• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Bu yoldan yalnız yolsuzlar imtina edər...

Gündəm / Sosial

15-06-2022, 13:00

Bu yoldan yalnız yolsuzlar imtina edər...


Bir il bundan öncə - 2021-ci il iyun ayının 15-də Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşada fövqəladə dərəcədə önəmli sənəd imzalandı. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş ölkənin tarixinə, əziz Şuşamıza, 44 günlük müharibədəki tarixi Zəfərimizə çox yaraşan hadisəydi.

Əslində, o hadisə haqqında keçmişdə deyil, gələcək zamanda danışmaq daha yaraşan olar. Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin o anlamlı gündəki sözlərini məmnuniyyət və qürurla xatırlayırıq: “XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”.

Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin dostluq, qardaşlıq, qonşuluq münasibətlərini daha yüksək zirvəyə - müttəfiqlik münasibətləri səviyyəsinə qaldırdı. Doğrudan da, başqa iki müstəqil ölkə tapmaq çətindir ki, onların arasında Şuşa Bəyannaməsindən üstün Müttəfiqlik Bəyannaməsi olsun. Bəli, bu, keyfiyyətcə yeni əməkdaşlıq praktikasıdır. Bizim yetərincə yüksək əlaqələrimiz olub, var və olacaqdır, bu Bəyannamədə göstərilən müddəalarsa gələcək yüksək işbirliyimizin hüquqi təminatçısı olub, dosta da, dost ola bilməyənlərə də həqiqətin özünü, onun təntənəsini göstərir.

Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik, iqtisadi və əlbəttə, hərbi uğurudur. Azərbaycanla Türkiyənin münasibətlərini daha üstün səviyyəyə qaldıran sənəd, yeni işbirliyi ruhu və hüququ ilə bölgə əhəmiyyətli bütün əməli fəaliyyət sahələrini əhatə edir. Bu sənəd hər iki ölkənin beynəlxalq nüfuzuna öz müsbət təsirlərini göstərməkdədir.

Qardaşlığın yeni mühüm mərhələsini təşkil edən Şuşa Bəyannaməsi beynəlxalq münasibətlərin və münasibətsizliklərin həssas dönəmində müttəfiqliyin geostrateji önəmini daha da artırır. Şuşada qoşa dalğalanmaqla ölkələrimizin birliyini nümayiş etdirən Azərbaycan və Türkiyə bayraqları yalnız siyasi, hüquqi anlamlarda qalmayıb, ruhi-mənəvi, mədəni iqlimimizi təcalla etdirir. Azərbaycanla Türkiyə arasındakı müttəfiqlik münasibətləri ölkələrimizin münasibətlərinin bütün müstəvilərdə davamlı inkişafını təmin etmə gücündə olub, çoxşaxəli müttəfiqliyin simvoludur. Bu Bəyannamə sayəsində Azərbaycanla Türkiyə arasında siyasət, diplomatiya, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələr üzrə əməkdaşlıq yeni məzmun və yeni səviyyə qazanıb.

Şuşa Bəyannaməsi iki ölkə arasında imzalanmış olsa da, o, bütövlükdə bölgəyə işıq salır, sülh, əmin-amanlıq üçün şansları artırır, mehriban qonşuluq, birgə yaşayış və beynəlxalq hüquq normalarına uyğun münasibətlərin imkanlarını, əhatə dairəsini genişləndirir. Yəni haqlı olaraq belə dəyərləndirilir ki, Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini, yeni sərmayə qoyuluşu prosesini stimullaşdırır. Məhz bu özəlliyi ilə Şuşa Bəyannaməsi bütün bölgə üçün əhatəli əmin-amanlığa, ədalətli sülhə zəmanətli yol açır. Və bu yoldan yalnız yolsuzlar imtina edər...

Şuşa Bəyannaməsi bu ilin əvvəlində hər iki ölkənin parlamentində ratifikasiya edilərək, təsdiq olunub. Yuxarıda vurğuladığımız məqamlarla yanaşı, özəlliklə onu qeyd edək ki, Bəyannamə qardaş ölkələrimiz arasındakı münasibətlərin məhz gələcəyini müəyyən edir. Gələcək mövzusuna təkrar vurğu etməyimiz həm də bölgədə yaranmış yeni gerçəklikləri yada salır. Bu gerçəkliklər 44 günlük müharibədəki tarixi Zəfərimiz nəticəsində əldə olunub. Tarixi Zəfər Qafqazların Avrasiyada önəmini artırıb: Asiya-Avropa arasında ticari-iqtisadi əlaqələrin ən əlverişlisinin seçilməsi baxımından yeni dizayn yaradıb – necə deyərlər, artıq yeni siyasi-iqtisadi arxitektura mövcuddur. Azərbaycan Prezidentinin 15 iyun 2021-ci il nitqində vurğulandığı kimi, “Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır”.

Bəli, Bəyannamənin mətnindən və ruhundan irəli gələn vəzifələr keyfiyyətcə daha yüksək işbirliyinə təminat yaratmaqdadır. Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə prezidentlərinin yalnız öz ölkələrinə deyil, Avrasiyada sülh, əmin-amanlıq, iqtisadi inkişaf və digər kateqoriyalarda tərəqqi üçün göstərdikləri tarixi xidmət səciyyəsi daşıyır.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

30-03-2023, 16:04

İlham Əliyev Şuşa ilə bağlı 7 fərman imzaladı

Gündəm / Siyasət

24-12-2022, 18:29

İlham Əliyev Qərbi Azərbaycan İcmasının binasında - FOTOLAR (YENİLƏNİB)

Gündəm / Siyasət

8-11-2022, 18:28

İlham Əliyev xanımı və oğlu ilə birlikdə Şuşada - FOTOLAR (YENİLƏNİB)

Gündəm / Siyasət

18-10-2021, 13:16

Prezident Füzulidə ictimaiyyət nümayəndələri ilə görüşdü - YENİLƏNİB

Gündəm / Siyasət

27-06-2022, 10:42

İlham Əliyev Kəlbəcərdə hərbi hissənin açılışında - Fotolar

Şou Biznes
XII Bakı Beynəlxalq Kitab Sərgisi üçün xüsusi avtobuslar təşkil olunur
Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
Araşdırma
20-10-2026, 15:16
Azərbaycanda nəqliyyat sahəsinə aid yeni dövlət standartları qəbul edilib
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
Hadisə
24-10-2026, 14:47
Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB
23-10-2026, 16:14
Salyanda avtoqəza olub, ölən və yaralananlar var
22-10-2026, 16:41
Abşeronda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Son xəbərlər
  • Bugün, 17:22
    Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər məhkəməyə gətirilib
  • Bugün, 16:25
    Bakıda 5 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib
  • Bugün, 15:40
    İslam Əməkdaşlıq Təşkilatının baş katibi "ASAN xidmət" mərkəzi ilə tanış olub
  • Bugün, 14:40
    Barselonada etirazlar zamanı 128 nəfər saxlanılıb, şəhərə 36 min avro dəyərində ziyan vurulub
  • Bugün, 13:13
    Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair Avropa Konvensiyasına 2-ci Əlavə Protokol təsdiqlənib
  • Bugün, 12:54
    Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədrini təbrik edib
  • Bugün, 12:29
    Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
  • Bugün, 12:01
    İlham Əliyev Avstriya Prezidentini təbrik edib
  • Bugün, 11:17
    Elm və Təhsil Nazirliyi: İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir
  • Bugün, 09:48
    İnfantino: "Sabah" və "Qarabağ" Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdilər"
  • Bugün, 08:57
    Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək
  • 24-10-2026, 16:06
    Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə
  • 24-10-2026, 15:11
    Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
  • 24-10-2026, 14:47
    Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB
  • 24-10-2026, 14:03
    Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib
  • 24-10-2026, 13:11
    Sabah Bakıda yağış yağacaq
  • 24-10-2026, 12:35
    Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib
  • 24-10-2026, 10:13
    Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb
  • 24-10-2026, 09:15
    Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir
  • 23-10-2026, 18:22
    Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb
  • 23-10-2026, 17:36
    Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir
  • 23-10-2026, 16:50
    Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq
  • 23-10-2026, 16:14
    Salyanda avtoqəza olub, ölən və yaralananlar var
  • 23-10-2026, 15:29
    MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək
  • 23-10-2026, 14:23
    Sabah bəzi yerlərdə yağış yağacaq
  • 23-10-2026, 13:25
    Milli Məclisdə "Hərbi xidmət haqqında" yeni qanun layihəsinin hazırlanması təklif olunub
  • 23-10-2026, 12:54
    Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib
  • 23-10-2026, 11:55
    Milli Məclisin plenar iclası başlayıb, iki yeni qanun layihəsi müzakirə ediləcək
  • 23-10-2026, 11:24
    Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir
  • 23-10-2026, 09:42
    Azərbaycan Premyer Liqasında IX tura bu gün iki oyunla start veriləcək
  • 23-10-2026, 09:13
    "Brent" markalı neftin qiyməti may ayından bəri ilk dəfə 114 dolları ötüb
  • 22-10-2026, 17:57
    Etiraz aksiyalarını qadağan edəcəklər
  • 22-10-2026, 17:13
    Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub
  • 22-10-2026, 16:41
    Abşeronda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
  • 22-10-2026, 15:41
    Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib
Daha çox
20-10-2026, 09:36
Zəngilanın azad edilməsindən 6 il ötür
19-10-2026, 18:16
Leyla Əliyeva Türkmənistanda səfərdədir
20-10-2026, 16:30
"Şahinlərin Görüşü-2026" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib
20-10-2026, 17:00
Azad edilmiş ərazilərdə Qarabağ Milli Parkı yaradılır - Sərəncam
21-10-2026, 17:02
Dövlət Statistika Komitəsinin strukturu dəyişib
22-10-2026, 09:25
Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə