Türkiyə Avropanın ayrılmaz parçasıdır.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan V Antalya Diplomatiya Forumunun açılışında bildirib.
“Türkiyə Avropanın ayrılmaz parçasıdır. Bu gün üzləşdiyimiz ortaq çağırışlar Avropa ilə tərəfdaşlığımızın strateji əhəmiyyətini bir daha ortaya qoyub”, – Türkiyə Prezidenti qeyd edib.
Ərdoğanın sözlərinə görə, Türkiyə Avropa İttifaqına tam üzvlük hədəfini qoruyur.