• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Türkiyənin Azərbaycanla strateji tərəfdaş olması ölkəmizin gücünə əlavə güc qatır - Cavid Osmanov

Gündəm / Sosial

29-10-2021, 14:26

Türkiyənin Azərbaycanla strateji tərəfdaş olması ölkəmizin gücünə əlavə güc qatır - Cavid Osmanov

"Azərbaycan-Türkiyə münasibətləri qədim tarixi köklərə malikdir. Ölkələrimiz arasında əlaqələrin inkişaf mərhələsinin başlanğıcı isə məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin ölkəmizə prezidentliyi dövründə Azərbaycan-Türkiyə münasibətlərində yeni səhifə açılmış və iki ölkə arasında əlaqələr davamlı inkişaf yolu keçməkdədir".

Bu sözləri Unikal.org-a açıqlamasında deputat Cavid Osmanov deyib. O, bildirib:

"27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi eyni zamanda sübut etdi ki, Azərbaycan-Türkiyə münasibətləri sarsılmaz tellərlə bir-birinə bağlanmışdır. Eyni soy-kökə, dinə və dilə məxsus bir millətin iki dövləti bütün dünyaya möhkəm əsaslı birlik, qardaşlıq, həmrəylik nümunəsi oldu. Vətən müharibəsi başlayan ilk dəqiqələrdən hərbi əməliyyatların son dəqiqələrinə kimi Azərbaycanın yanında olduğunu bəyan edən qardaş Türkiyə və bu ölkənin Prezidenti cənab Rəcəb Tayyip Ərdoğan davamlı olaraq ölkəmizə siyasi dəstək verdi. Hərbi əməliyyatlar dövründə qardaş ölkənin rəsmiləri dəfələrlə ölkəmizə səfərlər edərək hər an Azərbaycanın yanında olduqlarını praktik şəkildə sübut etdilər. Belə demək mümkündürsə Azərbaycanın Vətən müharibəsi başlayan gündən Azərbaycan və Türkiyə arasında yeni bir mərhələ başlamış oldu. Artıq hərbi əməliyyatların bitməsindən bir ilə yaxın vaxt keçir. Ölkələrimiz arasında olan münasibətlər günün tələbləri çərçivəsində uğurla inkişaf edir.

Hərbi əməliyyatlar bitdikdən sonra qardaş Türkiyənin Prezidenti cənab Rəcəb Tayyip Ərdoğan işğaldan azad edilmiş ərazilərimizə 2 dəfə səfər edib. İlk səfər zamanı qədim mədəniyyət paytaxtımız olan Şuşaya səfər edən cənab Rəcəb Tayyip Ərdoğan Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və bu münasibətlərin əbədi olması haqqında ciddi siyasi mesajlar verərək Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bəyan etmişdi. Həmin səfər zamanı ölkələrimiz arasında Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalanmışdır ki, bu Bəyannamə də çox böyük siyasi və tarixi əhəmiyyətə malikdir.

Cənab Rəcəb Tayyip Ərdoğanın həyata keçirdiyi uğurlu siyasət nəticəsində qardaş Türkiyə Respublikası dünyanın əsas güclərindən birinə çevirilmiş, beynəlxalq nüfuzu daha da artmışdır. Türkiyə NATO ölkəsi olaraq həmçinin dünyanın ən güclü ordularından birinə sahib olan dövlətdir. Belə bir güc və nüfuza malik ölkənin Azərbaycanla müttəfiq, strateji tərəfdaş olması ölkəmizin gücünə əlavə güc qatır.

Türkiyə Prezidentinin Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı da çox böyük siyasi və tarixi əhəmiyyətə malikdir. Azərbaycan hərbi əməliyyatlar bitdikdən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinə start verərək bölgənin canlandırılmasına başlamış oldu. İlk olaraq nəqliyyat və kommunikasiya infrastrukturunun yaradılmasına başlanılması isə işlərin planlı şəkildə həyata keçirildiyinin əsas göstəricilərindəndir. Cəmi 8 ay ərzində ən müasir standartlar əsasında Füzuli Beynəlxalq Hava Limanının inşa edilməsi Azərbaycan dövlətinin gücündən və zəngin iqtisadi potensiala malik olmasından xəbər verir. Eyni zamanda bütün bunlar təcavüzkar, talançılıq siyasəti ilə məşğul olan Ermənistandan fərqli olaraq Azərbaycanın regionda sülh və təhlükəsizliyin bərqərar olmasında maraqlı olmasına əyani sübutdur. Azərbaycan bu torpaqların əzəli-əbədi sahibidir və ərazilər işğaldan azad edildikdən sonra bölgəyə yeni həyat qayıtmağa başlamışdır. Ermənistan isə torpaqlarımızı işğalda saxladığı 30 il müddətində talanlıçılıqla məşğul olmuş, müxtəlif növ terror əməlləri törətmişlər.

Cənab Rəcəb Tayyip Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etməsi Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun göstəricisi olmaqla yanaşı dünya, xüsusilə də region ölkələri üçün mühüm siyasi mesaj idi.

Füzuli Beynəlxalq Hava Limanı işğaldan azad edilmiş ərazilərin, o cümlədən bölgənin inkişafında strateji əhəmiyyətə malik olacaq, yük və sərnişin daşınması prosesində mühüm rol oynayacaqdır. Eyni zamanda işğaldan azad edilmiş Zəngilan və Laçın rayonları ərazisində də hava limanlarının inşa edilməsi regionun kommunikasiya imkanlarının inkişafına böyük təsir göstərəcəkdir.

Qardaş Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyip Ərdoğanın iştirakı ilə zəngilan rayonu ərazisində Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin qoyulması nəinki Azərbaycan, eyni zamanda bütün türk dünyasının tarixində çox böyük əhəmiyyətə malik bir hadisə oldu. Zəngəzur dəhlizi regionda kommunikasiyaların, iqtisadi əlaqələrin möhkəmlənməsində müstəsna rola malik olacaq, bütün iştirakçı ölkələr Zəngəzur dəhlizindən yararlana biləcəklər. Həmçinin Bakıdan İstanbula avtomobil və dəmir yolu dəhlizinin yaradılması uzun illər sonra bütün türk dünyasına coğrafi əlaqənin bərpa edilməsi kimi tarixdə qalacaqdır. Zəngəzur əzəli Azərbaycan ərazisidir və bu ərazilərə qayıtmaq hər bir azərbaycanlının təbii haqqıdır. Azərbaycan 44 günlük Vətən müharibəsi ilə regionda yeni reallıqlar yaradıb və yaranmış reallıqları qəbul etməklə Ermənistan da mövcud imkanlardan yararlana bilər. Baxmayaraq ki, bu ölkə uzun illər təcavüzkarlıq siyasəti yürütmüş, Azərbaycan torpaqlarını işğalda saxlamış, xalqımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirmişdir. Ermənistan bu cür ritorikadan tamamilə əl çəkməli, regionda sülh və təhlükəsizliyin bərqərar olmasına əngəl yaratmağa çalışmamalıdır. Bu ölkədə yaxşı anlamalıdırlar ki, yeni reallıqların qəbul edilməsi qaçılmazdır.

İşğaldan azad edilmiş ərazilərdə sürətli və genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsi Azərbaycanın davamlı sülhün bərqərar olmasında maraqlı olmasından xəbər verir. Bərpa-quruculuq işlərində isə qardaş Türkiyədən olan şirkətlər yaxından iştirak edir. Bu isə öz növbəsində Türkiyənin də bölgədə sülh və təhlükəsizliyin bərqərar olmasına verdiyi töhfə kimi qiymətləndirilməlidir.

Bu gün Türkiyə və Azərbaycan böyük uğurlar əldə etmiş, bütün dünyada prinsipial, cəsarətli, düşünülmüş siyasət yürüdən ölkələr kimi tanınır və qəbul edilirlər. Bütün bunlar isə Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyip Ərdoğanın dostluğundan və liderlik fenomenindən irəli gəlir. Hər iki lider öz əməli fəaliyyəti ilə milli maraqları hər şeydən üstün tutduqlarını və qətiyyətlə qoruduqlarını bütün dünyaya nümayiş etdirirlər".

Oxunub: 258
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

28-10-2021, 13:22

İlham Əliyev Ərdoğana məktub göndərdi

Sosial

22-10-2021, 16:00

Türkiyə Azərbaycan Qardaşlıq İctimai Birliyi və nümayəndələri Şəhid Cavid Həsənovun il dönümündə iştirak edib - FOTOLAR

Gündəm / Sosial

21-10-2021, 18:34

Vətən Müharibəsi şəhidlərinin YENİ SİYAHISI

Gündəm / Siyasət

18-10-2021, 12:19

"Tarixi Qələbəmiz regionun inkişafında yeni dövrün başlanğıcıdır" - Dövlət başçısı

Gündəm / Siyasət

16-10-2021, 12:20

Azərbaycanla Ermənistan arasında sülh sənədi hazırlanır – Prosesdə hansı dövlətlər var?

Şou Biznes
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
28-09-2026, 15:24
Ağsuda dağlıq ərazidə yanğın başlayıb
24-09-2026, 11:49
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
23-09-2026, 13:25
Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var
Son xəbərlər
  • Dün, 18:01
    Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib
  • Dün, 17:34
    Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb
  • Dün, 16:57
    Azərbaycanın səfiri etimadnaməsini İtaliya Prezidentinə təqdim edib
  • Dün, 16:15
    UEFA Çempionlar Liqası: "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq
  • Dün, 15:29
    Rusiya ilə Ermənistan yeni atom enerji bloklarının yaradılmasını müzakirə edib
  • Dün, 14:52
    İlham Əliyev Məsud Pezeşkiana zəng edib
  • Dün, 13:19
    FIFA prezidenti İlham Əliyevə üzərində soyadı yazılmış forma və top hədiyyə edib
  • Dün, 12:36
    KTMT təlimləri Ermənistansız keçirilir: İrəvanın Moskvadan uzaqlaşma strategiyası - ŞƏRH
  • Dün, 11:26
    Bu ilin 8 ayında əlilliyi olan 9 min şəxsə 376 min reabilitasiya vasitəsi verilib
  • Dün, 10:41
    Pakistanda məktəbliləri daşıyan avtobus yanıb, 11 uşaq xəsarət alıb
  • Dün, 10:11
    Azərbaycan nefti ucuzlaşıb
  • Dün, 09:08
    Günün qoroskopu: ​Heç kəsə görə özünüzü dəyişməyin
  • 28-09-2026, 17:05
    Bu dövlət şirkətlərinin siyahısına dəyişiklik edildi
  • 28-09-2026, 16:35
    Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • 28-09-2026, 16:07
    Baş Prokurorluğun nümayəndələri BMT tədbirində iştirak ediblər
  • 28-09-2026, 15:24
    Ağsuda dağlıq ərazidə yanğın başlayıb
  • 28-09-2026, 14:45
    Sabah Azərbaycanda leysan olacaq - XƏBƏRDARLIQ
  • 28-09-2026, 13:00
    Şahbulaq qalası ətrafında turizm infrastrukturunun yaradılması yekunlaşır
  • 28-09-2026, 12:20
    Zelenski: Rusiyanın Kiyev vilayətinə zərbəsi zamanı Azərbaycan vətəndaşı həlak olub
  • 28-09-2026, 11:40
    İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI
  • 28-09-2026, 11:17
    Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM
  • 28-09-2026, 10:44
    "Harmoniya" sənədli filmi bu gün Romada təqdim olunacaq
  • 28-09-2026, 09:55
    Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı
  • 28-09-2026, 09:12
    UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliya ilə üz-üzə gələcək
  • 27-09-2026, 08:44
    Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
  • 27-09-2026, 01:38
    İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
  • 27-09-2026, 01:23
    Azərbaycanda Anım Günüdür
  • 26-09-2026, 16:03
    Qarayaxma kampaniyasının təşkilatçılarının Azərbaycana girişinin məhdudlaşdırılması istisna edilmir
  • 26-09-2026, 15:42
    İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
  • 26-09-2026, 15:14
    Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
  • 26-09-2026, 14:52
    AIIF 2026-da ümumi dəyəri 10,8 milyard dollar olan 23 sənəd imzalanıb
  • 26-09-2026, 13:29
    Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq
  • 26-09-2026, 12:56
    Formula 2 Azərbaycan Qran-Prisində qalib məlum oldu - YENİLƏNİB
  • 26-09-2026, 11:55
    Şahin Mustafayev rus həmkarı ilə görüşdü
  • 26-09-2026, 11:18
    “ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür” - Prezident
Daha çox
23-09-2026, 17:57
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
24-09-2026, 16:29
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
24-09-2026, 17:59
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
23-09-2026, 15:07
Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ
25-09-2026, 10:23
Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
25-09-2026, 12:01
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə