• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Rusiya-Ukrayna danışıqlarında Türkiyə faktoru – özünə yer tapa bilməyən Avroparlament - ŞƏRH

Gündəm / Siyasət

13-05-2025, 14:37

Rusiya-Ukrayna danışıqlarında Türkiyə faktoru – özünə yer tapa bilməyən Avroparlament - ŞƏRH


Rusiya-Ukrayna böhranının həllində Türkiyənin təşəbbüsü yenə dəstəklənib. Rəsmi Ankara bu istiqamətdə diplomatik səylərini davam etdirir.

ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olmaqla bağlı cəhdləri də, deyəsən, nəticə verəcək.

Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirdiyi mətbuat konfransında Kiyev rəsmilərinin 2022-ci ilin sonunda ara verdikləri danışıqları yenidən başlamalarını təklif etdiklərini vurğulayıb. O, birbaşa danışıqları ön şərtsiz, vaxt itirmədən başlamaq istədiklərini açıqlayıb.

Vladimir Putin Ukrayna ilə ciddi danışıqlar aparmağa qərarlı olduqlarını deyib. Onun sözlərinə görə, danışıqların əsas hədəfi münaqişənin əsas səbəblərini aradan qaldırmaq və tarixi perspektiv içində uzunmüddətli, daimi bir sülhü təsis etməkdir: “Bu danışıqlar zamanı təkcə Rusiyanın deyil, Ukraynanın da əməl edəcəyi yeni atəşkəs və həqiqi bir dəyişiklik üzərində razılaşmanın mümkün ola biləcəyini istisna etmirik. Bu, ilk addım olardı”.

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarını Türkiyədə gözləyəcəyini bildirib: “Ümid edirəm ki, bu dəfə ruslar bəhanə axtarmaz”.
Rusiya-Ukrayna danışıqlarında Türkiyə faktoru – özünə yer tapa bilməyən Avroparlament - ŞƏRH

Donald Tramp mayın 8-də Rusiya və Ukraynadan “30 günlük şərtsiz atəşkəs” rejiminin tətbiq etmələrini istəmişdi.

Ukrayna hakimiyyəti mayın 12-dən başlayaraq quruda, havada və dənizdə “minimum 30 gün” atəşkəsə hazır olduğunu elan etmişdi.

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podalyak isə mayın 13-də İstanbulda keçiriləcək görüşlə bağlı açıqlamasında deyib: “Volodimir Zelenksi İstanbulda Vladimir Putindən başqa heç kimlə görüşməyəcək”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və komandası Moskva ilə Kiyev arasında qarşıdurmanın, mübahisəli məsələlərin dinc, danışıqlar yolu ilə həll olunması üçün cəhdlər göstərib. O, Kiyevə səfər edib, Ukrayna taxılının ixracı ilə bağlı yaranmış böhranın həllində vasitəçi kimi aparıcı rol oynayıb.

Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında Rusiya-Ukrayna problemlərinə dair görüşlər və telefon danışıqları da keçirilib. Ukraynanın “Azov” briqadasının döyüşçülərinin Rusiya əsirliyindən buraxılmasında da rəsmi Ankara nüfuzundan istifadə edib.

Odur ki, Moskva ilə Kiyev arasında etibarlı vasitəçi olmaq, yaxud onların birbaşa görüşünə ev sahibliyi etmək Türkiyənin göstərdiyi səylərin məntiqi nəticəsi də sayıla bilər.

Rəcəb Tayyib Ərdoğan həmkarı Vladimir Putinlə telefon danışığı zamanı ikitərəfli Ukrayna ilə İstanbulda sülh danışıqlarının bərpası təşəbbüsünə dəstəyini ifadə edərək, Türkiyənin uzunmüddətli sülh əldə etmək məqsədilə danışıqlar prosesinə yardım etməyə hazır olduğunu təsdiqləyib.
Rusiya-Ukrayna danışıqlarında Türkiyə faktoru – özünə yer tapa bilməyən Avroparlament - ŞƏRH

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya hücum etdikdən sonra münaqişə tərəfləri diplomatik həll yolları tapmağa cəhd ediblər. Həmin ilin yazında danışıqlar prosesi qarşılıqlı etimadsızlıq və həll olunmaz ziddiyyətlər səbəbindən dalana dirəndi.

Qərbdən olan tərəfdarları Ukraynaya hərbi yardım edəcəklərinə boyun olsalar da, verilən vədlər yerinə yetiriməmişdi. Bu isə müharibənin gedişində Ukrayna üçün ciddi problemlər yaratmışdı.

Onda qərblilər Kiyevi Moskva qarşısında məğlubiyyətə hazırlayırdı.

Belə ehtimal olunurdu ki, Rusiya qısa müddətə Ukraynanı işğal edəcək. Ona görə də işğalın ilk günü Moskva Kiyevə iki dəfə təslim olmaq təklifi göndərmişdi. Ancaq bütün çətinliklərə, xəyanətə, çatışmazlıqlara baxmayaraq, Ukrayna Rusiyanın bu iddiasını reallaşdırmağın qarşısını ala bildi.
Rusiya-Ukrayna danışıqlarında Türkiyə faktoru – özünə yer tapa bilməyən Avroparlament - ŞƏRH

Yeri gəlmişkən, 2008-ci ilin avqustunda Rusiya Gürcüstanı az qala işğal etməyə nail olmuşdu. Onda bu prosesin qarşısının alınmasında Azərbaycan vasitəçilik etmişdi.

Ona görə də belə qənaətə gəlmək olar ki, hazırda tərəflər qarşılarına qoyduğu hədəfə çata bilməyəcəklərini qəbul edirlər.

Bu nədir? Rusiya Ukraynanın şərqindəki işğal və ilhaq etdiyi əraziləri bütövlükdə nəzarətə götürə bilməyib. Beynəlxalq ictimaiyyət Ukraynanın ərazi bütövlüyü və suverenliyi tanıdığından Rusiya ilhaq etdikləri torpaqları onunku saymır. Ona görə də Moskva bu məsələdə qeyri-müəyyənlikdədir. Kreml Ukraynanın NATO və Avropa İttifaqına üzvlüyünü qəbul etmir. O, bunu özünü təhlükəsizliyinə, maraqlarına təhdid sayır.

Ukrayna Kursk, Belqorod bölgələrinə hücuma keçərək Rusiyanın daxilində müəyyən qarşıdurma yaratmağa hələ ki nail ola bilmir. Başqa tərəfdən isə onun NATO və Avropa İttifaqına qəbul olunması hədəfi reallaşmır. Krım yarımadası, şərq vilayətlərindən Rusiya çıxana oxşamır və s.
Rusiya-Ukrayna danışıqlarında Türkiyə faktoru – özünə yer tapa bilməyən Avroparlament - ŞƏRH

Odur ki, Moskva və Kiyev insan itkilərinin artmaması səbəbindən birbaşa ikitərəfli danışıqlara başlamağa razılıq verib.

Üç il əvvəl tərəflər nəyi müzakirə etmişdilər?

Onda Rusiya Donetsk, Luqansk və Krımın mənsubiyyəti, Ukraynanın konstitusiyadakı "bloksuz" statusuna əməl edilməsi və Yuri Boykonun ölkənin baş naziri təyin olunması ilə bağlı idi.

Ukrayna isə əsas məsələlər təhlükəsizlik və ərazi bütövlüyünə zəmanətlə bağlı olmuşdu. Bununla belə nümayəndələr sülh naminə kompromislərə hazır olduqlarını da bildirirdilər.

Belarusda üç görüş və videoəlaqə vasitəsilə ünsiyyət zamanı tərəflər atəşkəs məsələlərində irəliləyiş əldə etməsələr də, qarşılıqlı əlaqə formatı və humanitar dəhlizlərin təşkili qaydası razılaşdırılmışdı. Onda Vladimir Zelenskinin dövlət başçıları səviyyəsində birbaşa danışıqlar təklifindən Vladimir Putin imtina etmişdi.

2022-ci il martın 10-da Antalyada diplomatik forum çərçivəsində Ukrayna və Rusiya xarici işlər nazirləri Dmitri Kuleba və Sergey Lavrov arasında görüş keçirilmişdi. Nümayəndə heyətləri səviyyəsində danışıqlar isə martın 29-da İstanbulda başlamışdı.

Görüş zamanı Ukrayna Rusiya nümayəndələrinə “İstanbul kommunikesi” adlı saziş layihəsini təqdim etmişdi. Orada başqa məsələlərlə yanaşı, konkret təhlükəsizlik zəmanətləri altında nüvəsiz ölkənin bloksuz statusuna razı olduğu, Krımın mənsubiyyəti məsələsini isə 10-15 il ərzində diplomatik vasitələrlə həll etməyi təklif edirdi. Saziş layihəsinə Ukrayna nümayəndələrinin əvvəllər səsləndirdiyi qoşunların 2022-ci il fevralın 24-dək olan mövqelərə çəkilməsi tələbi daxil edilməmişdi.
Rusiya-Ukrayna danışıqlarında Türkiyə faktoru – özünə yer tapa bilməyən Avroparlament - ŞƏRH

Həmin aprel ayı ərzində tərəflər nümayəndələr və işçi qrupları səviyyəsində videoəlaqə vasitəsilə saziş layihəsinin müzakirəsini davam etdirdi.

Ukrayna tərəfsizliyi, bloksuz və nüvəsiz statusu qəbul etmiş, Rusiya isə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin təmin edəcəyi Ukrayna təhlükəsizlik zəmanətlərinə razılaşmışdı.

Bundan sonra prezidentlərin görüşü gözlənilirdi. Ancaq Rusiya rus dilinin Ukraynada ikinci rəsmi dil statusu verilməsi, qarşılıqlı sanksiyaların ləğvi, beynəlxalq məhkəmələrdə iddialardan imtina etmək kimi yeni tələblər irəli sürdü.

Müharibənin gedişində baş verən sonrakı hadisələr, beynəlxalq vasitəçilərin prosesə müdaxiləsi, Rusiyanın Çin, İran, Şimali Koreya, Vyetnamdan müxtəlif təyinatlı yardımlar alması, ona siyasi dəstəyin verilməsi tərəflər arasında körpüləri yandırdı.

Donald Trampın təşəbbüsü Türkiyənin 3 il öncə irəli sürdüyü təkliflərin doğruluğunu təsdiqləyir.

Rusiya-Ukrayna arasında ziddiyyətin dərinləşməsi səbəblərindən biri də Fransa başda olmaqla Avropa İttifaqının bu problemin həllində yerinin tapa bilməməsidir. Çünki münaqişə başlayanda Fransa və Almaniya Rusiyadan təbii qaz idxalının davam etdirir, sanksiyaların tətbiqinin lənğidirdi. Sonrakı mərhələdə onlar maliyyə yardımı ayırsa da, hərbi texnikanın çatırılmasında uzun müzakirələr aparırdı. Bu kimi amillər onu az qala oyundankənar vəziyyətdə saxladı.

ABŞ Ukrayna arasında faydalı qazıntılar haqqında saziş, yaxud “ABŞ-Ukrayna resurs razılaşması” yenidən İstanbul görüşünü aktuallaşdırıb.

Volodimir Zelenski 2024-cü ilin oktyabrında bəyan etmişdi ki, ABŞ və Avropa İttifaqı Ukraynada litium, uran və titan daxil olmaqla qiymətli metallar ehtiyatların çıxarılmasına sərmayə qoyulmalıdır. O bunu sülh sazişi üçün vacib hesab edirdi.

Donald Tramp bu məsələdə Kiyevə yardım edəcəyini bildirmişdi. Tərəflər arasında imzalanan nadir torpaq metalları haqqında saziş 57 növ faydalı qazıntının - uran, neft, xrom, kobalt, platin və s. hasilatını əhatə edir.
Rusiya-Ukrayna danışıqlarında Türkiyə faktoru – özünə yer tapa bilməyən Avroparlament - ŞƏRH

Xüsusilə, müqavilədə alüminium və xromun hasilatından bəhs edilir. Həmçinin razılaşmalar mis, berillium, sink, titan, qalay, litium və onlarla digər metalların hasilatını əhatə edir. Faydalı qazıntıların siyahısı yalnız hər iki tərəfin razılığı ilə genişləndirilə bilər. Sənəd yeni yataqları əhatə edir. Ukrayna saziş qüvvəyə mindikdən sonra onlara lisenziyalar verəcək.

Bundan əlavə, sazişdə yataqların işlənməsi zamanı iki ölkənin əməkdaşlığının siyasi parametrləri və Vaşinqton tərəfindən Kiyevə yardımın, o cümlədən hərbi yardımın göstərilməsi təsbit edilib.

Mayın 1-nə keçən gecə ABŞ və Ukrayna nadir torpaq metalları haqqında saziş imzalayıb. On gün sonra Vladimir Putin İstanbulda görüşün qaldığı yerdən davam etdirilməsini təklif edib.
Rusiya-Ukrayna danışıqlarında Türkiyə faktoru – özünə yer tapa bilməyən Avroparlament - ŞƏRH

Türkiyə Avropa İttifaqının sərhədindəki müharibənin qarşısının alınmasında fəallıq göstərdiyi bir vaxtda Avropa Parlamentində ona qarşı qərar qəbul olunur. Rusiya-Ukrayna müharibəsində rolsuz qalan, bu ölkəni öz sıralarına daxil etməkdə aciz qalan Avropa İttifaqının parlamenti yersiz şəkildə Türkiyəyə demokratiya ilə bağlı iradlar tutub. Parlamentarilərin qəbul etdiyi qərara əsasən hazırkı şəraitdə Türkiyənin Aİ-yə qoşulma prosesi bərpa edilə bilməz.

Xatırladaq ki, 1999-cu ilin dekabrında Avropa İttifaqı Şurası Türkiyəni quruma üzvlüyə namizəd ölkə olaraq tanıyıb. 2005-ci ilin oktyabrında ölkənin Avropa İttifaqına qoşulması ilə bağlı danışıqlar başlayıb. 2018-ci ildə Aİ Şurası bu danışıqların dayandırıldığını bəyan edib.

Təəccüblü və təəssüfləndirici hal Ukraynanı belə parlamenti olan bir quruma üzv olmaq cəhdi, buna görə ərazilərinin bir hissəsinin işğal olunması, milyonlarla vətəndaşının yurdundan, ölkəsindən, evindən qaçqın düşməsidir.

Türkiyə isə bütün hallarda Rusiya-Ukrayna arasında danışıqlar və sülh sazişinin imzalanması üçün Avropa İttifaqı və onun parlamentindən daha öndə görünür...(Report)

Oxunub: 62
Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial

15-02-2025, 15:01

Zelenski: Rusiya-Ukrayna müharibəsi təkcə mən və Putinin iştirakı ilə həll edilə bilməz

Gündəm / Dünya

29-03-2022, 19:29

Rusiya-Ukrayna danışıqları başa çatdı - YENİLƏNİB (VİDEO)

Gündəm / Dünya

29-03-2022, 11:32

Rusiya-Ukrayna danışıqları başladı - CANLI

Gündəm / Dünya

18-03-2022, 14:17

"Ukrayna danışıqları uzadır" - Rusiya Prezidenti

Gündəm / Dünya

28-02-2022, 14:29

Rusiya-Ukrayna danışıqları başladı - YENİLƏNİB (VİDEO)

Şou Biznes
"Oskar" mükafatının qaliblərinin adları açıqlanıb
Ötən il 900 əsər və ifa qeydiyyatdan keçirilib
Bazarda işləyənlərlə bağlı qalmaqalı sözlərinə aydınlıq gətirdi
Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilmə qaydası müəyyənləşir
Səidə narkotik iddialarına belə CAVAB VERDİ
Rəqsanə Səidə Bəkirqızından üzr istədi
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
19-03-2026, 09:11
Gəncədə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb
17-03-2026, 08:57
Ağstafada iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb
14-03-2026, 11:57
Bakıda market və bank kartından oğurluq edilib
Son xəbərlər
  • 21-03-2026, 11:25
    Quterreş Novruz təbrikində sülhsevər və dayanıqlı gələcək arzulayıb
  • 21-03-2026, 11:06
    Cənubi Koreya Hörmüz boğazında vəziyyətin normallaşması üçün İranla danışıqlar aparır
  • 21-03-2026, 10:03
    Bu gün Beynəlxalq Novruz günüdür
  • 20-03-2026, 11:10
    Azərbaycanda universitet 345 işçi axtarır - Vakansiya SİYAHISI
  • 20-03-2026, 10:53
    Şimali Avropa–Baltikyanı ölkələrinin Şərqi Avropa üzrə direktorları Bakıda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
  • 20-03-2026, 10:37
    Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib
  • 20-03-2026, 10:06
    Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
  • 20-03-2026, 09:44
    Azərbaycanda Novruz bayramı qeyd edilir
  • 19-03-2026, 16:00
    Sabah bəzi rayonlarda güclü külək əsəcək, dolu düşəcək - XƏBƏRDARLIQ - YENİLƏNİB
  • 19-03-2026, 15:36
    Makron Yaxın Şərqdə mülki infrastruktura zərbələrə moratoriumun tətbiqinə çağırıb
  • 19-03-2026, 14:57
    Ə.Salamzadə küçəsindən Z.Bünyadov prospektin birbaşa çıxış təmin edilib
  • 19-03-2026, 14:30
    Xırdalanda Novruz bayramı böyük coşqu ilə qeyd olundu
  • 19-03-2026, 14:30
    Xırdalanda Novruz bayramı böyük coşqu ilə qeyd olundu
  • 19-03-2026, 13:39
    Azərbaycanda vergi uçotu ilə bağlı ərizə formaları yenilənib
  • 19-03-2026, 13:04
    Bayram günlərinin hava proqnozu açıqlanıb
  • 19-03-2026, 12:10
    Azərbaycan məscidlərində martın 20-də Ramazan bayramı namazı qılınacaq
  • 19-03-2026, 11:56
    Azərbaycanda sabahdan 11 günlük tətil başlayır
  • 19-03-2026, 11:37
    Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib
  • 19-03-2026, 11:06
    Yol polisi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
  • 19-03-2026, 10:29
    Ramin Məmmədov Salyandakı məscidlərin fəaliyyəti ilə tanış olub
  • 19-03-2026, 09:55
    FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
  • 19-03-2026, 09:11
    Gəncədə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb
  • 19-03-2026, 08:49
    Ceyhun Bayramovla Hakan Fidan regiondakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər - YENİLƏNİB
  • 18-03-2026, 17:10
    İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 18-03-2026, 16:52
    Yanvarda nikah və boşanmaların sayı azalıb
  • 18-03-2026, 16:41
    İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub
  • 18-03-2026, 16:21
    Audiovizual Şura: Telekanal aparıcılarının istifadə etdiyi xarici sözlərin sayı azalıb
  • 18-03-2026, 16:01
    SEPAH: Çoxbaşlıqlı raketlərlə ABŞ-ın hərbi bazaları və İsrail ordusunun toplanma məntəqələri vurulub
  • 18-03-2026, 15:01
    Parlamentdə müəllimlərin maaş artımından danışıldı
  • 18-03-2026, 14:33
    TƏBİB bayramlarda gücləndirilmiş rejimdə işləyəcək
  • 18-03-2026, 14:00
    İran XİN: Laricaninin öldürülməsi terror aktıdır
  • 18-03-2026, 12:41
    Sabah 20 dərəcə isti olacaq - PROQNOZ
  • 18-03-2026, 12:02
    Dövlət qulluqçularının əməkhaqqına əlavələr və mükafatlar ləğv edilir
  • 18-03-2026, 11:09
    Ayağı amputasiya olunan “Canlı şəhid” - Laricaninin yerinə gətirilə bilər
  • 18-03-2026, 10:02
    Bu ərazilərdə işıq olmayacaq
Daha çox
16-03-2026, 10:16
Mart ayının bütün sosial ödənişləri qrafikdən əvvəl başa çatdırılıb
17-03-2026, 08:57
Ağstafada iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb
17-03-2026, 09:27
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçlarına start verilir
18-03-2026, 10:02
Bu ərazilərdə işıq olmayacaq
16-03-2026, 09:47
Bu gün bürcləri gözləyən SÜRPRİZLƏR
16-03-2026, 12:24
ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə