• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

İki komitə Şuşada dinləmə keçirdi- YENİLƏNİB

Gündəm / Sosial

27-04-2022, 17:54

İki komitə Şuşada dinləmə keçirdi- YENİLƏNİB


Bu gün Şuşada Milli Məclisin daha iki komitəsinin - İctimai birliklər və dini qurumlar və İnsan hüquqları komitələrinin birgə dinləmələri keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə əvvəlcə Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Milli Məclisin sədr müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli gündəlikdəki məsələlər barədə məlumat verib. Bildirib ki, birgə dinləməyə üç mövzu çıxarılıb. Gündəliyin təsdiqindən sonra Fəzail İbrahimli “İşğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası sahəsində tədbirlər” mövzusunu təqdim edib.

Milli Məclisin sədr müavini mövzunun əhəmiyyətindən danışıb. Bildirib ki, 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən şanlı Zəfər son iki yüz illik dövlətçilik tariximizin ən böyük təntənəsi, milli maraqlara və bəşəri dəyərlərə söykənən dövlət siyasətinin, müdrik rəhbərliyin məntiqi nəticəsidir.

Fəzail İbrahimli diqqətə çatdırıb ki, Azərbaycan heç zaman indiki kimi güclü və müstəqil olmayıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi və gərgin əməyi nəticəsində rəşadətli Azərbaycan Ordusu uzun illər işğalda qalan torpaqlarımızı azad etdi. Doğmalarına qovuşmuş Şuşa indi bir sıra möhtəşəm tədbirlərə, o cümlədən Dünya Azərbaycanlılarının Qurultayına və Milli Məclisin tədbirlərinə ev sahibliyi edir. Vitse-spiker bu tədbirlərin Şuşada keçirilməsinin böyük siyasi, mənəvi, ictimai və hüquqi əhəmiyyətindən danışıb.

Sonra “Böyük Qayıdış və reinteqrasiya: məcburi köçkünlərin torpaq və əmlak hüquqlarının təmin edilməsində beynəlxalq hüququn və humanitar təsisatların yeri və rolu” mövzusunu İnsan hüquqları komitəsinin üzvü Bəhruz Məhərrəmov təqdim edib. O, Prezident İlham Əliyevin 2022-ci ili ölkəmizdə “Şuşa ili” elan etməsini beynəlxalq hüququn təntənəsi adlandırıb, bu qərarın həm beynəlxalq, həm milli çərçivədə hüquqi, regional və humanitar nəticələri barədə danışıb.

Deputat Ermənistanın apardığı təcavüz siyasətini, keçmiş işğal bölgəsində yaşayış üçün bütün şəraitin, infrastrukturun yararsız hala salınmasını, kənd təsərrüfatı, sənaye və digər formalaşmış istehsalat sahələrinin, o cümlədən vətəndaşlara məxsus əmlakın tam şəkildə dağıdılmasını beynəlxalq hüququn pozuntusu kontekstində qiymətləndirib.

O, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə görülən işlərin məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün şərait yaratmağa xidmət etdiyini vurğulayıb.

Tədbirdə “Şuşa ili Qarabağda Zəfərin davamı kimi: beynəlxalq hüquqi, regional və humanitar nəticələr” mövzusunu isə Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Məmmədov təqdim edib. Deputat Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən cari ilin “Şuşa ili” adlandırılmasının siyasi, hüquqi əsaslarından bəhs edib, bu qərarı postmünaqişə dövrünün reallıqları, regionda və dünyada baş verən hərbi-siyasi, geostrateji dəyişikliklər kontekstində dəyərləndirib. O, Azərbaycan dövlətinin XXI əsrdə dünyada baş verən kardinal dəyişikliklərə adekvat siyasət yürütməsindən və bu siyasətin regional və qlobal çağırışlara cavab verməsindən danışıb, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin yaratdığı yeni reallıqların dünya nizamına təsiri barədə fikirlərini bölüşüb.

Təqdimatlardan sonra Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxış edib. Komitə sədri bu günə kimi gələn 30 illik yola nəzər salıb. O, gündəliyin mövzuları barədə fikirlərini açıqlayaraq komitələrin birgə dinləmələrinin mövzularını Şuşa gündəliyi kimi dəyərləndirib. Şuşanın ölkənin ictimai-siyasi həyatındakı yerinə, roluna toxunan komitə sədri Azərbaycan Prezidenti İlham Əliyevin azad edilmiş torpaqlara, xüsusən də Şuşaya səfərlərindən söz açıb, Şuşa tribunasının Azərbaycanın və regionun gündəliyinə təsirlərindən danışıb.

Son 30 ildə Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxlamasının acı nəticələrindən və miqyasından bəhs edən komitə sədri bir milyona yaxın məcburi köçkünün doğma yurd-yuvalarına qayıtması, Böyük Qayıdış prosesinin daha da sürətləndirilməsi, regional iqtisadi-ticarət layihələrinin dəstəklənməsi, sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı fikirlərini açıqlayıb.

Mövzularla bağlı İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev, İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli, deputatlar Anar İsgəndərov, Jalə Əhmədova, Cavanşir Paşazadə, Razi Nurullayev, Elman Nəsirov, Ceyhun Məmmədov, Azər Badamov, Malik Həsənov, Elşad Mirbəşir oğlu, Naqif Həmzəyev çıxış edərək fikirlərini bildiriblər. Deputatlar Şuşanın tarixən Cənubi Qafqazda tutduğu geostrateji mövqedən, Azərbaycanın ictimai-siyasi, mədəni, dövlətçilik həyatındakı rolundan danışıblar.

Deputatlar qeyd ediblər ki, tariximizin parlaq və unudulmaz səhifələrindən birini təşkil edən 44 günlük Vətən müharibəsində qazandığımız qələbənin əsasında cənab Prezidentin uzaqgörən və praqmatik siyasəti, Ali Baş komandanın ətrafında bir “Dəmir yumruq” kimi birləşən xalq-ordu birliyi dayanır.

Millət vəkilləri düşmənin işğal etdiyi bütün ərazilərdə dini ibadət ocaqlarımızı və tarixi abidələrimizi yerlə-yeksan etdiyini qeyd edərək bu vandallığı böyük bir xalqın mədəniyyət tarixinə vurulan ağır bir zərbə kimi xarakterizə ediblər.

Dinləmələrə yekun vuran vitse-spiker Fəzail İbrahimli bildirib ki, Şuşa tarixən bizim mənəvi dünyamızın, mədəniyyətimizin, dövlətçiliyimizin mərkəzi, qəhrəmanlığımızın simvolu olub. Şuşa həmişə düşmənə sinə gərib, işğalçılar qarşısında sipər olub. Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq işləri həyata keçirilir. Məqsəd həmin torpaqlara qayıdacaq insanlar üçün bütün imkanların yaradılmasıdır. İşğaldan azad olunmuş torpaqlarımızda genişmiqyaslı quruculuq işlərinin aparılması üçün dövlət büdcəsində quruculuq işləri ilə bağlı böyük məbləğdə vəsaitlər nəzərdə tutulub.

Bununla da Milli Məclisin İctimai birliklər və dini qurumlar və İnsan hüquqları komitələrinin Şuşa şəhərində keçirilən birgə dinləmələri başa çatıb.

***13:01

Şuşada Milli Məclisin birgə komitələrinin növbəti iclası keçirilir.

Toplantıda hər iki komitənin üzvləri iştirak edirlər.

***10:26

Bu gün Şuşada parlamentin İctimai birliklər və dini qurumlar və İnsan hüquqları komitələrinin birgə iclası keçiriləcək.

İclasın gündəliyinə 3 məsələ daxil edilib. Bunlar aşağıdakılardır:

1. İşğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası sahəsində tədbirlərlə bağlı dinləmə;

2. Böyük Qayıdış: Məcburi köçkünlərin torpaq və əmlak hüquqlarının təmin edilməsində beynəlxalq hüquq və humanitar təsisatların yeri və rolu ilə bağlı dinləmə;

3. Şuşa ili: Qarabağda zəfərin davamı kimi beynəlxalq hüquqi, regional və humanitar nəticələrlə bağlı dinləmələr.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial

8-11-2025, 13:13

Prezident və Mehriban Əliyeva Zəfər muzeyinin açılışında - FOTOLAR

Sosial

20-01-2023, 15:19

20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir

Gündəm / Dünya

18-02-2023, 10:47

Yüz ilin ən böyük fəlakəti - FOTOLAR

Gündəm / Siyasət

8-11-2022, 18:28

İlham Əliyev xanımı və oğlu ilə birlikdə Şuşada - FOTOLAR (YENİLƏNİB)

Gündəm / Siyasət

24-12-2022, 18:29

İlham Əliyev Qərbi Azərbaycan İcmasının binasında - FOTOLAR (YENİLƏNİB)

Şou Biznes
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti
"Oskar" mükafatının qaliblərinin adları açıqlanıb
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
12-09-2026, 09:35
Bakıda avtomobil qadını vuraraq öldürüb
10-09-2026, 16:35
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
9-09-2026, 09:28
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
Son xəbərlər
  • Bugün, 13:52
    İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib
  • Bugün, 13:10
    İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər
  • Bugün, 12:55
    Dövlət Agentliyinin əməkdaşlarının tibbi təminatı Daxili İşlər Nazirliyinə həvalə olunub
  • Bugün, 12:26
    Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
  • Bugün, 12:09
    Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
  • Bugün, 11:25
    İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
  • Bugün, 10:05
    Azərbaycan ilə Malayziyanın turizm əlaqələri müzakirə olunub
  • Bugün, 09:31
    Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Filippin və Danimarka ilə qarşılaşacaqlar
  • Dün, 16:45
    Gürcüstan Prezidenti Azərbaycana yeni təyin olunmuş səfirlə görüşüb
  • Dün, 16:13
    Təhsil dövrü 5 il olan hərbçilər üçün "leytenant" rütbəsinin müddəti azaldılır
  • Dün, 15:33
    Bakıda keçirilən beynəlxalq audit konfransının iştirakçıları Prezidentə müraciət ediblər
  • Dün, 14:37
    Haaqa məhkəməsində Kosovo Azadlıq Ordusunun rəhbərlərinə hökm oxunub
  • Dün, 14:04
    Ermənistan Konstitusiya Məhkəməsi TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
  • Dün, 12:59
    Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq
  • Dün, 12:42
    Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
  • Dün, 12:22
    İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib
  • Dün, 11:44
    İlham Əliyev Auditin inkişaf mərhələlərinə həsr edilən beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib
  • Dün, 10:57
    Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib
  • Dün, 10:21
    Abbas Əraqçi və Van İ Pekində danışıqlar aparıblar
  • Dün, 09:25
    Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib
  • Dün, 08:58
    Nümayəndələr Palatası Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edib
  • 15-09-2026, 12:19
    TBMM sədri Bakının işğaldan qurtuluşunun 108-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib
  • 15-09-2026, 11:57
    İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
  • 15-09-2026, 10:52
    Birol Akgün Şəhidlər xiyabanı və Türk şəhidliyini ziyarət edib
  • 15-09-2026, 10:15
    XİN Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
  • 15-09-2026, 09:52
    Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
  • 15-09-2026, 09:09
    Bakının erməni-bolşevik işğalından azad olunmasından 108 il ötür
  • 15-09-2026, 08:51
    Azərbaycanda Bilik Günüdür
  • 14-09-2026, 14:50
    KİV: Rusiyanın 51-ci ordusunun komandanı Sergey Milçakov öldürülüb
  • 14-09-2026, 13:46
    Azərbaycanın AİB ilə əməkdaşlığı üzrə 5,6 mlrd. dollarlıq maliyyələşmə həyata keçirilib
  • 14-09-2026, 12:58
    İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub
  • 14-09-2026, 12:33
    "Bilik günü" Azərbaycanda 34 dərəcə isti olacaq
  • 14-09-2026, 11:48
    MM cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokolu təsdiqləyəcək
  • 14-09-2026, 11:19
    İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
  • 14-09-2026, 10:40
    Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Daha çox
12-09-2026, 11:01
Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal
11-09-2026, 14:57
Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib
12-09-2026, 15:44
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb
11-09-2026, 17:37
Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
11-09-2026, 17:56
Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
11-09-2026, 18:07
Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə