Sülhlə bağlı danışıqlar nə yerdədir? - Ceyhun Bayramovdan açıqlama
Gündəm / Siyasət
Oxunub: 4
22 Eyl 2022 | 08:14
Sülhlə bağlı danışıqlar nə yerdədir? - Ceyhun Bayramovdan açıqlama


“Azərbaycan hər zaman regionda dayanaqlı sülhün təmin olunması üçün davamlı addımlar atır. Azərbaycan bunu danışıqlarda iştirak etməsiylə təsdiq edib. Sülh çağırışı etmək böyük bir siyasi iradə və gələcəyə baxış tələb edir”.

Bunu REAL TV-yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, iki ilə yaxın müddətdə sülhlə bağlı çağırışlar Azərbaycan tərəfindən gəlib:

“Sülh müqaviləsinin hazırlanması təşəbbüsü cənab Prezident tərəfindən gəlib. Biz bu təşəbbüslərə hər zaman açıq olmuşuq. Son olaraq sentyabrın 19-da mənim Nyu-Yorkda Ermənistanın xarici işlər naziri ilə görüşüm oldu. Bu görüşün bir neçə istiqaməti var idi ki, bununla bağlı Xarici İşlər Nazirliyinin açıqlaması olmuşdu. Atəşkəsin pozulması və baş verənlərə baxmayaraq, biz sülhlə bağlı sadiqliyimizi həmin görüşdə nümayiş etdirdik. Bizim bu təklif ABŞ tərəfindən də yüksək qiymətləndirildi. ABŞ Dövlət Departamentinin də açıqlamasına diqqət yetirsəniz, orada tərəflərə sülhlə bağlı danışıqların davam etdiririlməsiylə bağlı çağırışı var. Hər kəs istəyir ki, gərginlik olmasın”.

Ceyhun Bayramov müsahibəsində sentyabrın sonunda Ermənistanın XİN rəhbəri ilə görüşünün olub-olmayacağı ilə bağlı suala da aydınlıq gətirib:

“Görüşün keçirilməsi üçün iki tərəf iştirak etməlidir. Brüsseldə liderlər arasında baş vermiş sonuncu görüşdə əldə olunmuş razılığa əsasən, Azərbaycan tərəfi öz öhdəliklərinə sadiqdir. Bütün baş verənlərə rəğmən, hesab edirik ki, sülh gündəliyini irəli aparmaq lazımdır. Biz bu görüşün keçirilməsinə hazırıq. Bununla bağlı təklifimizi bildirimişik. Görüş baş tutmasa, bu, Ermənistan tərəfinin qeyri-konstruktiv yanaşması olacaq. Bundan əlavə indiki mərhələdə nəsə demək çətindir”.

Bugün, 10:48
XİN rəsmisi erməni təxribatları barədə: “Danışıqları pozmaq üçün yeni bəhanədir”
Bugün, 10:18
Bakıda yol polisini avtomobil vurub
Bugün, 08:39
Bakıda qadın şirkətin 423 min dollarını mənimsəyib - İTTİHAM AKTI
Bugün, 08:18
“Ətin qiyməti yenə artacaq” - Bahalaşma ANONSU
Bugün, 08:00
Ərdoğan: “Nüvə müharibəsinin qarşılığı fəlakətdir”
Bugün, 07:44
Bürclər bu günə nə deyir?
Dün, 22:37
Baş Qərargah rəisi Tiflisdə şəhid ailələri ilə görüşdü
Dün, 22:22
Şimali Osetiyada fövqəladə vəziyyət: giriş qadağan olundu
Dün, 22:15
Azərbaycan Ordusu atəşkəsi pozub? - MN
Dün, 22:05
Sumqayıt-Bakı qatarlarının biri niyə ləğv edildi?
Dün, 21:58
İran prezidenti bu gün xalqa müraciətlə çıxış edəcək
Dün, 19:56
Ermənilər Kəlbəcəri atəşə tutdu: Hərbçimiz yaralandı
Dün, 19:49
İranda snayperlərə qəti göstəriş verildi: “Dərhal vurun!!
Dün, 19:38
Gürcüstan XİN-dən Lukaşenkonun Abxaziyaya səfəri ilə bağlı BƏYANAT
Dün, 19:30
Rus ordusu Odessanı ələ keçirə bilər?
Dün, 19:19
Şəmkirdə zəncirvari qəza: yaralılar var
Dün, 19:08
Hacıyevin Baydenin köməkçisi ilə görüşdə bu addımı diqqət çəkdi
Dün, 18:37
Müharibə iştirakçısı faciəvi şəkildə öldü
Dün, 18:19
Kərim Vəliyev Gürcüstanın müdafiə naziri ilə GÖRÜŞÜB
Dün, 17:47
“AzerTelecom” və “Kazakhtelecom” TransXəzər layihəsi üzrə strateji tərəfdaşlıq haqqında memorandum imzalayıb
Dün, 17:25
2026-cı ilədək Qarabağa nə qədər insan köçürüləcək?
Dün, 17:14
Mehmandarovlar kompleksində bulaq istifadəyə verildi - Foto
Dün, 16:59
Səbuhi Əhmədovun qardaşı mənzildən imtina etdi: "Dedilər ki, sən şəhid ailəsi sayılmırsan"
Dün, 14:39
Ceyhun Bayramov və Sergey Lavrov bölgədəki cari vəziyyəti müzakirə ediblər
Dün, 14:21
Prezident və birinci xanım Şuşada - FOTOLAR
Dün, 14:04
Evlərin alqı-satqısına dair prosedur dəyişir
Dün, 13:32
““Şimal axını”ndakı qəza qəsdən törədilib”