• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Şou-biznes
  • Dünya
  • İdman
  • Video

“The Sun” Ermənistan Prezidentinin mədəniyyətsizliyindən yazdı

Gündəm / Dünya

19-09-2022, 19:05

“The Sun” Ermənistan Prezidentinin mədəniyyətsizliyindən yazdı


Lüzumsuz canfəşanlıq edərək gülünc vəziyyətə düşən adamlar haqqında məşhur bir ifadə var. Rus dilindən hərfi tərcüməsi belədir: “Axmağa desən ki, Allaha dua et, əyilib-qalxanda alnını yaralayacaq”.

Bu dəfə həmin ifadə hansısa kloun tərəfindən icra edilmiş bir sirk nömrəsinə deyil, dünən Böyük Britaniya Kraliçası II Elizabet ilə vidalaşma mərasimində Ermənistan Prezidenti Vahan Xaçatryanın etdiyi hərəkətə aiddir. Bu hadisə daha koloritli “utanım sənin yerinə” frazası ilə ifadə edilən “ispan xəcaləti” hissi doğurur.

Bəli, kim bilir hansı yollarla Ermənistan prezidenti kreslosuna gəlib çıxmış bu küçə adamının Vestminster abbatlığında mərhum Kraliçanın matəm mərasimində fotosessiya təşkil etməsi barədə xəbəri oxuyanda hər bir abırlı adam “ispan xəcaləti” hisslərini yaşayır.

Britaniyanın “The Sun” qəzetində dərc edilmiş xəbərdə elementar protokol qaydaları ilə tanış olmayan Ermənistan Prezidentinin mədəniyyətsizliyindən bəhs edilir. Klassiklərdən birinin yazdığı kimi, heç birimiz dünyaya gələndə artıq formalaşmış dahi olmamışıq, hamımız az-az, nəyisə, necəsə öyrənmişik. Nəyisə bilməmək olar. Axı Ermənistanın rəsmi isto...mifologiyasına inansaq, paytaxtı “Romadan qədim”, xristianlığı “birinci olaraq” qəbul etmiş titul xalqının yaşı isə hava proqnozundan asılı olaraq gah 9.000 il, gah da 18.000 il olan bir ölkənin Prezidentinin ofisində protokol xidməti mövcuddur. Absurdluğu ilə adamın qarnını ağrıdan bu mantra hər küncdən, hər bucaqdan eşidiləndə istər-istəməz güman edir və ümid bəsləyirsən ki, dünyaya “fen”, “bankomat”, “rəngli televizor”, “avtomatik sürət ötürmə qutusu”, “MRI” və daha neçə-neçə ixtiralar vermiş bu “istedadlı” adamlar (bunlar zarafat deyil, erməni saytlarına inansaq bu əşyaların ixtiraçıları məhz ermənilər olub) az qala çar II Tiqranın dövründən, bəlkə də neandertallıların bütün rəhbərlərinin dövründən bütün diplomatik protokolların müəllifləridir. Protokollar nədir ki! Burada söhbət elementar etiket qaydalarından gedir.

Bir də ki, əgər bir uğursuz hərəkət baş veribsə (axı hər şey ola bilər) və yaxınlıqda müşavir yoxdursa, ehtiyatlı ev sahibləri həmişə bu qaydaları xatırladır, dress-kod və başqa hərəkətlər barədə məlumatları qonaqlara qabaqcadan göndərirlər. Xatırlatmağa ehtiyac varmı ki, Ülyahəzrət ilə vida mərasimi kiminsə özünü göstərməsi, piar etməsi, instraqram sessiyaları təşkil etməsi yeri deyil. Hətta bu halda da mərasimə gələnlərin özü ilə fotokamera gətirməsinin yolverilməz olması yaddaş kitabçasına daxil edilmişdi. Hər kəs bu kitabçanı almışdı və üstəlik, mərasim keçirilən məkana girişdə bu barədə ayrıca xatırladılmışdı.

Ermənistan Prezidentinin və onun əshabələrinin ingilis dilini nə dərəcədə bildiyini deyə bilmərik. Hərçənd, dünən ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Yerevanda keçirdiyi mətbuat konfransında tərcüməçi ilə bağlı biabırçı vəziyyət bizim şübhələrimizi artırır. Görünür, Ermənistan nümayəndə heyəti belə güman edirmiş ki, həmin tərcüməçi hər şeyi bilir, axı Misir çarı Nefertitinin damarlarında “erməni qanı” axırmış (bu da zarafat deyil, erməni “tarixçilər” özləri bu barədə ciddi danışırlar). Genlər də istedad kimidir, onları itirə bilməzsən. Amma dünənki hadisə göstərdi ki, Ermənistan həqiqətən feyld-steytə (uğursuz dövlətə) çevrilib.

Dünən Londonda baş vermiş qalmaqalın nəticələri bu ölkənin imici üçün fəlakətli olub. Yuxarıda qeyd etdiyimiz kimi, “The Sun” qəzeti bu hadisəni çox kəskin ifadələrlə işıqlandırıb. Xəbərdə bildirilir ki, 1000 illik tarixi olan bu binanın içərisində qonaqlar tərəfindən hər hansı kameralardan istifadə olunmasını istisna edən çox ciddi qayda var, bu barədə mərasimə gələnlərin hamısına qabaqcadan bildirilib. Qəzet yazır ki, sözügedən insident saray əməkdaşları arasında anlaşılmazlıq doğurub. Vida mərasimi translyasiya edilərkən bu səhnəni öz televizorunun ekranında görmüş xanım Teylor hiddətləndiyini bu sözlərlə bildirib: “Bu, tamamilə hörmətsizlik idi. Mənim təsəvvürümdə bu, tamamilə bağışlanılmaz hərəkətdir. O, xəcalət çəkməlidir”.

Digər britaniyalı - 52 yaşlı Endrü Kersleyk hiddətini bu sözlərlə ifadə edib: “Bu, dəhşətli idi. O, ara vermədən çərənləyir, gülür və hörmətsizliyini nümayiş etdirirdi. Bla-bla-bla. Həmin zalda yüzlərlə insan vardı, ondan başqa heç kəs danışmırdı. Birmənalı olaraq görünürdü ki, o, fotoşəkil çəkdirməyi əvvəlcədən planlaşdırıbmış. Bütün qalan adamlar tabutun yanında dayanmadan keçdiyi halda o və onun qrupu ləngidi, bu, hiddətləndirici idi. Ümumiyyətlə, bu insanlar öz davranışları ilə başqalarına nümunə göstərməlidirlər. O, qaydaları bilir, ən azı bu barədə ona zala girməzdən əvvəl deyiblər”.

Qəzetdə adı çəkilməyən başqa bir mənbə isə deyib: “Qaydalar son dərəcə dəqiqdir. Biz insanlardan yalnız bunu xahiş edirik ki, bu qaydalara hörmət etsinlər və fotoşəkil çəkməsinlər. Bu qaydaya hamı son hərfinə qədər riayət etdi, təkcə bu fərddən başqa”.

Bəli, bizim regionda belə bir qonşumuz var. Bu qonşumuz hamıya yuxarıdan aşağı baxır, amma anlamır ki, özü beynəlxalq birliyin nəzərində ən aşağı səviyyədədir. Nüfuzlu Britaniya qəzetinin baş vermiş hadisəni xarakterizə etmək üçün seçdiyi adekvat ton, bizim fikrimizcə, təkcə Britaniya cəmiyyətinin deyil, bütün dünyanın əhval-ruhiyyəsini güzgü kimi əks etdirir.

Vüqar Seyidov, “AzərTAc”

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

Gündəm / Dünya

8-09-2022, 22:09

Britaniya kraliçası vəfat etdi - YENİLƏNİB

Gündəm / Siyasət

13-03-2025, 18:26

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib - YENİLƏNİB

Gündəm / Siyasət

6-07-2022, 14:32

Prezident Ramanada görülən abadlıq işləri ilə tanış oldu - FOTOLAR

Gündəm / Siyasət

8-11-2022, 18:28

İlham Əliyev xanımı və oğlu ilə birlikdə Şuşada - FOTOLAR (YENİLƏNİB)

Gündəm / Siyasət

18-03-2023, 21:56

“Borcumuz idi bu torpaqları geri götürmək” - İlham Əliyevin sakinlərlə səmimi söhbəti

Şou Biznes
Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
"Energetika Memarlığı" filmi təqdim olunub
"Sevgililərinə ev alırlar, amma sənətkarlara biganə qalırlar" - Xalq artisti
"Oskar" mükafatının qaliblərinin adları açıqlanıb
Araşdırma
12-03-2026, 12:12
İsrail Səhiyyə Nazirliyi İranın hücumlarından zərərçəkənlərin sayını açıqlayıb
2-03-2026, 16:57
Zelenski tərəfdaşların İran dronlarını vurmaq üçün Ukraynadan kömək istəmədiyini bildirib
21-06-2025, 14:23
Almaniya XİN İrandakı səfirliyini qonşu ölkəyə köçürüb
12-05-2025, 12:12
Baş prokuror Nizami rayonunda vətəndaşları qəbul edəcək
21-02-2024, 23:20
Aybəniz Haşımovanın qardaşı həbs edildi
10-01-2024, 14:27
Azərbaycanda iş adamı qəzada öldü
Hadisə
12-09-2026, 09:35
Bakıda avtomobil qadını vuraraq öldürüb
10-09-2026, 16:35
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
9-09-2026, 09:28
Zərdabda baş verən qəzada ölənlərin adları məlum olub - YENİLƏNİB
Son xəbərlər
  • Bugün, 09:09
    Bakının erməni-bolşevik işğalından azad olunmasından 108 il ötür
  • Bugün, 08:51
    Azərbaycanda Bilik Günüdür
  • Dün, 14:50
    KİV: Rusiyanın 51-ci ordusunun komandanı Sergey Milçakov öldürülüb
  • Dün, 13:46
    Azərbaycanın AİB ilə əməkdaşlığı üzrə 5,6 mlrd. dollarlıq maliyyələşmə həyata keçirilib
  • Dün, 12:58
    İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub
  • Dün, 12:33
    "Bilik günü" Azərbaycanda 34 dərəcə isti olacaq
  • Dün, 11:48
    MM cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokolu təsdiqləyəcək
  • Dün, 11:19
    İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib
  • Dün, 10:40
    Xalq artisti Zaur Rzayev xəstəxanadan evə buraxılıb
  • Dün, 09:51
    Allahşükür Paşazadə: Qarabağda bərpa-quruculuq işlərində TDT-yə üzv dövlətlər dəstəklərini əsirgəməyiblər
  • Dün, 09:22
    Premyer Liqa: V tura "Şəfa" - "Sabah" oyunu ilə yekun vurulur
  • 12-09-2026, 15:44
    İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb
  • 12-09-2026, 15:10
    Birinci sinfə elektron qəbul yenidən aktivləşir
  • 12-09-2026, 12:21
    Kim qızıl alır, kim satır? - SİYAHI
  • 12-09-2026, 11:38
    Erməni deputat: Rusiya qazın qiymətini artırarsa, Ermənistan hərbi bazanın icarə haqqını artıra bilər
  • 12-09-2026, 11:01
    Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal
  • 12-09-2026, 09:35
    Bakıda avtomobil qadını vuraraq öldürüb
  • 12-09-2026, 09:14
    Pezeşkian: ABŞ blokada və hücumları dayandırsa, Hörmüz boğazı açılacaq
  • 11-09-2026, 18:07
    Azərbaycanda regionlarında rəqabətin inkişaf səviyyəsi qiymətləndiriləcək
  • 11-09-2026, 17:56
    Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
  • 11-09-2026, 17:37
    Yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
  • 11-09-2026, 17:04
    Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
  • 11-09-2026, 16:21
    Dördüncü İqlim Həftəsi başa çatıb
  • 11-09-2026, 15:36
    Xarici diplomatlar Xankəndidə tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar
  • 11-09-2026, 14:57
    Aİ Ukrayna üçün HHM, dron və raketlərin alınmasına 6,1 milyard avronun ayrılmasını təsdiqləyib
  • 11-09-2026, 13:19
    Sabah 31 dərəcə isti olacaq - PROQNOZ
  • 11-09-2026, 12:51
    Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik
  • 11-09-2026, 12:01
    FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq
  • 11-09-2026, 11:12
    Ağdərədə atlı minaya düşüb, xəsarət alıb
  • 11-09-2026, 10:28
    Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək
  • 11-09-2026, 09:52
    Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır
  • 11-09-2026, 09:24
    Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var
  • 10-09-2026, 17:09
    Tokayev: Qazaxıstan TDT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir
  • 10-09-2026, 16:35
    Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
  • 10-09-2026, 16:02
    Bakıda kirayə yaşadığı evdən 8 min manatlıq oğurluqda şübhəli bilinən şəxs saxlanılıb
Daha çox
12-09-2026, 11:01
Şəkidəki “Zipline” faciəsi ilə bağlı gözdən qaçan detal
10-09-2026, 09:14
Tramp nüvə obyektindəki fəallığa görə İranı zərbə endirməklə hədələyib
9-09-2026, 12:02
Bakı Limanı: İlin sonunadək Xəzərdə dəniz dibinin dərinləşdirilməsi istiqamətində işlərə başlanılacaq
9-09-2026, 17:54
Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq
9-09-2026, 18:17
Daha bir tibb müəssisəsi kök hüceyrələrinin transplantasiyasını həyata keçirəcək
9-09-2026, 10:32
Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib
Sosial şəbəkələrimiz:
  • Gündəm
  • Siyasət
  • Sosial
  • İqtisadiyyat
  • Hadisə
  • Bölgə
  • Araşdırma
  • Müsahibə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
  • Təsisçi: Kənan Adıgözəlov
Müəllif hüquqları qorunur. TAQ.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2020-2022 TAQ.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə