BƏƏ-də İranın zərbələri nəticəsində yaralananların sayı 190 nəfərə çatıb.
Bu barədə BƏƏ Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Məlumata görə, hava hücumundan müdafiə sistemləri bu gün İranın 5 raketini və 35 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.
"İranın hücumları başlayandan bəri BƏƏ 438 ballistik raket, 19 qanadlı raket və 2 012 PUA-nı zərərsizləşdirib. Bu hücumlar nəticəsində 2 hərbi qulluqçu həlak olub", - məlumatda qeyd olunub.