TAQ. az saytı xəbər verir ki, utancverici olay Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində yaşanıb. Universitetin Aktyor sənəti, Rejissor sənəti, Teatrşünaslıq kimi fakultələrində təhsil alan I, III və IV kurs tələblərindən illik təhsil haqqını ödəməyənlərin adları yazılaraq açıq formada nümayiş olunur.
Həmin yazılar sosial şəbəkədə yayıldığından geniş kütlə tərəfindən neqativ hal kimi qarşılanıb. Sosial media istifadəçiləri belə bir rəftarı tələbəyə qarşı kobud rəftar və utancverici olay kimi qiymətləndirib.
Qeyd edək ki, qalıq ödənişlər arasında ən iri məbləğ 29670 min manat göstəricisindədir.
Günel İsayeva