• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Yeni Azərbaycan Partiyasının yaradılmasından 31 il ötür

Gündəm / Sosial

21-11-2023, 08:46

Yeni Azərbaycan Partiyasının yaradılmasından 31 il ötür

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasından 31 il ötür.

Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.

Yeni Azərbaycan Partiyasının yaradılması müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda hakimiyyətin milli maraqlara zidd siyasəti nəticəsində ölkədə ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün hökm sürdüyü dövrə təsadüf edir. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi. 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı ona müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi. Ümummilli lider Heydər Əliyev isə ziyalılara göndərdiyi 1992-ci il 24 oktyabr tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq vermişdi. 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoydu. Ancaq o dövrün mənzərəsinə nəzər salanda Azərbaycanın gələcəyi o qədər də parlaq görünmürdü: separatizm meyilləri güclənirdi, iqtisadi, sosial vəziyyət kifayət qədər gərgin idi, siyasi çəkişmələr getdikcə vəziyyəti daha da ağırlaşdırırdı. Bütün bunların fonunda Ermənistan-Azərbaycan münaqişəsi, torpaq və insan itkiləri müstəqilliyin də itirilməsinə gətirib çıxara bilərdi. Xalqın ümid yeri olan Heydər Əliyevin siyasi meydana qayıdışı isə Azərbaycanı bəlalardan xilas etdi, onun gələcək uğurlarına yol açdı.

Ulu öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Artıq cəmiyyətin hər bir üzvündə dövlətimizin yenilməzliyi ilə bağlı böyük əminlik yarandı.

Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin isə tək bir səbəbi var idi - xalqın partiyanın sədrinə olan sevgisi, inamı. Çünki zaman göstərdi ki, xalq Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etmiş oldu.

1993-2003-cü illərdə Azərbaycanda elə bir sahə olmadı ki, diqqətdən kənarda qalsın. Ulu öndər ölkə həyatında baş verən bütün problemlərə həssaslıqla yanaşdı və onların həllinə çalışdı. Bir zamanlar xəyal edilən nəhəng iqtisadi layihələr həyata keçirildi. “Əsrin müqaviləsi” imzalandı, Heydər Əliyevin siyasi iradəsi və peşəkar diplomatik fəaliyyəti sayəsində Bakı-Tbilisi-Ceyhan layihəsi reallaşdı. Dövlət, ordu quruculuğu sahəsində ciddi işlər görüldü. Azərbaycan beynəlxalq arenaya çıxdı. Xarici ölkələr, beynəlxalq təşkilatlar məhz ulu öndərin siyasi nüfuzuna arxalanaraq müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığa başladılar.

Ümummilli lider Azərbaycanın müstəqil və suveren dövlət kimi fəaliyyətini təmin edən kursu hazırladı və onu həyata keçirməyin bütün incə yollarını layiqli davamçısı İlham Əliyevə miras kimi qoydu. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan regionun ən qüdrətli dövlətidir, dünyada böyük nüfuza malikdir. Regionda Azərbaycanın razılığı olmadan heç bir layihə icra olunmur. Ölkə daxilində sabitlik, firavanlıq hökm sürür, insanların rifah halı gündən-günə yaxşılaşır. Elə bir sahə yoxdur ki, orda öyünə biləcəyimiz nailiyyətimiz olmasın. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi iqtisadi sahədə qazanılan uğurlardandır.

Ulu öndər partiyanın uğurlu gələcəyini onun yaradılmasının ilk illərindən görürdü. O, müasir Azərbaycanın davamlı və nəhəng uğurlara imza atacağından əmin idi. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev partiyanın yaradılmasının onuncu ildönümü ilə bağlı tədbirdə demişdir: “Müstəqil Azərbaycan yeni Azərbaycandır. Müstəqil Azərbaycanda yeni ictimai-siyasi quruluş yaranıbdır. Yeni iqtisadiyyat formaları yaranıb, demokratiya, siyasi plüralizm inkişaf edir. Belə bir yeni Azərbaycan keçmişdə yaşadığımız, keçmişdə olan Azərbaycandan fərqlidir. Ona görə partiyamızın adı da Yeni Azərbaycan Partiyasıdır. Məhz Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır”.

Ulu öndərin də dediyi kimi, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə sübuta yetirdi ki, o, məhz yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır.

Bu gün ümummilli liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var. Bu üzvlərin böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynadılar. Əsası məhz ulu öndər tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti yekunda öz müsbət nəticəsini verdi. Ötən il 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoydu, xalqımız adını tarixə qalib xalq kimi yazdırdı.

Bu gün əminliklə demək olar ki, yaradıcısı ümummilli lider olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları yaşayır. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

26-05-2025, 10:34

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Sosial

21-11-2022, 09:38

Yeni Azərbaycan Partiyasının yaradılmasından 30 il ötür

Gündəm / Siyasət

25-05-2024, 19:07

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Gündəm / Siyasət

27-05-2022, 20:35

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI

Gündəm / Siyasət

12-12-2025, 16:29

Heydər Əliyev – yaşadığı keşməkeşli hadisələrin qalibi - ŞƏRH

Şou Biznes
Rəqsanə Səidə Bəkirqızından üzr istədi
Türkiyədə keçirilən əməliyyatlarda xeyli məşhur saxlanılıb
Tamaşaçıların istəyi ilə "Sən-Kralsan!" müziklı yenidən nümayiş olunacaq
Los-Ancelesdə uşaqlara Azərbaycanın milli rəqsləri öyrədiləcək
Əməkdar artist yeni vəzifəyə təyin olundu
Vyanada "Arşın mal alan" operettasının yeni quruluşda premyerası keçirilib
Araşdırma
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
5-06-2023, 11:29
"Nərmin işi"ndə təqsirləndirilən İlkin Süleymanova HÖKM OXUNDU
3-06-2023, 11:06
Təhsil idarəsinin rəisinə cinayət işi AÇILDI
Hadisə
21-02-2026, 09:54
Salyanda faciə: Nazirlik işçilərini maşın vurub - ölən var
20-02-2026, 12:48
Azərbaycan və Latviya XİN-ləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
18-02-2026, 16:41
ANAMA əməkdaşının vəziyyəti - Açıqlandı
Son xəbərlər
  • 21-02-2026, 16:07
    Müdafiə Nazirliyinin rəhbər heyəti hava hücumundan müdafiə bölmələrinin fəaliyyətini yoxlayıb
  • 21-02-2026, 15:31
    Heyvandarlıq məhsullarının istehsalı azalıb
  • 21-02-2026, 15:09
    Yanğınların artmasının səbəbi nədir? - AÇIQLAMA
  • 21-02-2026, 14:50
    Federasiyaya yeni baş katib təyin edildi
  • 21-02-2026, 14:23
    Azərbaycandan Ermənistana Gürcüstan vasitəsilə neft məhsullarının daşınması ucuzlaşıb
  • 21-02-2026, 12:47
    Rusiya Xarkova zərbələr endirib, ölən və yaralananlar var
  • 21-02-2026, 12:19
    Xalq artistinin oğluna nazirlikdə vəzifə verildi - Rütbəsi artırıldı
  • 21-02-2026, 11:50
    Ötən gün Azərbaycanda 20 silah aşkarlanıb
  • 21-02-2026, 11:12
    Qırğızıstan Prezidenti ölkədə İstintaq Komitəsi yaratmağı planlaşdırır
  • 21-02-2026, 10:29
    XXV Qış Olimpiya Oyunlarında bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək
  • 21-02-2026, 10:09
    Bu gün Beynəlxalq Ana Dili Günüdür
  • 21-02-2026, 09:54
    Salyanda faciə: Nazirlik işçilərini maşın vurub - ölən var
  • 21-02-2026, 09:10
    Azərbaycanda təbiət hadisəsi baş verib
  • 20-02-2026, 18:44
    Müharibə üçün hər şey hazırdır! – Hər an başlaya bilər
  • 20-02-2026, 18:10
    Azərbaycanda yeni mərkəz YARADILIR
  • 20-02-2026, 17:46
    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin iki qurumu QSC-yə çevrilib
  • 20-02-2026, 17:33
    Azərbaycan BƏT-in əməyin təhlükəsizliyi və gigiyenasına dair beynəlxalq konvensiyasına qoşulub
  • 20-02-2026, 17:20
    Sosial Tədqiqatlar Mərkəzi Medianın İnkişafı Agentliyinə, Multikulturalizm Mərkəzi isə BMTM-ə birləşdirilir
  • 20-02-2026, 17:01
    Ölkədə hər gün 57 ailə boşanır
  • 20-02-2026, 16:35
    İnsan alveri ilə məşğul olan 49 yaşlı qadın həbs edildi - VİDEO
  • 20-02-2026, 16:08
    Ursula von der Leyen müharibənin ildönümündə Ukraynaya səfər edəcək
  • 20-02-2026, 15:45
    KİV: Aİ Rusiyaya qarşı 20-ci sanksiyalar paketini razılaşdıra bilməyib
  • 20-02-2026, 15:29
    Baş Prokurorluqda media nümayəndələri üçün treninq keçirilib
  • 20-02-2026, 15:05
    Bakıda 24 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO
  • 20-02-2026, 13:35
    Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
  • 20-02-2026, 12:48
    Azərbaycan və Latviya XİN-ləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
  • 20-02-2026, 12:10
    Azərbaycanda dövlət maliyyəsi üzrə sənəd dövriyyəsinin elektronlaşdırılması son oxunuşda qəbul edilib
  • 20-02-2026, 11:41
    Milli Məclisdə qəzalı binalarla bağlı məsələ qaldırıldı
  • 20-02-2026, 11:16
    Milli Məclisin iclası başladı - Gündəlikdə 10 məsələ var
  • 20-02-2026, 10:42
    Erməni nazir: Metsamor AES-i 2046-cı ilə qədər texniki cəhətdən saxlamaq mümkündür
  • 20-02-2026, 10:09
    Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşıb
  • 20-02-2026, 09:30
    BİZİM TƏQVİM: 20 fevralda baş vermiş tarixi hadisələr
  • 20-02-2026, 09:06
    Bakının iki rayonunda qaz təchizatı dayandırılacaq
  • 19-02-2026, 18:48
    Prezident İlham Əliyev Vaşinqtonda Nikol Paşinyanla ayaqüstü söhbət edib
  • 19-02-2026, 18:23
    Kamran Əsədovun məhkəməsində şahidlər dindirilib
Daha çox
17-02-2026, 14:45
ADY-nin mühəndisi qəza törətdi - Fotolar
16-02-2026, 16:13
Türkiyədə mədəndə uçqun baş verib
17-02-2026, 10:53
Emin Əmrullayev mərakeşli həmkarı ilə görüşüb
17-02-2026, 18:51
Ukrayna Rusiya və Avropanın ən böyük metanol zavodlarından birinə zərbə endirib
18-02-2026, 09:28
Paşinyan işgüzar səfərlə ABŞ-yə yola düşüb
16-02-2026, 15:40
Azərbaycan ötən il Suriyaya 120 mln. dollarlıq qaz ixrac edib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə