• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Şəhid atası, xəstə uşaq, “camış”lar və Elza: Verilişdə yığılan pulun aqibəti necə olacaq? - AÇIQLAMA + FOTO

Gündəm / Şou-biznes

31-05-2022, 21:26

Şəhid atası, xəstə uşaq, “camış”lar və Elza: Verilişdə yığılan pulun aqibəti necə olacaq? - AÇIQLAMA + FOTO


Obyektini geri almaq üçün efirdə pul yığmaq xəbərləri ilə gündəmdən düşməyən müğənni Elza Seyidcahan bu gün olayla bağlı daha bir açıqlama verib, efirdə topladığı pulların aqibətindən danışıb, yenə şəhid ailəsinin adını hallandırıb.

Qeyd edək ki, Əməkdar artistin son olaraq şəhid atasından oğlunun “qan pulu”nu qəbul etməsi günlərlə müzakirə olundu.

Belə ki, E.Seyidcahanın anası ona məxsus olan obyekti keçmiş polis əməkdaşı, hazırda həbsdə olan Fərid Azayev və qardaşı Faiq Azayevə icarəyə verib.

Lakin onlar icarə üçün müqavilə imzalamaqdan boyun qaçırıblar. Bir müddət sonra Əməkdar artist sözügedən obyekti geri almaq istəsə də, qarşı tərəf onları təhdid edib, həmin məkanın özlərinə aid olduğunu iddia edib. Ali Məhkəmənin qərarı ilə öz mülkünə sahiblənmək üçün 63 min manat ödəməli olan sənətçi bir sıra verilişlərə qatılaraq, xalqdan yardım istəyib.

Son olaraq “Səni axtarıram” proqramına qatılan Seyidcahan bildirib ki, lazım olan məbləğin ödənməsi üçün səkkiz min manata ehtiyacı var. Verilişin aparıcısı Xoşqədəm Hidəyətqızı bir şəhid atasının ona məktub və məktubun içində pul göndərdiyini açıqlayıb. Təəccüblənən Elza məktubu oxumaq üçün kulis arxasına keçib. Geri qayıtdıqda isə verilişlə sağollaşaraq, ona yardım edənlərə təşəkkürünü bildirib.

Seyidcahanın şəhid atasının yardımını qəbul etməsi bir çoxlarını qəzəbləndirib.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən sosioloq, jurnalist Lalə Mehralı bu addımı şəhidin ruhuna hörmətsizlik adlandırıb:

“Şəhidin qan pulunu kefindən efirdə pul yığmağa çıxan və milyonları olan bir müğənniyə vermək düzgün deyil, ən azından, şəhidin ruhuna hörmətsizlikdir. Əgər ailə, şəhid atası o pulu xərcləmək istəmirsə, ehtiyacı olan və sağalmasına böyük miqdarda pul tələb olunan xəstələrə verə bilərdi, oxumaq istəyən gəncləri oxuda bilərdi. Efirdə Elza Seyidcahana məktub göndərib içinə pul qoymaq və “borcunu mən bağlayacam” vədi vermək, məncə, tamaşaçıya, minlərlə xəstə uşağa qarşı hörmətsizlikdir. Düzdür, şəhid atası olduğu üçün çox sərt nəsə deyə bilmirik. Çünki o, dağ boyda oğul itirib. Mən elə başa düşürəm ki, Seyidcahanın efirdə pul yığmasına narazılıq ifadəsi olaraq göndərib o pulu.

Kanal rəhbərliyi, verilişin yaradıcı heyəti o müğənninin efirə çıxıb insanlara müraciət etməsinin qarşısını almalı idilər. Elza Seyidcahanın kifayət qədər var-dövləti, evi, maşını, daşınmaz əmlakları var. Amma insanların mərhəmətindən istifadə edərək son qəpiyinə qədər sümürmək ədalətsizlikdir.

Həmin verilişdə mətbuatı təmsil edən həmkarım Seyidcahandan soruşur ki, axı sizin özünüzün yaxşı imkanınız var, övladınız öz maşınını satıb sizin borcunuzu bağlaya bilər, niyə pul yığırsınız? Cavabında deyir ki, mən heç vaxt imkan vermərəm ki, mənim borcumu övladım əmlak, mülk, maşın sataraq bağlasın. İnsanlara bir növ hörmətsizlik etdi bu cavabı ilə. Yəni mənim var-dövlətim əslində yerindədir, istəsəm, bir maşın satıb, borcumu bağlaya bilərəm, lakin bunu etmirəm, öz mülkümə qıymıram. Borcumu bağlamağı xalqdan gözləyirəm.

Bütün bunlardan sonra əgər onun hesabına pul göndərən olubsa, mən bu vəziyyətdə o pul göndərənləri də şiddətlə qınayıram. Əgər sizin artıq pulunuz varsa, Onkologiya Mərkəzində xəstəliklə savaşan körpələr var, onların hesabına göndərin, imkansızlıqdan oxumaqdan imtina edən gənclərimiz var, onlara kömək edin. Onlar bu ölkənin gələcəyi üçün nəsə edəcəklər, nəsə etmək potensialındadırlar”.
Şəhid atası, xəstə uşaq, “camış”lar və Elza: Verilişdə yığılan pulun aqibəti necə olacaq? - AÇIQLAMA + FOTO

Elza Seyidcahanla canlı efirdə gərginlik yaşayan jurnalist Zülfiyyə Qurbanova da Əməkdar artisti bu addımına görə sərt şəkildə qınayıb:

“Pulun tamamlanmağına səkkiz min qalmışdı. Xoşqədəm xanım dedi ki, şəhid atası Salyandan durub gəlir. Elza dedi, qıymıram. Pula demirdi, gəlməyinə deyirdi. Düşündüm ki, bəlkə, şəhid atasından pulu qəbul etməz. O qəbul eləyir, o elə adamdır. Şəhid ailəsindən pulu qəbul etməsi rüsvayçılıqdır. Bu, artıq bir şəxsiyyətin çöküşü deməkdir. Ata, ola bilər ki, səni efirdə pul dilənən görmək istəmədiyi üçün sənə bu təklifi edib, bəs sənin öz qanacağın?

O verilişdə canı ilə əlləşən xəstələr üçün pul yığılır. Sənin obyektin satışa çıxarılıb, camaat isə evsiz, çöllərdə qalır.

Elza Seyidcahan həmişə deyir ki, heyvanları sevir. Tülkülük edir. Deyim, niyə? Orada əyləşən tamaşaçılar ona irad bildirdilər, dedilər ki, efirdən get. Həmin tamaşaçıların birinə deyirdi, inəyə oxşayırsan, birinə deyirdi, camışa oxşayırsan, birini meymuna oxşadırdı. Heyvanları sevən insan acığı tutduğu insana heyvan adı qoyar?”
Şəhid atası, xəstə uşaq, “camış”lar və Elza: Verilişdə yığılan pulun aqibəti necə olacaq? - AÇIQLAMA + FOTO

Qeyd edək ki, bu gün Elza Seyidcahan 63 min manatlıq borcunu ödədiyini bildirib.

Bu haqda Axşam.az-a açıqlamasında müğənni özü deyib. Onun sözlərinə görə, artıq obyekti ilə bağlı olan problem bitib:

“Anam evini satdı və mənə yardım etdi. Verilişdə də altı min manata yaxın pul toplandı. Hamısını bir araya yığıb, borcumu verdim. Hazırda icra işi gedir, sənədləri tezliklə alacam. Çeklər əlimdədir”.

Seyidcahan əlavə edib ki, anasına məxsus olan həmin obyekti satacağını desə də, fikrindən daşınıb:

“Düşündüm ki, məkanı yenidən düzəldib, kirayə verim. Oradan gələn pulla borclarımı qaytaracam. Söz vermişəm ki, “Səni axtarıram”da yığdığım pulu aparıb oradakı bir uşağın müalicəsinə verəcəm.

Mənə şəhid ailələri yardım etdilər. Nə yaxşılıq etmişdimsə, bu işdə hamısının bəhrəsini gördüm”.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Sosial

12-01-2023, 17:21

Uşaq evində böyüyən şəhidin anası tapıldı - Türkiyədə yaşayır

Gündəm / Sosial

10-10-2022, 15:18

Hamamda məşhur prokurorla tanış olan şəxs onu çılpaq fotoları ilə şantaj edib

Gündəm / Sosial

18-08-2022, 07:56

İlham Əliyev və Mehriban Əliyeva Maqomayevin xatirə gecəsində iştirak ediblər -FOTO

Gündəm / Siyasət

24-12-2022, 18:29

İlham Əliyev Qərbi Azərbaycan İcmasının binasında - FOTOLAR (YENİLƏNİB)

Gündəm / Siyasət

18-12-2021, 16:51

Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verdi

Şou Biznes
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
Dün, 15:24
Ağsuda dağlıq ərazidə yanğın başlayıb
24-09-2026, 11:49
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
23-09-2026, 13:25
Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var
Son xəbərlər
  • Dün, 17:05
    Bu dövlət şirkətlərinin siyahısına dəyişiklik edildi
  • Dün, 16:35
    Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Dün, 16:07
    Baş Prokurorluğun nümayəndələri BMT tədbirində iştirak ediblər
  • Dün, 15:24
    Ağsuda dağlıq ərazidə yanğın başlayıb
  • Dün, 14:45
    Sabah Azərbaycanda leysan olacaq - XƏBƏRDARLIQ
  • Dün, 13:00
    Şahbulaq qalası ətrafında turizm infrastrukturunun yaradılması yekunlaşır
  • Dün, 12:20
    Zelenski: Rusiyanın Kiyev vilayətinə zərbəsi zamanı Azərbaycan vətəndaşı həlak olub
  • Dün, 11:40
    İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI
  • Dün, 11:17
    Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM
  • Dün, 10:44
    "Harmoniya" sənədli filmi bu gün Romada təqdim olunacaq
  • Dün, 09:55
    Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı
  • Dün, 09:12
    UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliya ilə üz-üzə gələcək
  • 27-09-2026, 08:44
    Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
  • 27-09-2026, 01:38
    İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
  • 27-09-2026, 01:23
    Azərbaycanda Anım Günüdür
  • 26-09-2026, 16:03
    Qarayaxma kampaniyasının təşkilatçılarının Azərbaycana girişinin məhdudlaşdırılması istisna edilmir
  • 26-09-2026, 15:42
    İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
  • 26-09-2026, 15:14
    Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
  • 26-09-2026, 14:52
    AIIF 2026-da ümumi dəyəri 10,8 milyard dollar olan 23 sənəd imzalanıb
  • 26-09-2026, 13:29
    Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq
  • 26-09-2026, 12:56
    Formula 2 Azərbaycan Qran-Prisində qalib məlum oldu - YENİLƏNİB
  • 26-09-2026, 11:55
    Şahin Mustafayev rus həmkarı ilə görüşdü
  • 26-09-2026, 11:18
    “ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür” - Prezident
  • 26-09-2026, 10:31
    Azərbaycan Prezidenti investorlara saxta mediaya inanmamağı məsləhət görüb
  • 26-09-2026, 10:10
    İlham Əliyev: "Bu gün 2 mühüm sənəd imzalanacaq"
  • 26-09-2026, 09:38
    İlham Əliyev: Xarici borcumuz çox aşağı səviyyədədir, biz onu bir gündə sıfırlaya bilərik
  • 26-09-2026, 09:11
    Qaradağ rayonunda vulkan püskürüb
  • 25-09-2026, 18:04
    Rusiya Kiyevdə ofis binasına dron zərbəsi endirib, 4 nəfər ölüb
  • 25-09-2026, 17:27
    "Birliyin Gücü - 2026": Zakir Həsənov təlimin gedişatını izləyib, məruzələri dinləyib
  • 25-09-2026, 16:44
    Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir
  • 25-09-2026, 16:13
    Bir qrup hərbi qulluqçu təltif edilib - SƏRƏNCAM
  • 25-09-2026, 15:42
    Rəsmi Bakı Gürcüstan Patriarxlığını Ermənistan kilsəsinin mövqeyini təkrarlamamağa çağırıb
  • 25-09-2026, 15:11
    Türkmənistan Orta Dəhlizin inkişafında hərtərəfli yanaşmaya çağırıb
  • 25-09-2026, 12:43
    Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçularına pensiya təyinatı mexanizmi dəyişir
  • 25-09-2026, 12:01
    Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Daha çox
22-09-2026, 10:47
Sentyabrın pensiya ödənişləri yekunlaşıb
23-09-2026, 17:57
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
25-09-2026, 10:23
Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
25-09-2026, 12:01
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
22-09-2026, 11:00
Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib
24-09-2026, 15:46
Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura 3,4 milyard manat xərcləyəcək
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə