• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Vətən Savaşının gənc baş kəşfiyyatçısı, ermənilərin axtarışa verdiyi Türk Harun kimdir?! - MÜSAHİBƏ

Gündəm / Hadisə

3-02-2022, 12:30

Vətən Savaşının gənc baş kəşfiyyatçısı, ermənilərin axtarışa verdiyi Türk Harun kimdir?! - MÜSAHİBƏ

“ Mənə görə haqsız güc zülümdür, gücsüz haqq isə məğdurdur
Haqsız gücün qarşısında, gücsüz haqqın yanında olmaq mənim inancımdır”

Bu fikir çeçen hərbçisi, siyasətçisi Cövhər Dudayevə məxsusdur. Məhz onun paylaşımı əfsanəvi kəşfiyyatçı, baş leytenant Harun Alqayevin əsas devizi idi. İzlədiyim votsapp və instaqram səhifələrində də bunu ana ifadə olaraq qeyd edib. Özü həyatda olmasa da keçdiyi döyüş yolu və imza atdığı qəhrəmanlıqlar onu əbədiyaşar qəhrəman edib. Çoxumuzun adını eşidib kimliyini bilmədiyimiz əfsanəvi kəşfiyyatçını daha yaxından tanıyaq.
Harun Məhəmməd oğlu Alqayev 1992-ci il iyulun 14-də Balakən rayonunun Gərəkli kəndində sənətkar ailəsində dünyaya göz açıb. Atası Məhəmməd bəy dülgər, anası Kifayət xanım isə dərzidir. Ailədə iki qardaş olublar. Ceyhun və Harun Alqayevlər. Hər ikisi Vətən Savaşının iştirakçısı olub. Harun şəhidlik zirvəsinə ucalıb, Ceyhun isə qazi adını alıb. 1998-2006-cı illərdə Balakən şəhərində Nəsimi adına 2 nömrəli tam orta məktəbdə, 2007-2010-cu illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2010-2014-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Öz istəyi ilə bu sahəyə yönələn Harun öz gücünə rus və erməni dilini öyənərək xidmətini peşəkar şəkildə yerinə yetirir. Dəfələrlə Ermənistan tərəfə keçərək ciddi kəşfiyyat əməliyyatları yerinə yetirir və Türk Harun ləqəbi ilə düşmən tərəfin axtarışına səbəb olur.
Atası Məhəmməd Alqayev jurnalist Günel Sabirqızı ilə həmsöhbət olub. Həmin müsahibəni sizə təqdim edirik.

- Harun Məhəmməd oğlu Alqayev xaraktercə necə bir övlad, vətəndaş olub? Onu övlad və vətəndaş olaraq özəl edən məxsusi keyfiyyətlərini qeyd edin.

- Harun haqqın, düzgünlüyün, mərhəmətin tərəfdarı olmaqla yanaşı, həm də cəsur, qorxmaz bir oğul idi.
Onun əsgərləri də daim necə qayğıkeş və iradəli bir insan olmasını təsdiqləyir. Hətta əsgərlərinə görə yüksək rütbəli əməkdaşları ilə mübahisəsi olub. Yarışlar belə keçirərək cibindəki son pulunu əsgərinə belə verməyi bacaran ürəyə sahib olub Harun həm də istedadlı idi. İrsi keçən bir istedada malik idi. Rəssamlığı da vardı. Maraqlı əl işləri olurdu. Həm təhsilində fərqlənməyi bacarırdı, həm də sənətkar ailəsinin yetirməsi olaraq istedadlı idi. Harunun əldə etdiyi uğurlar, gördüyü işlər onun güclü və qeyrətli bir insan olduğunu sübut etdi. Mən bir ata kimi, həm də vətəndaş olaraq Harunla qürur duyuram. Bir ata kimi Harun adı ilə başım dikdir hər zaman.

- Orta məktəb və ali təhsil illərində necə, fərqlənən bir şagird, tələbə olub? Necə oldu ki, hərb sahəsinə yönəldi. Bu onun şəxsi istəyi ilə reallaşıb?

- Balakəndə 2 nömrəli orta məktəbi əla qiymətlərlə oxuyub və öz istəyi ilə Cəmşid Naxçıvanski adına hərbi liseyə 126 bal keçid olduğu halda 385 balla daxil olur. Bir ailəsi zabit dostumun geyimini görəndən sonra oğlumda hərbi istək yaranıb və liseydən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə daxil olur. Oranı yaxşı qiymətlərlə oxuyur və hər zaman idman nəticələri yüksək olur. Hətta qaçış üzrə rekordu da yeniləyir. Öz istəyi ilə kəşviyyatçı olub və bu adı zamanla da doğruldub.


- Hərbi xidməti dövründə nə kimi xidmətlərin sahibi olub? Kəşfiyyatçı kimi xidmətlərindən danışın.

- Hərbi xidmətə 2015-сi ildə leytenant rütbəsi alaraq Goranboy rayonunda N saylı hərbi hissədə kəşviyyat tağım komandiri olaraq başlayıb. Bir kəşfiyyatçıda olmalı olan bütün keyfiyyətlər Harunda cəmləşmişdi. İşinin peşəkarı idi. Onun erməni və rus dillərini mükəmməl öyrənməsi, idarə etdiyi dronla çəkiliş etmək üçün hətta başqa hərbi hissələrə çağrılması buna sübut idi. Dronla çəkdiyi kadrlar əsasında döyüş planı xəritələrini səhərə qədər yatmadan çəkməsini komandiri Nəsimi Şıxalıyev öz xatirələrində həmişə qeyd edir.Hərbçi yoldaşları hər zaman onun haqqında mərd, cəsur sözlər paylaşır Zabit yoldaşları onun haqqında "Goranboyun vuran ürəyi, vuran əli idi" deyirlər. Harun postda olan əsgərləri üçün 6 maşın odun hazırlayaraq, bütün yüksəkliklərdə olan postlara paylayıbmış, onlar üçün otaq da hazırlatmışdı ki, dağda çox əziyyət çəkməsinlər.

- Haqqında dolaşan “Türk Harun” əfsanəsi necə yaranıb? Hadisə əslində necə baş verib?


Erməni və rus dillərini yaxşı bildiyindən oğlum düşmən tərəfə keçərək dövlətimizə yararlı məlumatlar gətirirmiş. Bir kəşfiyyatçı olaraq peşəkarlaşmışdı bu işdə. Erməni dili kurslarına gedib öyrənmişdir. 2020-ci ildən öncə olub Türk Harun olayı. Kəşfiyyata gedib düşmən tərəfə. Orda kəşfiyyatı işlərini gördükdən sonra kafedə çay içir və bir manat Azərbaycan pulunu süfrəyə qoyub gedib. Amma üstünə ad yazmayıb. Heç bir kəşfiyyatçı o səhvə yol verməz. Hələ oğlum heç belə etməz. Bu onun acıq çıxmasına səbəb olardı. Ermənilər sonradan bilib ki, burda azərbaycanlı kəşfiyyatçı olub. Hətta orda olarkən Rusiyada olan dostu ilə də yazışıb. Sonradan oğlumun əks kəşfiyyat məlumatlarına əsasən, adını türk millətində eşitdikləri üçün türk kimi tanıyıblar. Doğrusu, oğlumun kimliyi içimizdən olan satqınlar tərəfindən ermənilərə məlumat sızdırılmış və ermənilər də Türk mütəxəssisi olduğunu düşünərək Türk Harun adı ilə axtarışa veriblər”

- Harun Alqayev ancaq kəşfiyyatçı olmayıb mən bildiyim qədər. Necə oldu müharibəyə yollandı və son anına qədər hansı bölgələrdə döyüş yolu keçib.

- Düzü, Harunun kəşfiyyatçı olaraq çalışmasını bilirdim, ancaq dronla etdiyi kəşfiyyatı işlərdən xəbərsiz olmuşuq. O, bunu ailəsindən gizlədirdi. Xüsusilə də əks tərəfə keçərək kəşfiyyat aparmasından. Şəhid olandan sonra çox faktlardan xəbər tutmuşam. 2016-cı ildən həmin hərbi hissənin müşahidə kəşfiyyat tağım komandiri vəzifəsinə layiq görülüb və bu müddətdə dəfələrlə işğalda olmuş torpaqlarımıza keçərək, məlumat öyrənib, düşmənin gizli sirlərini üzə çıxarmağı bacarıb.
2018-ci ildə baş leytenant rütbəsi alıb. 2020-ci il mart ayında kəşfiyyat bölüyünün komandiri vəzifəsinə layiq görülüb. 2 ay bu vəzifədə çalışdıqdan sonra Harun Məhəmməd oğlu Alqayev arzusunda olduğu xüsusi təyinatlı qüvvələrin heyətinə qoşulub, altı aylıq kursa yazılıb və keçdiyi az bir müddətdə heyətində olduğu qurupun baş kəşfiyyatçısı vəzifəsini layiqincə yerinə yetirib.
Azərbaycan Ordusunun baş leytenantı olan Harun Alqayev "Aprel" döyüşlərində də iştirak edib. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində zamanı Füzulinin, Kəlbəcərin, Cəbrayılın, Xocavəndin azadlığı uğrunda döyüşüb və oktyabrın 15-də Hadrut qəsəbəsində düşmənin açdığı iki snayper atəşi ilə şəhid olub. Balakən şəhərinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

- Onunla son danışıqlarınız nə vaxt olub?
- İşi ilə əlaqədar ancaq özü zəng edirdi və hər zaman az danışardı. Ən son onunla ölümündən beş gün əvvəl danışmışam. Ondan zəng gəldi, götürdüm. Ümumi hal-əhval tutduq. Başqa sual verə bilmirdim, xidməti, işi ilə əlaqədar. Ona dedik ki, səni evləndirmək istəyirik, müharibədən sonra. Evləndirəcəyimiz barədə danışdıq. Dedi, ata yox, mənim işimlə evlilik çətin düz gəlsin. Sanki, çox şey ona bəlli idi, sadəcə işi ilə əlaqədar çox şeyi bizimlə paylaşmırdı. Xoş notlar üzərindən danışdıq, ancaq sonu şəhadətə yüksəlmək oldu. Oğlumla qürur duyuram.

-Oğlunuz barədə film çəkiləcəyini eşitdik. Təqdirəlayiq işdir. Bu kimin layihəsidir və çəkilişlərin harda çəkilməsi planlaşdırılır? Çəkilişlərə başlanılıbmı? Harunun adı ilə bağlı rayonda digər nə işlər görülüb?

- Bəli, film çəkilişlərinə növbəti həftədən etibarən başlanılır. Artıq filmin senarisi hazırdır. Layihə müəllifi Qarabağ qazisi, jurnalist Şamil Sabiroğludur. Öncə Balakəndə, sonra Bakıda təhsil aldığı yerlərdə, sonra olduğu döyüş bölgələrində çəkiliş olacaq. Qarış-qarış onun olduğu bölgələr gəziləcək və çəkilişlər aparılacaq. Bu bizi sevindirir.
Oğlum ölümündən sonra "Vətən uğrunda" , "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib. Harunun adına özümüz bulaq tikmişik. Təhsil aldığı məktəbə adı verilməsi üçün sənədləri toplayıb Təhsil Nazirliyinə göndərmişik.

- Harun özündən sonra sizə nə yadigar qoydu?
Bir peşəkar kəşfiyyatçı, igid döyüşçü kimi oğlunuzla qürur duyursuz? Dövlətin və cəmiyyətin qayğısı, diqqətindən razısız? Şəhid atası kimi xalqa, gənclərə nə demək istərdiniz?

- Oğlum, özündən sonra ancaq onunla olan keçmiş gözəl günlərimizi xatirə qoyub. Xalqa, millətə, gənclərə tövsiyyəm odur ki, şəhidlərimizi unutmasınlar. Qazilərin, veteranların hörmətini saxlasınlar. Unutmasınlar ki, bu insanların sayəsində rahat nəfəs alırıq. Bu sözlərim xalqın bir hissəsinə, məmurların isə çoxuna aiddir.

Günel İsayeva
Vətən Savaşının gənc baş kəşfiyyatçısı, ermənilərin axtarışa verdiyi Türk Harun kimdir?! - MÜSAHİBƏ
Vətən Savaşının gənc baş kəşfiyyatçısı, ermənilərin axtarışa verdiyi Türk Harun kimdir?! - MÜSAHİBƏ
Vətən Savaşının gənc baş kəşfiyyatçısı, ermənilərin axtarışa verdiyi Türk Harun kimdir?! - MÜSAHİBƏ
Vətən Savaşının gənc baş kəşfiyyatçısı, ermənilərin axtarışa verdiyi Türk Harun kimdir?! - MÜSAHİBƏ
Vətən Savaşının gənc baş kəşfiyyatçısı, ermənilərin axtarışa verdiyi Türk Harun kimdir?! - MÜSAHİBƏ
Vətən Savaşının gənc baş kəşfiyyatçısı, ermənilərin axtarışa verdiyi Türk Harun kimdir?! - MÜSAHİBƏ

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

5-11-2022, 19:01

Prezident şəhid hərbçiləri təltif etdi - Siyahı

Gündəm / Siyasət

7-11-2025, 16:41

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusu təltif edilib

Gündəm / Siyasət

5-11-2021, 18:10

İlham Əliyev bu hərbi qulluqçuları təltif etdi - SƏRƏNCAM

Gündəm / Siyasət

17-08-2024, 12:00

Prezident DSX hərbçilərini təltif etdi - Siyahı

Gündəm / Siyasət

25-06-2023, 13:20

İlham Əliyev hərbi qulluqçuları təltif etdi - SİYAHI

Şou Biznes
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti
"Oskar" mükafatının qaliblərinin adları açıqlanıb
Ötən il 900 əsər və ifa qeydiyyatdan keçirilib
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
Bugün, 09:28
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
4-09-2026, 14:45
Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
4-09-2026, 12:28
Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək
Son xəbərlər
  • Bugün, 11:01
    Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlarda tələfat barədə məlumat açıqlanıb
  • Bugün, 10:32
    Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib
  • Bugün, 10:07
    UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Sportinq"lə qarşılaşacaq
  • Bugün, 09:28
    Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
  • 7-09-2026, 17:40
    Qobustanda daha bir körpü cəmi 38 günə inşa edilib
  • 7-09-2026, 16:51
    Kanaldan meyit tapıldı
  • 7-09-2026, 16:15
    “44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub
  • 7-09-2026, 15:37
    Bolqarıstan MN-in nümayəndə heyəti Azərbaycanda səfərdə olub
  • 7-09-2026, 15:09
    Qiymətləndiricilər Palatasında məhkəmə ekspertizası üzrə təlim keçirilib
  • 7-09-2026, 14:48
    Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib
  • 7-09-2026, 14:23
    İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
  • 7-09-2026, 13:56
    Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
  • 7-09-2026, 13:30
    Sabah Bakıda və rayonlarda yağış yağacaq - PROQNOZ
  • 7-09-2026, 12:55
    Bakıda kamandan oxatma üzrə şəhər çempionatı keçiriləcək
  • 7-09-2026, 11:57
    Saymon Stil: İqlim maliyyələşdirməsi planları konkret layihələrə çevirir
  • 7-09-2026, 11:53
    Tarixi uğurdan gələcəyə - "Sabah"ın 10 milyon manatlıq inkişaf proqramı - ŞƏRH
  • 7-09-2026, 10:30
    Mürsəl İbrahimov Naxçıvanda vətəndaşları qəbul edəcək
  • 7-09-2026, 09:54
    Nizami rayonunun bəzi ərazillərinin qaz təchizatında fasilə yaranacaq
  • 7-09-2026, 09:30
    Tayvan silah istehsalını artırmaq üçün 450 milyon dollar ayıracaq
  • 5-09-2026, 16:27
    Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb
  • 5-09-2026, 15:46
    Fransanın Ermənistandakı səfiri dəyişib
  • 5-09-2026, 14:55
    Rusiya Donetskdə bir kəndi ələ keçirib
  • 5-09-2026, 13:56
    "Sabah" uşaq futbolunun inkişafına dəstək məqsədilə 10 milyon manatlıq maliyyə proqramı yaradacaq
  • 5-09-2026, 13:12
    İstanbulda oteldə yanğın: 10-dan çox yaralı var
  • 5-09-2026, 12:10
    Media: İranın Xark adasında partlayış olub
  • 5-09-2026, 09:26
    Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
  • 4-09-2026, 18:37
    Azərbaycan-Ermənistan normallaşma prosesi: İrəvanın sözü ilə üst-üstə düşməyən əməli - ŞƏRH
  • 4-09-2026, 18:18
    Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
  • 4-09-2026, 17:53
    Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb
  • 4-09-2026, 17:07
    M7 ekspres marşrutu açılır - “20 Yanvar”dan “Həzi Aslanov”a qədər gedəcək
  • 4-09-2026, 16:33
    Sabah bəzi rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ
  • 4-09-2026, 16:05
    Sabah Sabunçuda iki yolda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
  • 4-09-2026, 15:48
    İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
  • 4-09-2026, 15:15
    Tarixi abidələrə yazılanlar tarixə müdaxilədir
  • 4-09-2026, 14:45
    Məktəbli qızı izləyib seksual zorakılıq etmişdi - Bu cəza verildi
Daha çox
3-09-2026, 12:34
Əhməd Davudoğlu barəsində prezidenti təhqir ittihamı ilə istintaq başladılıb
4-09-2026, 17:53
Qaqik Tsarukyanın həbs müddəti 2 ay uzadılıb
2-09-2026, 17:37
“Nizami” metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb
3-09-2026, 16:03
LMAC rəsmisi: Livanın cənubundakı münaqişə minatəmizləmə əməliyyatlarına da təsir göstərib
4-09-2026, 11:43
WSJ: Ukrayna Rusiya hava limanlarını sistematik olaraq dronlarla bağlamağı planlaşdırır
4-09-2026, 12:28
Azərbaycandan qaçan vəzifəli şəxs tutuldu - Ölkəyə gətiriləcək
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə