• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

SON DƏQİQƏ ! Xəstəxanalarda göndəriş tələbi LƏĞV OLUNDU

Gündəm / Sosial

22-12-2021, 22:33

SON DƏQİQƏ ! Xəstəxanalarda göndəriş tələbi LƏĞV OLUNDU


Vətəndaşlar istənilən dövlət tibb müəssisəsinə ixtisaslaşdırılmış ambulator yardım üçün göndərişsiz müraciət edə biləcəklər.

Sığortaolunanların tibbi xidmətlərə əlçatanlığının artırılması, əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən mərhələdə aşkarlanması və ağırlaşmaların qarşısının alınması, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə “Sığortaolunanlara ixtisaslaşdırılmış tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi” Qaydasına (Qayda) dəyişikliklər edilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Modern.az-a verilən xəbərə görə, Agentliyin İdarə Heyətinin müvafiq qərarı ilə edilən dəyişikliyə əsasən, sığortaolunanlar artıq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan istənilən dövlət tibb müəssisəsinə ixtisaslaşdırılmış ambulator yardım üçün (ixtisaslı həkim - kardioloq, uroloq, oftalmoloq, endokrinoloq və s. - müayinəsi) göndəriş vərəqəsi olmadan müraciət edə biləcəklər. Bu tibb müəssisələrinə rayon/şəhər mərkəzi xəstəxanaları, müalicə-diaqnostika mərkəzləri, birləşmiş şəhər xəstəxanaları, birləşmiş uşaq xəstəxanaları, şəhər klinik xəstəxanaları, vərəm əleyhinə tibb müəssisələri, habelə Kliniki Tibbi Mərkəz, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu və s. tibb müəssisələri aiddir.

Belə ki, sığortaolunanlar yaşadıqları və ya qeydiyyatda olduqları ərazidən asılı olmayaraq ixtisaslaşdırılmış ambulator tibbi yardım üçün göndəriş olmadan həm yaşadığı ərazi üzrə, həm də digər şəhər (Bakı daxil olmaqla) və rayonlarda TƏBİB-in tabeliyində olan istənilən tibb müəssisəsinə müraciət edə biləcəklər. Məsələn, Şəki rayon ərazisində yaşayan vətəndaşa ambulator tibbi xidmət yalnız yaşadığı yer üzrə fəaliyyət göstərən tibb müəssisəslərində deyil, ölkənin müxtəlif şəhər və rayonlarındakı tibb müəssisələrində də göstəriləcək. Habelə, Bakı şəhəri ərazisində yaşayan vətəndaş da respublikanın müxtəlif bögələrində fəaliyyət göstərən tibb müəssisələrinə ixtisaslaşdırılmış ambulator tibb yardım üçün müraciət edə bilər. Vətəndaşa tələb olunan tibbi xidmət Xidmətlər Zərfinə daxildirsə şəxsin tibbi xidmətdən icbari tibbi sığorta çərçivəsində ödənişsiz olaraq yararlanması təmin edilir.

Qeyd edək ki, Qaydaya müvafiq olaraq “Tibbi Sığorta haqqında” Qanununa əsasən müştərək maliyyələşmə ilə bağlı müddəalar qüvvəyə minənədək, dövlət tibb müəssisələrində yalnız stasionar şəraitdə göstərilən tibbi xidmətlər üçün göndəriş vərəqəsinin verilməsi tələb olunacaq. Bunun üçün vətəndaş ailə həkimi (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) və ya ixtisaslı həkim (müalicə həkimi) tərəfindən göndəriş vərəqəsi almalıdır.

Stasionar şəraitdə tibbi xidmətin göstərilməsi üçün göndəriş vərəqəsini müalicə həkimi özünün aid olduğu inzibati ərazi vahidində, orada xidmətin göstərilməsi mümkün olmadıqda tibbi ərazi bölməsində (tibbi ərazi bölmələr haqqında ətraflı məlumatla buradan tanış olmaq olar), bu da mümkün olmadıqda tibbi ərazi bölməsindən kənarda yerləşən dövlət tibb müəssisəsinə verə bilər. Qeyd olunan hər üç yerdə əgər bir neçə dövlət tibb müəssisəsi fəaliyyət göstərirsə bu zaman pasiyentin istəyi nəzərə alınır və onun seçdiyi dövlət tibb müəssisəsinə göndəriş verilir.

Dövlət tibb müəssisələrində ambulator və ya stasionar şəraitdə tibbi xidmətin göstərilməsi mümkün olmadıqda sığortaolunan Agentliyin müqavilə bağladığı özəl tibb müəssisəsinə yönləndirilir. Özəl tibb müəssisəsi tərəfindən həm ambulator, həm stasionar şəraitdə tibbi xidmət icbari tibbi sığortanın vəsaiti hesabına yalnız müalicə həkimi tərəfindən verilmiş göndəriş əsasında göstərilir.

Özəl tibb müəssisələrində göndəriş vərəqəsi olmadan pasiyentə stasionar şəraitdə təcili tibbi yardım ancaq Agentliyin razılığı ilə icbari tibbi sığorta vəsaiti hesabına göstərilə bilər. Bunun üçün özəl tibb müəssisəsi Agentliyə elektron sorğu göndərir. Agentlik tibbi xidmətin Xidmətlər Zərfinə daxil olub-olmadığını, dövlət tibb müəssisəsində tibbi xidmətin göstərilməsi mümkünlüyünü və təcililik dərəcəsini nəzərə alaraq, tibbi xidmətin icbari tibbi sığorta vəsaiti hesabına göstərilməsini qarşılayır və ya sığorta ödənişindən imtina edir.

Pasiyent göndəriş vərəqəsi olmadan özəl tibb müəssisələrinə birbaşa müraciət etdikdə tibbi xidmətdən öz vəsaiti hesabına yararlanır.

Qaydada edilmiş digər əhəmiyyətli yenilik müxtəlif dövlət orqanlarının (Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və s.) tabeliyində olan tibb müəssisələrində stasionar şəraitdə sığortaolunana ixtisaslaşdırılmış tibbi yardımın göstərilə bilmədiyi hallarla bağlıdır. Bu cür hallar baş verdikdə, sözügedən tibb müəssisələri bu barədə Agentliyə rəsmi məktubla müraciət edirlər. Agentlik göstərilən xidmətin Xidmətlər Zərfinə daxil olub-olmadığını nəzərə almaqla, tibbi xidmətin icbari tibbi sığortanın maliyyə mənbələri hesabına həyata keçirilməsinə razılıq verir və ya tibbi xidmətə görə sığorta ödənişindən imtina edir.

Sığortaolunan dedikdə sağlamlığı icbari qaydada sığortalanmış fiziki şəxslər nəzərdə tutulur və həmin şəxslərə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, həbs edilmiş şəxslər, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla) aid edilmir.

Oxunub: 271
Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial

18-12-2021, 11:07

Rayon qeydiyyatı olanların NƏZƏRİNƏ: Göndəriş vərəqəsi tələb olunacaq

Gündəm / Siyasət

30-11-2021, 17:52

Prezident bu qanunda dəyişikliyi təsdiqlədi

Gündəm / Sosial

3-11-2021, 16:20

Hərbi qulluqçularla bağlı bu qanun dəyişdirilir - Yeni mexanizm yaradılır

Sosial

27-10-2021, 21:42

Notarial sənədlərin müvafiq vəzifəli şəxslər tərəfindən təsdiqlənməsi qaydasına dəyişikliklər edildi

Gündəm

20-10-2021, 15:00

Xəstəxana direktoru rüşvət alarkən saxlanıldı

Şou Biznes
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
Araşdırma
20-10-2026, 15:16
Azərbaycanda nəqliyyat sahəsinə aid yeni dövlət standartları qəbul edilib
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
Hadisə
Dün, 09:55
Fatmayıda fərdi yaşayış evində partlayış olub, 2 nəfər xəsarət alıb
4-11-2026, 11:08
Qazaxda 33 yaşlı kişi bıçaqlanıb
2-11-2026, 15:17
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Son xəbərlər
  • Bugün, 12:14
    İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib
  • Bugün, 11:46
    Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub
  • Bugün, 10:59
    İsraildə hökuməti kim formalaşdıracaq? - Sabah bəlli olacaq
  • Bugün, 10:05
    İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib
  • Bugün, 09:47
    Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşır
  • Bugün, 09:03
    Paraqvayın yeni prezidenti and içərək vəzifəsinin icrasına başlayıb
  • Dün, 18:00
    Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər
  • Dün, 17:37
    Milli Kibertəhlükəsizlik Agentliyi fərdi məlumatların mühafizəsi tədbirlərinin gücləndirilməsinə çağırır
  • Dün, 17:00
    Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
  • Dün, 16:29
    Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - YENİLƏNİB
  • Dün, 15:56
    Fransa üzərindən uçan 4 təyyarədə bomba xəbərdarlığı qeydə alınıb
  • Dün, 15:17
    İlham Əliyev və Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
  • Dün, 14:48
    Polşada təyyarələrdə bomba təhlükəsi ilə bağlı 20-dən çox yalan məlumat qeydə alınıb
  • Dün, 14:29
    İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər
  • Dün, 13:03
    Sabah yağış yağacaq, şimşək çaxacaq
  • Dün, 12:51
    İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər
  • Dün, 12:25
    SEPAH: Hörmüz boğazından keçməyə cəhd göstərən iki tanker minaya düşüb
  • Dün, 11:54
    FHN bayramda gücləndirilmiş rejimdə çalışacaq
  • Dün, 11:13
    Azad edilmiş ərazilərdə 91 layihə maliyyə ekspertizasına cəlb olunub
  • Dün, 10:42
    Sosial şəbəkədə böhtan və təhqirlə bağlı məhkəməyə müraciət qaydası açıqlanıb
  • Dün, 09:55
    Fatmayıda fərdi yaşayış evində partlayış olub, 2 nəfər xəsarət alıb
  • Dün, 09:31
    Azərbaycan Premyer Liqasında XI tura start verilir
  • Dün, 09:05
    Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
  • 5-11-2026, 18:00
    Fərid Qayıbov Aleksandr Çuprianla yanğın-xilasetmə idmanının inkişafına dair müzakirələr aparıb
  • 5-11-2026, 17:28
    Bakıda külək əsir, bəzi bölgələrdə yağış yağır - Faktiki hava
  • 5-11-2026, 17:06
    Fransa parlamenti büdcə layihəsini rədd edib, hökumət misli görünməmiş tədbirlərə əl ata bilər
  • 5-11-2026, 16:31
    İran Ermənistana xəbərdarlıq edib
  • 5-11-2026, 16:06
    Prezident bir qrup media nümayəndəsini təltif edib - Siyahı
  • 5-11-2026, 15:34
    Prezident "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni təsdiqləyib
  • 5-11-2026, 15:08
    İtaliya XİN rəhbəri Azərbaycana səfər edəcək - Eksklüziv
  • 5-11-2026, 14:30
    Ərdoğan Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib - YENİLƏNİB
  • 5-11-2026, 13:08
    Sabah yağış yağacaq - Proqnoz
  • 5-11-2026, 12:42
    DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxlayıb
  • 5-11-2026, 12:05
    Azərbaycanda kuryerlər aylıq 15 manat sabit vergi ödəyəcək
  • 5-11-2026, 11:25
    FHN vətəndaşları sel və daşqın təhlükəsinə qarşı ehtiyatlı olmağa çağırıb
Daha çox
31-10-2026, 14:13
Parisdə etiraz aksiyaları ilə əlaqədar 40-dan çox metro stansiyası bağlanacaq
31-10-2026, 13:52
Sabahdan Bakı-Tbilisi-Bakı qatarında əlavə reyslərdə biletlərin qiyməti 36 AZN-dən başlayacaq
31-10-2026, 15:56
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
2-11-2026, 17:48
Sabah Hövsan–Türkan avtomobil yolunun bir hissəsi bağlanacaq
31-10-2026, 15:09
Moskva ilə Bakı arasında kruiz gəmisinin istifadəyə verilməsi planlaşdırılır
2-11-2026, 11:15
Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəməsi başlayır
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə