Bakıda kişi xalası oğlunu öldürməkdə şübhəli bilinir.
Hadisə ötən gün Qaradağ rayonu, Sahil qəsəbəsində qeydə alınıb.
1986-cı il təvəllüdlü Hüseyn Şirinov bıçaqla xalası oğlu 1998-ci il təvəllüdlü Nail Həsənovu öldürüb. Hazırda Hüseyn Şirinovun saxlanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.