• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

Azərbaycan MÖCÜZƏSİ: Ərzaq bütün dünyada ucuzlaşır, bizdə isə əksinə... - BU NƏDİ BELƏ?

Gündəm / Araşdırma

11-08-2022, 10:54

Azərbaycan MÖCÜZƏSİ: Ərzaq bütün dünyada ucuzlaşır, bizdə isə əksinə... - BU NƏDİ BELƏ?


Son günlər bir sıra KİV-lərdə payıza doğru Azərbaycanda un və çörəyin bahalaşacağına dair məlumatlar yayılır. Bəzi ekspertlər Ukraynadakı müharibə və quraqlıq səbəbilə həmin dövrdən buğdanın qiymətinin bahalaşacağını bildirirlər. Lakin real vəziyyətə nəzər saldıqda, mövcud amillərin dünyada və regionumuzda buğdanın bahalaşacağı deyil, əksinə, ucuzlaşmağa davam edəcəyi gözləntiləri yaratdığını görmək olar.

Əvvəla, onu deyək ki, artıq 4 aydır dünya ərzaq bazarında qiymətlər ucuzlaşır. Arxada qoyduğumuz iyul ayında bu bazarda 2008-ci ildən bəri ən kəskin ucuzlaşma qeydə alınıb. BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının(FAO) hesablamalarına əsasən iyulda qlobal ərzaq qiymətləri iyunla müqayisədə 8,6 faiz azalmaqla 140,9 bəndə düşüb. Bu azalmanın əsas səbəbi taxıl məhsulları və bitki yağlarının kəskin, şəkər, süd məhsulları və ətin isə qismən ucuzlaşmasıdır. Belə ki, taxıl qiymətləri əvvəlki ayla müqayisədə 11,5 faiz azalıb. Bu da müəyyən qədər Ukrayna taxılının dünya bazarına yolunun açılması ilə bağlıdır. Əsas rol isə Şimal yarımkürəsində taxıl yığımının başlanmasına məxsusdur. Argentina və Braziliyada yüksək məhsuldarlıq qeydə alınır, yığım prosesi sürətlə və itkisiz gedir. Ay ərzində yemlik taxıl məhsulları 11,2 faiz ucuzlaşıb. O cümlədən Ukrayna limanlarının mühasirədən çıxarılması qarğıdalının qiymətinin 10,7 faiz düşməsini şərtləndirib.

Bitki yağlarının qiymət indeksi iyulda 19,2 faiz azalmaqla, son 10 ayın ən aşağı həddinə düşüb. Buna palma, soya, raps və günəbaxan yağının ucuzlaşması səbəb olub.

Süd məhsulları qiymət indeksi ötən ay 2,5 faiz azalıb. Ən çox azalma quru, yağsız südün, kərə yağının və quru, yağlı südün qiymətində müşahidə olunur. Bunu FAO ekspertləri yay tətili-istirahət dövründə Avropada tələbatın azalması ilə izah edirlər.

Ət qiymətləri indeksi isə son altı aylıq artım dinamikasından sonra cüzi də olsa azalıb – cəmi 0,5 faiz.

Son 3 ayda azalma dinamikası nümayiş etdirən şəkər qiymətləri indeksi iyulda daha 3,8 faiz düşüb. Bunu Braziliyada etanol istehsalına daha az şəkər qamışının yönəldilməsi, həmçinin Hindistanda rekord həcmdə istehsala nail olunması şərtləndirib.

Digər tərəfdən, FAO iyul hesabatında dünyada gözlənilən taxıl istehsalı proqnozunu artırıb. Təşkilatın iyul hesabatına əsasən 2022-2023-cü il mövsümündə dünyada iyunda proqnozlaşdırılandan 7 milyon ton artır – 2 milyard 792 milyon ton taxıl istehsal olunacaq. Bu, 2021-2022-ci il mövsümündən cüzi – 0,6 faiz azdır.

FAO-nun proqnozuna əsasən yemlik taxıl istehsalı iyundakı göstəricidən 6,4 milyon ton daha çox olmaqla 1 milyard 501 milyon tona çatacaq. Lakin bu məhsulun istehsalı keçən ilkindən 0,5 faiz az olacaq. 2022-2023-cü il mövsümündə qlobal taxıl istehlakı 9,2 milyon ton artırılmaqla 2 milyard 797 milyon tona çatacaq. Bu isə ötən ilkindən 1,7 milyon və ya 0,1 faiz azdır. 2023-cü ildə mövsümün sonuna qalacaq taxıl ehtiyatlarına dair proqnozunu da FAO 7,6 milyon ton artırmaqla 854 milyon tona çatdırıb. Bu, indiki həcmdən 0,6 faiz aşağıdır.

FAO-nun proqnozuna əsasən bu mövsümdə taxıl ticarətinin həcmi əvvəlki aydakı proqnozdan 4,8 milyon ton çox olmaqla 468 milyon ton təşkil edəcək.

Qeyd edək ki, Azərbaycan ərzaqlıq buğdanı iki ölkədən – Rusiya və Qazaxıstandan idxal edir. Hər iki ölkədə bu il iqlim şərtləri bol məhsul əldə olunmasın imkan verir. Qazaxıstanda əlverişli hava şərtləri 13,5 milyon ton buğda əldə olunmasına imkan verəcək. Ölkə rəsmiləri bu həcmin yığımın sonunadək(sentyabrın sonlarında) 15 faiz daha yüksək olacağını istisna etmirlər.

Rusiyada isə buğda istehsalının 83-84 milyon ton, ixrac imkanının 40 milyon ton təşkil edəcəyi proqnozlaşdırılır. Bu ölkədə iyulun sonu, avqustun əvvəllərində müşahidə olunan güclü yağıntılı hava məhsulun keyfiyyətini kəskin azalda, itkiləri ilə çoxalda bilər. Taxıl Şurasının prezidentiArkadi Zloçevskinin verdiyi məlumata görə, yığım ərəfəsində olan məhsula yağışların vurduğu zərər nəticəsində itkilərin həcmi 15 faizədək arta bilər. Hazırda ölkə üzrə taxıl yığımında həcm baxımından ötən ilki göstəricidən 8 milyon ton, sahə baxımından 7 milyon hektar geriqalma müşahidə olunur. Şura sədrinin hesablamalarına görə, bu il toplanacaq buğdanın tərkibində ərzaq buğdasının payı keçən ilki 82 faizə qarşı 60 faizə düşəcək.

Rusiya iyulun 1-dən avqustun 8-dək 4,72 milyon ton taxıl ixrac edib ki, bu da ötən ilin eyni dövründəkindən 8 faiz azdır. Rusiya Taxıl Şurasının məlumatına əsasən hesabat dövründə buğda ixracı 6,2 faiz azalmaqla 4,161 milyon ton, çovdar ixracı 31 faiz azalmaqla 404 min ton, qarğıdalı ixracı 9 faiz azalmaqla 124 min ton olub. Lakin bu zaman 1-8 avqustda ixracın keçən ilin eyni dövründəkindən 16,4 faiz çox olmaqla 1,586 milyon ton olub. Bunun 1,357 milyon tonunu buğda(artım 7,9 faiz), 223,5 min tonunu çovdar(artım 2 dəfə) təşkil edib. Avqustun əvvəlindən bəri ixracın artımının əsas səbəbi Misirin Rusiyadan taxıl alışını bərpa etməsidir. Ukrayna limanlarını mühasirədə saxladığına görə bir çox iri alıcılar Rusiyadan buğda alışını dayandırmış, yaxud minimuma salmışdılar. Ukrayna limanlarına giriş imkanı yaradıldıqdan sonra onlardan bəziləri, o cümlədən Misir alışları bərpa edib. 1-8 avqusta Misir Rusiyadan buğda alışını iyulla müqayisədə 2,3 dəfə artırmaqla 352 min tona çatdırıb. Bundan əlavə, Səudiyyə Ərəbistanı, Sudan, Əlcəzair, Pakistan da Rusiyadan buğda alışını artırıblar. Avqustda Türkiyəyə ixrac 39,3 faiz az – 239 min ton, İrana 41,6 faiz, İsrailə isə 49 faiz azalıb.

Ümumilikdə, bu mövsümdə Rusiyadan taxıl alan ölkələrin sayı ötən ilki 20-dən 12-yə düşüb. İxracatçı şirkətlərin sayında da ciddi azalma var – 34-dən 19-dək.

Avqustun ilk həftəsində dünya bazarında buğda qiymətlərinin ciddi azalması qeydə alınıb. Fransa buğdası 2,8 faiz ucuzlaşmaqla tonu 352 dollara, Rusiya buğdası 5-5,5 faiz ucuzlaşmaqla 340 dollara düşüb. Beləliklə, Rusiya buğdası Avropa buğdası ilə müqayisədə 12 dollar ucuz qiymətə təklif olunur.

Payızda nəinki Azərbaycanda, heç qlobal bazarda da bahalaşma olmayacağını deməyə əsas verən daha bir amil Ukraynadan ixracın sürətlənməsidir: limanların 3-dən də hər gün çox sayda gəmilərlə ərzaq məhsullarının daşınması prosesi getdikcə sürətlənir. İndi daşınan keçən mövsümün məhsuludur, yeni məhsulun daşınmasına sentyabrda başlanması gözlənilir. Sentyabrda həmçinin əsas buğda istehsalçısı olan regionlarda – Avropada, Qazaxıstanda yığım başlanacaq. Bu isə o deməkdir ki, qlobal bazarda ərzaq məhsullarının ucuzlaşması da davam edəcək.

Azərbaycanda un və çörəyin bahalaşacağına dair əsası olmayan məlumatların hətta TV-lərdən tirajlanması ondan xəbər verir ki, işbazlar qiymət artımına getmək niyyətindədirlər. Hazırda dövlət ərzaq məhsulları idxalçılarına ciddi dəstək verir: hökumətin müəyyən etdiyi həcmdə ehtiyatların saxlanmasına, idxalçılara güzəştli kreditlərin verilməsinə, aldıqları kreditlərin faizlərinin subsidiyalaşdırılmasına irihəcmli vəsaitlər yönəldilir. Buna görə də dövlət büdcəsindən ərzaq təhlükəsizliyinin təmin olunması məqsədlə ayrılan vəsait büdcə dəqiqləşməsi zamanı 193 milyon manat artırılaraq 2 milyard 72,5 milyon manata çatdırılıb.

Nəzərə alsaq ki, son 3 ayda dünya ərzaq bazarında ucuzlaşma gedir, normal məntiqlə Azərbaycanda da qiymətlərin düşməsi müşahidə olunmalıydı. Lakin ölkənin istehlak bazarında nə un və çörəyin, nə bitki yağlarının, nə kərə yağının, nə şəkərin ucuzlaşması baş verməyib. Əksinə, bu məhsulların hər birində 5-10 faiz, şəkərdə isə 20 faizədək bahalaşma qeydə alınıb.

İyun ayında Dövlət Statistika Komitəsinin qeydə aldığı 0,5 faizlik deflyasiya sırf meyvə-tərəvəzin mövsümi ucuzlaşması nəticəsində baş verib. Komitə bildirir ki, 2022-ci ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-iyul aylarına nisbətən 13 faiz artıb. Bu zaman ərzaq məhsulları, içkilər və tütün məmulatları 18,7 faiz, qeyri-ərzaq məhsulları 7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 10,1 faiz bahalaşıb. İyul ayında istehlak qiymətləri indeksi əvvəlki ilin iyul ayına nisbətən 13,7 faiz, o cümlədən ərzaq məhsulları 21 faiz artıb. Ay ərzində əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, kolbasa məmulatlarının, mal, qoyun və toyuq ətinin, qatılaşdırılmış şəkərli südün, xamanın, yumurtanın, bitki yağlarının, limonun, pomidorun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, qəhvənin, mineral suların, kola içkisinin, limonadın, pivənin, ucuzlaşma isə əsasən təzə balığın, bananın, gavalının, əriyin, şaftalının, qarpızın, yemişin, xiyarın, kələmin, bibərin, badımcanın, göy lobyanın, kartofun, çuğundurun, yerkökünün qiymətlərində müşahidə olunub.

İyul ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,4 faiz, əvvəlki ilin iyul ayına nisbətən 8,6 faiz artıb.

Beləliklə, rəsmi statistikanın da etiraf etdiyinə görə, dünya bazarında 3 aydır kəskin ucuzlaşan, son 10 ayın minimumuna düşən bitki yağları, 5 aydır ucuzlaşan şəkər Azərbaycanda durmadan bahalaşır. Azərbaycan hökuməti, dövlətin müvafiq strukturlarının bu məsələni nəzarətə götürərək, bahalaşmanın səbəblərini araşdırmasına ciddi ehtiyac var. Bu prosesdəki süni amillər – inhisarçı maraqları kənarlaşdırılmasa, payızda yalnız un və çörək deyil, bütün məhsullar üzrə bahalaşma qeydə alınması ehtimalı çox yüksəkdir...
“Yeni Müsavat”

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / İqtisadiyyat

31-10-2022, 10:24

Buğda ucuzlaşır, çörəyin qiymətinə necə təsir edəcək?

Gündəm / Siyasət

30-03-2023, 16:04

İlham Əliyev Şuşa ilə bağlı 7 fərman imzaladı

Gündəm / Siyasət

13-03-2025, 18:26

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib - YENİLƏNİB

Gündəm / Siyasət

3-07-2025, 16:24

Şəhərlərin gələcəyi Bakıda qurulur: Azərbaycan şəhərsalma sahəsində qlobal səviyyədə növbəti imzasını atır - TƏHLİL

Gündəm / İqtisadiyyat

16-08-2022, 18:00

“Bu səbəbdən ötən 7 ayda çörəyin qiyməti qorunub saxlanılırdı”

Şou Biznes
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
Dün, 15:24
Ağsuda dağlıq ərazidə yanğın başlayıb
24-09-2026, 11:49
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
23-09-2026, 13:25
Masazırda yük maşını aşıb, ölən və xəsarət alanlar var
Son xəbərlər
  • Dün, 17:05
    Bu dövlət şirkətlərinin siyahısına dəyişiklik edildi
  • Dün, 16:35
    Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
  • Dün, 16:07
    Baş Prokurorluğun nümayəndələri BMT tədbirində iştirak ediblər
  • Dün, 15:24
    Ağsuda dağlıq ərazidə yanğın başlayıb
  • Dün, 14:45
    Sabah Azərbaycanda leysan olacaq - XƏBƏRDARLIQ
  • Dün, 13:00
    Şahbulaq qalası ətrafında turizm infrastrukturunun yaradılması yekunlaşır
  • Dün, 12:20
    Zelenski: Rusiyanın Kiyev vilayətinə zərbəsi zamanı Azərbaycan vətəndaşı həlak olub
  • Dün, 11:40
    İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI
  • Dün, 11:17
    Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM
  • Dün, 10:44
    "Harmoniya" sənədli filmi bu gün Romada təqdim olunacaq
  • Dün, 09:55
    Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı
  • Dün, 09:12
    UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliya ilə üz-üzə gələcək
  • 27-09-2026, 08:44
    Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
  • 27-09-2026, 01:38
    İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
  • 27-09-2026, 01:23
    Azərbaycanda Anım Günüdür
  • 26-09-2026, 16:03
    Qarayaxma kampaniyasının təşkilatçılarının Azərbaycana girişinin məhdudlaşdırılması istisna edilmir
  • 26-09-2026, 15:42
    İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
  • 26-09-2026, 15:14
    Xaricdə iş və müxtəlif vədlərlə 32 min manatdan çox dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
  • 26-09-2026, 14:52
    AIIF 2026-da ümumi dəyəri 10,8 milyard dollar olan 23 sənəd imzalanıb
  • 26-09-2026, 13:29
    Sabah Bakıda 29, rayonlarda 33 dərəcə isti olacaq
  • 26-09-2026, 12:56
    Formula 2 Azərbaycan Qran-Prisində qalib məlum oldu - YENİLƏNİB
  • 26-09-2026, 11:55
    Şahin Mustafayev rus həmkarı ilə görüşdü
  • 26-09-2026, 11:18
    “ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür” - Prezident
  • 26-09-2026, 10:31
    Azərbaycan Prezidenti investorlara saxta mediaya inanmamağı məsləhət görüb
  • 26-09-2026, 10:10
    İlham Əliyev: "Bu gün 2 mühüm sənəd imzalanacaq"
  • 26-09-2026, 09:38
    İlham Əliyev: Xarici borcumuz çox aşağı səviyyədədir, biz onu bir gündə sıfırlaya bilərik
  • 26-09-2026, 09:11
    Qaradağ rayonunda vulkan püskürüb
  • 25-09-2026, 18:04
    Rusiya Kiyevdə ofis binasına dron zərbəsi endirib, 4 nəfər ölüb
  • 25-09-2026, 17:27
    "Birliyin Gücü - 2026": Zakir Həsənov təlimin gedişatını izləyib, məruzələri dinləyib
  • 25-09-2026, 16:44
    Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir
  • 25-09-2026, 16:13
    Bir qrup hərbi qulluqçu təltif edilib - SƏRƏNCAM
  • 25-09-2026, 15:42
    Rəsmi Bakı Gürcüstan Patriarxlığını Ermənistan kilsəsinin mövqeyini təkrarlamamağa çağırıb
  • 25-09-2026, 15:11
    Türkmənistan Orta Dəhlizin inkişafında hərtərəfli yanaşmaya çağırıb
  • 25-09-2026, 12:43
    Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçularına pensiya təyinatı mexanizmi dəyişir
  • 25-09-2026, 12:01
    Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Daha çox
22-09-2026, 10:47
Sentyabrın pensiya ödənişləri yekunlaşıb
23-09-2026, 17:57
Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
25-09-2026, 10:23
Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
25-09-2026, 12:01
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
22-09-2026, 11:00
Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib
24-09-2026, 15:46
Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura 3,4 milyard manat xərcləyəcək
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə