• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

"Yaxın vaxtda Ağdamda işığımız yanacaq" - “Azərenerji”

Gündəm / Sosial

2-11-2021, 11:04

"Yaxın vaxtda Ağdamda işığımız yanacaq" - “Azərenerji”

Ağdam rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədi ilə cənab Prezidentin tapşırığına uyğun olaraq “Azərenerji” ASC tərəfindən 2 yerdə 110/35/10 kilovoltluq “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları tikilir.

Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, digər rayonlardan fərqli olaraq burada iki yerdə 110 kilovoltluq yarımstansiyaların tikilməsi Ağdam ərazisinin böyük olması və rayonda iri həcmli layihələrin gerçəkləşəcəyi nəzərə alınaraq inşa edilir. Prezidentin Xüsusi Nümayəndəsi Emin Hüseynovun sözlərinə görə, hər iki yarımstansiyada işlərin başa çatması çox sevindirici və əlamətdar hadisədir. “Bu gün biz qeyd edə bilərik ki, yarımstansiyalar qrafikdən qabaqlama rejimində icra olunub və Ağdama şəhərinə 27 ildən sonra işıq çəkə bildik. Bu günü bizə yaşatdığına görə Müzəffər Ali Baş Komandana dərin minnətdarlığımızı bildiririk. Bundan sonra Ağdamı, ümumiyyətlə Qarabağı cənnətə çevirəcəyik".



“Ağdam-1” yarımstansiyası rayon mərkəzinin girişində, keçmiş avtovağzalın yanında, “Ağdam-2” yarımstansiyası isə rayonun Əsgərana yaxın, Şelli kəndi istiqamətində inşa edilir. “Azərenerji”nin Qarabağ Regional Şəbəkəsinin rəisi Mircəlal Hüseynov isə bildirir ki, yarımstansiyalarda quraşdırılan avadanlıqların hamısı müasir standartlara cavab verir. “Hamısı mikroprosessor tipli avadanlıqlardır. “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları məsafədən idarə olunan SCADA dispetçer idarəetmə sisteminə tam inteqrasiya olunacaq”.

“Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarına “Xındırıstan” yarımstansiyasından 35 km məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilib. Demək olar ki, xəttin tarssası tam minalanmış ərazidən keçib və bəzi yerlərdə bir neçə metr enində cığır açılaraq mina təmizləyənlərlə energetiklər paralel şəkildə öz işlərini görüblər. Ən əsası isə yeni çəkilən 35 kilometr məsafəli xəttin və üstəlik Ağcabədidən Xındırıstana qədər 28 kilometr məsafədə 110 kV-luq xətt üzərində ildırımdan mühafizə və yarımstansiyalararası informasiya mübadiləsi üçün 24 damarlı fiber optik kabel çəkilib. Bununla Ağdama təkcə elektrik xətti deyil, həm də ən yüksək ötürmə qabiliyyətli sürətli internet xətti gətirilib. Bununla da nəinki, Ağdamdakı xüsusi təyinatlı obyektlərin, yarımstansiyaların, eləcə də burada tikilən “Azərenerji”nin Qarabağın Regional Avtomatik İdarəetmə Mərkəzinin yeni nəsil texnologiyalar əsasında fəaliyyət göstərməsi üçün sürətli internet şəbəkəsi ilə təminatı həyata keçiriləcək.

“Azərenerji”nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin sözlərinə görə, nəinki Ağdamda, bütövlükdə Qarabağda tikilən bütün elektrik stansiyaları, yarımstansiyalar, ötürmə xətlərinin idarəetməsini təşkil edəcək Avtomatik İdarəetmə Mərkəzi tikilir: "Burda yeni nəsil müasir texnologiyalardan istifadə olunub rəqəmsal idarəetmə mərkəzi vasitəsi ilə açılıb, qoşulma əməliyyatları da daxil olmaqla bütün lazımi tədbirlərin hamısı avtomatik şəraitdə həyata keçiriləcək".

“Ağdam-1” yarımstansiyasının ərazisində Avtomatik İdarəetmə Mərkəzi ilə yanaşı “Azərenerji”nin Qarabağın regional xüsusi təyinatlı maşın-mexanizmlərinin nəqliyyat sahəsi, texnika və avadanlıqlarının təmir sahələri də tikilir və bütün işlər yaxın müddətdə yekunlaşdırılacaq.

Oxunub: 220
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

2-11-2021, 09:38

Meksikanın anım tədbirində Natəvanın, Arəstə Baxışovanın xatirə guşələri yaradılıb

Gündəm / Bölgə

1-11-2021, 21:18

İlham Əliyev və birinci xanım Şamaxı Gənclər Parkında görülmüş işlərlə tanış olublar

Gündəm / İqtisadiyyat

1-11-2021, 19:43

Şamaxıda “Azərişığ”ın İdarəetmə Mərkəzi açıldı

Gündəm / Siyasət

1-11-2021, 17:25

İlham Əliyev və xanımı İsmayıllıya səfər etdi - YENİLƏNİB

Gündəm / Siyasət

15-10-2021, 16:39

"Azərbaycana verilmiş xəritələrin dəqiqlik səviyyəsi 25 faizə yaxındır" - Prezident

Şou Biznes
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
Araşdırma
20-10-2026, 15:16
Azərbaycanda nəqliyyat sahəsinə aid yeni dövlət standartları qəbul edilib
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
Hadisə
4-11-2026, 11:08
Qazaxda 33 yaşlı kişi bıçaqlanıb
2-11-2026, 15:17
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
2-11-2026, 11:15
Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəməsi başlayır
Son xəbərlər
  • Dün, 18:00
    Fərid Qayıbov Aleksandr Çuprianla yanğın-xilasetmə idmanının inkişafına dair müzakirələr aparıb
  • Dün, 17:28
    Bakıda külək əsir, bəzi bölgələrdə yağış yağır - Faktiki hava
  • Dün, 17:06
    Fransa parlamenti büdcə layihəsini rədd edib, hökumət misli görünməmiş tədbirlərə əl ata bilər
  • Dün, 16:31
    İran Ermənistana xəbərdarlıq edib
  • Dün, 16:06
    Prezident bir qrup media nümayəndəsini təltif edib - Siyahı
  • Dün, 15:34
    Prezident "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"ni təsdiqləyib
  • Dün, 15:08
    İtaliya XİN rəhbəri Azərbaycana səfər edəcək - Eksklüziv
  • Dün, 14:30
    Ərdoğan Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib - YENİLƏNİB
  • Dün, 13:08
    Sabah yağış yağacaq - Proqnoz
  • Dün, 12:42
    DTX Biləsuvarda dron vasitəsilə narkotik qaçaqmalçılarını saxlayıb
  • Dün, 12:05
    Azərbaycanda kuryerlər aylıq 15 manat sabit vergi ödəyəcək
  • Dün, 11:25
    FHN vətəndaşları sel və daşqın təhlükəsinə qarşı ehtiyatlı olmağa çağırıb
  • Dün, 10:43
    Prezident: "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir
  • Dün, 09:59
    Azərbaycan neftinin qiyməti 106 dollara düşüb
  • Dün, 09:07
    Tramp administrasiyasında İrana qarşı növbəti addımlarla bağlı fikir ayrılığı yaranıb
  • 4-11-2026, 17:50
    Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
  • 4-11-2026, 17:20
    ADY-nin rəqəmsal transformasiyasına çəkilən xərcləri 6 milyon dolları ötüb
  • 4-11-2026, 16:48
    Azərbaycan gələn il xaricdəki diplomatik nümayəndəliklərinə 230 milyon manat xərc çəkəcək
  • 4-11-2026, 16:15
    Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib
  • 4-11-2026, 15:38
    Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
  • 4-11-2026, 15:05
    Azərbaycan və Rusiya FHN-ləri arasında Birgə Tədbirlər Planı imzalanıb
  • 4-11-2026, 13:12
    Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq
  • 4-11-2026, 13:00
    İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar
  • 4-11-2026, 12:43
    Rumıniya sahillərində yedək gəmi batıb, üç dənizçi təxliyə edilib
  • 4-11-2026, 12:09
    DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
  • 4-11-2026, 12:06
    Rəqəmsal ordu və gələcəyin döyüş məkanı müzakirə olunub
  • 4-11-2026, 11:42
    Rəqəmsal ordu və gələcəyin döyüş məkanı müzakirə olunub
  • 4-11-2026, 11:08
    Qazaxda 33 yaşlı kişi bıçaqlanıb
  • 4-11-2026, 10:30
    Tramp seçkilərdə məğlubiyyətin əsas səbəbləri sırasında İranla müharibə və yanacaq qiymətlərini göstərib
  • 4-11-2026, 10:06
    BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
  • 4-11-2026, 09:06
    Azərbaycan neftinin qiyməti 113 dollara düşüb
  • 3-11-2026, 18:02
    ABŞ-nin birinci xanımı Oleşkidə atəşkəslə bağlı diplomatik görüş təşkil edəcək
  • 3-11-2026, 17:37
    Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilərək həbs edilib
  • 3-11-2026, 17:21
    İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
  • 3-11-2026, 16:41
    Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib
Daha çox
31-10-2026, 14:13
Parisdə etiraz aksiyaları ilə əlaqədar 40-dan çox metro stansiyası bağlanacaq
30-10-2026, 12:10
Türk Dövlətləri Təşkilatının yeni Baş katibi məlum olub
30-10-2026, 10:26
"20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan daha 4 marşrut çıxarılır
31-10-2026, 11:10
Rusiya Xarkova PUA-larla hücum edib, 5 nəfər yaralanıb
31-10-2026, 15:56
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
30-10-2026, 16:31
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə