• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

"Tərtər işi" ilə bağlı daha 3 nəfər HƏBS EDİLDİ

Gündəm / Hadisə

9-02-2022, 12:53

"Tərtər işi" ilə bağlı daha 3 nəfər HƏBS EDİLDİ

Baş Prokurorluq "Tərtər işi" ilə bağlı məlumat yayıb.

Taq.az a daxil olan məlumatda deyilir:

"Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoymaları faktları ilə əlaqədar cinayət işləri üzrə icraat təzələnmiş və Baş prokurorun birinci müavini tərəfindən prosessual rəhbərliyi həyata keçirilən istintaq qrupu tərəfindən 16 dekabr 2021-ci il tarixdən bütün istiqamətlər üzrə intensiv istintaq hərəkətləri aparılmaqdadır. Ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 163 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilmiş, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilmişdir. Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 281 zərərçəkmiş şəxs müəyyən edilmişdir. İş üzrə zərərçəkmiş şəxslərin müəyyən edilərək dindirilməsi prosesi davam etdirilir. 2017-ci ilin may-iyun aylarında dövlətə xəyanət faktlarının araşdırılması ilə əlaqədar isgəncəyə, fiziki və ya psixi təsirə, digər qanunsuzluqlara məruz qalan, habelə qanunsuz olaraq azadlıqdan məhrum edilən, lakin zərərçəkmiş şəxs qismində tanınmayan şəxslərdən Baş Prokurorluğun “961” Çağrı Mərkəzi, habelə 012-361-16-47 nömrəli telefonla əlaqə saxlanılaraq dindirilmələrindən ötrü istintaqa gəlmələri xahiş olunur. Əvvəllər dövlətə xəyanət ittihamı ilə barələrində cinayət təqibi aparılmış, lakin sonradan bu hal öz təsdiqini tapmamaqla, hərbi xidmət əleyhinə olan cinayətlərə görə məhkum olunmuş şəxslərlə bağlı cinayət işləri öyrənilərkən müəyyən prosessual pozuntulara yol verilməsi halları aşkar edildiyindən 16 şəxs barəsində 16 cinayət işi üzrə yekun məhkəmə qərarlarının ləğv edilərək işlərin əlavə istintaq aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasından ötrü Baş Prokurorun müvafiq müavini tərəfindən məhkəmələrə apellyasiya protestləri verilmişdir. Eyni zamanda, Quliyev Elçin Mətləb oğlu barəsində dövlətə xəyanət ittihamı ilə aparılmış cinayət təqibinə öldüyünə görə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qəbul edilmiş 19 dekabr 2017-ci il tarixli qərar qanunsuz və əsassız olduğundan Baş Prokuror tərəfindən ləğv edilmiş və onunla əlaqədar bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmaqla yekun qərarın qəbul edilməsi təmin ediləcəkdir. Cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşması müəyyən edilən Ələsgərov Vüsal Əziz oğlu, Ələsgərov Rüstəm Çərkəz oğlu, Qarayev Ramil Fariz oğlu Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri, Axundov Fuad Arazi oğlu CM-nin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.3, 293.3, 341.2.2 və 341.2.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir. Bununla yanaşı, kütləvi informasiya vasitələrinin nümayəndələrinin, sosial media platformaları istifadəçilərinin, eləcə də cinayət prosesi iştirakçılarının diqqətinə bir daha çatdırılır ki, ibtidai araşdırma məlumatlarının müvafiq icazə olmadan yayılması yolverilməz olmaqla cinayət qanunvericiliyinə əsasən məsuliyyət yaradır, habelə istintaqa təsir göstərmək, cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırmaq, qalib Azərbaycan Ordusunun nüfuzuna, dövlət orqanlarının fəaliyyətinə kölgə salmaq məqsədilə qərəzli surətdə təhrif olunmuş məlumatlar yayan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir".

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Hadisə

6-12-2022, 11:00

"Tərtər işi" ilə bağlı 10 nəfər azadlığa buraxılıb

Gündəm / Siyasət

30-03-2023, 16:04

İlham Əliyev Şuşa ilə bağlı 7 fərman imzaladı

Gündəm / Siyasət

26-05-2025, 10:34

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Gündəm / Sosial

28-01-2026, 17:47

Baş Prokurorluqda kollegiya iclası keçirildi - Fotolar

Gündəm / Siyasət

25-05-2024, 19:07

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Şou Biznes
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
Araşdırma
20-10-2026, 15:16
Azərbaycanda nəqliyyat sahəsinə aid yeni dövlət standartları qəbul edilib
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
Hadisə
Bugün, 14:47
Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB
Dün, 16:14
Salyanda avtoqəza olub, ölən və yaralananlar var
22-10-2026, 16:41
Abşeronda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Son xəbərlər
  • Bugün, 16:06
    Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə
  • Bugün, 15:11
    Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
  • Bugün, 14:47
    Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB
  • Bugün, 14:03
    Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib
  • Bugün, 13:11
    Sabah Bakıda yağış yağacaq
  • Bugün, 12:35
    Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib
  • Bugün, 10:13
    Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb
  • Bugün, 09:15
    Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir
  • Dün, 18:22
    Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
  • Dün, 17:36
    Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir
  • Dün, 16:50
    Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq
  • Dün, 16:14
    Salyanda avtoqəza olub, ölən və yaralananlar var
  • Dün, 15:29
    MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək
  • Dün, 14:23
    Sabah bəzi yerlərdə yağış yağacaq
  • Dün, 13:25
    Milli Məclisdə "Hərbi xidmət haqqında" yeni qanun layihəsinin hazırlanması təklif olunub
  • Dün, 12:54
    Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib
  • Dün, 11:55
    Milli Məclisin plenar iclası başlayıb, iki yeni qanun layihəsi müzakirə ediləcək
  • Dün, 11:24
    Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir
  • Dün, 09:42
    Azərbaycan Premyer Liqasında IX tura bu gün iki oyunla start veriləcək
  • Dün, 09:13
    "Brent" markalı neftin qiyməti may ayından bəri ilk dəfə 114 dolları ötüb
  • 22-10-2026, 17:57
    Etiraz aksiyalarını qadağan edəcəklər
  • 22-10-2026, 17:13
    Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub
  • 22-10-2026, 16:41
    Abşeronda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
  • 22-10-2026, 15:41
    Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib
  • 22-10-2026, 15:09
    Hindistanın xarici işlər naziri sabah Azərbaycana səfər edəcək
  • 22-10-2026, 12:55
    Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib
  • 22-10-2026, 12:29
    Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib
  • 22-10-2026, 11:12
    "The New York Times": ABŞ və İsrail İrana yeni zərbələr endirməyi planlaşdırır
  • 22-10-2026, 10:13
    Azərbaycan nefti cüzi bahalaşıb
  • 22-10-2026, 09:25
    Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
  • 21-10-2026, 18:25
    Kreml Ukrayna üzrə üçtərəfli danışıqları bərpa etməyə hazırdır - YENİLƏNİB
  • 21-10-2026, 17:57
    Türkiyə Pakistan və daha iki ölkə ilə müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb
  • 21-10-2026, 17:34
    Azıx-Tağlar Arxeoloji Parkı dövlət qoruğu olub - Sərəncam
  • 21-10-2026, 17:02
    Dövlət Statistika Komitəsinin strukturu dəyişib
  • 21-10-2026, 16:07
    Mirzoyan: Rusiya dəmir yollarının konsessiyası qərb tərəfdaşlarımızda suallar doğurur
Daha çox
19-10-2026, 11:42
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, baş nazirin müavini təyin olunub
19-10-2026, 17:36
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb
19-10-2026, 12:35
Bakının bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq
19-10-2026, 13:15
Sabah rayonlara yağış yağacaq
19-10-2026, 14:38
Bir qrup energetik təltif edilib - Sərəncam
19-10-2026, 15:45
Fransada iğtişaşlar fonunda bəzi şəhərlərdə komendant saatı tətbiq ediləcək
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə