Rusiya ağır qitələrarası ballistik raketi "Sarmat"ı uğurla sınaqdan keçirib.
Bunu Strateji Raket Qüvvələri Komandanı Karakayev Prezident Vladimir Putinlə görüşdə bildirib.
Onun sözlərinə görə, sınaqlar “Sarmat”ın nəzərdə tutulan xarakteristikasını təsdiqləyib.
Karakayev bildirib ki, “Sarmat” mənzil, atış çəkisi və raketdən müdafiənin nüfuzetmə qabiliyyəti kimi əsas xüsusiyyətlərə görə sələfi “Voevoda” raket sistemini üstələyir.
Strateji Raket Qüvvələri Komandanı Putinə məlumat verib ki, “Sarmat”larla ilk raket alayı ilin sonuna qədər Ujur birləşməsində döyüş növbətçiliyinə başlayacaq.