Xocalı soyqırımının 30 -cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Şəhidlərin ruhuna dua oxunduqdan sonra, idarə, müəssisə, təşkilatlarının kollektivləri və rəsmi dövlət nümayəndələri Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyub, Vətənin azadlığı uğrunda canından keçmiş oğul və qızlarımızın əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra Xocalı həqiqətlərindən bəhs olunan çıxışlar dinlənilib.
Biz də TAQ.az saytı olaraq tədbirdə iştirak etdik.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.
Ruhları şad olsun.
Amin !
ABİL İSLAM
TAQ.az saytının Baş redaktoru.