2024-cü ildə dünya bazarında "Azəri Light" markalı neftin 1 barelinin orta qiyməti 82,8 ABŞ dolları təşkil edib ki, bu da dövlət büdcəsində nəzərdə tutulan 75 dollarlıq həddən 10,4 % çoxdur.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən ilk iclasında - qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı bildirib.
"Ötən ilin dövlət büdcəsi makro iqtisadi sabitlik şəraitində icra edilməklə yanaşı, həm də makroiqtisadi tarazlığın qorunmasına töhfə verib", - deyə o qeyd edib.