• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Paşinyana Stokholm silləsi, kilsə və Rusiyaya qarşı növbəti hücum dalğası – ŞƏRH

Gündəm / Sosial

24-07-2025, 14:51

Paşinyana Stokholm silləsi, kilsə və Rusiyaya qarşı növbəti hücum dalğası – ŞƏRH

Ermənistanda son günlər baş verən hadisələr baş nazir Nikol Paşinyanın xarici siyasətinin geosiyasi dalana dirəndiyini göstərir. Kilsə və Rusiyaya qarşı addımlarını sürətləndirən erməni hökuməti qısa müddətə problemi həll etmək, seçki yolundakı bütün əngəlləri, xüsusən də Rusiyanın təsir dairəsində olan apostol kilsəsi və II Qaregini zərərsizləşdirmək niyyətini güdür.

Yenixeber.org: Artıq Paşinyan II Qareginin vəzifədən kənarlaşdırılması və yeni katolikosun seçilməsi haqqında kilsə nizamnaməsinin qəbul edilməsini təklif edib. Onun bu çıxışı birmənalı qarşılanmayıb. Hətta birinci prezident Levon Ter-Petrosyan, vaxtilə Nikolun xaç atası sayılan siyasətçi də buna qarşı çıxıb. Məsələ burasındadır ki, Paşinyanın göstərişi ilə Vaqarşapatda mitinq keçiriləcək və Qaregin Eçmiədzindən çıxarılacaq. Hökumət başçısının planı belədir. Artıq katalikos yeni seçkilərlə, əslində isə baş nazirin təyinatı ilə təyin edilməlidir. Amma işin maraqlı tərəfi odur ki, Nikol planlarının təfərrüatı barədə hakim partiya elitasını belə məlumatlandırmır. Bu isə “Vətəndaş müqaviləsi”ndə qeyri-müəyyənliyə və gərginliyə səbəb olur.

Paşinyan artıq heç kəsə etibar etmədiyi üçün bu addımı atır. Partiya üzvləri isə gərgin vəziyyətdə baş nazirin növbəti qərarını və təlimatını gözləyirlər. İş o həddə çatıb ki, Nikol nazirlərə yazılı mətnlər göndərir, bunu sosial şəbəkədə yaymağı tapşırır. Məsələn, səhiyyə naziri Anahit Avanesyan siyasi bir yazı paylaşaraq, Baqrat Qalstanyanı məhkəməyə verməyə hazırlaşdığını bildirib. Nazir bildirir ki, arxiyepiskop onu təhqir və böhtana məruz qoyub. Maliyyə naziri də dərhal onu dəstəkləyib və kilsə əleyhinə yazı paylaşıb. Gedişat göstərir ki, Paşinyan bütün komandasını kilsəyə qarşı çıxmağa məcbur edir və hər kəsi bu yükün altında əzilməyə vadar edir.
Paşinyana Stokholm silləsi, kilsə və Rusiyaya qarşı növbəti hücum dalğası – ŞƏRH

Bununla yanaşı, Rusiyaya qarşı növbəti addımlara start verilib. Son günlər qərbyönlü siyasi dairələrə Rusiyaya qarşı addımları sürətləndirmək, yeni material və kompromatlar ortaya atmaq əmri verilib. Ehtimal etmək olar ki, 23 avqust tarixində, yəni Ermənistanın Müstəqillik Bəyannaməsi qəbul etdiyi tarixdə Gümrüdəki 102-ci baza əleyhinə baş nazirin göstərişi ilə etiraz aksiyaları və mitinqlər keçirilə bilər. Bu da onu deməyə əsas verir ki, Paşinyan seçkidə qələbə üçün Qərbə ümid edir və qərbyönlü siyasi qüvvələrlə koalisiya quraraq, yenidən hakimiyyətdə qalmaq onun planlarından biridir. Bu səbəbdən də ölkədə qərbyönlü siyasi qüvvələrə hərəkət üçün bütün şərait yaradılır, yeni təlimatlar verilir.

Samvel Karapetyanın beynəlxalq məhkəmədə “Ermənistan Elektrik Şəbəkəsi” ilə bağlı işdə hökumətə qalib gəlməsi isə baş nazirin səriştəsiz komanda ilə işlədiyini üzə çıxarıb. Stokholm Ticarət Palatasının Arbitraj İnstitutu tərəfindən təyin edilmiş təcili arbitraj Ermənistana bu yaxınlarda qəbul edilmiş “Enerji haqqında” və “Dövlət xidmətlərini tənzimləyən orqan haqqında” qanunların müddəalarını “Ermənistanın Elektrik Şəbəkələri” Qapalı Səhmdar Cəmiyyətinə tətbiq etməkdən çəkinməyi tapşırıb. Eyni zamanda sözügedən şirkətin milliləşdirilməsi ilə bağlı növbəti addımlardan çəkinməyə çağırıb. Bu, Ermənistan hökumətinin üzünə Qərbin tərs silləsi sayılmalıdır. Yaxşı, bəs Karapetyanı birdən-birə Ermənistan hökumətinə qarşı çıxmağa, kilsəni dəstəkləməyə nə vadar edib? Çünki Paşinyan hakimiyyətə gəldiyi ilk gündən apostol kilsəsinə qarşı çıxıb, onun səlahiyyətlərini əlindən almağa, nüfuzunu zəiflətməyə çalışıb.

Bu dövr ərzində Samvel niyə susurdu? Niyə birdən özünü ortaya atıb “qurban”vermək qərarına gəlib? Məlum olub ki, Karapetyana və onun şirkətinə qarşı Moskvada cinayət işi qaldırılıb. “Tashir Samon”a qarşı Rusiyada açılan cinayət işini Samvel tərəfdarları təkzib etsələr də, ortada faktlar var. Məsələn, 2 iyul tarixində “Centurion Alliance” şirkətinin ofislərində axtarışlar aparılıb, cinayət işi ilə bağlı sənədlər götürülüb. Eyni zamanda üzə çıxıb ki, “Tashir” Rusiyada ağır maliyyə cinayətləri törədib. Eyni zamanda üzə çıxan məlumata görə, Samvel Ktriç Nersisyana, yəni II Qareginə 5 milyon dollar verib ki, patriarx Kirill vasitəsilə Rusiya hüquq-mühafizə orqanları ilə problemi həll edilsin. Amma görünən odur ki, Ktriç pulun “dalına keçib”, heç bir problemi həll etməyib. Samvelin isə son çarəsi Rusiya FSB-nin əmri ilə Ermənistanda çevriliş həyata keçirmək olub.
Paşinyana Stokholm silləsi, kilsə və Rusiyaya qarşı növbəti hücum dalğası – ŞƏRH

Rusiyanın erməni diasporunun, Ara Abramyanın və Samvel Karapetyanın kəskin anti-Ermənistanın ritorikasının səbəbi isə 2018-ci ildən Kreml kabinetlərində nüfuz və çəkilərini itirmələri ilə əlaqəlidir. Onlar bu nüfuz və əlaqəni Paşinyana və Ermənistana qarşı fəaliyyətlə bərpa etməyə çalışırlar. Çünki əks halda biznesləri ilə vidalaşıb müflis olduqlarını elan edə bilərlər. 2018-ci ilə qədər, yəni sorosçuların “inqlabla” Serji devirərək hakimiyyətə gəldiyi günə qədər Kreml müəyyən xeyriyyə layihələri adı altında Sarkisyana pul ötürür, Ermənistanı öz təsir dairəsində saxlayırdı. 2018-ci ildən vəziyyət dəyişdi və birdən məlum oldu ki, Ermənistan artıq onların “cibində” deyil və onlar Ermənistana qərarlar diktə edə bilmirlər, məsələn, İrandan Ermənistana qaz kəmərinin diametri nə qədər olmalıdır, BMT-də necə səs verəcəklər vəs. Bunları həll etmək, Paşinyanın anti-Rusiya addımlarını dayandırmaq üçün Samvel Karapetyan və diasporun digər nüfuzlu və varlı erməniləri hərəkətə keçiblər. Amma nəticə ortadadır, Samvel Ermənistanda həbsdədir və Paşinyan getdikcə Kreml orbitindən uzaqlaşır.
Paşinyana Stokholm silləsi, kilsə və Rusiyaya qarşı növbəti hücum dalğası – ŞƏRH

Beynəlxalq məhkəmə isə Ermənistanın üzünə tərs sillə vurub. Paşinyan komandasının yarıtmaz fəaliyyəti, qanunlardan, xüsusən də beynəlxalq hüquqdan xəbərsiz olması Karapetyanın Arbitraj Məhkəməsində Paşinyanı alçaltmağa imkan verib. Yəni, Paşinyan və onun diletantlardan ibarət komandası məhkəməni uduzub. Bu isə o deməkdir ki, Ermənistan dövləti təzminat ödəyəcək. Amma ödəniləcək pul Paşinyan və komandasının cibindən yox, erməni dövlətinin büdcəsindən ayrılacaq. Stokholm Arbitraj Məhkəməsinin qərarı dərhal icraya tabedir və gecikdirilə bilməz. “Ermənistan Elektrik Şəbəkəsi” fəaliyyətini davam etdirməlidir. Amma görünən odur ki, Paşinyan geri çəkilmək niyyətində deyil və müvəqqəti olaraq süni maneələr yaradılacaq. Məhkəmə birbaşa bəyan edib ki, erməni tərəfinin hərəkətləri Ermənistan və Kipr arasında investisiyaların qorunması haqqında sazişi pozur. Çünki şirkət Kiprdə qeydiyyatdan keçib.

Bununla belə, əgər Paşinyan komandası məhkəmə qərarını yerinə yetirməkdən imtina etsə, ciddi problemlərlə qarşılaşa bilər. Xarici arbitraj qərarlarının icrası qaydaları Ermənistanın “Kommersiya arbitrajı haqqında” qanununda da var. Hökumət “Ermənistan Elektrik Şəbəkəsi”nə sahib olan şirkətin lisenziyasını ləğv edə bilər, lakin infrastruktur operatoru vəziyyətində bu, dolayı yolla özgəninkiləşdirmə, yəni əmlakdan məhrumetmə hesab ediləcək. Hökumət şirkəti milliləşdirməyə qərar verərsə, onların bazar dəyərinin necə qiymətləndiriləcəyi bəlli deyil. Ona görə də şirkət sahiblərinə böyük təzminat ödəməyə məcbur olacaq.

Baş verənlər Ermənistanın onsuz da zəifləmiş beynəlxalq və investisiya nüfuzuna ciddi zərbədir. Üstəlik, qərarların yerinə yetirilməməsi Ermənistanın ümumilikdə investisiya mühitinə zərər vura bilər. Heç bir investor hüquqların qorunmadığı, biznesin zəbt edildiyi ölkəyə gəlmək və iş qurmaq istəməz.

Bununla yanaşı, Paşinyanın Rusiyaya səfəri fonunda İsveçdə belə bir qərarın verilməsi onu göstərir ki, bu məhkəmə çəkişməsi artıq Qərbin Ermənistana qarşı təzyiq alətinə çevrilir. Onsuz da Nikolun 9 may tarixində Moskvaya səfəri Qərbin müəyyən siyasi dairələrində xoş qarşılanmamışdı. Bu səbəbdən Karapetyanla bağlı məsələ artıq təzyiq alətinə çevrilir. Qərb Paşinyana işarə edir ki, Kreml ilə münasibətləri normallaşdırmaq ona baha başa gələ bilər. Yaxın vaxtlarda çox güman ki, Nikol Paşinyan Stokholm Ticarət Palatasının Arbitraj İnstitutunu Rusiyanın təsiri altında olduğu, apostol kilsəsinin yepiskoplarının göstərişi ilə qərar verdiyini iddia edəcək.(Report)

Oxunub: 68
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

10-06-2025, 17:10

Ermənistanda seçki hazırlığı: Paşinyanın rəqiblərə və “beşinci kolona” davam edən hücumu - ŞƏRH

Gündəm / Siyasət

30-01-2024, 14:05

Paşinyanın Tiflisdə Bakıya və Qərbə “mesajı” - Markedonov

Gündəm / Siyasət

19-11-2022, 14:06

“Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq yolunu tutmasa, onun siyasi gələcəyi olmayacaq” - ŞƏRH

Dünya

27-04-2022, 19:40

İsveçrə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Dünya

19-04-2022, 12:56

Paşinyanın Rusiyaya səfəri başlayıb

Şou Biznes
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
Dün, 15:24
Ağsuda dağlıq ərazidə yanğın başlayıb
24-09-2026, 11:49
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
23-09-2026, 13:25
Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var
Son xəbərlər
  • Bugün, 16:57
    Azərbaycanın səfiri etimadnaməsini İtaliya Prezidentinə təqdim edib
  • Bugün, 16:15
    UEFA Çempionlar Liqası: "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq
  • Bugün, 15:29
    Rusiya ilə Ermənistan yeni atom enerji bloklarının yaradılmasını müzakirə edib
  • Bugün, 14:52
    İlham Əliyev Məsud Pezeşkiana zəng edib
  • Bugün, 13:19
    FIFA prezidenti İlham Əliyevə üzərində soyadı yazılmış forma və top hədiyyə edib
  • Bugün, 12:36
    KTMT təlimləri Ermənistansız keçirilir: İrəvanın Moskvadan uzaqlaşma strategiyası - ŞƏRH
  • Bugün, 11:26
    Bu ilin 8 ayında əlilliyi olan 9 min şəxsə 376 min reabilitasiya vasitəsi verilib
  • Bugün, 10:41
    Pakistanda məktəbliləri daşıyan avtobus yanıb, 11 uşaq xəsarət alıb
  • Bugün, 10:11
    Azərbaycan nefti ucuzlaşıb
  • Bugün, 09:08
    Günün qoroskopu: ​Heç kəsə görə özünüzü dəyişməyin
  • Dün, 17:05
    Bu dövlət şirkətlərinin siyahısına dəyişiklik edildi
  • Dün, 16:35
    Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Dün, 16:07
    Baş Prokurorluğun nümayəndələri BMT tədbirində iştirak ediblər
  • Dün, 15:24
    Ağsuda dağlıq ərazidə yanğın başlayıb
  • Dün, 14:45
    Sabah Azərbaycanda leysan olacaq - XƏBƏRDARLIQ
  • Dün, 13:00
    Şahbulaq qalası ətrafında turizm infrastrukturunun yaradılması yekunlaşır
  • Dün, 12:20
    Zelenski: Rusiyanın Kiyev vilayətinə zərbəsi zamanı Azərbaycan vətəndaşı həlak olub
  • Dün, 11:40
    İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI
  • Dün, 11:17
    Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM
  • Dün, 10:44
    "Harmoniya" sənədli filmi bu gün Romada təqdim olunacaq
  • Dün, 09:55
    Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı
  • Dün, 09:12
    UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliya ilə üz-üzə gələcək
  • 27-09-2026, 08:44
    Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
  • 27-09-2026, 01:38
    İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
  • 27-09-2026, 01:23
    Azərbaycanda Anım Günüdür
  • 26-09-2026, 16:03
    Qarayaxma kampaniyasının təşkilatçılarının Azərbaycana girişinin məhdudlaşdırılması istisna edilmir
  • 26-09-2026, 15:42
    İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
  • 26-09-2026, 15:14
    Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
  • 26-09-2026, 14:52
    AIIF 2026-da ümumi dəyəri 10,8 milyard dollar olan 23 sənəd imzalanıb
  • 26-09-2026, 13:29
    Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq
  • 26-09-2026, 12:56
    Formula 2 Azərbaycan Qran-Prisində qalib məlum oldu - YENİLƏNİB
  • 26-09-2026, 11:55
    Şahin Mustafayev rus həmkarı ilə görüşdü
  • 26-09-2026, 11:18
    “ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür” - Prezident
  • 26-09-2026, 10:31
    Azərbaycan Prezidenti investorlara saxta mediaya inanmamağı məsləhət görüb
  • 26-09-2026, 10:10
    İlham Əliyev: "Bu gün 2 mühüm sənəd imzalanacaq"
Daha çox
23-09-2026, 17:57
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
24-09-2026, 16:29
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
25-09-2026, 10:23
Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
25-09-2026, 12:01
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
25-09-2026, 12:43
Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçularına pensiya təyinatı mexanizmi dəyişir
23-09-2026, 08:53
Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə