İran ərazisindən uçan dronlardan biri Naxçıvan Muxtar Respblikasının Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.
Bu barədə "Report"un yerli bürosu xəbər verir.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamaya görə, daha 1 ədəd dron isə Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına düşüb. Nəticədə iki nəfər mülki şəxs xəsarət alıb.