Milli Məclisin sədri Sahibə Qafarova bu gün Rusiyanın Sankt-Peterburq şəhərinə səfər edəcək.
Sədrin səfərinin məqsədi Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlament Assambleyasının (MDB PA) tədbirlərində iştirakdır.
Xatırladaq ki, Sahibə Qafarova Milli Məclisin MDB PA-dakı nümayəndə heyətinin rəhbəridir.