• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Fransanın ümidi 28 yaşlı tiktokerə qalıb - Bardella liderliyə ən şanslı namizəddir - TƏHLİL

Gündəm / Siyasət

11-06-2024, 18:11

Fransanın ümidi 28 yaşlı tiktokerə qalıb - Bardella liderliyə ən şanslı namizəddir - TƏHLİL


Avropa Parlamentinə seçkilərin nəticələri təşkilata daxil olan ölkələrdən ən çox Fransada təlatüm və ciddi sarsıntılara səbəb olub. Sağlar və radikal qüvvələr bayram əhvali-ruhiyyəsində olsalar da, hakim komanda gərginlik içindədir.

Artıq prezident Emmanuel Makron partiyasının Avropa Parlamentinə seçkilərdə ifrat sağçı namizədlərə sarsıdıcı məğlubiyyətindən sonra parlamenti buraxıb. Hətta yayılan xəbərlərə görə, parlament seçkilərində sağçılar qalib gələcəyi təqdirdə Makron dövlət başçısı vəzifəsindən istefa verə bilər.

Bu seçkilərdə sağları təmsil edən Marin Le Penin “Milli Birlik” Partiyasının yeni sədri Jordan Bardellanın adı xüsusi qabardılır. 28 yaşlı bu siyasətçi fransız sağlarının lideri olmağa iddialıdır. Bu siyasətçi ona meydan oxuyan yeni tandem kimi qəbul edilir.

Bəs Bardella Fransa kimi bir ölkədə bu yaşda sağların lideri olmağa necə müvəffəq olub? O, Parisdən şimalda italyan fəhlə miqrantların ailəsində böyüyüb. Sen-Sen-Deni adlanan həmin bölgəni rifah halının yüksək olduğu yer adlandırmaq olmaz. Bu şəhər kriminal həyatla - narkotik alqı-satqısı və zorakılıq zəminində törədilən cinayətlərlə məşhurlaşıb. Görünür, bütün bunlar da Jordanın gələcəkdə sağçı baxışlarının formalaşmasında mühüm rol oynayıb. Məktəbi bitirdikdən sonra Sorbonna Universitetinə daxil olan gənc burada coğrafiyanı öyrənib. Lakin sonradan siyasətlə məşğul olmağa başlayıb. Siyasi karyerasına çox gənc yaşlarında - 16 yaşında başlayıb.
Fransanın ümidi 28 yaşlı tiktokerə qalıb - Bardella liderliyə ən şanslı namizəddir - TƏHLİL

2011-ci ildə “Milli Cəbhə”yə (Milli Birliyin keçmiş adı) qoşulub, cəmi iki il sonra isə onun Sen-Sen-Deni şəhərindəki özəyinə rəhbərlik edib. Bununla da partiyanın ən gənc regional liderinə çevrilib. Sonrakı illərdə Marin Le Penlə daha da yaxınlaşaraq 2017-ci ildə onun seçki qərargahına daxil olub. Sonradan mediada yer alan xəbərlərə görə, Jordan Le Penin qardaşı qızı ilə eşq yaşayıb. Cütlüyün yolları Avropa seçkilərinə cəmi bir neçə gün qalmış ayrılıb.

Fransanın məşhur sarışın xanımı - Le Pen seçkilərdə Emmanuel Makrona məğlub olsa da, Bardella “Milli Cəbhə”də mövqelərini möhkəmləndirməyə, partiyanın rəsmi nümayəndəsinə çevrilməyə müvəffəq olub. Bütün Fransada tanınan gənc siyasətçi televiziyada tez-tez görünməyə başladı. Üstündən iki il sonra isə Avropa Parlamentinə üzv seçilməklə təşkilatın tarixində ikinci ən gənc deputat oldu. O, avrodeputat kimi aktiv olmasa da, karyerasında yüksəlişə nail olmağı bacarıb. 2021-ci ildə Marin Le Penin prezident seçkiləri kampaniyasında müavini olub, 2022-ci ildə isə onu “Milli Birliy”in sədri təyin ediblər. Beləliklə də, həmin ildən fransız sağların yeni simasına çevrilən Bardellanın nüfuzu artmağa başlayıb.
Fransanın ümidi 28 yaşlı tiktokerə qalıb - Bardella liderliyə ən şanslı namizəddir - TƏHLİL

Jordan Bardella hazırda Fransada, xüsusən də “Z” nəsli arasında ən populyar siyasətçilərdən biridir. "Politico"nun yazdığı kimi, üç ildən az müddətdə onun "TikTok"da abunəçilərinin sayı bir milyonu ötüb. 2023-cü ildə JDD jurnalına salınan 50 ən populyar siyasətçi arasında tək fransız olub. Nəşr qeyd edir ki, “İfrat sağçı lider siyasətdən qaçaraq sosial media ulduzuna çevrilib”. Çoxsaylı videolarda Bardella barlarda içki içir, viral musiqi tendensiyalarından istifadə edir, Fransa qəzetləri “Superulduz Bardella”, “Sağların rebrendinqi” və ya “parlaq populizm” kimi başlıqlarla məqalələr dərc edirlər. Bütün bunlar kifayət qədər gənc siyasətçini “zumerlərin sevimlisi”nə çevirdi.

“Ipsos” araşdırma mərkəzinin mart ayında dərc etdiyi hesabatında 18-24 yaşlı Fransa sakinləri arasında onun populyarlığı 31% təşkil edib. Müqayisə üçün qeyd edək ki, prezident Emmanuel Makronun “İntibah” Partiyası bu yaş kateqoriyasında cəmi 4%-ə malikdir. Amma Bardella yaşlı nəsil arasında da məşhurdur: onu 50-59 yaşlı fransızların 40%-i və 60-69 yaşlıların 31%-i dəstəkləyir. Televiziya debatları zamanı Bardella Aİ-ni bitirmək istəməkdə günahlandırılıb. Lakin o, “Mən Avropanın əleyhinə deyiləm, Avropanın işinin əleyhinəyəm” deyib.
Fransanın ümidi 28 yaşlı tiktokerə qalıb - Bardella liderliyə ən şanslı namizəddir - TƏHLİL

Siyasətçi Rusiya-Ukrayna müharibəsi ilə bağlı qərəzli fikirləri ilə də tanınır. Bardella Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etməyən, həmçinin Fransanın nüvə arsenalının Avropa İttifaqının ümumi təhlükəsizlik arxitekturasına daxil edilməsinə icazə verən prezident Makronun mövqeyini tənqid edib. Hətta bir dəfə Rusiya müxalifətinin lideri Aleksey Navalnının xanımı Yuliyanın Avropa Parlamentində çıxışını alqışlamaqdan imtina edib.

Beləliklə, sağa yönələn Fransada millətçi, ifrat sağçı siyasətçi hakimiyyətə gələ bilər. Bu isə miqrantların çoxluq təşkil etdiyi Fransa üçün ağır fəsadlara gətirib çıxara bilər. Sözsüz ki, bu “uğurda” Makronun yarıtmaz siyasətinin xüsusi payı var.(Report)

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

12-06-2024, 18:18

Fransanın daha bir uğursuzluğu: Makron Yeni Kaledoniyadan geri çəkilir - ŞƏRH

Gündəm / Siyasət

8-05-2024, 20:24

Fransanın anti-Azərbaycan təşəbbüsləri - Yelisey sarayının uğursuzluqlar seriyası - TƏHLİL

Dünya

10-07-2026, 12:53

Fransa prezident seçkiləri: Le Penin dördüncü cəhdi, bəs kimə qarşı?

Gündəm / Siyasət

18-12-2021, 16:51

Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verdi

Gündəm / Siyasət

13-03-2025, 16:48

Makronun Fransa üçün ən böyük “nailiyyəti” – Paris autsayder vəziyyətinə salınıb - ŞƏRH

Şou Biznes
Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
Dün, 16:56
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
7-10-2026, 15:39
Qubada iki avtomobil toqquşub, ölən var
7-10-2026, 10:04
Bakıda maşın ağaca çırpılıb, sürücü xəsarət alıb - VİDEO
Son xəbərlər
  • Bugün, 17:41
    Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib
  • Bugün, 17:18
    Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
  • Bugün, 16:45
    Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək
  • Bugün, 15:35
    Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir
  • Bugün, 14:58
    Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək
  • Bugün, 13:04
    Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq
  • Bugün, 12:45
    MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir
  • Bugün, 11:54
    Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb
  • Bugün, 11:02
    Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır
  • Bugün, 10:23
    Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
  • Bugün, 09:48
    Azərbaycan neftinin qiyməti 133 dolları keçib
  • Bugün, 09:03
    Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq
  • Dün, 18:26
    Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ
  • Dün, 17:56
    İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib
  • Dün, 16:56
    Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
  • Dün, 16:27
    Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib
  • Dün, 16:07
    Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib
  • Dün, 15:22
    C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır
  • Dün, 14:47
    Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
  • Dün, 13:09
    Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək
  • Dün, 12:42
    Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər
  • Dün, 12:10
    Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb
  • Dün, 11:45
    Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir
  • Dün, 11:23
    Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir
  • Dün, 10:49
    İlham Əliyev "Avaza" Kompleksinə gəlib
  • Dün, 09:42
    İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
  • Dün, 09:22
    Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq
  • 7-10-2026, 18:22
    Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
  • 7-10-2026, 17:40
    Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib
  • 7-10-2026, 17:03
    Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib
  • 7-10-2026, 16:33
    İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib
  • 7-10-2026, 15:47
    Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib
  • 7-10-2026, 15:39
    Qubada iki avtomobil toqquşub, ölən var
  • 7-10-2026, 15:12
    Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
  • 7-10-2026, 12:55
    Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib
Daha çox
3-10-2026, 11:30
Türkiyə XİN: Türk dövlətlərinin malik olduğu əməkdaşlıq və inteqrasiyasını daha da yüksəyə qaldırmağa qərarlıyıq
3-10-2026, 09:53
Azərbaycan nefti cüzi ucuzlaşıb
3-10-2026, 10:33
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik edib
3-10-2026, 12:32
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
3-10-2026, 15:03
Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb
3-10-2026, 16:09
DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə