Dəməşqdə silah-sursat anbarında partlayış baş verib
Gündəm / Dünya
15-08-2023, 18:35
Suriyanın Dəməşq əyalətində silah-sursat anbarında partlayış baş verib. Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Məlumata görə, anbar Livanın şiə “Hizbullah” hərəkatının dəstələrinin olduğu ərazidə yerləşir. Partlayış nəticəsində ölənlər var, qurbanların dəqiq sayı göstərilmir.