• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Xalqın polad iradəli Milli Qəhrəmanı, peşəkar generalı- Polad Həşimov

Gündəm / Sosial

2-01-2022, 14:11

Xalqın polad iradəli Milli Qəhrəmanı, peşəkar generalı- Polad Həşimov

Azərbaycan xalqının mətin iradəli, qətiyyətli və böyük əməllər sahibi olan oğulları, igidləri çoxdur. Ancaq elələri var ki, həmişəlik adını tarixə həkk etdirir, əməli ilə xalqın dillər əzbəri olur, gənclərə nümunəvi şəxsiyyət kimi tanınır.
Bəli, bu gün həmin böyük oğullardan birinin doğum günüdür. Söhbət polad iradəli, Vətən Savaşının təməlini igidliyi və ölümü ilə qoyan Polad Həşimovdan gedir. O elə bir oğuldur ki, nə unudulur, nə də yoxluğu təsəlli olmur....


Əsgərlər çox nadir hallarda öz komandirlərini yadda saxlayırlar, o da çox nadir komandirlərdən idi.


Polad Həşimov Azərbaycan Ordusunun şərəfli general-mayoru idi. İstənilən əsgəri və hərbi yoldaşları onun haqqında həmişə xoş təəssüratda , inanılmaz yüksək fikirdədirlər. Elə bir general yoxdur ki, hər bir əsgəri onu çox sevsin, haqqında mərhəmət və sevgi dolu danışsın.
Əlbəttə ki, bunu general özü qazanıb, özü haqq edib əməlləri, mərdliyi ilə.

Polad İsrayıl oğlu Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində doğulub. Sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb generalımız. 1992-ci ildə Sumqayıt şəhər 34 nömrəli orta məktəbi bitirən Polad Həşimov elə həmin il Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. Oranı 1995-ci ildə motoatıcı ixtisası üzrə bitirib. Həşimov 1992-ci ilin dekabr ayından etibarən Ağdam rayonunun Mərzili və Novruzlu kəndlərinin müdafiəsində, Füzuli rayonunun kəndlərinin azad edilməsi ilə nəticələnən uğurlu əməliyyatlarda, 702-ci motoatıcı briqadanın hazırlığında iştirak edib.
General Həşimov bununla yetinməyib. 1994-cü ildə Türkiyənin İstanbul şəhərində yerləşən “Tuzla Piyada Okulu”nda üç aylıq kurs keçərək hərbi təhsilini təkmilləşdirib. Həmin ilin fevral ayında Murovdağı silsiləsində Güzgü, Koroğlu dağı və Ömər yüksəkliklərinin alınması uğrunda vuruşan igid qəhrəmanımız 1995-2017-ci illər ərzində motoatıcı taqım komandiri vəzifəsindən hərbi hissənin komandiri vəzifəsinədək yüksəlməyə nail olub. 2014-cü ilin iyul ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasına daxil olmuş, hərbi idarəetmə ixtisaslaşması üzrə magistr elmi-ixtisas dərəcəsi də almışdır Həşimov. 2017-ci ilin aprel ayından şəhid olduğu günədək hərbi birlik komandirinin birinci müavini – qərargah rəisi vəzifəsində xidmət edib.

Əlbəttə, sadalanan vəzifə və xidmətlər qələmdə rahat görünür, rahat da yazılır. Amma Polad Həşimov bunu illərini verərək, ömrünü həsr edərək qazanıb, nail olub.
Hər bir əsgərinə davranış və rəftardan öz böyük şəxsiyyətini qoruyub saxlayıb, həm də general kimi genaral olub.

Müharibədə döyüş də var, şəhidlik də. Ancaq vətənə görə döyüşmək, mübarizə mütləq lazımdır. Bu döyüşlər Silahlı Qüvvələrimizin bir daha öz üstünlüyünü təsdiq etdi. Bu əməliyyatın Milli Ordumuzun şanlı tarixində öz yeri olacaq. Amma etiraf edək ki, Polad kimi Vətənini sevən və ona ürəkdən xidmət edən oğulların sayəsində qələbəmiz böyük, ordumuz sarsılmazdır.

2-4 aprel 2016-cı ildə Talış kəndi yüksəklikləri uğrunda gedən döyüşlərdə birinci Ordu Korpusunun Qərargah rəisi olmuş Həşimov, döyüş zamanı yaralanır, ancaq düşmənə təslim olmur, əksinə 2 günlük mübarizədə zərbə endirir. Hazırda həmin istiqamətdəki postlardan birinin “Polad postu” adlanması da təsadüfi deyil. Məhz xidmətlərinə görə 25 iyun 2019-cu ildə Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilir, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin üçüncü Ordu Korpusunun Qərargah rəisi təyin olunur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin general-mayoru Həşimov Polad İsrayıl oğlu 14 iyul 2020-ci ildə Tovuz rayonu istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olur. Bununla da Polad Həşimov İsmət Qayıbov və Məhəmməd Əsədovdan sonra 1988-ci ildən etibarən başlayan Qarabağ müharibəsində həlak olan üçüncü Azərbaycan generalı olur.14 iyul tarixində general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam kəndinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilərək 15 iyul tarixində II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunur.
Ailəli idi. Üç övladı Vətənə yadigar qalıb.
Qısa bir qeyd edim ki, 2019-cu ildə redaksiyada çalışırdım. İstedadlı və çalışqan şagirdlər barədə yazı yazırdım. Təsadüfən Polad Həşimovun qızı Aybəniz Həşimova barədə də yazmalı oldum. Ancaq atasını bu qədər tanımadığımdan o vaxt övladı ilə bağlı danışıb məlumatları götürərkən danışdığım şəxsin, generalımızın böyüklüyündən xəbərsiz idim. Çox nəzakətli, həlim və mədəni bir şəxs kimi məlumatları verib sağollaşdı. Hətta iş yoldaşım da dəfələrlə dedi ki, onun uşağını tez yaz və jurnal tez çıxsın çox mədəni və gözəl insandır.
Bəli, mədəni və mərifətli şəxsiyyət, güclü hərbçi, mətin generalımızın övladı barədə jurnalı çıxdı da ünvana çatdı da. Hətta qızı yüksək balla həkimlik arzusunu da reallaşdırdı. Ancaq şəhid olanda biz bunun fərqində olduq ki, həmsöhbətimiz o gözəl insan idi.
Polad Həşimovun mükafatları da çoxdur saydıqca bitməz.
Polad Həşimov Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2003-cü il tarixli əmri ilə “Hərbi xidmətlərə görə” və 25 iyun 2009-cu il tarixli əmri ilə “Vətən uğrunda” medalları ilə, 24 iyun 2014-cü il tarixli əmri ilə “Vətənə xidmətə görə” III dərəcəli ordeni ilə, 2016-cı il Aprel döyüşlərində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2016-cı il tarixli əmri ilə “Vətənə xidmətə görə” II dərəcəli ordeni ilə mükafatlandırılıb. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrləri ilə “Qüsursuz xidmətə görə” medalının hər üç dərəcəsi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)” yubiley medalları, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı”, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif olunub.
2020-ci ilin avqust ayında “Qanun” nəşriyyatı tərəfindən general-mayor haqqında “Polad generalımız” adlı kitab nəşr edilib. Qəbələ şəhərində Şəhidlər Xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib. Həmçinin 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzi general Polad Həşimovun xatirəsinə “Paşam, hey” adlı mahnı və klip hazırlanıb. “Hədəf nəşrləri”nin “Xatirə ədəbiyyatı” silsiləsində “General Polad Həşimov xatirələrdə” kitabı nəşr edilib.
28 oktyabr 2020-ci ildə Türkiyə Respublikasının Bursa şəhər Osmanqazi rayonunun Dəmirtaş bölgəsində parka Polad Həşimovun adı verilib.

Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə general-mayor Polad Həşimov Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına da layiq görülüb.

AMEA Milli Azərbaycan Tarixi Muzeyinə general-mayor Polad Həşimovun şəxsi əşyaları təhvil verilib. Əşyalar P.Həşimovun həyat yoldaşı və oğlu tərəfindən muzeyə verilib. Həmin əşyalar ziyarətçilər tərəfindən ziyarət olunur və qorunub gələcək nəsillər üçün saxlanılır.
Bugün sənin doğum günün ey böyük general
Ruhun şad olsun!
VƏTƏN Polad kimi oğullarla bütövdür, güclüdür!!!
Xalqın polad iradəli Milli Qəhrəmanı, peşəkar generalı- Polad Həşimov
Xalqın polad iradəli Milli Qəhrəmanı, peşəkar generalı- Polad Həşimov

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

26-08-2022, 07:58

Mehriban Əliyevanın doğum günüdür

Gündəm / Siyasət

24-12-2022, 18:29

İlham Əliyev Qərbi Azərbaycan İcmasının binasında - FOTOLAR (YENİLƏNİB)

Gündəm / Sosial

26-08-2023, 09:00

Mehriban Əliyevanın doğum günüdür

Gündəm / Siyasət

18-10-2021, 13:16

Prezident Füzulidə ictimaiyyət nümayəndələri ilə görüşdü - YENİLƏNİB

Gündəm / Siyasət

18-03-2023, 21:56

“Borcumuz idi bu torpaqları geri götürmək” - İlham Əliyevin sakinlərlə səmimi söhbəti

Şou Biznes
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
Dün, 09:00
Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb
18-09-2026, 16:05
Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb
12-09-2026, 09:35
Bakıda avtomobil qadını vuraraq öldürüb
Son xəbərlər
  • Dün, 13:45
    İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək
  • Dün, 12:35
    Zakir Həsənov Pakistana başsağlığı verib
  • Dün, 12:16
    Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək
  • Dün, 11:29
    Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb
  • Dün, 10:42
    Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq
  • Dün, 10:14
    Türkiyədə 5 maqnitudalı zəlzələ olub
  • Dün, 09:00
    Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb
  • 18-09-2026, 17:38
    Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH
  • 18-09-2026, 16:42
    Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto
  • 18-09-2026, 16:05
    Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb
  • 18-09-2026, 14:41
    Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb
  • 18-09-2026, 13:27
    Sabah rayonlarda arabir yağış yağacaq
  • 18-09-2026, 12:54
    Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib
  • 18-09-2026, 11:59
    Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək
  • 18-09-2026, 11:20
    "Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb
  • 18-09-2026, 10:09
    Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib
  • 18-09-2026, 09:36
    Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər
  • 18-09-2026, 09:30
    Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
  • 17-09-2026, 18:26
    Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir
  • 17-09-2026, 13:52
    İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
  • 17-09-2026, 13:10
    İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər
  • 17-09-2026, 12:55
    Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub
  • 17-09-2026, 12:26
    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
  • 17-09-2026, 12:09
    Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
  • 17-09-2026, 11:25
    İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
  • 17-09-2026, 10:05
    Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub
  • 17-09-2026, 09:31
    Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar
  • 16-09-2026, 16:45
    Gürcüstan Prezidenti Azərbaycana yeni təyin olunmuş səfirlə görüşüb
  • 16-09-2026, 16:13
    Təhsil dövrü 5 il olan hərbçilər üçün "leytenant" rütbəsinin müddəti azaldılır
  • 16-09-2026, 15:33
    Bakıda keçirilən beynəlxalq audit konfransının iştirakçıları Prezidentə müraciət ediblər
  • 16-09-2026, 14:37
    Haaqa məhkəməsində Kosovo Azadlıq Ordusunun rəhbərlərinə hökm oxunub
  • 16-09-2026, 14:04
    Ermənistan Konstitusiya Məhkəməsi TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
  • 16-09-2026, 12:59
    Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq
  • 16-09-2026, 12:42
    Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
  • 16-09-2026, 12:22
    İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib
Daha çox
15-09-2026, 08:51
Azərbaycanda Bilik Günüdür
15-09-2026, 11:57
İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
15-09-2026, 10:15
XİN Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
16-09-2026, 11:44
İlham Əliyev Auditin inkişaf mərhələlərinə həsr edilən beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib
15-09-2026, 10:52
Birol Akgün Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib
15-09-2026, 12:19
TBMM sədri Bakının işğaldan qurtuluşunun 108-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə