• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Bozlaşmış yaşam fonunda salfet satan uşağın təvazökarlığı...

Gündəm / Sosial

29-12-2021, 10:47

Bozlaşmış yaşam fonunda salfet satan uşağın təvazökarlığı...

İşdən 18:30-da çıxdım və piyada uzun məsafə qət etdikdən sonra metroya düşdüm. Hər addımda qarageyimli insanların bozlaşmış siluetləri və yorğun baxışları simana dikilir. Bəzən o baxışlar qəzəb, kin ilə əvəzlənir. Qorxursan toxunmağa ki, barıt səsinə bənzər qəzəbə tuş gələrsən. Qəzəb dolu səsin içində boğulmaqdan qorxuram deyə toxunmaq istəmirəm onlara. Aman, yad gəlib gedək yolumuzu, bir toxunuşun qurbanı olmaqdan ehtiyyat edirəm çox. Ehtiyyat edirəm, çünki onları anlayıram. Səbəbsiz deyil, qara geyimlər fonunda ruh kimi dolaşan cisimlər, bir nöqtəyə dikilən baxışlar.

İnsanlar dərdlidir. Səhər tezdən, gün bitənə qədər problemlərlə yükləniblər.

Anlayıram qayğılardan, çətinliklərdən, həddini aşan problemlərdən insanlar yadlaşıb, yaşam bozlaşıb. Qınamaq olmur.

Yeri gəlmişkən, bayram qabağı qiymətlər od tutub yanır. Bir kq əla sort düyünün qiyməti nə az, nə çox 4-6 manat arasında dəyişir. Bayramın plovu düyüsüz qalmasa yaxşıdır. Hələ bir şabalıdı demirəm. 10-15 manata. Digərlərini saymıram, çoxunuza bəllidir. Bayram öncəsi şəhər, rayon, kənd od tutub yanır, sözün məcazi mənasında. Qiymətləri deyirəm, ərzağın, tərəvəzin, meyvənin günbəgün artan qiymətini.
150-200 manatın ola ki, vacib ərzağın, meyvənin ən minumum səviyyəsinə əl uzadasan. Bir də düşün, bundan da minumum bayramlıq bazarına imkanı çatmayanları.

İşsizlik, iqtisadi çətinlik və xirtdəyə dirənən sosiallı, komunnallı öhdəliklər, ay əvvəlindən sonuna yığılan borclar bayramı təməlli kölgəsində yox edər əlbət.
Odur nə Bakının mərkəzində, nə də hansısa ucqar istiqamətində bayram əhval-ruhiyyəsi hiss olunmur. Müxtəlif market və restoranların çöl şüşələrinə çəkilən iki - üç yeni il atributu da göz oxşamaq üçündür. Zərli oyuncaqlar, şaxta babalar, qar qızlar insanları qışın od tutub yanan bahalığından soyutmaz. Düzü, şəhərin Nərimanov istiqamətindən Əcəmi metrosuna qədər yol qət etdimsə də rastlanmadım nə şaxta babaya, nə də onun ağ libaslı qar qızına.
Rastlandım daha böyük hadisə ilə. Sujeti kiçik, anlamı dərin kədərli bir mənzərə ilə. Metrodan çıxıb avtobusa yol aldım. Kartı vurub avtobusa keçib bir yer tapıb əyləşdim, yerim arxada idi. Üzü pəncərəyə doğru bir xeyli yol qət etdikdən sonra növbəti dayanacaqda onu gördüm. Yeni ilin qəhrəmanını. Avtobusa qalxan 8-9 yaşlarında bədəncə çəlimsiz, zəif, qarabuğdayı simalı, ancaq təmkinli baxışlara malik bir oğlan içi dolu avtobusun küncünə güclə sıxındı. Əlində bir neçə salfet vardı. Gah pəncərəyə, gah da əlindəki nakam salfetlərə baxıb gülümsəyirdi. Yəqin günün mənzərəsini xatirələrində canlandırır, nəyi isə xatırlayıb yenidən anırdı. Bu an onun qarşısında əyləşən ortayaşlı bir xanım oğlana "salfet satılıq üçündür?" deyə sordu. Qadına gülümsəyərək baxan oğlan başı ilə "hə" işarəsini bildirdi.

Əlini pul kisəsinə atan qadın ordan bir manat çıxaraq oğlana uzatdı. Qadına qəribə baxışlarla baxan uşaq bir qədər sükutdan sonra qadının qolunu qarşıya doğru əyərək "xeyr, xanım mən bu pulu götürə bilmərəm, təşəkkür edirəm" deyib ciddi sima aldı. Qəti baxışları ilə üzünü yana çevirdi. Qadın pulu bir neçə dəfə israrla ona uzatdı uşaq eyni cavabı verdi. "Salfet alırsızsa buyurun, əks halda pulu götürə bilmərəm" qətiyyəti ətrafın diqqətini üzərinə çəkdi. Sonda qadın əlacsız qalıb bir salfet götürdü və manatı uşağın kiçik ovcuna sıxdı. Pulu çəkinərək götürən uşaq bir saniyə olsun təmkin və təvəzökarlığını itirmədən bir qədər yol getdi. Ətrafın da artıq rəğbətini qazanmışdı. Boz baxışlar ona yönəlik nəvaziş dolu idi.
Qəflətən oğlanın simasında narahatlıq yarandı, tez bir əlini, digər qoluna atdı, ətrafına nəzər saldı, sual dolu baxışlarla ətrafa göz gəzdirdi. Nə isə itirmişdi, hiss olunurdu. Yanında dayanan gənc oğlan nə olduğunu soruşarkən "çantamı götürmədim, orda qaldı" deyə kefsiz dodaqaltı dilləndi. Pəncərəyə çevrilib küçəyə nəzər saldı, harda olduğunu müəyyən edirdi güman. "Çantanın içində nə vardı" deyə qadın sorarkən uşaq doluxsunaraq salfet dedi və ümidsiz yanyörəyə bir daha nəzər saldı. Avtobus elə bu an dayandı. Növbəti dayanacaq idi. Gənc oğlan "düş, elə burda düş, çox uzaq getmədən qaç get çantanı götür, salfetlərin itməsin"

Oğlan tələsik adamları yararaq arxa qapıdan düşərək qaçıb gözdən itdi. Bilmədim salfetlərin qovuşdu ya yox, amma bilmək çox istərdim kimsə ürək edib o salfet dolu çantanı götürə bilərmi?
Ümid edirəm götürməzlər. O salfet vicdanlı uşağın dolanışıq mənbəyi, halal qazanc vasitəsidir. Məktəbli şagird təhsil almalı, dərs qayğılarını yaşamalı olduğu halda salfet sataraq ailəsinə yardımçı olur. Bu məqam vəziyyətin ağırlığını təsvir edən ən canlı tablodur.

Yol boyu uşağın boz bayram adamlarının simasına əks olaraq işıqlanan çöhrəsini unutmadım. Onun xəfif gülüşünü, manat qarşısındakı məğrur duruşunu xatırladım.

Nə qədər durum ağır olsa da oğlanın dik duruşu, təvəzökarlığı bayramın özü idi. Manata sınmayan, həm də sığmayan.

Milləti ələ baxan şəkildə yetişdirmək günahdır, gərək sosial rifahını normal təminatda qurasan ki, əli təmiz, vicdanı rahat olsun.

Salfet satan məktəbli oğlanın vicdanı çox məmurların kirlənmiş vicdanına ziddir, amma o və onun kimi uşaqlar uşaqlığını yaşamalı, təhsilini almalıdır.
Məmurlar "yeməkdən" doymayınca, xalqa rifah çətin çatar, balalar erkən yaşda qayğılarla yüklənər.

Atalar demiş: "Gözü toxa ağzındakı yetər, ac gözə dünya da yetməz"

Gözünüz doysun ki, millətin də yeni ilinin qədəmləri xoş olsun, uşaqlar təhsilindən, uşaqlığından geridə qalmasın!

Günel İsayeva
(köşə yazısı)

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

18-12-2021, 16:51

Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verdi

Gündəm / Sosial

11-03-2023, 22:19

Necə az pul xərcləyib, Novruz bayramına hazırlaşa bilərik? - ARAŞDIRMA

Gündəm / Siyasət

24-12-2022, 18:29

İlham Əliyev Qərbi Azərbaycan İcmasının binasında - FOTOLAR (YENİLƏNİB)

Gündəm / Siyasət

8-11-2022, 18:28

İlham Əliyev xanımı və oğlu ilə birlikdə Şuşada - FOTOLAR (YENİLƏNİB)

Gündəm / İqtisadiyyat

18-01-2023, 20:44

Prezident İlham Əliyev Davosda Çinin CGTN televiziya kanalına müsahibə verib

Şou Biznes
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti
"Oskar" mükafatının qaliblərinin adları açıqlanıb
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
12-09-2026, 09:35
Bakıda avtomobil qadını vuraraq öldürüb
10-09-2026, 16:35
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
9-09-2026, 09:28
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
Son xəbərlər
  • Bugün, 13:52
    İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
  • Bugün, 13:10
    İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər
  • Bugün, 12:55
    Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub
  • Bugün, 12:26
    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
  • Bugün, 12:09
    Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
  • Bugün, 11:25
    İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
  • Bugün, 10:05
    Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub
  • Bugün, 09:31
    Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar
  • Dün, 16:45
    Gürcüstan Prezidenti Azərbaycana yeni təyin olunmuş səfirlə görüşüb
  • Dün, 16:13
    Təhsil dövrü 5 il olan hərbçilər üçün "leytenant" rütbəsinin müddəti azaldılır
  • Dün, 15:33
    Bakıda keçirilən beynəlxalq audit konfransının iştirakçıları Prezidentə müraciət ediblər
  • Dün, 14:37
    Haaqa məhkəməsində Kosovo Azadlıq Ordusunun rəhbərlərinə hökm oxunub
  • Dün, 14:04
    Ermənistan Konstitusiya Məhkəməsi TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
  • Dün, 12:59
    Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq
  • Dün, 12:42
    Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
  • Dün, 12:22
    İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib
  • Dün, 11:44
    İlham Əliyev Auditin inkişaf mərhələlərinə həsr edilən beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib
  • Dün, 10:57
    Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib
  • Dün, 10:21
    Abbas Əraqçi və Van İ Pekində danışıqlar aparıblar
  • Dün, 09:25
    Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib
  • Dün, 08:58
    Nümayəndələr Palatası Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edib
  • 15-09-2026, 12:19
    TBMM sədri Bakının işğaldan qurtuluşunun 108-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib
  • 15-09-2026, 11:57
    İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
  • 15-09-2026, 10:52
    Birol Akgün Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib
  • 15-09-2026, 10:15
    XİN Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
  • 15-09-2026, 09:52
    Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
  • 15-09-2026, 09:09
    Bakının erməni-bolşevik işğalından azad olunmasından 108 il ötür
  • 15-09-2026, 08:51
    Azərbaycanda Bilik Günüdür
  • 14-09-2026, 14:50
    KİV: Rusiyanın 51-ci ordusunun komandanı Sergey Milçakov öldürülüb
  • 14-09-2026, 13:46
    Azərbaycanın AİB ilə əməkdaşlığı üzrə 5,6 mlrd. dollarlıq maliyyələşmə həyata keçirilib
  • 14-09-2026, 12:58
    İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub
  • 14-09-2026, 12:33
    "Bilik günü" Azərbaycanda 34 dərəcə isti olacaq
  • 14-09-2026, 11:48
    MM cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokolu təsdiqləyəcək
  • 14-09-2026, 11:19
    İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
  • 14-09-2026, 10:40
    Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Daha çox
12-09-2026, 11:01
Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal
11-09-2026, 14:57
Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib
12-09-2026, 15:44
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb
11-09-2026, 17:37
Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
11-09-2026, 17:56
Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
11-09-2026, 18:07
Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə