TAQ. az xəbər verir ki, Energetika Nazirliyində nazir Pərviz Şahbazovun rəhbərliyi ilə videokonfrans formatında növbəti kollegiya iclası keçirilib.
İclasın gündəliyi təsdiq edildikdən sonra Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndəsinin paylayıcı elektrik şəbəkələrinin istismar vəziyyətinin yaxşılaşdırılması, təchizatın davamlılığının təmin edilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi ilə bağlı görülmüş tədbirlər və qarşıda duran vəzifələr haqqında məruzələr dinlənilib. Mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və iclas iştirakçılarının sualları cavablandırılıb. Agentliyin fəaliyyət istiqamətləri haqqında cəmiyyətin məlumatlandırılması tədbirlərinin intensivləşdirilməsinin vacibliyi qeyd edilib.
İclasda, “Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının 2022-ci il üçün İş Planı” layihəsi nəzərdən keçirilib, rəy və təkliflər səsləndirilib. Təkliflərin layihədə nəzərə alınması şərti ilə İş Planının təsdiq edilməsinə dair qərar qəbul edilib.