• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

BİZİM TƏQVİM:Aprelin 23-də baş vermiş tarixi hadisələr

Gündəm / Sosial

23-04-2026, 08:58

BİZİM TƏQVİM:Aprelin 23-də baş vermiş tarixi hadisələr


23 aprel 1918-ci ildə ermənilər Qubada müsəlman əhaliyə qarşı növbəti terror hadisəsi törətdilər. 10 gün davam edən vəhşiliklər nəticəsində 3 mindən çox dinc sakin qətlə yetirildi, 100-ə qədər ev yandırıldı, 125 kənd yerlə-yeksan edildi.

Bəs aprelin 23-də dünyada daha hansı hadisələr baş verib?

1. 23 aprel 1827-ci ildə Rusiyanın Əlahiddə Qafqaz korpusunun əsas qüvvələri Eçmiədzinə daxil oldu və aprelin 23-də İrəvan üzərinə hərəkət etdi, səhəri gün isə İrəvan qalasına yaxınlaşaraq, onu mühasirəyə aldı. Mühasirə iki ay davam etdi. Bu müddət ərzində düşmən bir neçə dəfə həmlə etdi, lakin hər dəfə canlı qüvvə və silah itirərək məğlub oldu.


Ən böyük həmlə mayın 8-də baş verdi. O, qanlı döyüşlə qurtardı. Düşmən geri çəkilməyə məcbur oldu. Lakin rus qoşunu sayının azlığı ucbatından (8600 adam) İrəvanda müvəffəqiyyət qazana bilmədiyindən, rus komandanlığı qalanın mühasirəsinə vaxt itirməməyi qərara aldı və qoşununu Naxçıvan üzərinə yeritdi.


2. 23 aprel 1920-ci ildə Azərbaycan Cümhuriyyətinin bütün ərazisini işğal etmək 490 saylı direktivə əlavə olaraq, XI orduya son vəzifə kimi tapşırıldı.

3. 1920-ci ilin bu günündə Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı Günü elan edilib. Bayram Türkiyə Böyük Millət Məclisinin 1920-ci il aprelin 23-də keçirilmiş ilk iclasından sonra ənənəvi olaraq qeyd edilməyə başlanıb. Vaxtilə “Bu günün balacaları sabahın böyükləridir”, - deyən Mustafa Kamal Atatürk bu bayrama müstəsna əhəmiyyət verib. 1979-cu ildən isə bu bayram BMT tərəfindən tanınıb.

4. 23 aprel 1933-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Şurası MTS və sovxozlarda müstəqil və səyyar kitabxanaların yaradılması haqqında xüsusi qərar qəbul etdi.

5. 23 aprel 1992-ci ildə elmi və elmi pedaqoji kadrlar hazırlanması işini nizama salmaq üçün Azərbaycan Ali Attestasiya Komissiyası (1994-cü ildən Azərbaycan Prezidenti yanında Azərbaycan Ali Attestasiya Komissiyası) təşkil edildi.


Bu komissiya Ali Attestasiyalar Komissiyaları Beynəlxalq Assosiasiyasına üzv qəbul edildi. Respublikanın elm və təhsil müəssisələrində 140-a yaxın ixtisas üzrə hər il 70-dək doktorluq və namizədlik dissertasiyasının müdafiəsi üçün İxtisaslaşdırılmış Şura fəaliyyət göstərirdi. Bakı ilə yanaşı Naxçıvan, Gəncə, Lənkəran kimi şəhərlərin ali təhsil müəssisələrində də belə şuralar yaradılırdı.


6. 23 aprel 1994-cü ildə Ağdam rayonunun Nəmirli, Şotlanlı, Umudlu, Şurabad kəndləri Ermənistan ordusu tərəfindən işğal olundu.

7. 23 aprel 1996-cı ildə Prezident Heydər Əliyev Brüsseldə Azərbaycanın NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulması barədə təqdimat sənədini imzalayıb.

8. 23 aprel 2002-ci ildə Türkmənistanın paytaxtı Aşqabadda Xəzərin hüquqi statusunun müəyyənləşməsi ilə bağlı sahilyanı dövlət başçılarının ilk sammiti işə başlayıb. Türkmənistan, Azərbaycan, Qazaxıstan, İran və Rusiya prezidentlərinin görüşündə Xəzərin hüquqi statusunun hazırlanması geniş müzakirə edilsə də, işçi qrupu tərəfindən hazırlanan yekun Bəyannamə layihəsi dövlət başçıları tərəfindən bitkin sayılmadığından imzalanmayıb.

9. 23 aprel 2007-ci ildə Azərbaycan XİN ABŞ Dövlət Departamentinin insan haqları üzrə hesabatında Qarabağa dair bölmənin təftiş edilməsinə etiraz olaraq bəyanat verib.


Hesabatın ilkin variantındakı "erməni qüvvələri Dağlıq Qarabağ və Azərbaycanın daha yeddi rayonunu işğal altında saxlayır" ifadəsi sonradan ermənilərin səyi ilə dəyişdirilmişdi. Azərbaycanın etirazından sonra Dövlət Departamenti sənəddə əvvəlki mətni bərpa etdi və ikitərəfli münasibətlər normal məcraya düşdü.


10. 23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1995-ci ildə UNESCO tərəfindən təsdiq edilib. Həmin gün dünya ədəbiyyatında simvolik tarixdir. 23 Aprel Uilyam Şekspir, Migel Servantes və İnka Qarsilaso dela Veqa kimi bir sıra görkəmli ədiblərin vəfat etdiyi gündür.UNESCO kitabları və müəlliflik hüququnu təbliğ etməklə yaradıcılığın, mədəni müxtəlifliyin və bütün fəaliyyət sahələrində biliklərə bərabərhüquqlu əlçatımlığın tərəfdarı kimi çıxış edir, kitab işinin və qiraətin təşviqinə kömək edir.

11. 23 Aprel Milli Suverenlik və Uşaq Bayramıdır. Aprel 1920-ci ildə Türkiyə Böyük Millət Məclisinin açılış günü daha sonra Milli Suverenlik və Uşaq Bayramı olaraq qeyd olunmağa başladı. Bu gün Səltənətin ləğv edilərək Milli Suverenliyin bir millət kimi istifadə edilməsi və Qurtuluş müharibəsində atası şəhid olan uşaqların sevinci üçün düşünülən uşaq bayramının birləşməsilə yaranıb.

12. 23 aprel 1918-ci ildə ermənilər Qubada müsəlman əhaliyə qarşı növbəti terror hadisəsi törətdilər. 10 gün davam edən vəhşiliklər nəticəsində 3 mindən çox dinc sakin qətlə yetirildi, 100-ə qədər ev yandırıldı, 125 kənd yerlə-yeksan edildi.

13. 23 aprel 2002-ci ildə Miniatür Kitab Muzeyi açılıb. Muzey Zərifə Salahova tərəfindən 20 ildən artıq müddətində toplanmış nadir kolleksiyası əsasında yaradılıb.

23 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. 23 aprel 1865-ci ildə görkəmli hərbi xadim, artilleriyanın “Allahı” hesab edilən Əliağa Şıxlinski anadan olub (1865-1943). O, Çar Rusiya ordusunda artilleriya generalı, Azərbaycan Demokratik Respublikasının hərbi nazirinin müavini olub.


Ə.Şıxlinski Hərbi Akademiyanı oxumadan, Çar Rusiyası ordusunda ali rütbəli zabit heyətinə daxil edilib. Topçuluğa dair yazdığı əsərlər, özünün şəxsən işləyib hazırladığı "Şıxlinski üçbucağı" qaydası bu gün də dünya artilleriyasının köməyinə gəlməkdədir. O, 1942-ci ildə “Xatirələrim” kimi qiymətli hərbi memuarını diktə edib yazdırıb. Bu, Azərbaycan hərb tarixində ilk və yeganə hərbi memuardır. Şıxlinski bədii yaradıcılıqla da məşğul olub, hərbi-puplisistik yazılar yazıb.


2. 23 aprel 1902-ci ildə İsland yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı və ümumdünya sülh şurası ədəbiyyat mükafatı laureatı Halldor Kilyan Laksnessin doğum günü (1902-1998). "Təbiətin övladı" adlı ilk povesti çap ediləndə Laksnessin 17 yaşı olub. O, "Müqəddəs dağın ətəyində", "Kəşmirli böyük toхucu", "Salka Valka", "İmkanlı adamlar", "Dünyanın işığı", "İsland zəngi" və digər əsərlərin müəllifidir.

3. 23 aprel 2008-ci ildə Azərbaycan Respublikasının xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktyorlarından biri, prezident təqaüdçüsü Kamal Ağahüseyn oğlu Xudaverdiyev (1938-2008) ürək çatımazlığından vəfat edib. (Bizim.Media)

Oxunub: 24
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

26-05-2025, 10:34

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Siyasət

18-03-2023, 21:56

“Borcumuz idi bu torpaqları geri götürmək” - İlham Əliyevin sakinlərlə səmimi söhbəti

Gündəm / Siyasət

24-12-2022, 18:29

İlham Əliyev Qərbi Azərbaycan İcmasının binasında - FOTOLAR (YENİLƏNİB)

Gündəm / Siyasət

8-11-2022, 18:28

İlham Əliyev xanımı və oğlu ilə birlikdə Şuşada - FOTOLAR (YENİLƏNİB)

Gündəm / Siyasət

18-10-2021, 13:16

Prezident Füzulidə ictimaiyyət nümayəndələri ilə görüşdü - YENİLƏNİB

Şou Biznes
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti
"Oskar" mükafatının qaliblərinin adları açıqlanıb
Ötən il 900 əsər və ifa qeydiyyatdan keçirilib
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
25-07-2026, 11:38
Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb
16-07-2026, 15:16
Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb
16-07-2026, 10:09
Şəmkirdə 11 nəfər salatdan zəhərləndi
Son xəbərlər
  • 25-07-2026, 16:26
    Sabah çimərliklərdə suyun temperaturu 30 dərəcə olacaq
  • 25-07-2026, 15:35
    Məsud Pezeşkianın çıxışını kəsdiyi üçün İran Radio və Televiziya Şirkətinə xəbərdarlıq edilib
  • 25-07-2026, 15:07
    Prezident Milix Yevdayevi təltif etdi
  • 25-07-2026, 11:38
    Türkiyədə sərnişin avtobusu avtomobillə toqquşub, 30 nəfər xəsarət alıb
  • 25-07-2026, 11:14
    Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq
  • 25-07-2026, 10:20
    Azərbaycan neftinin qiyməti 103 dollardan aşağı düşüb
  • 25-07-2026, 09:45
    Cəbrayılın 4-cü kəndi tikilir - İlin sonunadək köç olacaq
  • 25-07-2026, 09:21
    Qədim şəhərlər niyə yerin altında tikilib - Maraqlı SƏBƏB
  • 25-07-2026, 09:05
    FHN həftəsonu su hövzələrinə üz tutacaq vətəndaşlara müraciət edib
  • 24-07-2026, 18:04
    "Dawn": Pakistanda terror aktı nəticəsində 15 nəfər həlak olub
  • 24-07-2026, 17:40
    MM: ABŞ Konqresi komitəsinin qanun layihəsi erməni lobbisinin maraqlarına xidmət edir
  • 24-07-2026, 17:06
    Milli Məclisin deputatı İranda səfərdədir
  • 24-07-2026, 16:48
    Fransada miqrantlara qarşı ayrı-seçkilik – Yeliseyin davam edən irqçiliyi - ŞƏRH
  • 24-07-2026, 15:47
    İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb
  • 24-07-2026, 15:17
    Rusiya Ukraynada silah sərgisinin keçirildiyi poliqona zərbə endirib, ölənlər var
  • 24-07-2026, 14:57
    Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
  • 24-07-2026, 14:34
    Azərbaycanın Türkiyəyə yeni səfiri təyin olundu - FOTO
  • 24-07-2026, 13:11
    Ukrayna ordusu Rusiyanın hərbi zavodunu və neft obyektini vurub
  • 24-07-2026, 12:43
    Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq
  • 24-07-2026, 12:20
    Azərbaycanda "Enerji menecment sisteminə dair Tələblər" dəyişib
  • 24-07-2026, 11:58
    İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib
  • 24-07-2026, 11:09
    FHN həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
  • 24-07-2026, 10:31
    Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb
  • 24-07-2026, 10:00
    SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
  • 24-07-2026, 09:40
    Azərbaycan neftinin qiyməti 109 dolları keçib
  • 24-07-2026, 09:21
    Şamaxı rayonunda zəlzələ olub
  • 23-07-2026, 16:23
    ANCA, lobbi və "dostları" Ermənistana qarşı - sülhsevər olmayan konqresmenlər - ŞƏRH
  • 23-07-2026, 16:00
    Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir
  • 23-07-2026, 15:18
    AQP: Tikinti bazarı "mülayim artım və sabitlik" mərhələsindədir
  • 23-07-2026, 14:59
    Sabah Biləsuvarın 7 kəndində qaz olmayacaq
  • 23-07-2026, 13:05
    Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq
  • 23-07-2026, 11:57
    Azərbaycanda iyulun pensiya ödənişi yekunlaşıb
  • 23-07-2026, 11:05
    Tailandda silahlı hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı həlak olub
  • 23-07-2026, 10:20
    UEFA Konfrans Liqası: "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək
  • 23-07-2026, 09:54
    Azərbaycan neftinin qiyməti 100 dolları keçib
Daha çox
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə