• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Təhsilini yarımçıq qoyub cəbhəyə yollanan, öz şücaəti ilə baş kəşfiyyatçı olmağı bacaran və iki dəfə yaralanıb döyüşə qayıdan Vətən oğlu!

Gündəm / Sosial

10-01-2022, 12:33

Təhsilini yarımçıq qoyub cəbhəyə yollanan, öz şücaəti ilə  baş kəşfiyyatçı olmağı bacaran və iki dəfə yaralanıb döyüşə qayıdan Vətən oğlu!

Uşaq vaxtından zəkası və xoş xarakteri ilə həmyaşıdlarından seçilməyi bacaran İsmayılzadə Məhəmməd Füzuli oğlu ailənin tək oğul övladı olub. Yeganə bacısı ilə hər zaman möhkəm və etibarlı dost kimi davranan igid Vətən oğlu təbiətə çox aşiq idi.
Anası deyir ki, Məhəmməd uşaq vaxtından təbiəti izləyir, onu hər mənada kəşf etməyə çalışırdı. Heyvanlara və bitkilərə qulluq edir, onları öyrənir və mərhəmət hissi ilə diqqət çəkirdi.
Məhəmməd yaşadığı məhəllədə, təhsil aldığı orta məktəbdə belə əsl yoldaş, əsl dost və əsl vətəndaş olmağı bacarıb.
Darda qalana yardımçı olmaq onun ən məxsusi xüsusiyyəti olub.
El igidləri ilə tanınar. Könül istərdi Məhəmmədi sağ ikən tanıyaq, nə təəssüflər ki, bu gün onun haqqında xatirələrdə xoş anlarla qalan qəhrəman kimi yazırıq.
İsmayılzadə Məhəmməd Füzuli oğlu 1996-cı ilin 12 iyununda Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Yengicə kəndində sadə, zəhmətkeş bir ailədə anadan olub. Daha sonra ailəsi ilə birlikdə Bakıya köç edərək burda böyüyüb, təhsil alıb. 2014-cü ildə 317 nömrəli tam orta məktəbi uğurla bitirdikdən sonra hərbi xidmətə yollanır. Hərbi xidmətdə öz şücaəti, əzmi ilə Xüsusi Təyinatlıların dəstəsində seçilərək baş kəşfiyyatçı kimi yetişməyi də bacarır. Hətta xidməti fəaliyyəti dönəmində bir neçə fəxri fərmanlara da layiq görülür. Vətənpərvər ruhda yetişməyi ailədən qaynaqlanıb desək yanılmarıq.
1992-1993 - cü illərdə birinci Qarabağ savaşında atasının göstərdiyi şücaətlərdən az təsirlənməyib Məhəmməd. Ondan ibrət alıb, ondan ilhamlanıb və nümunəvi şəxsiyyət kimi də yetişməyə bacarıb.
Onun çox arzuları vardı, Vətəni ilə, özü ilə bağlı.
Çox istəyirdi xaricdə ali təhsil alsın. Türkiyənin ən yaxşı on ali təhsil ocağından biri olan Kütahya Dumlupınar üniversitetinə də daxil olur. Ancaq təhsil almaq ona qismət olmur. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən savaşı onun bu arzusunu üstələyir.
Məhəmməd könüllü yazılır savaşa. Müharibənin ilk günündən hərbi komissarlığa müraciət edir və iki gün sonra onu kəşfiyyatçı kimi Füzuliyə yönləndirirlər. Ön cəbhəyə keçir və döyüşün qaynar nöqtələrində olur.
Hətta döyüş yoldaşlarından biri söyləyir ki, Məhəmməd cəsur oğul idi, ön cəbhənin hər saniyəsi təhlükəli olsa belə öndə getməyi bacarır, ölümə meydan oxuyur, tapşırılan mövqelərin düşməndən azad olunmasında aktiv iştirak edirdi.
Məhəmməd iki dəfə döyüşdə yaralanır. Ancaq düşmən yarası onun döyüş əzmini zərrə qədər sarsıtmır.
Hətta yaralıykən atası ona "sağal, sonra döyüşə qayıdarsan" deyərkən belə atasının sözünü yarıda kəsib "dostlarım dardaykən mən onları geridə tək qoya bilmərəm" cavabını verir.
Ən yadda qalan döyüşü 50 nəfərlə 300 nəfərlik erməni qoşununu məhv etməsi olur. Döyüş yoldaşları belə o döyüş səhnələrini unuda bilmir.
Füzulinin kəndlərinin və Hadrutun düşməndən azad edilməsində Məhəmməd və onun cəsur döyüş yoldaşlarının xidməti danılmazdır.
Sonuncu dəfə atası ilə telefonda" ya tarix olacağıq, ya da tarix yazacağıq" ifadəsi belə tarix olur onun üçün, Vətən üçün.
Həqiqətən Məhəmməd və onun timsalında Azərbaycan Ordusu şərəfli bir tarix yazmağı bacardı.
Unudulmayacaq, əbədi və əzəli tarix!
Məhəmməd İsmayılzadə 25 oktyabr tarixində uğrunda vuruşduğu Füzuli rayonunda şəhidlik zirvəsinə ucalır.
Ölümündən sonra "Vətən uğrunda", Cəbrayılın, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirakına görə medalları ilə təltif edilir.
Şəkillərinə nəzər yetirirəm şəhidin. Simadan xoş təbəssüm və gözlərdən boylanan nikbin baxışlar diqqətimi çəkir. Məhəmməd bütün şəkillərdə gülümsəyir, nikbin və həyat eşqi dolu bir insan təsiri bağışlayır.
Mərhəmətli, qayğıkeş və fədakar olan Məhəmməd imkansıza əl tutar, zarafatcıl olması ilə fərqlənərdi. Anası deyir ki, "bizi kefsiz, kədərli görən kimi şən zarafatları ilə kefimizi açardı. Həmişə ana-bala bağı güclü olub aramızda. 24 il onunla cənnətdə yaşamışam elə bil. Məhəmməd yaşamağı sevən və sevilməyi bacaran oğul olub. Böyük, kiçik yeri və davranışı bilən idi həmişə. Yalan sevməz və həqiqət tərəfdarı idi"
Anası ilə ən son telefon danışığı şəhid olduğu günün səhərisi olur. Saat 8:00 olardı təxminən deyir ana. Mənlə danışıb hər şeyin yaxşı olduğunu və narahat olmamağımı tapşırdı. "Ancaq şəhid olandan sonra bildim ki, həmin an mənlə səngər quyusunun içində telefonu torpağa dirəyərək danışıb ki, atılan top səslərini mən eşitməyim"
Məhəmmədin cəmi 24 yaşı vardı. Gənc, yaraşıqlı, arzu və həyat dolu bu gəncin xüsusi təyinatlı kimi xidmətləri danılmazdır. Bu yaşda belə mətin və ər yetişmək hər kişiyə nəsib olmur.
Vətən, Məhəmməd kimi oğulların sayəsində bütövdür, qürurlu və şərəflidir!
Məhəmməd kimi oğullar isə xalqın sadə, zəhmətkeş və torpaqsevər vətəndaşlarının ailəsində yetişir, tərbiyə alır və Vətən üçün əsl vətəndaş olur.
Vətən oğullarını unutmaq və onların qəhrəmanlıqlarını görməzdən gəlmək xalqa, Vətənə ar olar.
Ər kimi yetişən nər oğulların sayı çox, Vətən uğrunda Məhəmməd kimi şəhid olan oğulların ruhu şad olsun!

Geyiminin döş nişanları, arxandan boylanan üçrəngli bayrağımız, səngərdən boylanan cəsur foton və simandan əskik olmayan təbəssümün doğmalarına, dostlarına, vətənsevərlərə əbədilik xatirəndir!

Günel İsayeva
Təhsilini yarımçıq qoyub cəbhəyə yollanan, öz şücaəti ilə  baş kəşfiyyatçı olmağı bacaran və iki dəfə yaralanıb döyüşə qayıdan Vətən oğlu!
Təhsilini yarımçıq qoyub cəbhəyə yollanan, öz şücaəti ilə  baş kəşfiyyatçı olmağı bacaran və iki dəfə yaralanıb döyüşə qayıdan Vətən oğlu!
Təhsilini yarımçıq qoyub cəbhəyə yollanan, öz şücaəti ilə  baş kəşfiyyatçı olmağı bacaran və iki dəfə yaralanıb döyüşə qayıdan Vətən oğlu!

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

26-05-2025, 10:34

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Siyasət

18-03-2023, 21:56

“Borcumuz idi bu torpaqları geri götürmək” - İlham Əliyevin sakinlərlə səmimi söhbəti

Gündəm / Siyasət

5-11-2022, 19:01

Prezident şəhid hərbçiləri təltif etdi - Siyahı

Gündəm / Siyasət

25-05-2024, 19:07

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Gündəm / Siyasət

18-10-2021, 13:16

Prezident Füzulidə ictimaiyyət nümayəndələri ilə görüşdü - YENİLƏNİB

Şou Biznes
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
Araşdırma
20-10-2026, 15:16
Azərbaycanda nəqliyyat sahəsinə aid yeni dövlət standartları qəbul edilib
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
Hadisə
Bugün, 09:55
Fatmayıda fərdi yaşayış evində partlayış olub, 2 nəfər xəsarət alıb
4-11-2026, 11:08
Qazaxda 33 yaşlı kişi bıçaqlanıb
2-11-2026, 15:17
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Son xəbərlər
  • Bugün, 11:54
    FHN bayramda gücləndirilmiş rejimdə çalışacaq
  • Bugün, 11:13
    Azad edilmiş ərazilərdə 91 layihə maliyyə ekspertizasına cəlb olunub
  • Bugün, 10:42
    Sosial şəbəkədə böhtan və təhqirlə bağlı məhkəməyə müraciət qaydası açıqlanıb
  • Bugün, 09:55
    Fatmayıda fərdi yaşayış evində partlayış olub, 2 nəfər xəsarət alıb
  • Bugün, 09:31
    Azərbaycan Premyer Liqasında XI tura start verilir
  • Bugün, 09:05
    Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
  • Dün, 18:00
    Fərid Qayıbov Aleksandr Çuprianla yanğın-xilasetmə idmanının inkişafına dair müzakirələr aparıb
  • Dün, 17:28
    Bakıda külək əsir, bəzi bölgələrdə yağış yağır - Faktiki hava
  • Dün, 17:06
    Fransa parlamenti büdcə layihəsini rədd edib, hökumət misli görünməmiş tədbirlərə əl ata bilər
  • Dün, 16:31
    İran Ermənistana xəbərdarlıq edib
  • Dün, 16:06
    Prezident bir qrup media nümayəndəsini təltif edib - Siyahı
  • Dün, 15:34
    Prezident "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni təsdiqləyib
  • Dün, 15:08
    İtaliya XİN rəhbəri Azərbaycana səfər edəcək - Eksklüziv
  • Dün, 14:30
    Ərdoğan Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib - YENİLƏNİB
  • Dün, 13:08
    Sabah yağış yağacaq - Proqnoz
  • Dün, 12:42
    DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxlayıb
  • Dün, 12:05
    Azərbaycanda kuryerlər aylıq 15 manat sabit vergi ödəyəcək
  • Dün, 11:25
    FHN vətəndaşları sel və daşqın təhlükəsinə qarşı ehtiyatlı olmağa çağırıb
  • Dün, 10:43
    Prezident: "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir
  • Dün, 09:59
    Azərbaycan neftinin qiyməti 106 dollara düşüb
  • Dün, 09:07
    Tramp administrasiyasında İrana qarşı növbəti addımlarla bağlı fikir ayrılığı yaranıb
  • 4-11-2026, 17:50
    Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
  • 4-11-2026, 17:20
    ADY-nin rəqəmsal transformasiyasına çəkilən xərcləri 6 milyon dolları ötüb
  • 4-11-2026, 16:48
    Azərbaycan gələn il xaricdəki diplomatik nümayəndəliklərinə 230 milyon manat xərc çəkəcək
  • 4-11-2026, 16:15
    Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib
  • 4-11-2026, 15:38
    Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
  • 4-11-2026, 15:05
    Azərbaycan və Rusiya FHN-ləri arasında Birgə Tədbirlər Planı imzalanıb
  • 4-11-2026, 13:12
    Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq
  • 4-11-2026, 13:00
    İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar
  • 4-11-2026, 12:43
    Rumıniya sahillərində yedək gəmi batıb, üç dənizçi təxliyə edilib
  • 4-11-2026, 12:09
    DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
  • 4-11-2026, 12:06
    Rəqəmsal ordu və gələcəyin döyüş məkanı müzakirə olunub
  • 4-11-2026, 11:42
    Rəqəmsal ordu və gələcəyin döyüş məkanı müzakirə olunub
  • 4-11-2026, 11:08
    Qazaxda 33 yaşlı kişi bıçaqlanıb
  • 4-11-2026, 10:30
    Tramp seçkilərdə məğlubiyyətin əsas səbəbləri sırasında İranla müharibə və yanacaq qiymətlərini göstərib
Daha çox
31-10-2026, 14:13
Parisdə etiraz aksiyaları ilə əlaqədar 40-dan çox metro stansiyası bağlanacaq
30-10-2026, 12:10
Türk Dövlətləri Təşkilatının yeni Baş katibi məlum olub
31-10-2026, 10:01
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
31-10-2026, 11:10
Rusiya Xarkova PUA-larla hücum edib, 5 nəfər yaralanıb
31-10-2026, 13:52
Sabahdan Bakı-Tbilisi-Bakı qatarında əlavə reyslərdə biletlərin qiyməti 36 AZN-dən başlayacaq
31-10-2026, 15:56
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə