• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH

Gündəm / Sosial

3-05-2024, 10:54

İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH


Son günlər Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesinin başlaması, hər iki tərəfin rəsmilərinin açıqlamaları sülhə doğru daha bir addım kimi qiymətləndirilə bilər. Müxtəlif proseslərin analizi və bəyanatlar onu deməyə əsas verir ki, iki dövlət arasında sülh müqaviləsinin imzalanması tarixi o qədər də uzaq deyil. Bu isə Cənubi Qafqazın inkişafı, iqtisadi əlaqələrin sürətli artımı, bölgənin çiçəklənməsi anlamına gəlir. Təbii ki, hadisələrin belə tendensiyada davam etməsi bəzi qüvvələri, eyni zamanda İran İslam Respublikasını da narahat edib. Son günlər İran mediasında yayılan çoxsaylı xəbərlərin təhlili və analizi rəsmi Tehranın Ermənistan bazarında Azərbaycanı özünə rəqib gördüyünü deməyə əsas verir.



İlk olaraq qeyd etmək lazımdır ki, Ermənistan parlamentinin sədri Alen Simonyanın rəsmi İrəvanın Bakı ilə qaz alışı müqaviləsini müzakirə hazır olması ilə bağlı bəyanatından sonra hakim “Vətəndaş müqaviləsi” partiyasının bir sıra deputatları da məsələ ilə bağlı fikirlərini paylaşıblar. Bu isə cənub qonşumuzda müəyyən tərəddüdlər yaradıb. Eyni zamanda erməni rəsmilərinin açıqlamalarından da məlum olur ki, İrandan çəkilməsi planlaşdırılan növbəti qaz kəməri layihəsi təxirə düşüb. Ehtimal edilir ki, bu açıqlama rəsmi Tehranda o dərəcədə də xoş qarşılanmayıb. Erməni siyasi elitasını isə belə bir addım atmağa təbii ki, vadar edən səbəblər var. Bunlardan birincisi, Qərbə inteqrasiya ilə bağlıdır. Rusiya boyunduruğundan çıxaraq, Avropaya “inteqrasiya etmək” istəyi əslində yeni ağaların əmri ilə oturub-durmaq mənasına gəlir. Təbii ki, bunun da müəyyən şərtləri olacaq və ABŞ-la Avropa İttifaqının İslam Respublikasına münasibəti, tərəflər arasında daim sanksiya müharibəsinin getməsi hər kəsə məlumdur. Belə olduğu halda isə İranla qol-boyun olmaq, iqtisadi imkanları rəsmi Tehranın ayaqlarına altına sərmək rəsmi Vaşinqton və Brüsseldə xoş qarşılanmaya bilər. Bu səbəbdən də İrəvanın qaz məsələsində İrana deyil, Azərbaycana sığınma cəhdi anlaşılandır.

İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH


İkincisi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Ermənistana, xüsusən də Azərbaycanın enerji resurslarına potensial çıxışı ilə bağlı son xoşməramlı jesti iki qonşu ölkə arasında münasibətlərin normallaşması üçün xoş fürsətdir. Cənab Prezident məsələ ilə bağlı 23 aprel tarixində ADA universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” adlı beynəlxalq tədbirdə məsələyə toxunub.

Qeyd etmək yerinə düşər ki, hazırda rəsmi Bakı Gürcüstanın qaza olan tələbatının demək olar ki, 100 faizini ödəyir. İki qonşu dövlət arasında tədarükün həcmi ildən-ilə artır. Qaz qiymətinin rəsmi Tbilisi üçün əlverişli olduğunu nəzərə alsaq, potensial olaraq Ermənistan da Azərbaycandan qaz ala bilər. Bu sıraya isə yaxınlıq və infrastruktur kimi faktorları da əlavə etsək, belə bir əməkdaşlığın təbii olacağı göz önündədir. Cənubi Qafqaz regionunun geosiyasi mənzərəsinin kritik məqamında təqdim olunan bu təklif enerji əməkdaşlığından kənara çıxan və daha geniş strateji və diplomatik mülahizələri özündə əks etdirən ciddi nəticələrə malikdir. Bu tendensiya isə İranı ciddi şəkildə narahat edir və Ermənistan bazarında son illər ağalıq etmə funksiyasının zəifləməsi ilə nəticələcəyini deməyə əsas verir.

İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH


Rəsmi İrəvan enerji mənbələrini Rusiya idxalından şaxələndirməyə çalışır, Paşinyanın Qərbə yanaşması Kremllə münasibətlərdə gərginlik yaradıb və şübhəsiz ki, mayın 7-inə planlaşdırılan Rusiya prezidentinin inauqurasiya mərasimində iştirakdan yayınma da yaxın aylarda qaz qiymətlərində özünü göstərəcək. Bu səbəbdən də erməni siyasi elitası indidən məsələ ilə ciddi məşğul olmağa, Azərbaycanın qapısını döyməyə başlayıblar. Prezident İlham Əliyevin Gürcüstanla razılaşmaya bənzər güzəştli qiymətlərlə Azərbaycandan təbii qazın potensial olaraq idxalı təklifi Ermənistanın dialoq və barışıqda iştirak etmək üçün iqtisadi stimullarını vurğulayır. Bakının bu təklifi Ermənistan üçün Rusiyanın enerji mənbələrindən asılılığını azaltmaq və regionda iqtisadi inkişaf və inteqrasiya üçün alternativ yolları araşdırmaq üçün konkret imkandır.

Ermənistan rəsmilərinin, xüsusən də parlamentin spikeri Alan Simonyanın cavabı Azərbaycanla enerji əməkdaşlığının potensial faydaları ilə bağlı ehtiyatlı nikbinliyi əks etdirir. Ermənistanın təbii qaz idxalını müzakirə etməyə hazır olması ikitərəfli münasibətlərin yaxşılaşdırılmasından əldə edilə biləcək iqtisadi faydaların göstəricisidir. Əliyevin təklifi uzunmüddətli münaqişələrin həllinə və iqtisadi qarşılıqlı asılılığın gücləndirilməsinə yönəlmiş praqmatik diplomatiyaya keçidi ifadə edir. Daha geniş normallaşma üçün katalizator kimi enerji əməkdaşlığının vurğulanması Azərbaycanın Cənubi Qafqaz regionu ilə bağlı strateji baxışını əks etdirir. Bundan əlavə, onun Ermənistan üçün potensial iqtisadi faydaları, o cümlədən enerji təhlükəsizliyinin artırılması və ticarət imkanlarının genişləndirilməsi var və regional əməkdaşlığın transformativ potensialını vurğulayır. Enerji mənbələrini diversifikasiya etməklə və Rusiya idxalından asılılığını azaltmaqla Ermənistan iqtisadi dayanıqlığını gücləndirə və özünü regional mənzərədə daha dinamik aktor kimi göstərə bilər. Bu işdə isə ona ən yaxın tərəfdaş rolunda Azərbaycan və Türkiyə çıxış edə bilər.

İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH


Rəsmi Bakı erməni dövlətinin enerji asılılığını azaltmaqla yanaşı, iqtisadiyyatına sərmayə qoya bilər. Bununla da can verməkdə olan erməni iqtisadiyyatı dirçələ bilər. Türkiyə də öz növbəsində ixtisaslaşdığı sənaye sahələri ilə bağlı Ermənistana sərmayə qoya bilər və bu üç dövlətin iqtisadi ittifaqı Cənubi Qafqaz regionunun inkişafına güclü təkan verə bilər. Təbii ki, bunu rəsmi İrəvan da dərk edir və bu səbəbdən də artıq Alen Simonyan kimi “Vətəndaş müqaviləsi”nin ruporları vasitəsilə belə mesajlar verməkdən çəkinmir. Rəsmi Bakının Ermənistana enerji təklifi Cənubi Qafqaz regionunun inkişaf edən dinamikasında mühüm məqamdır. Enerji əməkdaşlığından normallaşma yolu kimi istifadə etməklə, Azərbaycan Ermənistana regional ittifaqlarını yenidən qurmaq və daha çoxşaxəli və davamlı inkişaf yolu tutmaq üçün strateji imkan təqdim edib. Qaz ixracının uğurla həyata keçirilməsi ikitərəfli əlaqələri dəyişdirməklə yanaşı, həm də regionun sabitliyinə və çiçəklənməsinə töhfə verə bilər.

İranın Qafqazda təsir imkanlarının mühüm məsələlərindən biri də enerji sektorudur, ona görə də Ermənistanın baş naziri Nikol Paşinyan Soçidə keçirilən üçtərəfli görüşdən dərhal sonra Tehrana səfər edib. Bu danışıqlar zamanı 2022-ci il noyabrın 1-də Ermənistan və İran arasında enerji sahəsində anlaşma memorandumu imzalanıb.

Tehranın Saad Abad sarayında imzalanan anlaşma memorandumuna əsasən, iki ölkə arasında təbii qaz və elektrik enerjisi mübadiləsi sazişi 2030-cu ilə qədər uzadılacaq. İranın neft nazirinin müavini Məcid Çegini bu müqaviləni izah edərək deyib: İran hazırda 1 milyon kubmetr neft ixrac edir. Ermənistana gündəlik təbii qaz ixrac edilir və yeni müqavilə ilə qaz ixracı iki dəfə artırılacaq.

İran Azərbaycanı Ermənistan bazarında özünə rəqib görür - ŞƏRH


Ermənistan və İran arasında imzalanan və həyata keçirilən enerji sazişinə əsasən, iki ölkə arasında təbii qaz və elektrik enerjisi mübadiləsi nəzərdə tutulurdu. Müqavilədəki svop üsuluna görə, Ermənistan İrandan təbii qaz almalı və bunun müqabilində İrana elektrik enerjisi ixrac etməli idi. Bu müqavilə iyirmi il üçün nəzərdə tutulmuşdu. Yeni sazişin Paşinyanın Tehrana səfəri zamanı, yuxarıda adı çəkilən sazişin iyirmi illik müddəti başa çatmamış imzalanması həm onun vaxtı və məzmunu, həm də regional və qlobal şərtlər baxımından əhəmiyyətli idi. Amma bununla belə, müqavilə hələlik icra olunmur və görünür, rəsmi İrəvan yeni geosiyasi reallıqlar fonunda rəsmi Tehranla enerji sektorunda əməkdaşlığı zəiflətmək qərarına gəlib. Artıq erməni rəsmiləri dərk ediblər ki, enerji diversifikasiyası və asılılıqdan qurtulmaq üçün ən optimal yol Azərbaycanla bu sahədə əməkdaşlıq etməkdir.

Erməni müxalifətini də unutmaq olmaz. Alen Simonyanın açıqlamasından sonra müxalifət deputatları hərəkətə keçiblər. İş o həddə çatıb ki, “Hayastan” fraksiyasının deputatı Anna Qriqoryan tələm-tələsik Tehrana səfər edərək, sərsəm açıqlamalar verib və İranla hərbi sahədə saziş imzalamağın vacibliyindən danışıb. Təbii ki, son hadisələr erməni müxalifətinin də nəzərindən yayınmayıb. Bu səbəbdən də Qriqoryanın “İranın təzyiqi nəticəsində Azərbaycan Zəngəzur dəhlizi layihəsindən vaz keçdi” açıqlamasını da nəzərə almaq lazımdır. Bununla da erməni deputat müxalifət üçün rəsmi Tehrandan yardım istəməsi, hakimiyyət dəyişikliyi zamanı isə təmsil etdiyi fraksiyanın İslam Respublikasının maraqlarını qoruyacağına dair mesaj ötürüb. Yuxarıda sadalanan bəyanatların səsləndirildiyi bir vaxtda Annanın İrana səfəri və Zəngəzur dəhlizi ilə bağlı sərsəm açıqlama verməsi də təsadüf sayıla bilməz. Göründüyü kimi, erməni müxalifəti hakimiyyətə gəlmək üçün istənilən xarici qüvvənin qucağına oturmağa hazırdır...

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

24-12-2022, 18:29

İlham Əliyev Qərbi Azərbaycan İcmasının binasında - FOTOLAR (YENİLƏNİB)

Gündəm / Siyasət

20-04-2024, 16:21

Addım - addım sülhə doğru: Proses Qazaxdan başlandı - ŞƏRH

Gündəm / Siyasət

18-12-2021, 16:51

Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verdi

Gündəm / Dünya

21-11-2023, 23:34

Prezidentin Fransanın neokolonializm siyasətini ifşa etdiyi fikirlər dünya mediasında

Gündəm / Siyasət

8-11-2022, 18:28

İlham Əliyev xanımı və oğlu ilə birlikdə Şuşada - FOTOLAR (YENİLƏNİB)

Şou Biznes
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
Dün, 09:00
Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb
18-09-2026, 16:05
Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb
12-09-2026, 09:35
Bakıda avtomobil qadını vuraraq öldürüb
Son xəbərlər
  • Dün, 13:45
    İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək
  • Dün, 12:35
    Zakir Həsənov Pakistana başsağlığı verib
  • Dün, 12:16
    Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək
  • Dün, 11:29
    Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb
  • Dün, 10:42
    Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq
  • Dün, 10:14
    Türkiyədə 5 maqnitudalı zəlzələ olub
  • Dün, 09:00
    Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb
  • 18-09-2026, 17:38
    Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH
  • 18-09-2026, 16:42
    Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto
  • 18-09-2026, 16:05
    Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb
  • 18-09-2026, 14:41
    Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb
  • 18-09-2026, 13:27
    Sabah rayonlarda arabir yağış yağacaq
  • 18-09-2026, 12:54
    Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib
  • 18-09-2026, 11:59
    Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək
  • 18-09-2026, 11:20
    "Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb
  • 18-09-2026, 10:09
    Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib
  • 18-09-2026, 09:36
    Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər
  • 18-09-2026, 09:30
    Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
  • 17-09-2026, 18:26
    Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir
  • 17-09-2026, 13:52
    İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
  • 17-09-2026, 13:10
    İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər
  • 17-09-2026, 12:55
    Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub
  • 17-09-2026, 12:26
    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
  • 17-09-2026, 12:09
    Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
  • 17-09-2026, 11:25
    İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
  • 17-09-2026, 10:05
    Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub
  • 17-09-2026, 09:31
    Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar
  • 16-09-2026, 16:45
    Gürcüstan Prezidenti Azərbaycana yeni təyin olunmuş səfirlə görüşüb
  • 16-09-2026, 16:13
    Təhsil dövrü 5 il olan hərbçilər üçün "leytenant" rütbəsinin müddəti azaldılır
  • 16-09-2026, 15:33
    Bakıda keçirilən beynəlxalq audit konfransının iştirakçıları Prezidentə müraciət ediblər
  • 16-09-2026, 14:37
    Haaqa məhkəməsində Kosovo Azadlıq Ordusunun rəhbərlərinə hökm oxunub
  • 16-09-2026, 14:04
    Ermənistan Konstitusiya Məhkəməsi TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
  • 16-09-2026, 12:59
    Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq
  • 16-09-2026, 12:42
    Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
  • 16-09-2026, 12:22
    İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib
Daha çox
15-09-2026, 08:51
Azərbaycanda Bilik Günüdür
15-09-2026, 11:57
İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
15-09-2026, 10:15
XİN Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
16-09-2026, 11:44
İlham Əliyev Auditin inkişaf mərhələlərinə həsr edilən beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib
15-09-2026, 10:52
Birol Akgün Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib
15-09-2026, 12:19
TBMM sədri Bakının işğaldan qurtuluşunun 108-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə