• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

BİZİM TƏQVİM:18 fevral tarixində baş vermiş mühüm hadisələr

Gündəm / Sosial

18-02-2026, 09:59

BİZİM TƏQVİM:18 fevral tarixində baş vermiş mühüm hadisələr

1979-cu ilin 18 fevralında Təbrizdə xalq üsyanı baş verib və tarixə 29 Bəhmən adı ilə düşüb. O vaxtadək şaha qarşı aksiyalar adətən tələbələr, bəzi siyasi qruplar və bəzən də Tehranın ətrafındakı fəhlələrin tərəfindən keçirilirdi.

Amma Təbriz hərəkatı İran İslam İnqilabının əsl başlanğıc nöqtəsi oldu. Amma bu olayların mərkəzində olan qüvvələr Ayətullah Xomeyni deyil, Ayətullah Seyid Məhəmməd Kazım Şəriətmədarinin tərəfdarları idi, Çünki onlar heç Xomeynini tanımırdılar.

Hərəkatda iştirak edənlər əsasən yoxsullar, xalçaçılar və işçilər idi. Təbrizdəki olaylarda bir çox ölən, yaralanan, tutulan oldu və təbrizlilərin bu qırx mərasimləri başqa şəhərlərdə keçirildi. Beləliklə, inqilabın başlanğıcı olan 29 Bəhmən (18 fevral 1978) Təbriz hərəkatı nəticəsində Pəhləvi rejimi devrilir.

Bəs, fevralın 18-də dünyada daha hansı hadisələr baş verib?

1. 1451-ci ilin 18 fevralında Fateh Sultan Mehmet ikinci dəfə taxta çıxıb.1444-ci ildə Osmanlı sultanı II Murad taxtı oğlu Mehmetə verdi. 12 yaşında taxta çıxarıldığı üçün bəzi dövlət adamları (Çandarlı Xəlil Paşa və b.) buna etiraz bildirdi, amma II Murad qəbul etmədi. Macarların bağlanılan müqaviləni pozması və müharibəyə başlaması ilə gənc sultan Mehmet atası və bəzi saray əyanlarına iki məktub göndərdi. Bunların ikisində də atasına bu məşhur sözləri söylədi: "Padşahsanız, özünüz gəlin, qoşunlarınızı idarə edin. Yox, padşah bizsək, sərəncamımıza itaət edib qoşunlarımızın başına keçin!” Bu məktubdan sonra II Murad yenidən Osmanlı taxtına oturdu. 7 il sonra atasının ölümündən sonra Fateh Sultan Mehmet ikinci dəfə 1451-ci ilin bu günü taxta çıxdı.

2. 1683-ci ildə başlayan Müqəddəs İttifaq Müharibələri illərində - 1695-ci ilin 18 fevralında Osmanlı dövləti Saqqız adasını Venesiyadan geri aldı.

3. 18 fevral 1855-ci ildə Fransız astronom Urben Jan Jozef Leverye ilk dəfə havanın sinoptik xəritəsini qurub.

4. 1856-cı ilin 18 fevralında Osmanlı dövlətində İslahat Fərmanı dərc olundu. Sultan Əbdülməcid tərəfindən verilən fərman çökmüş Osmanlı dövlətində köklü dəyişikliklərin aparılması məqsədi daşıyırdı.

5. 1930-cu ilin bu günü gənc Amerika astronomu Klayd Uilyam Tommo Persinvalya Lovella rəsədxanasında fotoqrafik teleskopun köməyi ilə alınmış şəkilləri işlədikdən sonra əmin olub ki, Günəş sisteminin yeni planetini kəşf edib. Həmin il martın 13-də bu planet Pluton adlandırılıb.

6. 18 fevral 1952-ci ildə Türkiyə Böyük Millət Məclisi Türkiyənin NATO-ya üzvlüyünü təsdiq etdi. Türkiyənin Koreya müharibəsinə qoşulması və Rusiyanın yürütdüyü sərt siyasət ABŞ-ı Aralıq dənizinin təhlükəsizliyi üçün Türkiyə və Yunanıstanı da NATO-ya daxil etməyə sürükləmişdi.

7. 18 fevralda Afrikanın qərbində yerləşən Qambiya respublikası müstəqilliyini bayram edir. Bu ölkə 1965-ci ildə suverenlik qazanıb. O zamana qədər Qambiya Böyük Britaniyanın müstəmləkəsi idi.

8. 1988-ci ilin fevralından Qafan rayonundan olan azərbaycanlı qaçqınların Ermənistandan Azərbaycana axını başlayıb. Təkcə fevralın 18-də sərhədi 4 mindən çox adam keçib. Bununla da Ermənistan ərazisində etnik təmizləmə - azərbaycanlıların doğma yurd-yuvalarından qovulması prosesi başlayıb.

18 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Dahi Azərbaycan alimi, ensiklopedik biliyə malik Məhəmməd Nəsirəddin Tusi 1201-ci ilin bu günü Həmədanda anadan olub. Marağa Rəsədxanasının yaradılmasına xeyli əmək sərf edən Tusi oranı Şərqin böyük elmi mərkəzinə çevirib. Nəsirəddin Tusi “Zic-Elxani” əsərində planetlərin geosentrik orbitinin əsas elementlərini verib, onların sutkalıq orta hərəkətini təyin edib. Onun elmin bir çox sahəsinə dair əsərləri bu gün də dünya alimləri tərəfindən tədqiq olunur. (1201-1274)

2. 1294-cü ilin 18 fevralı Monqol imperatoru Kubilay Xan dünyasını dəyişib. Çində Yuan sülaləsinin banisi olan Kubilay Xan 1271-ci ildə hakimiyyətə gəlib və 23 il boyu buranın hökmdarı olub. O, Sonq xanədanlığına son qoyaraq bütün Çin dövlətini birləşdirib. Çində ilk kağız pul Kubilay Xan zamanında başlanıb. Onun dövründə Çinə Avropa səyyahları səfər edib ki, bunların arasında ən məşhuru italiyalı Marko Polodur (15.IX.1254 – 8.I.1324).

3. Məhşur İtaliya fiziki, kimyaçısı, fizioloqu, daimi elektrik cərəyanının ixtiraçısı Alessandro Volta 1745-ci ilin 18 fevralında dünyaya gəlib. Fizika sahəsində tədqiqatları əsasən elektriklə bağlı olan Voltanın həssas elektroskop, kondensator, elektrometr, metan və digər ixtiraları var. Teleqrafın layihəsini də ilk dəfə Alessandro Volta hazırlayıb (1745-1827).

4. Görkəmli Azərbaycan şairi, qəzəl ustası Əliağa Vahid 1895-ci ilin bu günü anadan olub. İbtidai təhsilini mollaxanada alıb. Klassik Şərq ədəbiyyatının bilicisi olub. Vahid təxəllüsünü ona hazırcavablığına görə Mirzə Əvdülxaliq Yusif verib. 1914-1915-ci illərdən başlayaraq satirik şeirləri, qəzəlləri, meyxanaları, felyetonları qəzet və jurnallarda (“İqbal”, “Zəhmət”, “Bəsirət”, “Tuti”, “Məzəli”, “Kommunist”, “Maarif və Mədəniyyət”, “Yeni Yol”, “Gənc işçi” və s.) müntəzəm çap olunub. Əliağa Vahid qəzəlxan şair kimi tanınıb və bütün Şərqdə məhşurlaşıb. O, eyni zamanda, Nizami, Xaqani, Fələki, Nəvai və başqa klassiklərin əsərlərini yüksək sənətkarlıqla tərcümə edib. (1894-1965) (Bizim.Media)

Oxunub: 39
Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial

27-05-2025, 15:38

"Güvən"dən tələbələrə dəstək: özünüinkişaf mövzusunda təlim keçirildi - FOTO

Gündəm / Siyasət

26-05-2025, 10:34

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Siyasət

25-05-2024, 19:07

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Gündəm / Siyasət

24-12-2022, 18:29

İlham Əliyev Qərbi Azərbaycan İcmasının binasında - FOTOLAR (YENİLƏNİB)

Gündəm / Siyasət

18-12-2021, 16:51

Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verdi

Şou Biznes
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
Dün, 13:25
Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var
Dün, 08:53
Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb
21-09-2026, 09:00
Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb
Son xəbərlər
  • Dün, 17:57
    Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
  • Dün, 17:25
    Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib
  • Dün, 16:59
    Azərbaycanda vint, bolt və qaykaların idxalına görə gömrük tarifləri kəskin artırılıb
  • Dün, 15:07
    Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ
  • Dün, 14:29
    Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir"
  • Dün, 13:25
    Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var
  • Dün, 12:54
    Sabah Azərbaycanda 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək
  • Dün, 08:53
    Ağdərədə xırdabuynuzlu heyvanları daşıyan yük maşını aşıb
  • Dün, 08:31
    Bakıda 14 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə olunur
  • 22-09-2026, 13:15
    Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir
  • 22-09-2026, 12:33
    Sabah Azərbaycanda 34 dərəcə isti olacaq
  • 22-09-2026, 12:15
    Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib
  • 22-09-2026, 11:00
    Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib
  • 22-09-2026, 10:47
    Sentyabrın pensiya ödənişləri yekunlaşıb
  • 22-09-2026, 10:25
    FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib
  • 21-09-2026, 13:45
    İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək
  • 21-09-2026, 12:35
    Zakir Həsənov Pakistana başsağlığı verib
  • 21-09-2026, 12:16
    Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək
  • 21-09-2026, 11:29
    Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb
  • 21-09-2026, 10:42
    Mərkəzi Bank bu həftə növbəti dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq
  • 21-09-2026, 10:14
    Türkiyədə 5 maqnitudalı zəlzələ olub
  • 21-09-2026, 09:00
    Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb
  • 18-09-2026, 17:38
    Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH
  • 18-09-2026, 16:42
    Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto
  • 18-09-2026, 16:05
    Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb
  • 18-09-2026, 14:41
    Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb
  • 18-09-2026, 13:27
    Sabah rayonlarda arabir yağış yağacaq
  • 18-09-2026, 12:54
    Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib
  • 18-09-2026, 11:59
    Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək
  • 18-09-2026, 11:20
    "Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb
  • 18-09-2026, 10:09
    Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib
  • 18-09-2026, 09:36
    Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər
  • 18-09-2026, 09:30
    Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
  • 17-09-2026, 18:26
    Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir
  • 17-09-2026, 13:52
    İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
Daha çox
18-09-2026, 11:20
"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb
17-09-2026, 11:25
İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
17-09-2026, 12:26
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
17-09-2026, 18:26
Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir
17-09-2026, 12:09
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
17-09-2026, 13:10
İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə