Memarlıq və İnşaat Universitetində tədris olunan ixtisaslar aktuallığını saxlayacaq.
Bunu Azərbaycan Memarlıq və İnşaaat Universitetinin rektoru Gülçöhrə Məmmədova deyib.
"Mühəndis ixtisasları daim yenilənir. Odur ki, gənclərimiz daim öyrənməlidir. Bizim ixtisaslar bu gün aktualdır. Sabah da aktual olacaq. Çünki Qarabağ yenidən qurulur. Bu gün Qarabağda işləyənlərin çoxu bizim məzunlar - inşaaatçılar və digər ixtisas sahibləridir", - o vurğulayıb.
Rektor bildirib ki, bu il 2400-dən çox gənc Memarlıq və İnşaat Universitetindən məzun olur:
"Ötən illər ərzində universitetdə çox işlər görülüb. Universitet və kollecimizdə 12 mindən çox tələbə təhsil alır. Bizim dünyanın müxtəlif universitetləri ilə əməkdaşlığımız var".