TAQ. az saytı türk mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Van şəhər rəhbərliyi ilə İranlı özəl hava yolları şirkəti arasında baş tutan görüş müsbət sonluqla nəticələnib. Nəticə etibarı ilə İrandan Vana yeni uçuş reysi açılacaq. Həftədə 2 gün gerçəkləşəcək uçuş İran- Türkiyə arasında turizm potensialına müsbət təsir göstərəcək.
Qeyd edək ki, ötən il ərzində İrandan Türkiyənin Van şəhərinə 500 mindən artıq turist gəlib.
Günel İsayeva