Brüssel Rusiyanın Avropa İttifaqındakı nümayəndəliyinin sayını 40 nəfərə endirmək niyyətində olduğu barədə Moskvanı məlumatlandırıb.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Təsdiqləyə bilərəm ki, Avropa Xarici Fəaliyyət Xidməti Brüsseldə Rusiyanın Aİ və Avratomdakı Daimi Nümayəndəliyinin işçi heyətinin sayını 40 nəfərə endirmək barədə qəbul edilmiş qondarma qərar barədə Moskvaya məlumat verib. Bu kvotaya həm diplomatlar, həm də inzibati və texniki heyət daxildir", - deyə Zaxarova qeyd edib.
Rusiya XİN sözçüsü əlavə edib ki, Moskva bu tədbiri ayrı-seçkilik kimi görür və bütün bu hərəkətlər cavabsız qalmayacaq.