YA MƏHƏMMƏD
Müqəddəsdir adın, ruhun bizlərə,
Salam olsun ruhuna, ya Məhəmməd..
Al qanındır, lalə çıxıb düzlərə,
Salam olsun ruhuna, ya Məhəmməd.
XXX
Sən taxtadan düzəldərdin avtomat,
Tay - tuşuna verərdin ki, sən də at.
Əsgərliyə yola saldıq salamat,
Salam olsun ruhuna, ya Məhəmməd.
XXX
Peyğənbərin adı sənə yadigar,
Doğmaların sənsiz edir ahu - zar.
Bir gözəl də gizli çəkir intizar,
Salam olsun ruhuna, ya Məhəmməd.
XXX
Düşmən üstə urra deyib, yüyürdün,
Dığaları nifrətinlə döyürdün.
İgidlərə var ol deyib, öyürdün,
Salam olsun ruhuna, ya Məhəmməd.
XXX
Ana torpaq, ulu bayraq müqəddəs,
Şəhidlərim bu dünyaya salıb səs.
Abil, sözün təsəllidir, həm nəfəs,
Salam olsun ruhuna, ya Məhəmməd !
ABİL İSLAM
BAKI - 31.01.2022