• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

HƏQİQƏTƏN DƏ: MTK-nı oyundan necə çıxarmalı? - Binalarda vahid xidmət haqqı məsələsi...

Gündəm / Sosial

12-02-2022, 11:56

HƏQİQƏTƏN DƏ: MTK-nı oyundan necə çıxarmalı? - Binalarda vahid xidmət haqqı məsələsi...

Azərbaycanda çoxmənzilli binaların saxlanması və xidmət tarifləri dəqiqləşməlidir. Bəzi binalarda xidmət haqqı 1 kvadratmetrə görə 30 qəpikdən 1 manata qədər, bəzən isə 1 manatdan yuxarı olur. Bu tariflərin nəyin əsasında müəyyən edildiyi məlum deyil. Qanunvericilikdə məsələyə aydınlıq gətirilməlidir. Tariflərin müəyyən edilməsinin normaları təyin edilməli və xidmətin keyfiyyəti yoxlanılmalıdır. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Deputat mənzil istismar sahələrinin funksiyalarının genişləndirilməsini və onların bələdiyyələrin tərkibinə verilməsini də təklif edib.

Bəzi binalarda xidmət haqqı 1 kvadratmetrə görə 1 manat 50 qəpikdir
Taq.az-ın məlumatına görə, məsələ ilə bağlı daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a deyib ki, hazırda xidmət sahəsində qiymətlər yüksəkdir: "Hətta Bakıda binalar var ki, xidmət haqqı 1 kvadratmetrə görə 1 manat 50 qəpikdir. Lakin sakinlər özləri müştərək cəmiyyət qursalar belə, qiymət aşağı düşməyəcək. Xərclər artıb. Amma xidmət keyfiyyətli ola bilir, çünki idarə edən özləri olurlar. Problemlər çoxdur, ehtiyat büdcə formalaşdırılmalıdır və s. Dövlət buraya nəzarət etməli, binalar kompleks şəkildə idarə olunmalıdır. Onda kommunal xidmət üzrə qiymətlər aşağı düşə bilər".

Sovet dövründə inşa edilmiş çoxmənzilli binalara...
Hüquqşünas Elyar Həsənov isə Sputnik Azərbaycan-a deyib ki, sovet dövründə inşa edilmiş çoxmənzilli binalara icra hakimiyyətlərinin nəzdindəki mənzil-kommunal təsərrüfatı birlikləri xidmət göstərir:
"Onların göstərdikləri xidmətlər üzrə ödəniş məbləğləri Nazirlər Kabinetinin müvafiq qərarı ilə hesablanır. Məsələn, məişət tullantılarını onlar daşıyırlar və buna görə standart məbləğlər mövcuddur. Lakin sovet dövründən sonra mənzil-tikinti kooperativlərinin (MTK-lar) inşa etdikləri binalarda bu cür deyil".

Dövlətin istismara qəbul etmədiyi binada yaşamaq olmaz
"Burada iki açar məsələ var. Birincisi, dövlətin istismara qəbul etmədiyi binada yaşamaq olmaz. Əgər dövlət tərəfindən istismara qəbul edilməmiş binada yaşayırsınızsa, hüquqi baxımdan heç nəyin davasını apara bilməyəcəksiniz. Həmin şəxs heç vaxt "Azərişıq", "Azərsu" ilə müqavilə bağlaya bilməyəcək, MTK-lar və yaxud MMC-lər isə öz istədikləri məbləğləri qoyacaqlar. Birincisi, bina dövlət tərəfindən istismara qəbul edilməlidir", - deyə o qeyd edib.

Bina dövlət tərəfindən istismara qəbul edildikdən sonra oranı MTK idarə edə bilməz
Hüquqşünasın sözlərinə görə, ikinci açar məsələ budur ki, dövlət binanı istismara qəbul edildikdən sonra artıq oranı MTK idarə edə bilməz: "Dövlət tərəfindən istismara qəbul edilmiş binada mənzillərin mülkiyyətçiləri mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaratmalıdırlar.
Yəni onlar özləri qərar verməlidirlər ki, binada zibilin daşınması, lift xidməti üçün kimlərlə müqavilə bağlayacaqlar, binanın saxlanması üçün adambaşına nə qədər pul veriləcək və s. Bunların hamısı qanunda əla şəkildə göstərilib. Hətta MTK, dövlət binanı istismara qəbul etdikdən sonra özünü ləğv etmirsə, binanın idarəçiliyini müştərək cəmiyyətə vermirsə, bununla bağlı cərimə də nəzərdə tutulub".

Vətəndaşlar birləşib öz təşkilatlarını yaratmalıdırlar
"Vətəndaşlar birləşib öz təşkilatlarının yaratmalı, MTK-nı oyundan çıxartmalıdırlar. Qanunda belədir. Əhalinin hüquqi maariflənmə səviyyəsi də o qədər yüksək deyil ki, hər kəs yığılıb bunu özü həll edə bilsin. Fikrimcə, bunu həll etmək üçün dövlət qurumları MTK-lara təzyiq etməlidir", - deyə o əlavə edib.

Bu sahədə vahid tarif forması olmalıdır
Deputat Azər Badamov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu sahədə vahid tarif forması müəyyən edilməlidir: "Çoxmənzilli binaların idarəolunmasında həmin tarif dərəcələrindən istifadə olunarsa, bu, artıq söz-söhbətin yaranmasına da zəmin yaratmaz. Mövcud qanunvericilikdə çoxmənzilli binaların idarə edilməsi ilə bağlı müəyyən maddələr nəzərdə tutulub.
Çoxmənzilli binalarda sakinlərin iştirakı ilə müəssisə yaratmaqla və həmin müəssisədə kommunal və digər xidmətlər üzrə ödənişlərin müəyyən edilməsi, yəni binaların idarəolunması ilə bağlı tariflər müzakirə edilərək təsdiq olunmalıdır. Amma çox təəssüf ki, hələ də bu məsələ lazımi qaydada idarə edilmir və binalar müəyyən mənzil kooperativlərinin təsiri altında idarə olunur. Bu, qanunvericiliyə tamamilə ziddir".

İdarəetmə yenidən "JEK"lərə verilsə, daha yaxşı olar
"Mövcud qanunvericiliyə görə, MTK-lar binaların idarəolunması ilə bağlı səlahiyyətlərini sakinlər tərəfindən yaradılmış müəssisələrə ötürməlidir. Təəssüf ki, hələ də məsələ öz həllini tapmayıb. Bəzi yerlərdə MTK-lar sakinlərin yaratdıqları müəssisələrdə tariflərin formalaşmasına təsir göstərirlər. Çoxmənzilli binaların idarəedilməsi yenidən mənzil-kommunal istismar sahələrinə ("JEK"lərə) verilsə, daha yaxşı olar. "JEK"lərin vahid tarifləri, idarəetmə qaydaları var", - deyə deputat qeyd edib.

Sakinlər narazıdırlarsa, nə etməli
O bildirib ki, əgər çoxmənzilli binaların sakinləri yaratdıqları müəssisənin xidmətlərindən narazıdırlarsa, toplantı keçirərək həmin müəssisədən imtina edə bilərlər və xidmətləri "JEK" göstərə bilər: "Mövcud qanunvericilik buna icazə verir. Amma bütün bunlarla yanaşı, çoxmənzilli binaların idarəolunmasında vahid tarifin müəyyən edilməsi əlavə söz-söhbətin qarşısını almış olar".

Xidmətin keyfiyyətinin yoxlanılması vacibdir
"Xidmətlərin keyfiyyətinin yoxlanılması da vacib məsələdir. Hazırki qanunvericiliyə görə, yaradılan müəssisənin idarə heyəti xidmətlərə nəzarət edir, sakinlər iclas keçirməklə xidmətlər ilə bağlı öz narazılığını söyləyə bilərlər. Lakin müəssisələr ümumi kollektiv tərəfindən idarə olunduğundan xidmət sahəsində problem yaranacağını düşünmürəm", - deyə deputat əlavə edib.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Sosial

14-06-2025, 11:51

MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları

Gündəm / Sosial

1-08-2022, 08:46

Dövlət niyə kasıbları deyil, varlı məmurları qoruyur? - HƏQİQƏTƏN DƏ...

Gündəm / Sosial

9-02-2023, 11:47

"Bakıda tikilən binalar istənilən zəlzələyə davamlıdır” - Nazirlik rəsmisi

Gündəm / Siyasət

5-11-2022, 19:01

Prezident şəhid hərbçiləri təltif etdi - Siyahı

Gündəm / İqtisadiyyat

5-05-2023, 09:36

Evlərin sığortasına nəzarət artır - Cərimələr başlayır

Şou Biznes
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
Araşdırma
20-10-2026, 15:16
Azərbaycanda nəqliyyat sahəsinə aid yeni dövlət standartları qəbul edilib
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
Hadisə
24-10-2026, 14:47
Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB
23-10-2026, 16:14
Salyanda avtoqəza olub, ölən və yaralananlar var
22-10-2026, 16:41
Abşeronda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Son xəbərlər
  • 24-10-2026, 16:06
    Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə
  • 24-10-2026, 15:11
    Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
  • 24-10-2026, 14:47
    Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB
  • 24-10-2026, 14:03
    Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib
  • 24-10-2026, 13:11
    Sabah Bakıda yağış yağacaq
  • 24-10-2026, 12:35
    Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib
  • 24-10-2026, 10:13
    Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb
  • 24-10-2026, 09:15
    Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir
  • 23-10-2026, 18:22
    Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
  • 23-10-2026, 17:36
    Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir
  • 23-10-2026, 16:50
    Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq
  • 23-10-2026, 16:14
    Salyanda avtoqəza olub, ölən və yaralananlar var
  • 23-10-2026, 15:29
    MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək
  • 23-10-2026, 14:23
    Sabah bəzi yerlərdə yağış yağacaq
  • 23-10-2026, 13:25
    Milli Məclisdə "Hərbi xidmət haqqında" yeni qanun layihəsinin hazırlanması təklif olunub
  • 23-10-2026, 12:54
    Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib
  • 23-10-2026, 11:55
    Milli Məclisin plenar iclası başlayıb, iki yeni qanun layihəsi müzakirə ediləcək
  • 23-10-2026, 11:24
    Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir
  • 23-10-2026, 09:42
    Azərbaycan Premyer Liqasında IX tura bu gün iki oyunla start veriləcək
  • 23-10-2026, 09:13
    "Brent" markalı neftin qiyməti may ayından bəri ilk dəfə 114 dolları ötüb
  • 22-10-2026, 17:57
    Etiraz aksiyalarını qadağan edəcəklər
  • 22-10-2026, 17:13
    Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub
  • 22-10-2026, 16:41
    Abşeronda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
  • 22-10-2026, 15:41
    Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib
  • 22-10-2026, 15:09
    Hindistanın xarici işlər naziri sabah Azərbaycana səfər edəcək
  • 22-10-2026, 12:55
    Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib
  • 22-10-2026, 12:29
    Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib
  • 22-10-2026, 11:12
    "The New York Times": ABŞ və İsrail İrana yeni zərbələr endirməyi planlaşdırır
  • 22-10-2026, 10:13
    Azərbaycan nefti cüzi bahalaşıb
  • 22-10-2026, 09:25
    Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
  • 21-10-2026, 18:25
    Kreml Ukrayna üzrə üçtərəfli danışıqları bərpa etməyə hazırdır - YENİLƏNİB
  • 21-10-2026, 17:57
    Türkiyə Pakistan və daha iki ölkə ilə müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb
  • 21-10-2026, 17:34
    Azıx-Tağlar Arxeoloji Parkı dövlət qoruğu olub - Sərəncam
  • 21-10-2026, 17:02
    Dövlət Statistika Komitəsinin strukturu dəyişib
  • 21-10-2026, 16:07
    Mirzoyan: Rusiya dəmir yollarının konsessiyası qərb tərəfdaşlarımızda suallar doğurur
Daha çox
19-10-2026, 11:42
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, baş nazirin müavini təyin olunub
20-10-2026, 09:36
Zəngilanın azad edilməsindən 6 il ötür
19-10-2026, 17:36
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana dair məlumatları etibarlı mənbələrdən yoxlamağa çağırıb
19-10-2026, 12:35
Bakının bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq
19-10-2026, 13:15
Sabah rayonlara yağış yağacaq
19-10-2026, 14:38
Bir qrup energetik təltif edilib - Sərəncam
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə