• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Zəngəzur dəhlizi - iqtisadi dividendlərdən siyasi sabitliyə - TƏHLİL

Gündəm / Siyasət

27-08-2025, 17:28

Zəngəzur dəhlizi - iqtisadi dividendlərdən siyasi sabitliyə - TƏHLİL


XXI əsrdə beynəlxalq ticarət və enerji axınlarının əsasını təşkil edən nəqliyyat dəhlizləri ölkələrin iqtisadi və geosiyasi çəkisini müəyyənləşdirən başlıca amillərdəndir. Xüsusən də Avrasiyanın qovşağında yerləşən Azərbaycan üçün regional və qlobal nəqliyyat xətləri iqtisadi fayda ilə yanaşı, həm də siyasi-strateji üstünlüklər deməkdir.

Bu baxımdan Zəngəzur dəhlizi və onunla bağlı reallaşdırılan yeni infrastruktur layihələri, xüsusilə Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xətti regionun gələcək nəqliyyat xəritəsini formalaşdıran əsas təşəbbüslərdən biri hesab olunur. Söhbət təkcə Azərbaycan və Türkiyənin birbaşa bağlantısından getmir, bu dəhliz Asiyadan Avropaya, Şimaldan Cənuba uzanan qlobal logistika sistemini yeni səviyyəyə qaldırmaq potensialına malikdir.

Məhz bu strateji kontekstdə Azərbaycan Prezidenti İlham Əliyev də çıxışlarında Zəngəzur dəhlizinin əhəmiyyətini xüsusi vurğulayır. Dövlət başçısının Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində səsləndirdiyi fikirlər də göstərir ki, Zəngəzur dəhlizi qitələri birləşdirən yeni nəqliyyat əlaqəsi kimi formalaşır.

Prezidenti İlham Əliyev müsahibəsində bildirib ki, bu gün Orta Dəhlizin bir qolu - Asiyadan Xəzər dənizi üzərindən gedən yol Azərbaycandan Gürcüstana, Türkiyəyə və sonra Avropaya, həmçinin Gürcüstan limanlarına çıxır: "Bu, Asiyanı Avropaya Azərbaycanın ərazisindən birləşdirən yeganə yoldur. Zəngəzur dəhlizi və yaxud TRIPP ("Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu") isə alternativ yaradacaq".
Zəngəzur dəhlizi - iqtisadi dividendlərdən siyasi sabitliyə - TƏHLİL

Azərbaycan lideri əlavə edib ki, ikinci dəhliz Ermənistan ərazisindən keçəcək: "Bu isə Ermənistan üçün faydalıdır. Mən bu mesajı erməni həmkarlarıma çatdırmağa çalışmışam ki, nəticədə onlar tranzit ölkəyə çevriləcəklər. Potensialı varsa, hər bir ölkə tranzit ölkəyə çevrilməyə çalışır. Məsələn, biz tranzit ölkə olmaq istəyirik. İstəyirik ki, Şərqdən Qərbə, Şimaldan Cənuba dəhlizlər Azərbaycandan keçsin. Ermənistan isə işğal səbəbindən bu imkanlardan məhrum olmuşdu. Ölkədən keçən tranzit yoxdur. Zəngəzur dəhlizi sayəsində Ermənistan nəqliyyatdan tranzit haqqı əldə edəcək. Azərbaycanın ərazisi vasitəsilə Asiyadan Avropaya daşınan yüklərin həcminin hər il artdığını nəzərə alsaq, əminəm ki, Zəngəzur dəhlizi qitələri birləşdirən vacib nəqliyyat əlaqəsi olacaq".

Prezident İlham Əliyev deyib ki, Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yolun tikintisini amerikalı investorlar həyata keçirə bilər: "Prezident Donald Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra əminəm ki, bu layihə çox yaxın zamanda reallaşacaq. Fiziki infrastrukturun, yəni, dəmir yolunun tikintisi uzun vaxt tələb etməməlidir, çünki məsafə cəmi 42 kilometrdir".

Dövlət başçısı vurğuladığı kimi, Zəngəzur dəhlizi yalnız Azərbaycanın deyil, bütövlükdə regionun tranzit imkanlarını genişləndirəcək. Bu prosesdə Azərbaycanın təşəbbüsləri ilə yanaşı, həm də Türkiyənin bölgədə reallaşdırdığı yeni infrastruktur layihələri xüsusi rol oynayır. Məhz bu baxımdan son günlərdə təməlqoyma mərasimi keçirilən Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xətti diqqət mərkəzindədir.

Zəngəzur dəhlizinin açarı 

"Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar" İctimai Birliyinin rəhbəri, nəqliyyat eksperti İlqar Hüseynli "Report"a açıqlamasında deyib ki, Zəngəzur dəhlizi strateji əhəmiyyətinə görə həqiqətən də Asiya ilə Avropanı birləşdirəcək yeganə marşrutdur: "Bu, Böyük İpək Yolunun ən vacib tərkib hissəsi kimi qəbul olunur. Bu dəhliz açıldıqdan sonra Türkiyə və Cənubi Qafqaz ölkələri vasitəsilə Asiya ilə Avropa birləşəcək. Bununla Avrasiyada yeni imkanlar yaranacaq. Əlbəttə ki, Ermənistan da bu nəqliyyat dəhlizinin açılmasından fayda qazanacaq. Çünki həmin yolun bir hissəsi bu ölkənin subyekti kimi qəbul olunur".
Zəngəzur dəhlizi - iqtisadi dividendlərdən siyasi sabitliyə - TƏHLİL

Ekspertin fikirlərindən göründüyü kimi, Zəngəzur dəhlizinin reallaşması Azərbaycanla yanaşı Türkiyə və bütövlükdə region üçün mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Ankaranın dəhlizi dəstəkləyən yeni infrastruktur layihələri həyata keçirməsi də təsadüfi deyil. Xüsusilə, bu yaxınlarda İğdır şəhərində təməli qoyulan 224 kilometr uzunluğunda, illik 5,5 milyon sərnişin və 15 milyon ton yükdaşıma qabiliyyətinə malik olacaq Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttini qeyd edtmək yerinə düşər.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlqoyma mərasimində bildirib ki, bu dəmiryolu xətti Zəngəzur dəhlizinin açarı olacaq: "Bu yol regional və qlobal ticarətə də böyük töhfə verəcək. Layihə Türkiyənin vasitəçilik missiyasını və sülhə töhfəsini bir daha sübut edir. Türkiyə qlobal iqtisadiyyatın gələcəyini düşünən bir baxış ortaya qoyur. Qars bu xəttin dəmirdən qapısı olacaq, İğdır qlobal ticarət məkanına çevriləcək, Aralık və Dilucu isə Zəngəzur dəhlizinin açarı olacaq".

Onun sözlərinə görə, Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xətti daha çox beynəlxalq arenada səs salacaq birliyin, rifahın və sülhün yoludur: "Bu yol Cənubi Qafqazda iqtisadi əməkdaşlığı artıracaq sərhədlərin açılmasını və diplomatik münasibətlərin normallaşmasını sürətləndirəcək".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttini Zəngəzur dəhlizinin onurğa sütunu adlandırıb: "Bu layihənin istifadəyə verilməsi ilə Çindən Böyük Britaniyaya beynəlxalq ticarət yolu daha səmərəli olacaq. Layihə eyni zamanda Xəzər və Aralıq dənizi hövzələrini birləşdirəcək".

Strateji seçim

Bununla bağlı Cənubi Koreyanın Xanquk Universitetin Regionşünaslıq üzrə professoru doktor Rövşən İbrahimov  "Report"a açıqlamasında xatırladıb ki, Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xətti layihəsi uzun müddət idi ki, müzakirə olunurdu: "Türkiyənin bu layihə ilə əsas məqsədi həmin dəmir yolunu sadəcə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək deyil, Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiya və Çinə qədər uzanacaq nəqliyyat dəhlizini yaratmaqdır. Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinə qoyulan investisiyanın miqyası da bunu təsdiqləyir. Türkiyə ilə Ermənistan arasında hazırda dəmir yolu fəaliyyət göstərməsə də, Qars-Gümrü dəmir yolu xətti mövcuddur. Ermənistan silahlı qüvvələri 1993-cü ildə Kəlbəcəri işğal etdikdən sonra bu dəmir yolu xəttinin fəaliyyəti dayandırılıb. Amma indiki dövrdə Ankara Qars-Gümrü dəmir yolu xəttindən istifadə edə və bununla kifayətlənə bilərdi. Lakin Türkiyə ilə Azərbaycan arasında sıx əlaqələrə və onun İrəvana etibar etməməsinə görə Ankara dəmir yolu xəttinin məhz Naxçıvan ərazisindən keçməsinə üstünlük verib".

Onun sözlərinə görə, Ermənistandakı dəmir yolları şəbəkəsi "Rusiya Dəmir Yolları" şirkətinin idarəetməsi altındadır: "Fikrimcə, Zəngəzur dəhlizi vasitəsilə istismara veriləcək dəmir yolu xətti fərqli hüquqi statusla fəaliyyət göstərəcək".
Zəngəzur dəhlizi - iqtisadi dividendlərdən siyasi sabitliyə - TƏHLİL

R.İbrahimov vurğulayıb ki, Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xətti Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə alternativdir: "Üstəlik, İran vasitəsilə Araz dəhlizinin yaradılması da gündəmdədir. Azərbaycan hər zaman alternativ yolların, marşrutların yaradılmasına önəm verib. Yəni nəqliyyat sahəsi daxil olmaqla, müxtəlif istiqamətlərdə alternativ layihələr nə qədər çox olarsa, bir o qədər yaxşıdır. Qars-İğdır-Aralık-Dilucu dəmir yolunun işə düşməsi həm də yükdaşıma tariflərinin aşağı düşməsi ilə nəticələnə bilər. Doğrudur, hazırda bununla bağlı danışmaq tezdir".

O qeyd edib ki, Qars-İğdır-Aralık-Dilucu dəmir yolunun təməlinin qoyulması onu göstərir ki, Türkiyə başda olmaqla digər ölkələr, həmçinin investorlar Zəngəzur dəhlizinin fəaliyyətə başlayacağına inanırlar: "Bu layihə Naxçıvanın beynəlxalq dəmir yolu nəqliyyat sisteminə qoşulması ilə nəticələnəcək. Yəni bununla Naxçıvan regionun nəqliyyat sisteminə inteqrasiya olunacaq".

"Azərbaycan Dəmir Yolları" QSC-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, hazırda Naxçıvan Muxtar Respublikasında dəmir yollarının yenidən qurulması, modernləşdirilməsi üçün texniki-iqtisadi əsaslandırma işləri başa çatdırılıb, layihəndirmə işləri davam etdirilir: "Layihələndirmə mərhələsi yekunlaşdıqdan sonra tikinti işlərinə başlanılacaq, müasir tələblərə cavab verən dəmiryol şəbəkəsi qurulacaq".

Yeni yollar, yeni imkanlar

Ekspert İlqar Hüseynli isə düşünür ki, logistika şəbəkəsinin genişləndirilməsi və Azərbaycanın bu cür beynəlxalq layihələrdə yer alması ölkənin imkanlarını artırır: "Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xətti Avropadan Mərkəzi Asiyaya və əks istiqamətdə yükdaşımalarda imkanların genişlənməsinə gətirib çıxaracaq. Region ölkələri Zəngəzur dəhlizinə qoşulmaqla fayda qazanacaqlar. Fikrimcə, Türkmənistan da kənarda qalmayacaq, bu nəqliyyat layihəsinə qoşulacaq".

Ekspert vurğulayıb ki, bu layihə ilə Türkiyə-Azərbaycan strateji əməkdaşlığı daha da güclənəcək: "Hazırda Türkiyədə azı 20-21 min azərbaycanlı təhsil alır. Bu dəmir yolu xətti istismara verildikdən sonra iki ölkə arasında dəmir yolu ilə sərnişindaşımalarda yeni imkanlar yaranacaq".

O söyləyib ki, Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin fəaliyyətə başlaması ilə Zəngəzur dəhlizinin logistik baxımdan rəqabət səviyyəsi artacaq: "İrəvanın bu məsələdə yekun mövqeyə gəlməsi, Azərbaycanla Ermənistan arasında davamlı sülh prosesində mühüm rol oynayacaq. Bu, Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olmasına xidmət edəcək. Təhlükəsizlik varsa, layihənin rəqabət qabiliyyəti də mütləq güclənəcək. Çünki Zəngəzur dəhlizi Türkiyədən Çinə qədər uzanacaq logistika sistemini özündə birləşdirəcək. Bütün bunlar Azərbaycanın iqtisadi imkanlarını, nüfuzunu artıracaq. Təbii ki, ilk növbədə Azərbaycanın tranzit ölkə kimi statusu güclənəcək".

Bir neçə istiqamətə çıxış

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə hesab edir ki, Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xəttinin açılması ilə Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi artacaq: "Əlbəttə ki, bu hər iki ölkə üçün çox mühüm məsələdir. Qars-İğdır-Aralık-Dilucu dəmir yolu xətti böyük strateji əhəmiyyətə malikdir. Bu dəmir yolu təkcə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM) qoşulmayacaq, həm də Hind okeanı hövzəsinə qədər çıxış imkanı verə bilər".
Zəngəzur dəhlizi - iqtisadi dividendlərdən siyasi sabitliyə - TƏHLİL

Onun sözlərinə görə, Qars-İğdır-Aralık-Dilucu dəmir yolu Zəngəzur dəhlizinə birləşəcək və dəhlizin rəqabət qabiliyyəti daha da artacaq: "Ümumiyyətlə, Zəngəzur dəhlizinin açılması Azərbaycan və Türkiyə üçün həm böyük iqtisadi dividendlər verəcək, həm də onların nüfuzlarının daha artmasına səbəb olacaq. Əslində, Qars-İğdır-Aralık-Dilucu dəmir yolu Zəngəzur dəhlizinin bir hissəsidir. Bu layihələr Azərbaycanın logistika sahəsində nüfuzunun artmasına gətirib çıxaracaq".

Ekspert qeyd edib ki, Zəngəzur dəhlizi bir neçə istiqamətə çıxışı təmin edir: "Yəni şərq, qərb, şimal və cənubda olan ölkələrin yükdaşımaları bu dəhliz vasitəsilə həyata keçirilə bilər. Bu dəhliz həmin dövlətlər üçün daha əlverişli və sərfəlidir. İlk növbədə vaxt itkisi az olacaq, mal və xidmətlərin daşınması daha tez bir zamanda həyata keçiriləcək. Bu istiqamətdə xərclər də azalacaq".(Report)

Oxunub: 77
Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial

16-11-2023, 15:04

Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək - Türkiyəli nazir

Gündəm / Siyasət

28-10-2023, 10:30

Türkiyəli nazir: “Azərbaycan Zəngəzur dəhlizi istiqamətində işləri sürətlə davam etdirir”

Gündəm / Sosial

13-09-2023, 13:24

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı önəmli AÇIQLAMA

Gündəm / Siyasət

14-12-2022, 14:43

İlham Əliyev Zəngəzur dəhlizinin açılacağı tarixi AÇIQLADI

Gündəm / Siyasət

7-05-2022, 12:20

"Zəngəzur dəhlizinin əhəmiyyəti xüsusi vurğulanmalıdır" - Baş nazir

Şou Biznes
Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
Dün, 16:56
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
7-10-2026, 15:39
Qubada iki avtomobil toqquşub, ölən var
7-10-2026, 10:04
Bakıda maşın ağaca çırpılıb, sürücü xəsarət alıb - VİDEO
Son xəbərlər
  • Bugün, 17:41
    Xankəndidə yaşıllıqları qanunsuz kəsənlər cərimələnib
  • Bugün, 17:18
    Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
  • Bugün, 16:45
    Məktəblərdə geyim formalarına dair monitorinqlər təşkil ediləcək
  • Bugün, 15:35
    Sərdar Berdiməhəmmədov: Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Türkmənistan üçün prioritetdir
  • Bugün, 14:58
    Milli Məclisin növbəti plenar iclasında 13 məsələ müzakirə ediləcək
  • Bugün, 13:04
    Azərbaycanda şənbə günü yağış yağacaq, şimşək çaxacaq
  • Bugün, 12:45
    MDB-də Azərbaycan dövrü - Bakı bölgənin prioritetlərini müəyyənləşdirir
  • Bugün, 11:54
    Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb
  • Bugün, 11:02
    Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır
  • Bugün, 10:23
    Bakının Günəşli qəsəbəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
  • Bugün, 09:48
    Azərbaycan neftinin qiyməti 133 dolları keçib
  • Bugün, 09:03
    Bu gün Bakının bir sıra ərazilərində işıq olmayacaq
  • Dün, 18:26
    Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ
  • Dün, 17:56
    İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib
  • Dün, 16:56
    Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
  • Dün, 16:27
    Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib
  • Dün, 16:07
    Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib
  • Dün, 15:22
    C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır
  • Dün, 14:47
    Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb
  • Dün, 13:09
    Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək
  • Dün, 12:42
    Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər
  • Dün, 12:10
    Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb
  • Dün, 11:45
    Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir
  • Dün, 11:23
    Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir
  • Dün, 10:49
    İlham Əliyev "Avaza" Kompleksinə gəlib
  • Dün, 09:42
    İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib
  • Dün, 09:22
    Bu gün Bakı və Abşeronun bir sıra ərazilərinə işıq olmayacaq
  • 7-10-2026, 18:22
    Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
  • 7-10-2026, 17:40
    Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib
  • 7-10-2026, 17:03
    Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib
  • 7-10-2026, 16:33
    İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib
  • 7-10-2026, 15:47
    Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib
  • 7-10-2026, 15:39
    Qubada iki avtomobil toqquşub, ölən var
  • 7-10-2026, 15:12
    Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
  • 7-10-2026, 12:55
    Astanada Dünya və Ənənəvi Din Liderləri Qurultayında üç beynəlxalq sənəd qəbul edilib
Daha çox
3-10-2026, 11:30
Türkiyə XİN: Türk dövlətlərinin malik olduğu əməkdaşlıq və inteqrasiyasını daha da yüksəyə qaldırmağa qərarlıyıq
3-10-2026, 09:53
Azərbaycan nefti cüzi ucuzlaşıb
3-10-2026, 10:33
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik edib
3-10-2026, 12:32
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
3-10-2026, 15:03
Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb
3-10-2026, 16:09
DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə