• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Erməniləri belə təəccübləndirən yalan: Dekontinyi Ermənistanı "azadlıq vadisi" kimi görür - ŞƏRH

Gündəm / Siyasət

6-05-2025, 17:47

Erməniləri belə təəccübləndirən yalan: Dekontinyi Ermənistanı "azadlıq vadisi" kimi görür - ŞƏRH

 
Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi erməniləri belə təəccübləndirməyə və heyrətə salmağa müvəffəq olub. Reallıqdan uzaq fikirləri ilə gündəmə gəlməyə çalışan Azərbaycanofob və türkofob diplomat növbəti dəfə “ermənidən artıq erməni” olmağa çalışıb. Səfir iddia edib ki, Ermənistan söz azadlığı sahəsində mövqeyini xeyli yüksəltməyə, mövqelərini yaxşılaşdırmağa müvəffəq olub.

“Ermənistanı dəstəkləməklə biz demokratiyanı müdafiə etmiş oluruq”, - deyə o vurğulayıb. Hətta İrəvanı regionda “azadlıq vadisi” kimi qələmə verməkdən də çəkinməyib.

Adıçəkilən diplomatın anti-Azərbaycan, qatı ermənipərəst mövqeyi ilə seçildiyi bəllidir. Dəfələrlə Qarabağda məhv edilən separatçılara dəstək nümayiş etdirib və erməni lobbisinə yaxınlığı ilə seçilib. Bu dəfə isə “X”də yazdığı statusla lap “gül” vurub. Anti-Azərbaycan bəyanatları ilə tanınan səfirin söylədikləri başdan-ayağa yalan və Ermənistan reallığı ilə daban-dabana ziddir. Görünür, o bu cəfəngiyyatı tirajlamaqla Ermənistan hakimiyyətinə xoş gəlməyə çalışıb. Lakin, necə deyərlər, Dekotinyi bir söz deyir, ermənilər başqa bir söz.

Onun səsləndirdiyi fikirlərin yalan və populist olduğunu beynəlxalq təşkilatlar, o cümlədən yerli təşkilatların hesabatları alt-üst edir. Ermənistanın Söz Azadlığının Müdafiəsi Komitəsinin (SAMK) sədri Aşot Melikyan fransalı diplomatın dediklərinə cavab olaraq bildirib ki, ölkə yarıazad mətbuata malik ölkələr arasında olmağa davam edir və bölgədə lider mövqe tutsa da, nəzərəçarpan irəliləyişin olmaması narahatlıq doğurur. O qeyd edib ki, bu fakt beynəlxalq insan hüquqları təşkilatı “Freedom House”un hesabatı ilə təsdiqlənir, hansı ki Ermənistanda söz azadlığını mümkün 4 baldan 2 balla qiymətləndirib.
Erməniləri belə təəccübləndirən yalan: Dekontinyi Ermənistanı "azadlıq vadisi" kimi görür - ŞƏRH

"Beynəlxalq təşkilatlar Ermənistanda söz azadlığı sahəsində müsbət dəyişikliklər qeydə almayıblar və 2018-ci il inqilabından sonra qeydə alınan irəliləyiş əhəmiyyətli dərəcədə yavaşlayıb", - deyə Melikyan izah edib. O əlavə edib ki, 2025-ci ilin birinci rübü sosial və siyasi vəziyyət baxımından nisbətən sakit keçib, çünki jurnalistlər kütləvi etirazları işıqlandırmaq məcburiyyətində qalmayıblar. Melikyan buna baxmayaraq Ermənistan Milli Məclisində jurnalistlərin iştirakı ilə baş vermiş çoxsaylı münaqişəli vəziyyətlərə işarə edib ki, bunlardan ikisi Ermənistan parlamentinin təhlükəsizlik əməkdaşları tərəfindən media nümayəndələrinə qarşı fiziki güc tətbiqi ilə nəticələnib.

Göründüyü kimi, faktlar, hesabatlar və Ermənistan daxilində fəaliyyət göstərən təşkilatların hazırladıqları materiallar fransalı diplomatın fikirlərini alt-üst edir.

Qanunverici orqanın divarları arasında baş vermiş insidentlərə toxunan Melikyan qeyd edib ki, ən çox diqqət çəkən Ermənistanın parlament sədri Alen Simonyanın iştirakı ilə baş vermiş münaqişəli vəziyyətlərdir, hansı ki, təkcə müxtəlif xoşagəlməz insidentlərin iştirakçısı olmayıb, hətta məhkəməyə iddia təqdim edib. Daha sonra o, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının sədri Andranik Koçaryanın jurnalisti təhqir etdiyi hadisəni xatırladıb, hansı ki, ondan üzr istəməyib və öz davranışını qeyri-əxlaqi hesab etməyib.

Sonra Melikyan Gümrüdə baş vermiş hadisələri xatırladıb, hansı ki, hakim qüvvənin keçmiş deputatı Vilen Qabrielyan jurnalistlərlə mübahisəyə girişib və onlara qarşı nalayiq sözlər işlədib. "Bununla yanaşı, qeyd edim ki, Gümrüdə seçkilər zamanı sakinlər də jurnalistlərə qarşı hörmətsiz münasibət göstəriblər və demək olar ki, proses qalmaqallı olub", - deyə təşkilat rəhbəri vurğulayıb.
Erməniləri belə təəccübləndirən yalan: Dekontinyi Ermənistanı "azadlıq vadisi" kimi görür - ŞƏRH

Pozuntuların ümumi sayına toxunan Melikyan qeyd edib ki, 2025-ci ilin birinci rübü ərzində 56 pozuntu qeydə alınıb, bunlardan iki hadisə fiziki zorakılığa, 25-i KİV-lərə təzyiqə və 29-u məlumat almaq və yaymaq hüququnun pozulmasına aiddir. "2024-cü illə müqayisədə, o zaman 58 pozuntu qeydə alınmışdı, demək olar ki, vəziyyət çox dəyişməyib. Lakin keçən il fiziki zorakılıq halları olmayıb, halbuki bu il artıq iki belə hal var", - deyə SAMK-ın rəhbəri vurğulayıb.

SAMK-ın rəhbəri, həmçinin diqqətə çatdırıb ki, 15 yeni məhkəmə iddiasından 12-si dövlət orqanları və hakimiyyət orqanları nümayəndələri tərəfindən verilib, iki iddia informasiya agentliyi ilə digər KİV arasında müəllif hüquqlarının qorunması məsələləri ilə bağlı mübahisəyə aiddir, bir iddia isə vətəndaş tərəfindən verilib. "Böhtan və təhqirlə bağlı işlər hələ də üstünlük təşkil edir, bu yenilik deyil. Lakin keçən illə müqayisədə iki hal var ki, bu böhtan və ya təhqirlə bağlı deyil, məhz müəllif hüquqlarının pozulmasına aiddir", - deyə Melikyan qeyd edib.

2024-cü ilin aprelində "Freedom House" Ermənistanın milli administrasiyasının reytinqini endirib və insan hüquqlarının ciddi pozuntularını, o cümlədən Predator casus proqramlarından istifadəni qeyd edib. Ermənistan Jurnalistlər İttifaqı (EJİ) respublika hakimiyyətini media nümayəndələrini təqib etməkdə və qorxutmaqda ittiham edib. "Parlament üzvlərinin jurnalistlərə qarşı son hücumlarını, o cümlədən sosial şəbəkələrdə və özlərini media adlandıran onlara bağlı veb-saytlarda, başqa cür izah etmək mümkün deyil", - EJİ-nin bəyanatında deyilir.
Erməniləri belə təəccübləndirən yalan: Dekontinyi Ermənistanı "azadlıq vadisi" kimi görür - ŞƏRH

EJİ tərəfdaş təşkilatlardan - Avropa Jurnalistlər Federasiyası (EFJ) və Beynəlxalq Jurnalistlər Federasiyasından (IFJ) parlamentdə jurnalistlərin işinə maneə törədilməsi faktlarını pisləməyi, həmçinin Ermənistan hökumət nümayəndələrini cilovlamaq üçün bu məlumatları müvafiq hesabatlara daxil etməyi tələb edib.

Bəyan edilib ki, Ermənistanı "demokratiya qalası" elan edən hakimiyyət yalançı demokratiya və saxta qərb dəyərləri pərdəsi altında jurnalistləri və KİV-ləri təqib edir, söz azadlığı hüququna mane olur və beləcə son dərəcə ağır şəraitdə işləyən KİV-lərə və jurnalistlərə qarşı nifrət yayır. İttifaqda hesab edirlər ki, Ermənistanda söz azadlığı məqsədyönlü təbliğat, informasiya qisası və yalan yayan cəmiyyətlə manipulyasiya alətinə çevrilib.

Çox güman ki, Dekotinyi də qeyd olunan faktları bilməmiş deyil. Sadəcə, onları yada salmaq sərf etmir.(Report)

Oxunub: 72
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

30-04-2025, 17:24

“Amnesty International” və avrodeputatların separatçı sevgisi - ŞƏRH

Gündəm / Dünya

11-10-2023, 19:24

Fransa Ermənistanı dalana aparır - Şərh

Gündəm / Siyasət

30-06-2023, 16:41

"Fransa Prezidenti erməni lobbisinin əlində bir alətdir" - Rəsmi Bakı

Gündəm / Siyasət

29-06-2023, 17:57

Azərbaycan XİN Makrona CAVAB VERDİ

Gündəm / Siyasət

24-01-2023, 23:41

Xankəndində yaşayan erməniləri Azərbaycan vətəndaşları kimi görürük - Leyla Abdullayeva

Şou Biznes
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti
"Oskar" mükafatının qaliblərinin adları açıqlanıb
Ötən il 900 əsər və ifa qeydiyyatdan keçirilib
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
12-09-2026, 09:35
Bakıda avtomobil qadını vuraraq öldürüb
10-09-2026, 16:35
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
9-09-2026, 09:28
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
Son xəbərlər
  • 12-09-2026, 15:44
    İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb
  • 12-09-2026, 15:10
    Birinci sinfə elektron qəbul yenidən aktivləşir
  • 12-09-2026, 12:21
    Kim qızıl alır, kim satır? - SİYAHI
  • 12-09-2026, 11:38
    Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
  • 12-09-2026, 11:01
    Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal
  • 12-09-2026, 09:35
    Bakıda avtomobil qadını vuraraq öldürüb
  • 12-09-2026, 09:14
    Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq
  • 11-09-2026, 18:07
    Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək
  • 11-09-2026, 17:56
    Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
  • 11-09-2026, 17:37
    Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
  • 11-09-2026, 17:04
    Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
  • 11-09-2026, 16:21
    Dördüncü İqlim Həftəsi başa çatıb
  • 11-09-2026, 15:36
    Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar
  • 11-09-2026, 14:57
    Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib
  • 11-09-2026, 13:19
    Sabah 31 dərəcə isti olacaq - PROQNOZ
  • 11-09-2026, 12:51
    Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik
  • 11-09-2026, 12:01
    FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq
  • 11-09-2026, 11:12
    Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
  • 11-09-2026, 10:28
    Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək
  • 11-09-2026, 09:52
    Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır
  • 11-09-2026, 09:24
    Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var
  • 10-09-2026, 17:09
    Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir
  • 10-09-2026, 16:35
    Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
  • 10-09-2026, 16:02
    Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb
  • 10-09-2026, 15:19
    Georgi Kondruseviç "Naxçıvan" komandasının baş məşqçisi təyin edilib
  • 10-09-2026, 14:42
    İlham Əliyev Sərəncam İMZALADI
  • 10-09-2026, 12:58
    Gənclər təşkilatları üçün 100 min manatadək qrant müsabiqəsi elan edilib
  • 10-09-2026, 12:19
    İlham Əliyev Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
  • 10-09-2026, 11:52
    AIDA və TİKA Anlaşma Memorandumu imzalayıb
  • 10-09-2026, 11:19
    Prezident büdcədənkənar vəsaitlərdən istifadə ilə bağlı fərman imzalayıb
  • 10-09-2026, 09:42
    "Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək
  • 10-09-2026, 09:14
    Tramp nüvə obyektindəki fəallığa görə İranı zərbə endirməklə hədələyib
  • 10-09-2026, 08:49
    Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb
  • 9-09-2026, 18:17
    Daha bir tibb müəssisəsi kök hüceyrələrinin transplantasiyasını həyata keçirəcək
  • 9-09-2026, 17:54
    Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
Daha çox
9-09-2026, 12:02
Bakı Limanı: İlin sonunadək Xəzərdə dəniz dibinin dərinləşdirilməsi istiqamətində işlərə başlanılacaq
9-09-2026, 17:54
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
9-09-2026, 18:17
Daha bir tibb müəssisəsi kök hüceyrələrinin transplantasiyasını həyata keçirəcək
9-09-2026, 10:32
Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib
9-09-2026, 11:01
Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlarda tələfat barədə məlumat açıqlanıb
9-09-2026, 11:26
Bağçaya növbəyə yazılma prosesinə başlanılır
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə