• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

“Yarımfinal olsa mən sizi təbrik edəcəm”

Gündəm / İdman

23-02-2024, 08:55

“Yarımfinal olsa mən sizi təbrik edəcəm”


Xəbər verdiyimiz kimi, “Qarabağ” Avropa Liqası pley-off mərhələsinin cavab görüşündə “Braqa”nı 3:2 hesabı ilə məğlub edərək 1/8 finala vəsiqə qazanıb.

Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularıma təşəkkür edirəm, bizim möhtəşəm azarkeşlərə də, həmçinin. Bir şeyi qeyd etmək istəyirəm. Azərbaycanlı kimi birliyimizi görəndə çox sevinirəm. Bu birlik haradan yaranıb? Xalqımızı çox sevirəm. Həmişə istəyirəm ki, onların xoş gününü görüm. Təki, həmişə sevinsinlər. Son vaxtlar güclü Azərbaycan xalqı var. 44 günlük müharibədən sonra hər gün bizim Ali Baş komandanımız bir olmağı, yumruq kimi möhkəm olmağı, iradəli xalq olmağı daim çıxışlarında deyir. Mən deyirdim ki, müharibədən sonra sanki daha da ürəkli olmuşam. Bu mənə və kluba böyük motivasiya verir ki, bu sözlərdən istifadə edirəm. Bu gün bu xalqın layiqli komandası var idi meydanda. Futbol elədir ki, meydanda mübarizə aparmaq lazımdır. Bizim etdiklərimiz şəhidlərin, qazilərin etdiyinin 1 faizi də deyil. Elə miras qoyublar ki, heç nə ilə əvəz edə bilmərik. Bu gün meydanda döyüşçülər var idi. Elə əziyyət çəkdik ki, sonda Allah bizə bu cür qalibiyyət nəsib etdi. Başda ölkə başçısı olmaqla, veteranlarımızı, qazilərimizi, hamını təbrik edirəm. Hər birinizin sevincini görürdüm. Mən də sizinlə qürur duyurdum. Cənab prezidenti təbrik edirəm, yenidən öz sevimli xalqına prezident seçildi... İlk oyundan sonra təbriklərimi ona çatdırmaq istəyirdim. Səbr etdim, bu günə kimi gözlədim. Düşündüm ki, Bakıda zəfər qazanıb, ölkə başçısını təbrik edərəm.

- Hesab 0:2 olanda nə düşünürdüz? Portuqaliyada Nəriman Axundzadə epizodu qaçırmışdı. Demişdiz ki, həmin qolu vursaydı, tez böyüməyəcəkdi. Sizcə, bir həftəyə böyüdü?

- Bəli, çox böyüdü və çox böyüyəcək. İnsan məsuliyyətlidirsə, onun böyümək şansı da böyükdür. Nərimanın oradakı epizoddan sonra durumunu görmüşdüm. Ağlayırdı. Hamımız ona təsəlli verirdik. Məşqlərdə də daim çalışırdı. Bazadan kənara çıxmırdı. Bu gün Allah ona əvəzini verdi. 0:2-dən sonra düşünəcək bir şey yox idi. Belə matçlarda nə rəqibə, nə də özümüzə istəmirəm ki, qırmızı vərəqə olsun. Bəlkə epizodlarda mən də aqressivlik göstərdim. Bir-iki dəqiqəyə iki sarı vermək nə dərəcədə düzgündür? Hamını nəzərə almaq lazımdır. Bütün futbolçular qalib gəlmək istəyir, aqressivlik olur. Birdən-birə komandanı ruhdan salmaq təsir etdi. Amma bunların hamısının faydası var. Futbol elədir ki, dözümlü olmalısan. Azərbaycan futbolu və futbolçular, klublar üçün bu oyunlar böyük təcrübədir. Futbol sona qədər oynanılan oyundur. Azlıqda da ola bilərsən, amma yenə də iradə və dözüm çox vacibdir. Məğlub olsaq da, qazandığımız çox şey olacaqdı. Zəfər çalmaq daha ləzzətli oldu.

- Azərbaycan futbolunda ilklərə imza atdınız. Hədəfləriniz böyüyəcək?

- Onsuz da biz ümidlə yaşayırıq, çalışırıq. Qarşımıza məqsəd qoymuruqsa, nə dəyərimiz olar, nə də nəticəmiz. Bu cür qələbə futbolumuz üçün böyük uğurdur. İstənilən turnirdə şansımız varsa, maksimum istifadə edəcəyik. Həmişə demişəm, uduza bilərik, hansısa turnirdə istədiyimizi etməyə bilərik, amma rəhbərlik başda olmaqla, bu klubda məsuliyyətsiz insan yoxdur. Olursa da, tez bir zamanda bu düşərgəni tərk edir. Bir şeyi bilin ki, məsuliyyətlə çalışırıq, Azərbaycanı, "Qarabağ"ı düşünürük.

- Arzuladığınız rəqib var?

- Yox. Sabah biləcəyik.

- Oyunun dönüş nöqtəsi hansı epizod idi?

- Dönüş nöqtələrini saymaq olar. Məncə, əzmkarlıq və xarakter. 0:2-dən sonra istəyirdim 90 dəqiqə qol buraxmayaq. Əlavə vaxta hazırlaşanda, futbolçulara bir söz dedim ki, biz geri çəkilməməliyik. Nə olursa-olsun, məğlubiyyət haqda düşünməməliyik. Dedim ki, uduzsaq da, rəqibin üzərinə getməliyik. Futbolçular inamla oynadılar, çəkinmədilər və sonda da Nəriman qol vurdu. Qələbə də onunla bitdi.

- Bu gün rəqib üstün oynadı. Əlavə dəqiqələrdəki qollar və Nərimanın xilaskarlığı... Bu ssenari haqda nə deyərdiz?

- Rəqib 90 dəqiqədə qalib gəldi. Amma hər şey 10 nəfərlə qaldıqdan sonra başladı. Buna qədər oyun tam istədiyimiz kimi idi, üstünlük bizdə idi. Nərimana gəlincə, dünya futbolunda belə hallar olub. Hansısa oyunçu penaltini qaçırıb, ya penalti edib, sonda qələbə qolunu vurub. Futbol bu cür hallara görə çox sevilir. Hamımız səbrli olmalıyıq. Futbol elə oyundur ki, düşünmədiyimiz anlar, epizodlar olur. Sona kimi inanmaq və güvənmək lazımdır.

- Sizə elə gəlmir ki, millidəki vəziyyəti dəyişmək vaxtıdır?

- İnşallah yaxşı olar. Allah xeyirlisini nəsib etsin.

- İlklər həmişə yaddaqalan olur. İlk çempionluq və ilk dəfə ÇL-ə düşəndə sevinc gözyaşlarınızı saxlaya bilməmişdiz. Növbəti gözyaşlarınızı görmək üçün "Qarabağ" hansı uğura imza atmalıdır?

- Nə bilim (gülür). Baxarıq da.

- Oyundan əvvəl azarkeşlər Allahverdi Bağırovla sizin plakatanızı asmışdılar. Həmin anda hansı hissləri keçirdiz?

- Birbaşa deyim ki, çox duyğulandım. Sonda da kənara baxdım. Çünki Allahverdi Bağırov əvəzolunmaz biri idi.

- Nəriman Axundzadə vurduğu qolla qırmızı vərəqə almış Elvin Cəfərquliyev və penaltiyə səbəb olan Bəhlul Mustafazadəyə yönələcək ictimai qınağın qarşısını almış oldu?

- Elvinə bilirsiz nə dedim? Qucaqladım və dedim ki, oğulsan. Uduza bilərik, amma bu komandaya qarşı belə ürəklə oynamaq... Əgər futbolçum "Braqa"nın oyunçusundan çəkinmirsə, 50-60 metr irəli qaçırsa, geri qayıtmaqdan qorxmayıb, hücuma gedirsə, buna ürək lazımdır. Onların əziyyətinə, məsuliyyətinə və döyüşkənliyinə görə, həmin epizodlar üçün onları qınamaq düzgün olmaz. Bu gün meydanda bərk futbolçularım var idi. Bir gün Nəriman vurur, başqasının səhvini sığortalayır, başqa gün digəri vurur, Nərimanın səhvini sığortalayır. Dünyada futbolu analiz etməyən biri yoxdur. Bu da futbolun sevilməsinə gətirib çıxarır. Deyim ki, Nəriman hansısa təzyiqi götürdü... Nərimanın qolu xalqımıza sevinc bəxş etdi.

- Futbolçulara oyunun gedişində nələr dediz?

- Təcrübəmiz var. Tək bu günün işi deyil. Şanlı zəfərimizdən sonra futbolçulardan daim ürəkli olmağı, heç kimdən çəkinməməyi tələb edirəm. Buna səbəb var, bayaq dedim. Biz heç kimdən qorxmalı deyilik, qalib xalqın övladları və komandasıyıq. Hər oyundan əvvəl bu fikirləri futbolçularıma çatdırıram. Bu cür azarkeş qarşısında oynayanda, heç bəzən mənim motivasiyama ehtiyac olmur. Meydana çıxanda, sona qədər vuruşmağa, ürək qoymağa hazır idilər.

- Mətbuat konfransına daxil olanda sizi hamı alqışladı. Yarımfinal və finala çıxsanız, necə təbrik edəcəyik sizi? "Qarabağ"a qarşı "İnter"lə oyunda edilmiş haqsızlıqdan sonra "Dnepr" finala qədər çıxmışdı. Sizcə, bu mövsüm ədalət bərqərar olar?

- Təki, yarımfinal, final olsun, mən sizi təbrik edərəm. Sizin hər birinizə böyük dəyər verirəm. Çox istəyərəm ki, bu cür qələbələr haqda daha geniş yazılarınız olsun. Hardasa, nəyisə itiririksə, ondan əl çəkməyib, düzgün yanaşırıqsa, onun qarşılığı nə vaxtsa olmalıdır. Sadəcə öz işimizlə məşğul olmalıyıq. Nəticələr gələcək.

- "Qarabağ"dakı oyunçulara maraqlar çoxalacaq...Onları saxlamaq çətin olmayacaq?

- Təki olsun. Klub olaraq böyüməliyik. Belə şeylər olmasa, Avropa transfer bazarından uzaq olsaq, yerimizdə sayacağıq. Onlar olarsa, həvəsli olacağıq, hansısa oyunçunu satıb, transfer edə biləcəyik. Təbii ki, istəyərdim bu kollektiv qalsın. Amma bəzən bizdən asılı olmayan səbəblər var. Elə hallar olsa, demək işimiz çoxalacaq.

- Ölkə xaricində işləməklə bağlı təklifləriniz olub, amma "Qarabağ"da qalmısız. Diqqəti öz üzərinizə də çəkirsiz. Çox istəyərdim ki, siz AFFA prezidenti olasız. Ölkə xaricindən hansısa təklif gəlsə, gedəcəksiz?

- Nə deyim? Yaxşı olar, Allah xeyirlisini nəsib etsin (gülür). Mən ölkənin kiçik vətəndaşıyam. Çox məsuliyyətlə öz vətənimə, xalqıma xidmət etməyi daim düşünmüşəm. Bu gün də bundan həzz alıram ki, belə məsuliyyətin altındayıq. Yavaş-yavaş, pillə-pillə irəliləyirik. Əziyyətimizin bəhrəsini Allah verir. Digər dediklərinizə gəldikdə, vəzifələr.... Allah xeyirlisini nəsib etsin.

- "Qarabağ"ın tarixindən yazılacaq kitabın adı necə yazılmalıdır?

- Suala hazır deyiləm. Azdan-çoxdan tanıyırsız məni, çox da öz uğurumuz haqda danışmağı, böyütməyi istəmirəm. Bu, məndən asılı və mənə aid olan məsələ deyil.

- Portuqaliyadakı oyundan sonra futbolçularınızı başınıza yığıb nəsə demişdiz. Bildirdiz ki, Bakıda açıqlayacam. Braqadakı matçdan sonra meydanda onlara nə demişdiniz?

- İşimizlə bağlı danışıq idi. Portuqaliya klubuna 4 qol vurmuşuqsa, ola bilər futbolçularımıza rahatlıq gələrdi. Yəni, səfərdə vurmuşuqsa, Bakıda 100 faiz qalib gələcəyik. Bir tərəfdən yaxşı səbəbdir, digər tərəfdən mane olardı. Kiçik dialoqumuz oldu ki, heç nə etməmişik və Bakıda daha çox güc sərf etməli olacağıq. Müsahibələrimizdə diqqətli olmalı olduğumuzu demişdim.

- Üç il əvvəl oyunlara ehtiyatla yanaşırdız. Amma vətən müharibəsindən sonra deyirdiz ki, qalib ölkənin komandası kimi meydana çıxırıq. Xankəndidə ilk oyununuzu keçirdiz. Avrokuboklar matçını Xankəndidə keçirmək istəyərdiz?

- Xankəndidəki anlar, o gün... Əvəzolunmaz gün idi. İnanın ki, cənab prezident topa ilk zərbəni vurunca, əllərini bu cür qoyub dayananda onunla qürur duydum, ləzzət aldım. Futbolçularımın rəqibdən çəkinməməsi... Oyunçularımız müharibə zamanı hadisələrlə çox maraqlanıblar, onlara igidlərimiz haqda məlumatlar verilib. Qələbəni də başda cənab prezident olmaqla, xalqımıza həsr edirik.

- Elçin Rəhmanov kimi köməkçiniz var. Baş hakim onu qovanda yoxluğunu necə hiss etdiniz?

- Bu komandada Elçinin rolu danılmazdır. Mənim ən çox güvəndiyim, işimizi ən çox müzakirə etdiyimiz şəxsdir. Çox ağıllı, düşüncəli fikirləri var. Hansı ki, komandaya fayda verir. Bəzi dəqiqələrdə çevrilirdim ki, nəsə deyim, görürdüm Elçin yoxdur. Daha sonra uyğunlaşdım. O da bir zərbə idi. Amma komanda bacardı. Qarşıdakı oyunda yanımda olmayacaq. Amma yenə də ünsiyyətdə olacağıq.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

18-10-2021, 13:16

Prezident Füzulidə ictimaiyyət nümayəndələri ilə görüşdü - YENİLƏNİB

Gündəm / Siyasət

8-11-2022, 18:28

İlham Əliyev xanımı və oğlu ilə birlikdə Şuşada - FOTOLAR (YENİLƏNİB)

Gündəm / Siyasət

28-10-2025, 15:18

Prezident İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Gündəm / Siyasət

24-12-2022, 18:29

İlham Əliyev Qərbi Azərbaycan İcmasının binasında - FOTOLAR (YENİLƏNİB)

Gündəm / Sosial

26-08-2022, 18:26

“Hər birinizi çox sevirəm!” - Mehriban Əliyeva (FOTOLAR)

Şou Biznes
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
Dün, 15:24
Ağsuda dağlıq ərazidə yanğın başlayıb
24-09-2026, 11:49
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
23-09-2026, 13:25
Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var
Son xəbərlər
  • Dün, 17:05
    Bu dövlət şirkətlərinin siyahısına dəyişiklik edildi
  • Dün, 16:35
    Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Dün, 16:07
    Baş Prokurorluğun nümayəndələri BMT tədbirində iştirak ediblər
  • Dün, 15:24
    Ağsuda dağlıq ərazidə yanğın başlayıb
  • Dün, 14:45
    Sabah Azərbaycanda leysan olacaq - XƏBƏRDARLIQ
  • Dün, 13:00
    Şahbulaq qalası ətrafında turizm infrastrukturunun yaradılması yekunlaşır
  • Dün, 12:20
    Zelenski: Rusiyanın Kiyev vilayətinə zərbəsi zamanı Azərbaycan vətəndaşı həlak olub
  • Dün, 11:40
    İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI
  • Dün, 11:17
    Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM
  • Dün, 10:44
    "Harmoniya" sənədli filmi bu gün Romada təqdim olunacaq
  • Dün, 09:55
    Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı
  • Dün, 09:12
    UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliya ilə üz-üzə gələcək
  • 27-09-2026, 08:44
    Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
  • 27-09-2026, 01:38
    İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
  • 27-09-2026, 01:23
    Azərbaycanda Anım Günüdür
  • 26-09-2026, 16:03
    Qarayaxma kampaniyasının təşkilatçılarının Azərbaycana girişinin məhdudlaşdırılması istisna edilmir
  • 26-09-2026, 15:42
    İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
  • 26-09-2026, 15:14
    Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
  • 26-09-2026, 14:52
    AIIF 2026-da ümumi dəyəri 10,8 milyard dollar olan 23 sənəd imzalanıb
  • 26-09-2026, 13:29
    Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq
  • 26-09-2026, 12:56
    Formula 2 Azərbaycan Qran-Prisində qalib məlum oldu - YENİLƏNİB
  • 26-09-2026, 11:55
    Şahin Mustafayev rus həmkarı ilə görüşdü
  • 26-09-2026, 11:18
    “ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür” - Prezident
  • 26-09-2026, 10:31
    Azərbaycan Prezidenti investorlara saxta mediaya inanmamağı məsləhət görüb
  • 26-09-2026, 10:10
    İlham Əliyev: "Bu gün 2 mühüm sənəd imzalanacaq"
  • 26-09-2026, 09:38
    İlham Əliyev: Xarici borcumuz çox aşağı səviyyədədir, biz onu bir gündə sıfırlaya bilərik
  • 26-09-2026, 09:11
    Qaradağ rayonunda vulkan püskürüb
  • 25-09-2026, 18:04
    Rusiya Kiyevdə ofis binasına dron zərbəsi endirib, 4 nəfər ölüb
  • 25-09-2026, 17:27
    "Birliyin Gücü - 2026": Zakir Həsənov təlimin gedişatını izləyib, məruzələri dinləyib
  • 25-09-2026, 16:44
    Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir
  • 25-09-2026, 16:13
    Bir qrup hərbi qulluqçu təltif edilib - SƏRƏNCAM
  • 25-09-2026, 15:42
    Rəsmi Bakı Gürcüstan Patriarxlığını Ermənistan kilsəsinin mövqeyini təkrarlamamağa çağırıb
  • 25-09-2026, 15:11
    Türkmənistan Orta Dəhlizin inkişafında hərtərəfli yanaşmaya çağırıb
  • 25-09-2026, 12:43
    Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçularına pensiya təyinatı mexanizmi dəyişir
  • 25-09-2026, 12:01
    Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Daha çox
22-09-2026, 10:47
Sentyabrın pensiya ödənişləri yekunlaşıb
23-09-2026, 17:57
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
25-09-2026, 10:23
Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
25-09-2026, 12:01
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
22-09-2026, 11:00
Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib
24-09-2026, 15:46
Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura 3,4 milyard manat xərcləyəcək
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə