026, 11:14
    Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq
  • 25-07-2026, 10:20
    Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb
  • 25-07-2026, 09:45
    Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq
  • 25-07-2026, 09:21
    Qədim şəhərlər niyə yerin altında tikilib - Maraqlı SƏBƏB
  • 25-07-2026, 09:05
    FHN həftəsonu su hövzələrinə üz tutacaq vətəndaşlara müraciət edib
  • 24-07-2026, 18:04
    "Dawn": Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub
  • 24-07-2026, 17:40
    MM: ABŞ Konqresi komitəsinin qanun layihəsi erməni lobbisinin maraqlarına xidmət edir
  • 24-07-2026, 17:06
    Milli Məclisin deputatı İranda səfərdədir
  • 24-07-2026, 16:48
    Fransada miqrantlara qarşı ayrı-seçkilik – Yeliseyin davam edən irqçiliyi - ŞƏRH
  • 24-07-2026, 15:47
    İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
  • 24-07-2026, 15:17
    Rusiya Ukraynada silah sərgisinin keçirildiyi poliqona zərbə endirib, ölənlər var
  • 24-07-2026, 14:57
    Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
  • 24-07-2026, 14:34
    Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu - FOTO
  • 24-07-2026, 13:11
    Ukrayna ordusu Rusiyanın hərbi zavodunu və neft obyektini vurub
  • 24-07-2026, 12:43
    Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq
  • 24-07-2026, 12:20
    Azərbaycanda "Enerji menecment sisteminə dair Tələblər" dəyişib
  • 24-07-2026, 11:58
    İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib
  • 24-07-2026, 11:09
    FHN həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
  • 24-07-2026, 10:31
    Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb
  • 24-07-2026, 10:00
    SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
  • 24-07-2026, 09:40
    Azərbaycan neftinin qiyməti 109 dolları keçib
  • 24-07-2026, 09:21
    Şamaxı rayonunda zəlzələ olub
  • 23-07-2026, 16:23
    ANCA, lobbi və "dostları" Ermənistana qarşı - sülhsevər olmayan konqresmenlər - ŞƏRH
  • 23-07-2026, 16:00
    Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir
  • 23-07-2026, 15:18
    AQP: Tikinti bazarı "mülayim artım və sabitlik" mərhələsindədir
  • 23-07-2026, 14:59
    Sabah Biləsuvarın 7 kəndində qaz olmayacaq
  • 23-07-2026, 13:05
    Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq
  • 23-07-2026, 11:57
    Azərbaycanda iyulun pensiya ödənişi yekunlaşıb
  • 23-07-2026, 11:05
    Tailandda silahlı hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı həlak olub
  • 23-07-2026, 10:20
    UEFA Konfrans Liqası: "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək
  • 23-07-2026, 09:54
    Azərbaycan neftinin qiyməti 100 dolları keçib
Daha çox
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə