• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

"İlham Əliyev "inqilab" anonsu verdi": Ərəstun Orucludan şərh

Gündəm / Sosial

4-02-2022, 11:08

"İlham Əliyev "inqilab" anonsu verdi": Ərəstun Orucludan şərh

Təəccüblənməyin, gənclərin nümayəndələrilə görüşdə İlham Əliyev açıq şəkildə bildirdi ki, Soros Azərbaycanda inqilab hazırlayır. Ardınca da hakimiyyətin bəzi informasiya resursları bir qədər də uzağa gedərək Sorosun inqilabı sən demə az qala Paşinyanla birlikdə hazırladığını yazdılar.

Doğrudan da insan təxəyyülünün hüdudları ümman qədər ucsuz-bucaqsızdır. Xüsusilə də söhbət məhsulu "Soros-Paşinyan tandeminin Azərbaycanda inqilab hazırlaması" olan qeyri-sağlam təxəyyüldən gedirsə. Amma hər halda bu, ümmanın sahillərini axtarmağa çalışaq.

Təbii ki, sağlam "ümmanın", çünki qeyri-sağlama baş qoşası olsam onda gərək qayıdım keçmiş peşəmə, çünki o, ancaq təbabətin araşdırma predmeti ola bilər. Daha dəqiq desək, onun psixiatriya bölməsinin. Burda da başqa problem çıxır: mən psixiatr deyiləm. Odur ki, bu sindromu buraxaq psixiatr həmkarlarımın öhdəsinə.

Azərbaycanda Sorosun inqilab hazırlamaq imkanlarına gəlincə isə bu, təxminən mənim Bukingem Sarayına iddia etməyim olardı. Yəni, ingilis kralı olmaq istəyimə. Belə istəyim və həm də şansım isə yoxdur, olmayıb və olmayacaq da. Sorosun da Azərbaycanda şansı təxminən elə mənim Britaniyada kralı olmaq şansım qədərdir.

Soros Fondunun, ardınca isə onun xələfi olan Açıq Cəmiyyət İnstitutunun Azərbaycandakı fəaliyyətinə nisbətən yaşlı nəslin nümayəndələri yaxşı bələddir. Detallara varmayacağam, çünki məqsəd mənasız qalmaqallara rəvac vermək deyil, azərbaycanlı sorosun (və ya sorosların) kim(lər) olduğunu axtarmaqdır.

Müzəffərin dediyindən belə çıxdı ki, ölkədə çoxlu soroslar var və onlar nəsə hazırlayırlar. İndi də bir çoxları baş sındırırlar ki, soroslar kimlərdir görəsən? Amma öncə Soros deyilən amerikalı milyarder Corc Soros haqqında bir neçə kəlmə. Məsələn, onun vətəni sayılan ABŞ-da bu adamın adı heç bir dəftərdə yoxdur.

Doğulduğu Macarıstandan isə onu addım-addım sıxışdırıb qovurlar. Əcdadlarının tarixi vətəni olan İsrail deyilənə görə Sorosu ümumiyyətlə ölkəyə buraxmır. Düzmü edirlər, buna qiymət vermək mənim işim deyil, amma etdiklərinə etirazım da yoxdur. Bəs sərvəti cəmi 8.6 mlrd dollar olan Soros niyə belə "xoxan" obrazına çevrilib?

Əvvəla, niyə cəmi 8.6 mlrd, ona görə ki, Azərbycanda azı 5 ailə sadalayaram ki, hər birinin sərvəti Sorosun pulundan çoxdur. İkincisi, 91 yaşlı Sorosun bu gün Azərbaycanda inqilab və ya çevriliş törətmək imkanları yalnız eyni adlı kompüter oyunlarında mümkündür.

Əlbəttə, indi kimsə etiraz edə bilər ki, Soros sadəcə bir "simvoldur", əsas həmin simvolun arxasında duranlardır və bununla hər iki mənada razılaşacağam. Ona görə hər iki mənada ki, bu, həm "simvolun" kim(lər) olduğunu, həm də onların arxasında duranları araşdırıb tapmağa imkan yaradacaq.

Beləliklə, inqilablar nədən, necə, hansı şərtlərdən qaynaqlanır və onların reallaşdırılması üçün nələr (hansı vasitələr) lazımdır? İstınilən inqilab üçün şəraitin yaranmasının başlıca amili narazı kütlələrin olmasıdır. Onları yaradan (soros) kimdir? Əlbəttə ki, hakimiyyətdə əyləşib xalqı talayaraq yoxsullaşdıran soroslar ordusu.

Narazılığı yaradan isə təkcə yoxsullaşma deyil, həm də haqsızlıqdır, zorakılıqdır, ədalətsizlikdir, özbaşınalıqdır, korrupsiyadır, insan ləyaqətinin alçaldılmasıdır. Bəs bunları edən soroslar kimlərdir? Əlbəttə ki, yenə də hakimiyyətdəki soroslar. İşgəncələr verən, qətlə yetirən soroslar kimlərdir? Bəli, düz tapdınız, hakimiyyətdəki soroslar.

Bax, bütün bunların cavabını tapanda anlayırsan ki, İlham Əliyev haqlıdır, çünki o, bütün bu, sorosların hamısını yaxşı tanıyır, çünki onları vəzifələrə özü təyin edib, çünki onların hər birinin korrupsiya piramidasındakı yerini şəxsən özü müəyyən edib, çünki bütün bunları edən əsas soros elə onun özüdür.

İlham Əliyev dedi ki, guya Azərbaycanda iki dəfə - 2005 və 2012-ci illərdə az qala inqilab olacaqmış. 2005-i hardasa anladıq, bəs 2012 nə idi? Yoxsa İlham Əliyev nəyisə qarışdırdı? Yox, əlbəttə! Müzəffər dəqiq adamdır, nə dediyini yaxşı fərqindədir. O, sadəcə əsas sorosun adını demək istəmədi. Soros Sorosoviç Sorosovun adını.

Bu soros isə ciddi adamdır. Ona inqilab etmək üçün ağ əlcəkli QHT-lər, fondlar, jurnalistlər, gənclər, müxaliflər və s. lazım deyil. Bunun üçün onun kəşfiyyatı, ordusu, minlərlə təxribatçı dəstələri, 5-ci kolonu, kriminal qrupları, talançıları və qalan bütün alətləri var. Özü də daha effektiv işləyən alətləri.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial

10-10-2022, 15:18

Hamamda məşhur prokurorla tanış olan şəxs onu çılpaq fotoları ilə şantaj edib

Gündəm / Siyasət

24-12-2022, 18:29

İlham Əliyev Qərbi Azərbaycan İcmasının binasında - FOTOLAR (YENİLƏNİB)

Gündəm / Siyasət

8-11-2022, 18:28

İlham Əliyev xanımı və oğlu ilə birlikdə Şuşada - FOTOLAR (YENİLƏNİB)

Gündəm / Sosial

7-03-2026, 08:09

Günün qoroskopu: Pul məsələlərində cəsarətli qərar vermək istəsəniz...

Gündəm / Siyasət

18-12-2021, 16:51

Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verdi

Şou Biznes
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti
"Oskar" mükafatının qaliblərinin adları açıqlanıb
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
12-09-2026, 09:35
Bakıda avtomobil qadını vuraraq öldürüb
10-09-2026, 16:35
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
9-09-2026, 09:28
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
Son xəbərlər
  • Dün, 12:19
    TBMM sədri Bakının işğaldan qurtuluşunun 108-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib
  • Dün, 11:57
    İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
  • Dün, 10:52
    Birol Akgün Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib
  • Dün, 10:15
    XİN Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
  • Dün, 09:52
    Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
  • Dün, 09:09
    Bakının erməni-bolşevik işğalından azad olunmasından 108 il ötür
  • Dün, 08:51
    Azərbaycanda Bilik Günüdür
  • 14-09-2026, 14:50
    KİV: Rusiyanın 51-ci ordusunun komandanı Sergey Milçakov öldürülüb
  • 14-09-2026, 13:46
    Azərbaycanın AİB ilə əməkdaşlığı üzrə 5,6 mlrd. dollarlıq maliyyələşmə həyata keçirilib
  • 14-09-2026, 12:58
    İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub
  • 14-09-2026, 12:33
    "Bilik günü" Azərbaycanda 34 dərəcə isti olacaq
  • 14-09-2026, 11:48
    MM cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokolu təsdiqləyəcək
  • 14-09-2026, 11:19
    İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
  • 14-09-2026, 10:40
    Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
  • 14-09-2026, 09:51
    Allahşükür Paşazadə: Qarabağda bərpa-quruculuq işlərində TDT-yə üzv dövlətlər dəstəklərini əsirgəməyiblər
  • 14-09-2026, 09:22
    Premyer Liqa: V tura "Şəfa" - "Sabah" oyunu ilə yekun vurulur
  • 12-09-2026, 15:44
    İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb
  • 12-09-2026, 15:10
    Birinci sinfə elektron qəbul yenidən aktivləşir
  • 12-09-2026, 12:21
    Kim qızıl alır, kim satır? - SİYAHI
  • 12-09-2026, 11:38
    Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
  • 12-09-2026, 11:01
    Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal
  • 12-09-2026, 09:35
    Bakıda avtomobil qadını vuraraq öldürüb
  • 12-09-2026, 09:14
    Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq
  • 11-09-2026, 18:07
    Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək
  • 11-09-2026, 17:56
    Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
  • 11-09-2026, 17:37
    Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
  • 11-09-2026, 17:04
    Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
  • 11-09-2026, 16:21
    Dördüncü İqlim Həftəsi başa çatıb
  • 11-09-2026, 15:36
    Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar
  • 11-09-2026, 14:57
    Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib
  • 11-09-2026, 13:19
    Sabah 31 dərəcə isti olacaq - PROQNOZ
  • 11-09-2026, 12:51
    Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik
  • 11-09-2026, 12:01
    FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq
  • 11-09-2026, 11:12
    Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
  • 11-09-2026, 10:28
    Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək
Daha çox
10-09-2026, 09:14
Tramp nüvə obyektindəki fəallığa görə İranı zərbə endirməklə hədələyib
12-09-2026, 11:01
Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal
9-09-2026, 12:02
Bakı Limanı: İlin sonunadək Xəzərdə dəniz dibinin dərinləşdirilməsi istiqamətində işlərə başlanılacaq
9-09-2026, 17:54
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
9-09-2026, 18:17
Daha bir tibb müəssisəsi kök hüceyrələrinin transplantasiyasını həyata keçirəcək
9-09-2026, 10:32
Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə